Məhkəmə qərarları › İş №2-1(118)-999/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-999/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-999/2024 04.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “cavabdehlərin hərəkətləri qanun pozuntusu kimi tanınması, səhvlərin düzəldilməsi, ümumvətəndaş pasportundakı səhvin düzəldiləməsi və ünvan 1 ünvanında xx.xx.1986-cı il tarixdən qeydiyyatda olduğu haqqında ona arayış verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin hərəkətləri qanun pozuntusu kimi tanınmasını və səhvlərin düzəldilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə əlavə verərək, ümumvətəndaş pasportundakı səhvin də cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə vəzifənin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə əlavə verərək, şəxsiyyət vəsiqəsinin cavabdeh tərəfindən inzibati icraat zamanında yox, məhkəmə prosesi zamanında verildiyi cavabdehin qanun pozuntusu kimi məhkəmə qərarında göstərilməsini və ünvan 1 ünvanında xx.xx.1986-cı il tarixdən qeydiyyatda olduğu haqqında ona arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzindən aldığı ərizənə əsasən öz səhvini etiraf etmək və öz səhvini düzəltmək əvəzinə, xx.xx.2023-cü il tarixli cavab məktubunda məntiqin əsaslan haqqında qanunda misal kimi göstərilmiş sofizm əməlinə əl atmışdır, yəni məsuliyyətdən yayınmaq üçün əməl edərək mübaisə predmetini qəstdən dəyişdirmişdir.Belə ki, 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzi ondan aldığı xx.xx.2023-cü il taraixli ərizəsində o, göstərmişdir ki, ünvan 2 ünvanında həyat yoldaşı X2, oğlu X3 birlikdə qeydiyyatda olmaqla yaşamağına baxmayaraq, BPMİ səhvən oğlu ilə onu Dövlət Ünvan Reyestrində mövcud olmayan ünvan 3 ünvanını şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı kimi yazmışdır, Nigah zamanı həyat yoldaşı Elxan Quliyevin soyadını qəbul etmişdir. Həyat yoldaşı ilə nigahdan sonra Quliyeva olduğuna baxmayaraq, onun soyadını bir neçə ildən sonra inzibati orqan təhrif edərək, səhvən Quluyeva kimi şəxsiyyət vəsiqəsində yazmışdır.Faktiki olaraq xx.xx.1986cı ildən həyat yoldaşı ilə birlikdə onun, yəni Elxan Quliyevin mənzilində qeydiyyatda olmağına baxmayaraq, BPMİ xx.xx.2023-cü il tarixli cavab məktubunda yazılıb ki, “...yeni yaşayış yeri üzrə qeydiyyata alna bilərsiniz” Göründüyü kimi inzibati orqan faktiki qeydiyyat ünvanın əvəzinə, Dövlət Ünvan Reyestrində mövcud olmayan ünvanı qeydə almaqla və şəxsiyyət vəsiqəsində səhvən soyadını təhrif etməklə və bu azmış kimi səhvini düzəltmək əvəzinə, müraciətinə mahiyyəti üzrə olmayan cavab məktubunu ona göndərməklə qanunun tələblərini pozmuşdur. Bu isə onun hüquqlarının kobud pozulması deməkdir. O, yeni tarixdən-2023-cü ildən qeydiyyata alınmasını istəmir, pozulmuş hüquqlarının bərpasını istəyir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, köhnə şəxsiyyət vəsiqəsində iddiaçının adının və ünvanınının səhv göstərilməsi halı yeni verilən şəxsiyyət vəsiqəsində aradan qaldırıldı. Vaxtı ilə iddiaçının şəxsiyyət vəsiqəsində edilən səhf texniki səbəblərdən baş vermişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin digər cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə onun nümayəndəsinin iştirakı olmadanbaxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbi müxtəlif tələb üzrə müxtəlif inzibati orqanlara qarşı qaldırılıb. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinə qarşı qaldırılmış iddia tələbi şəxsiyyət vəsiqəsində ünvanın səhv göstərilməsinin qanun pozuntusu kimi qəbul edilməsi, DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia tələbi isə ümumvətandaşlıq pasportunda olan soyad səhvinin aradan qaldırılması ilə bağlı olmuşdur.Hesab olunur ki, hər iki qurum eyni nazirliyin tərkibində olsalar da müstəqil inzibati orqanlardır və onlara qarşı fərqli iddialara bir icraatda baxılması mümkün deyil. Hüquqi yardım çərçivəsində iddiaçıya bu barədə məlumat verilmiş, lakin iddiaçı sonuncu iddia tələbində hər iki inzibati orqanı cavabdeh kimi saxlamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər Polis İdarəsinə qarşı qaldırılmış iddiada hüquqi maraq olmalıdır. Yəni hərəkətlərinin qanunsuz olub nəticədə cavabdehə qarşı hər hansı bir tələb mövcud olmalıdır. Göründüyü kimi Sumqayıt Şəhər Polis İdarəsi özü tərəfindən edilən səhvi aradan qaldırmışdır. Hesab olunur ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən edilən texniki səhv qanun pozuntusu kimi qiymətləndirilə bilməz.Cavabdeh tərəfindən edilən hərəkət o halda qanun pozuntusu kimi qiymətləndirilə bilərdi ki, həmin pozuntu birbaşa qanundan irəli gələn müddəanın yerinə yetirilməməsindən irəli gəlmiş olsun. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin hərəkətlərinin qanun pozuntusu kimi qiymətləndirilməsi mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə vəSumqayıt Şəhər Polis İdarəsinə qarşı hərəkətlərinin qanun pozuntusu kimi tanınmasını və səhvlərin düzəldilməsi şəxsiyyət vəsiqəsinin cavabdeh tərəfindən inzibati icraat zamanında yox, məhkəmə prosesi zamanında verildiyini cavabdehin qanun pozuntusu kimi məhkəmə qərarında göstərilməsini və ünvan 1 ünvanında xx.xx.1986-cı il tarixdən qeydiyyatda olduğu haqqında ona arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar