Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1/2022 14.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Quluyev Hikmət Mətləb oğlunun Cavabdehnə qarşı “Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının qismən, yəni icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi hissələrində ləğv olunması” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Quluyev Hikmət Mətləb oğlu məhkəmədə Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh Başçısının 16 dekabr 2017-ci il tarixli 149 nömrəli sərəncamının sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ona Ağcabədi rayonunun 89 saylı qış otlağından 5.0 ha, 90 saylı qış otlağından 30 ha, cəmi 35 ha torpaq sahəsi verilməsinə dair Cavabdeh Başçısının 22.08.2005-ci il tarixli 114 №-li sərəncamı əsasında verilmiş icarə hüququna xitam verilməsi hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq icrааtа qəbul еdilmiş sаyılmışdır. İddiaçı Quluyev Hikmət Mətləb oğlu 10.09.2018-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində dəqiqləşdirmə apararaq iddiaçının və cavabdehin olduğu kimi saxlanılmaqla iddia tələbinə Cavabdeh Başçısının 11.07.2017-ci il tarixli, 76 №-li sərəncamının Quluyev Hikmət Mətləb oğluna aid hissədə ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2-1(086)- 2029/2018 nömrəli qərardadı ilə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun Cavabdehnə qarşı sərəncamın qismən etibarsız hesab olunması tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə 11.07.2017-ci il tarixli,76 nömrəli sərəncamının Quluyev Hikmət Mətləb oğluna aid hissədə ləğv edilməsi kimi baxılmasının davam etdirilməsi, həmçinin, "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2-1(086)- 2029/2018 saylı qərardadı ilə Quluyev Hikmət Mətləb oğlunun Cavabdehnə qarşı “Cavabdeh Başçısının 11.07.2017-ci il tarixli, 76 №-li sərəncamının Quluyev Hikmət Mətləb oğluna aid hissədə ləğv edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün hesab edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2-1(086)- 2029/2018 saylı qərardadından Quluyev Hikmət Mətləb oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2- 1(106)573/2018 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2-1(086)-2029/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2- 1(106)573/2018 saylı qərardadından Quluyev Hikmət Mətləb oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(102)- 681/2019 saylı qərarı ilə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun kassasiya şikayəti təmin olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2- 1(106)573/2018 saylı qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2-1(106)482/2019 saylı qərardadı ilə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun nümayəndəsi X2 apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2- 1(086)-2029/2018 saylı qərardadı ləğv edilmiş, işə yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(086)- 2150/2019 nömrəli qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Quluyev Hikmət Mətləb oğluna qarşı 22 avqust 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair 2-2(086)-585/2019 saylı iqtisadi iş üzrə icraat başa çatana kimi 2-1(086)-2150/2019 saylı inzibati iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(086)- 2150/2019 nömrəli qərardadından iddiaçı Quluyev Hikmət Mətləb oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2-1(106)121/2020 saylı qərardadı ilə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(086)- 2150/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2-1(106)121/2020 saylı qərardadından iddiaçı Quluyev Hikmət Mətləb oğlunun vəkili X6 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli, 2-1(102)-779/2020 nömrəli qərardadı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2- 1(106)121/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(106)9/2020 nömrəli məktubu ilə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun Cavabdeh Başçısının 11.07.2017-ci il tarixli, 76 №-li sərəncamının Quluyev Hikmət Mətləb oğluna aid hissədə ləğv edilməsi tələbinə dair 2-1(106)9/2020 saylı inzibati iş baxıldıqdan sonra Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin sorğusu əsasında təqdim edilən Şirvan Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, e-2-2(121)-32/2020 saylı məktubunda qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e-2-2(121)-32/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisinə bitişik dövlət mülkiyyətinə aid 89 saylı “Əlibəyli” adlı qış otlaq sahəsindən 5 hektar, 90 saylı “Rza yataq” adlı qış otlaq sahəsindən 30 hektar, cəmi 35 hektar olmaqla, Quluyev Hikmət Mətləb oğlu ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e-2-2(121)-32/2020 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(120)-6/2021 nömrəli qərardadı ilə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun Cavabdehnə qarşı “Cavabdeh Başçısının 11.07.2017-ci il tarixli, 76 №-li sərəncamının Quluyev Hikmət Mətləb oğluna aid hissədə ləğv edilməsi” tələbinə dair 2-1(120)-6/2021 nömrəli inzibati iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı Quluyev Hikmət Mətləb oğlu məhkəməyə “iddia ərizəsinə əlavə adı altında” ərizə ilə müraciət edərək tələbində Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının qismən, yəni icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(120)-1/2022 nömrəli qərardadı iddia tələbinə “Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının qismən, yəni icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi hissələrində ləğv olunması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə hazırlıq iclasına gəlmiş, iddiaçı Quluyev Hikmət Mətləb oğluna və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı Quluyev Hikmət Mətləb oğlunun və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddiaçı Quluyev Hikmət Mətləb oğlunun iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan Cavabdeh 22.08.2005-ci il tarixli 184 №-li sərəncamı ilə qərara alınmışdır ki, rayonun Hindarx kənd sakini İddiaçı 15.08.2005-ci il tarixli ərizəsi və DT və XK-nin Ağcabədi rayon şöbəsinin tərtib etdiyi torpaqayrıma sənədləri nəzərə alınsın, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 89 saylı qış otlağından 5.0 ha, 90 saylı qış otlağından 30.0 ha, cəmi 35 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə İddiaçı 15 il müddətinə icarə qaydasında verilsin. İş materiallarında olan Cavabdeh Başçısı (icarəyəverən) ilə Quluyev Hikmət Mətləb oğlu (icarəçi) arasında bağlanmış 22.08.2005-ci il tarixli, 184 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyəverən icarə əsasında sahəsi 35 (otuz beş) hektar olan torpaq sahəsini icarəçiyə 15 (on beş) il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Başçısına ünvanlanmış 03.05.2017-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, “Ağcabədi RİH 22.08.2005-ci il tarixli 184 saylı sərəncamı ilə Rzayataq-90 və Əlibəyli-87 adlı qış otlaq sahəsindən icarə müqaviləsi əsasında 35 ha qışotlağında yeni pilot təsərrüfatın yaranması ilə əlaqədar mənimlə bağlanmış müqavilənin ləğvi ilə əlaqədar torpaq üzərində olan əmlakımın dəyərləndirərək konpensasiya ödənilməsinə köməklik olmasını xahiş edirəm”. İş materiallarında olan Cavabdeh 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamdan çıxarışdan görünür ki, əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi məqsədəmüvafiq hesab edilən Ağcabədi rayonunun Hindarx qəsəbə inzibati ərazisinə bitişik dövlət mülkiyyətinə aid 850 ha qış otlaq sahəsindən istifadə edən 34 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini və təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş konpensasiyanın ödənilməsi öhdəliyini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Cavabdehnə göndərdiyi 07.12.2017-ci il tarixli, **********32 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonunun inzibati ərazisində təyinatı dəyişdirilmiş dövlət mülkiyyətinə aid 850,0 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə rəy bildirməsi barədə 14 noyabr 2017-ci il tarixli, 1/117 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. 27 noyabr 2017ci il tarixli, **********48 nömrəli cavab məktubuna əlavə olaraq bildiririk ki, qeyd edilən torpaq sahəsinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə icarəyə verilməsinə etiraz etmirik. İş materiallarında olan Cavabdeh 16 dekabr 2017-ci il tarixli 149 nömrəli sərəncamı ilə qərara alınmışdır: "xxxx" MMC-nin 13.11.2017-ci il tarixli və ƏMDK yanında TDİT üzrə Dövlət Agentliyinin 07.12.2017-ci il tarixli **********32 saylı məktubları nəzərə alınsın (1-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2017-ci il tarixli 709s nömrəli sərəncamı ilə əkin dövriyyəsinə cəlb edilməklə ehtiyyat fondu torpaqları kateqoriyasına keçirilmiş və "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 850 ha torpaq sahəsində əvvəllər fəaliyyət göstərmiş 34 nəfər icarədarın icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsi təmin edilsin (2-ci bənd). Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 850 ha torpaq sahəsi pambıqçılığın və taxılçılığın inkişafı üçün 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilsin və cəmiyyətlə bağlanmış torpaq icarə müqaviləsi təsdiq edilsin (3-cü bəndi). Torpaq icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesablanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın, icarəyə götürülmüş 850 ha torpaq sahəsinin notariat xidmətləri rüsumunun və bank xərclərinin ödənilməsi "xxxx" MMC-yə həvalə edilsin (4-cü bəndi) "xxxx" MMC-nin rəhbərliyi yeni yaradılmış təsərrüfat haqqında məlumatları müəyyən olunmuş qaydada rayon statistika idarəsinə və digər əlaqədar təşkilatlara müntəzəm olaraq təqdim etsin, torpaqdan təyinatı üzrə səmərəli istifadə edərək onun münbitliyini artırmaq üçün tədbirlər görsün, onunla bağlanmış torpaq icarə müqaviləsinin şərtlərinə və mövcud torpaq qanunvericiliyinin tələblərinə ciddi əməl etsin (5-ci bəndi). Sərəncamın icrasına nəzarət və bu sərəncamla icarəyə verilmiş torpaq sahəsinin torpaq vergisinə cəlb edilməsi RİHB-nın müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X.Mirzəyevə tapşırılsın (6-cı bəndi). İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e- 2-2(121)-32/2020 nömrəli qətnaməsindən görünür ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisinə bitişik dövlət mülkiyyətinə aid 89 saylı “Əlibəyli” adlı qış otlaq sahəsindən 5 hektar, 90 saylı “Rza yataq” adlı qış otlaq sahəsindən 30 hektar, cəmi 35 hektar olmaqla, Quluyev Hikmət Mətləb oğlu ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında təqdim edilmiş Şirvan Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, e-2-2(121)-32/2020 saylı məktubunda qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e-2-2(121)- 32/2020 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh başçısının 22.08.2005-ci il tarixli 184 №-li sərəncamı ilə İddiaçı qoyunçuluğun inkişafı məqsədilə Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 89 saylı qış otlağından 5.0 ha, 90 saylı qış otlağından 30.0 ha olmaqla cəmi 35 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və Quluyev Hikmət Mətləb oğlu ilə Cavabdeh arasında 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsi bağlanmışdır. Lakin sonradan yəni 11.07.2017-ci il tarixdə Cavabdeh başçısı 76 nömrəli sərəncam qəbul edərək Quluyev Hikmət Mətləb oğlu ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsinin vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının ona aid hissədə ləğvini tələb edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e-2-2(121)-32/2020 nömrəli qətnaməsi ilə Quluyev Hikmət Mətləb oğlu ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları ilə yanaşı aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Hazırda iddiaçı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının ona aid hissədə ləğvini tələb edir. Hazırki iddia müahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirilən sərəncamın məzmunundan açıq-aydın görünür ki, həmin sərəncamla Quluyev Hikmət Mətləb oğlu ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. Hansı ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin icarə müqaviləsi Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e-2-2(121)-32/2020 nömrəli qətnaməsi ilə artıq ləğv edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisələndirilən sərəncamın (inzibati aktın) ləğv edilməsi iddiaçı üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsi baxımından hər hansı əlverişli hüquqi nəticələr doğurmayacaqdır. Yəni, mübahisələndirilən sərəncam (inzibati akt) iddiaçı üçün hər hansı (əlverişsiz) hüquqi nəticələr yaratmış olsa da, onun ləğv edilməsi həmin nəticələri aradan qaldırmayacaqdır. Başqa sözlə qanuni qüvvəyə minmiş Şirvan Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, e-2-2(121)-32/2020 nömrəli qətnaməsi mövcud olduğundan və həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsi ləğv olunduğundan Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının ləğv edilməsi həmin müqavilənin bərpa olunması ilə nəticələnməyəcəkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmənin gəldiyi nəticə iddiaçının hazırki iş üzrə verdiyi apelyasiya və kassasiya şikayəti əsasında işə baxmış yuxarı instansiya məhkəmələrinin mövqeyi ilə də üst-üstə düşür. Belə ki, hazıki inzibati iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan 2- 2(086)-585/2019 nömrəli iqtisadi işə görə dayandırılan zaman inzibati işə baxan məhkəmə hesab etmişdir ki, hazırki inzibati iş icarə müqaviləsinin ləğvi ilə bağlı iqtisadi işlə bilavasitə bağlıdır. Məhkəmə icraatın dayandırılması ilə bağlı 28 oktyabr 2019-cu il tarixli, 2- 1(086)-2150/2019 nömrəli qərardadını belə əsaslandırmışdır ki, torpağın ayrılması ilə bağlı Cavabdeh başçısı tərəfindən 22.08.2005-ci il tarixli 184 №-li sərəncam verilməsinə baxmayaraq, mübahisəli torpaq sahəsi üzrəində hüquq münasibətləri (öhdəliklər) tərəflər arasında bağlanmış 22 avqust 2005-ci il tarixli, 184 saylı icarə müqaviləsi əsasında yaranmışdır və hazırda həmin müqavilə mübahisələndirilir. Həmin qərardaddan iddiaçı tərəfindən verilən apelyasiya və kassasiya şikayətləri zamanı yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır. Bu isə onu deməyə imkan verir ki, yuxarı instansiya məhkəmələri də torpaq sahəsi üzərində əmlak hüquqlarının mövcudluğunu icarə müqaviləsi ilə əlaqələndirmiş və həmin icarə müqaviləsinin ləğv edilməsinin torpaq sahəsi üzərində hüquq münasibətlərinin xitam verilməsinə gətirib çıxarmasını qəbul etmişlər. Məhkəmə xüsusilə vurğulayır ki, iddianın mükünlüyünə dair bütün meyarların mövcud olub-olmaması xidməti vəzifəyə görə yoxlanılmalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Bu zaman iddianın daxil olma vaxtı deyil, qərarın qəbul edilmə anı əsas götürülür. Məhz həmin an bütün mümkünlük şərtləri mövcud olmalıdır. Bütün yuxarıda qeyd edilənləri təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırda mübahisələndirilən inzibati akt qəbul edilən zaman iddiaçı üçün qanunsuz əlverişsiz inzibati akt kimi görünsə də lakin sonradan həmin inzibati aktın şamil olduğu torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları mövcud olmadığından və yaxud həmin inzibati aktın ləğv edilməsi iddiaçının həmin torpaq sahəsi üzərində əmlak hüquqlarının bərpa edilməsi ilə nəticələnmədiyindən hazırki iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı tələbində Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının qismən, yəni icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi hissələrində ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbində göstərilən “icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi”nə dair məsələlər Cavabdeh başçısının 11.07.2017ci il tarixli, 76 nömrəli sərəncamı ilə həll edilmədiyindən həmin tələbə mahiyyəti üzrə birgə baxılması mümkün deyildir. Belə ki, Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının məzmunundan görünür ki, həmin sərəncamla iddiaçın icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi məsələləri həll edilməmişdir. Həmin sərəncamla yalnız iddiaçı ilə cavabdeh inzibati orqan arasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qeyd olunmuşdur. Yəni iddiaçı həmin sərəncamın qismən ləğv edilməsini tələb etməklə torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi məsələləri öz həllini tapmayacaqdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Quluyev Hikmət Mətləb oğlunun Cavabdehnə qarşı “Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının qismən, yəni icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi hissələrində ləğv olunması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Quluyev Hikmət Mətləb oğlunun Cavabdehnə qarşı “Cavabdeh başçısının 11.07.2017-ci il tarixli, 76 nömrəli sərəncamının qismən, yəni icarəsində olan 35 hektar torpaq sahəsi barəsində icarə hüququna xitam verilməsi, torpaq sahəsindəki tikinti və qurğuların onun hesabına sökülməsi hissələrində ləğv olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver