Məhkəmə qərarları › İş №2-1(120)-1/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1/2023 27.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «xx.xx.2014-cü il tarixli, 100 saylı və xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamların ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 27 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəbul edilmiş 07 may 2014-cü il tarixli, 100 saylı sərancamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericıliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Bildirirlər ki, 17 may 2008-ci il tarixdə İddiaçı1 ASC ilə Cavabdeh arasında 11 saylı “kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün toıpaq sahəsinin icarə müqaviləsi bağlanılmışdır və Cəmiyyət bugünədək icarə müqaviləsi üzrə yaranan bütün öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Hal-hazırda həmin torpaq sahəsi istifadələrindədir və bütün rəsmi ödənişlər tərəflərindən mütəmadi olaraq aparılmışdır. Lakin buna baxmayaraq aldıqları qeyri-rəsmi məlumata əsasən Cavabdeh tərəfındən İddiaçı1 ASC-yə torpağın ayrılması haqqında 17 may 2008-ci il tarixli Cavabdeh başçısının 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna birtərəfli qaydada xitam verilmişdir. Bu hərəkətin qanunsuz və əsassız olması ilə bağlı tərəflərindən dəfələrlə həm şifahi, həm yazılı şəkildə Cavabdehnə müraciət olunsa da, heç bir nəticə əldə etməmişlər. Bildirirlər ki, cavabdehlə aralarında bağlanılan müqavilənin müddəti 99 ildir. Həmin müqavilənin 2.14cü bəndinə əsasən, tərəflərdən hər hansı biri muqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Lakin, belə bir məlumat onlara daxil olmamış və Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 saylı sərəncamı ilə onlara heç bir xəbərdarlıq olunmadan müqaviləyə xitam verilmisdir. (4 il ötməsinə baxmayaraq sərəncamın surəti onlara təqdim olunmur). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75.5-ci maddəsində torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafıq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafıq məhkəməyə şikayət vermək olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfındən baxılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakmiyyətinə qarşı 07 may 2014-cü il tarixli, 100 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsində Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı ilə asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığından ona icarəyə verilmiş 78,0 ha torpaq sahəsinin Rayon İcra Hakimiyyəti başçısının 07 may 2014-ci il tarixli, 100 saylı Sərəncamı ilə istifadə hüququna xitam verildiyini göstərərək həmin Sərəncamın ləğv olunrnasını xahiş etmişdir. İddia ərizəsində göstərilərılərə etiraz olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46 maddəsinin 4-cü bəndinə uyğun olaraq Cavabdeh başçısı tərəfindən yaradılan komissiya tərəfindən rayon ərazisində yerləşən dövlət fondu torpaqlarından istifadə vəziyyəti araşdırılarkən aydın olmuşdur ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün verilmiş 78,0 ha torpaq sahəsində mal-qara saxlanılmır və uzun müddətdir ki, torpaq sahəsi təyinatına uyğun istifadə edilməyərək istifadəsiz saxlanılmışdır. Hazırda da həmin torpaq sahəsi istifadəsizdir, orada kənd təsərrüfatı məhsulları istehsal oluılmur və mal-qara saxlanılmır. Həmçinin, icarəçi tərəfindən 2008-ci ildən 2014-cü ilə qədər həmin torpaq sahəsinin icarə haqqı və torpaq vergisi ödənilməmişdir. Bundan əlavə, müəyyən edilmişdir ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə aynlmış torpaq sahəsinin 8 hektarı beton zavodun tikintisi altında, bir hissəsi isə elektrik qovşağının altında qalmıışdır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasına (yəni istifadə və ya icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə) və həmin bəndin 8-ci abzasına (yəni kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə) əsasən Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 saylı Sərəncamı ilə istifadə hüququna xitam verilmişdir. Məlumat üçün bildirirlər ki, qeyd edilən torpaq sahəsi Rayon İcra Hakimiyyətinin başçısının 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə “X5’’ Açıq Səhmdar Cəmiyyətinə icarəyə verilmişdir. Lakin, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 6-cı bəndində müqavilənin icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən edilmiş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti isə torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən edilmiş qaydada şəhadətnamə almamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti isə 4 ildən artıq vaxt keçdikdən sonra iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim Zaur Allahyarov) 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)-2111/2018 nömrəli qərardadı ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «xx.xx.2014-cü il tarixli, 100 saylı sərancamın ləğv edilməsi» barədə iddiasına inzibati icraat qaydasında baxılmasının mümkün hesab edilməməsi qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)- 2111/2018 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) 19 aprel 2019-cu il tarixli, 2-1(106)-167/2019 nömrəli qərardadı ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)-2111/2018 nömrəli qərardadının ləğv edilməsi və İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «xx.xx.2014-cü il tarixli, 100 saylı sərancamın ləğv edilməsi» barədə iddiası üzrə inzibati işin materiallarının mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, iş materiallarında olan Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 nömrəli sərəncamından çıxarışda qeyd olunur ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin müraciəti nəzərə alınsın və Cəmiyyətə Qaratəpə-Bəhrəmtəpə magistral avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olan asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə 78,0 ha torpaq sahəsi ayrılıb verilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə tapşırılsın ki, ayrılmış torpaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə etməklə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınmasını təmin etsin. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 may 2008-ci il tarixli, 11 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən Cavabdeh 78,0 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün 99 il müddətinə icarəçi İddiaçı1 ASC-nin istifadəsinə vermişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamı ilə İddiaçı1 ASC-nin kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 nömrəli sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Məhkəmə araşdırması zamanı muəyyən olunmuşdur kı, Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 nömrəli sərəncamı ilə İddiaçı1 ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 78,0 ha torpaq sahəsi uzunmüddətli (99 il) müddətinə icarəyə verilmişdir. İmişli RİH Başçısının 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamı əsasında İddiaçı1 ASC-nin həmin torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İddiaçı hazırda xitam barədə sərəncamı mübahisələndirərək ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddiaçı tərəfin inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmasına, yəni iddiaçının cavabdehin 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamını, mübahisələndirməyə dair subyektiv hüququnun həmin vaxtdan yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmaması və mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 4 (dörd) ildən artıq müddət keçdikdən sonra ilk dəfə məhkəmədə iddia qaldırmasına görə iddianı mümkün saymamışdır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi İddiaçı1 ASC-nin Cavabdehnə qarşı 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamın ləğv edilməsinə dair iddiasının mümkün sayılmaması nəticəsinə gələrkən “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə istinad edərək şikayətin inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilinməsini qeyd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırb qeyd edir ki, iş materialları ilə İddiaçı1 ASC-nin kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 nömrəli sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsinə dair Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamının surətinin bu və ya digər formada iş üzrə İddiaçı1 ASC-nə təqdim olunması (məlumatlandırılması) müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edır ki, birinci instansiya məhkəməsi iddia tələbnin mümkün sayılmamasına dair nəticəyə gələrkən işin yuxarıda qeyd olunan halını araşdırmamış və əsassız oiaraq iddia müddətinin buraxılması əsası ilə iddianı mümkün saymamışdır. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün sonra maraqlı şəxsə təqdim olunmuş saylır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan Qanunun normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı inzibati orqan İmişli Rayonu İcra Hakimiyyəti Başçısının 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamının onlara təqdim edilməməsini iddia etdiyindən, qeyd olunan aktın iddiaçıya çatdırılması faktının sübut etmə vəzifəsi inzibati orqanın vəzifəsi olduğundan və iş materiallarında mübahisə olunan inzibati aktın İddiaçı1 ASC-yə təqdim edilməsini təsdiq edən hər hansı bir rəsmi sənəd (xəbərnaməli poçt bildirişi, şəxsən təqdim olunmaya dair qəbz və b.) mövcud olmadığından birinci instansiya məhkəməsinin iddiaçı tərəfin inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmasına dair nəticəsi əsassız olmuşdur. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə etirazının və nümayəndəsinin apelyasiya məhkəmə baxışında izahatının iddiaçı “X5’’ ASC-nin kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün verilmiş 78,0 ha torpaq sahəsində mal-qara saxlamaması, uzun müddət torpaq sahəsini təyinatına uyğun istifadə edilməyərək istifadəsiz saxlamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər mübahisəyə mahiyyəti üzrə baxılarkən müzakirə edilməli dəlillər olmaqla, hazırkı məhkəmə baxışında müzakirə oluna bilməz. Məhkəmə kollegiyası apelyasiya məhkəmə baxışında iddiaçının təqdim etdiyi fotoşəkillərlə mübahisə predmeti olan torpaq sahəsinin hal-hazırda da iddiaçının istifadəsində olmasının təsdiq olunması, həmçinin 2014-cü ildən keçən müddət ərzində iddiaçıya qarşı hər hansı bir şəxs tərəfindən torpaq sahəsinə dair hər hansı bir etirazın bildirilməməsi və yaxud torpaq sahəsindən çıxarılmasına dair iddianın qaldırılmaması və iş materiallarında qeyd olunan sərəncamın sifarişli poçt göndərişi ilə (məktubu) göndərilməsi və qəbzə imza etdirilməklə iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı bir sənədin müəyyən edilməməsi kontekstində cavabdehin nümayəndəsinin mübahisə predmeti olan sərəncamın xx.xx.2014-cü il tarixli reyestrlə iddiaçıya göndərilməsi və həmin əsaslarla da iddiaçının həmin sərəncamın mövcud olmasından məlumatının olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər konkret hüquqi əsası olmayan dəlillər olmaqla, Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamının iddiaçıya çatdırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət veərək hesab edir ki, İddiaçı1 ASC-nin nümayəndəsi və vəkili İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-2111/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı1 ASC-nin Cavabdehnə qarşı 07 may 2014-cü il tarixli, 100 nömrəli sərəncamın ləğv edilməsi barədə iddiası üzrə inzibati işin materialları mahiyyət üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(120)-11/2020 nömrəli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(120)-07/2021 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2014-cü il tarixli, 100 saylı və xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamların ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(120)-07/2021 nömrəli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs X2 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, 2018-ci ildən məhkəmənin icraatında olan iş üzrə çoxsaylı məhkəmə iclasları keçirilmişdir. Şirvan İnzibati Məhkəməsinin sorğusuna əsasən, Cavabdeh tərəfindən ona torpaq sahəsinin ayrılmasına dair 22 iyul 2014-cü il tarixli, 158 №-li sərəncamın surəti məhkəməyə göndərilmişdir. İş materialından göründüyü kimi, xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncam məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə o, iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin tərəflərə göndərdiyi bildirişdən görünür ki, onun üçüncü şəxs qismində cəlb edilməyinə dair məlumat iddiaçıya da göndərilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin öz təşəbbüsü ilə onu üçüncü şəxs qismində cəlb etməsinə əsas bu olmuşdur ki, məhkəmə Cavabdeh Başçısının 07 may 2014-cü il tarixli, 100 №-li sərəncamı ilə İddiaçı1 ASC-dən geri alınmış torpaq sahəsinin (78 ha) yenə də İmişli RİH Başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə onun istifadəsinə (60 ha) verildiyini güman edir və hazırki iş üzrə iddianın onun maraqlarına toxuna biləcəyini hesab etmişdir. Məhkəmədən ünvanına daxil olmuş bildiriş əsasında nümayəndə H.İsgəndərov xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş, sərəncamın surətini məhkəməyə təqdim etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamını (ona torpaq sahəsinin ayrılmasına dair) əldə etmişdir. Həmin iclasda iştirak edən nümayəndə H.İsgəndərov tərəfindən izahat verilərək ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamının iddiaçının maraqlarına toxunmadığını bildirmiş, həmçinin, iddiaçının nümayəndəsinə bu xüsusatda suallar vermişdir ki, ona ayrılan torpaq sahəsinin iddiaçının “istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinə” dair dəlillər təqdim edə bilərmi? İddiaçının nümayəndəsi belə dəlillərin olmadığını bildirmişdir. Ondan sonra Məhkəmənin bir neçə iclası təyin olunmuş, bəziləri keçirilmiş, bəziləri isə pandemiya şəraitində olduğundan və ya iddiaçının nümayəndəsinin ərizəsi əsasında təxirə alınmışdır. Məhkəmənin növbəti - xx.xx.2021-ci il tarixdə keçirilən, iddiaçının nümayəndəsi və vəkili (F.Eyyubzadə) iştirakı ilə keçirilən məhkəmə iclasında nümayəndəsi də iştirak edərək, ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.2014-cü il tarixli sərəncamın iddiaçının maraqlarına toxunmadığına, iddiaçıya ayrılmış torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı”, ona ayrılmış torpaq sahəsinin isə “sənaye təyinatlı olmaqla qum-çınqıl çıxarılması” üçün ayrıldığı, tərəflərindən həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsini, torpaq sahəsinin başqa bir şirkətə icarəyə verildiyi və həmin sahədən qum-çınqıl karyeri kimi istifadə edildiyini, iddiaçının da bunu bildiyini və keçən 6 ildən artıq müddətdə buna etiraz etmədiyini və s. dəlilləri məhkəmənin diqqətinə çatdırmışdır. İddiaçının nümayəndəsi İddiaçı2 də bu xüsusatları təsdiq edərək, iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu, orada iddiaçının mal-heyvan saxladığını, heyvanların saxlanması üçün tikilisi olduğunu, orada heyvanların otlaq sahəsi olduğunu, A.Qədimovun istifadəsində olduğu torpaq sahəsini Türkiyə vətəndaşına məxsus şirkətə icarəyə verildiyi və orada qum-çınqıl çıxarıldığını, iddiaçıya məxsus torpaq sahəsinə heç kəsin müdaxilə etmədiyini və s. bildirmişdir. xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclası - iddiaçının nümayəndəsinin iştirak etməməsi - təxir barədə müraciəti əsasında təxirə salınmışdır. Nəhayət, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 №-li və xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla, iddia tələbinin sonradan artırılmış “xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamın ləğv edilməsinə dair hissəsi” bilavasitə maraqlarına toxunur. İddiaçı1 ASC-nin iddia ərizəsinə qarşı hazırki etirazı təqdim edərək, məhkəmədən “xx.xx.2014-cü il tarixli, 158 №li sərəncamın ləğv edilməsinə dair iddia tələbinin” mümkünsüz hesab edilməsini xahiş edir. İddia tələbi və onun əsaslandığı hallar: iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, 17 may 2008-ci il tarixdə İddiaçı1 ASC ilə Cavabdeh arasında 11 saylı «kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün torpaq sahəsinin icarə müqaviləsi» bağlanmışdır və Cəmiyyət bugünədək icarə müqaviləsi üzrə yaranan bütün öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Hal-hazırda həmin torpaq sahəsi istifadələrindədir və bütün rəsmi ödənişlər tərəfindən aparılmışdır. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən İddiaçı1 ASC-nə torpağın ayrılması haqqında 17 may 2008-ci il tarixli Cavabdeh başçısının 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna birtərəfli qaydada xitam verilmişdir. İddiaçı daha sonra göstərmişdir ki, aralarında bağlanılan müqavilənin müdddəti 99 ildir. Həmin müqavilənin 2.14-cü bəndinə əsasən, tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Lakin belə bir məlumat daxil olmamış və Cavabdeh başçısının 7 may 2014-cü il tarixli sərəncamı ilə heç bir xəbərdarlıq olmadan müqaviləyə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş - iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmunundan belə çıxır ki, cavabdeh İcra Hakimiyyəti onun istifadəsinə verilmiş torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamdan sonra, həmin torpaq sahəsinin xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamla onların istifadələrinə vermişdir, yəni, iddiaçı A.Qədimova torpaq sahəsinin ayrılması haqında xx.xx.2014-cü il tarixli sərəncamın onun hüquqlarını pozduğunu iddia edir. Hesab edirlər ki, “xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamın ləğv edilməsinə dair” iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İPM-də öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. (AR Konstitusiya Məhkəməsinin Plenumunun İ.İdrisovun şikayəti üzrə... xx.xx.2015-ci il tarixli Qərarı). Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan icra orqanının hüquqi aktının hissəvi ləğv edilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırki iş üzrə İddiaçı1 ASC tərəfindən, Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamının ləğv edilməsi tələb olunur. Hesab edirlər ki, inzibati məhkəmə icraatının hazırki mərhələsində ilk növbədə iddianın mümkünlüyü məsələsi həll edilməlidir. İlk növbədə diqqət yetirilməlidir ki, hazırki iş üzrə iddia mübahisələndirmə iddia növünə aiddir. İddiaçının mübahisələndirmə barədə iddiasının mümkünlüyü məsələsinə baxarkən, məhkəmə diqqət etməlidir ki, iddiaçı xx.xx.2014-cü ildə qəbul edilmiş, elə həmin vaxtdan da qüvvəyə minərək üçüncü şəxslər və həmçinin, iddiaçının özü üçün də hüquqi nəticələr yaratmış, A.Qədimovun və "xxxx" MMC-nin həmin sərəncamdan yararlanaraq 60 ha torpaq sahəsində qum-çınqıl istehsalı ilə məşğul olduğunu bildiyi, belə bir sərəncam əsasında Türkiyə vətəndaşı olan X3 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin bu sərəncam əsasında ayrılmış 60 ha torpaq sahəsində fəaliyyət göstərdiyini bildiyi sərəncamdan xəbərdar olduğu halda, xüsusən, hazırki işin məhkəmə araşdırmasında - xx.xx.2020-ci il tarixdə 158 №-li sərəncamın iş materialına rəsmi daxil olduğu, ondan sonra - xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin sərəncamın ona rəsmən təkrarən təqdim olunduğu halda, məhkəməyə inzibati aktın qəbul edildiyindən (həmçinin, rəsmi təqdim olunduğundan) 30 (otuz) gün müddətində müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının tərəf olduğu hazırki iş üzrə Məhkəmənin sorğusu əsasında Cavabdehndən təqdim olunan xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamın surəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, məhkəmə həmin sərəncamı iş materiallarına əlavə edərək, xx.xx.2020-ci il tarixdə X1 üçüncü şəxs kimi cəlb edilməsinə dair qərardad qəbul etmişdir. xx.xx.2020-ci il tarixdən iş materiallarına əlavə olunmuş sərəncam barədə məlumatlı olan iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmənin xx.xx.2021-ci il tarixli iclası keçirilmiş, yenə də məhkəmədə xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamın iddiaçının marağına toxunub-toxunmadığı məsələsi müzakirə olunmuş, məhkəmə tərəflərin öz mülahizələrini əsaslandırmaq üçün əlavə dəlillər və sənədləri təqdim etməsini təklif etmişdir. İddiaçı yalnız sonuncu məhkəmə iclasından 2 ay 6 gün sonra - xx.xx.2021-ci il tarixdə sərəncamın ləğvinə dair iddia irəli sürmüşdür. “İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, iddianın mümkünlüyü məsələsinin həll olunması zamanı məhkəmələrin İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə dair tələblərə əməl etməməsi nəticə etibarilə Konstitusiyanın 60-cı maddəsinin və İnzibati Prosessual Məcəllənin tələblərinini pozulması ilə nəticələndiyindən belə qərarlar qanunsuz hesab edilməlidir.“ Lakin iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etməklə, İPM-də nəzərdə tutulmuş 30 (otuz) günlük müddəti kifayət qədər uzun müddətdə ötürmüşdür. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü məsələsinin yoxlanılması məsələsindən Ali Məhkəmənin mövqeyi belədir ki, qanunvericlikdə nəzərdə tutulan inzibati aktın “elan edilməsi” - “təqdim edilmə”yə bərabər tutulmalıdır. Ali Məhkəmənin İİK-nın (sədrlik edən hakim X.Məmmədov, hakimlər Z.Quliyev və S.Hüseynova) xx.xx.2015-ci il tarixli, 2-1(102)-852/2015 saylı qərarında Məhkəmə Kollegiyası hüquqi mövqeyini belə ifadə etmişdir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Kollegiya hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının bir aylıq iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir...” Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyinə uyğun olaraq təkrar qeyd edirlər ki, İddiaçı1 ASC-nin ən azı hazırki məhkəmə prosesinin getdiyi dövrdə - daha konkret xx.xx.2020-ci ildən 158 saylı, xx.xx.2014-cü il tarixli sərəncamın mövcudluğundan, həmin sərəncamla A.Qədimova, onun istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinin ayrılmasından tam məlumatlı olmuşdur. Başqa sözlə, inzibati akt məhkəmənin təqdimatında İddiaçı1 ASC-yə “elan olunmuşdur”. Bütün bu təkzibedilməz faktların mövcudluğu İddiaçı1 ASC tərəfindən hazırki iddianın qaldırılması üçün İPM-in 38-ci maddəsində nəzərədə tutulmuş 30 günlük müddətin xeyli ötürüldüyünü sübut etdiyindən, onun iddiası xüsusi mümkünlük şərtlərinə görə mümkünsüz sayılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Prosessual Məcəllənin göstərilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il (№ 5) qərarında məhkəmələrə izah edilir ki: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hesab edirlər ki, hazırki işdə iddianın mahiyyəti üzrə araşdırılması və qiymətləndirilməsindən əvvəl, Ali Məhkəmənin Plenumunun qərarında izah olunduğu kimi, iddianın mümkünlük şərtinə dair hüquqi dəyərləndirmə aparılmalı, bu zaman yuxarıda göstərilən bütün xüsusatlar nəzərə alınmalıdır. Bununla yanaşı, həmçinin, məhkəmənin diqqətinə çatdırırlar ki, Cavabdeh xx.xx.2014-cü il tarixli Sərəncamı ilə ayrılmış 60 ha torpaq sahəsi A.Qədimovla "xxxx" MMC arasında bağlanmış (təkrar) xx.xx.2019-cu il tarixli Müqavilə əsasında MMC-ə subicarəyə verilmişdir. Torpaq sahəsinin subicarəyə verilməsinə dair razılıq xx.xx.2014-cü il tarixli Sərəncamda nəzərədə tutulmuş, bununla yanaşı, müqavilənin bağlanmasına Cavabdehndən yazılı razılıq alınmışdır. Türkiyə vətəndaşı X3 təsisçisi və direktoru olduğu "xxxx" MMC 60 ha torpaq sahəsinə dair qanunverciliyə uyğun olaraq bütün dövlət orqanlarından razılıq-lisenziya almaqla, həmin torpaq sahəsində qum-çınqıl istehsalı və emalı ilə məşğul olur, hazırda da torpaq sahəsi istismar olunmaqla, MMC-də 70-dən artıq yerli işçi çalışır. MMC-nin fəaliyyəti də qonşuluqda yerləşən İddiaçı1 ASC-ə məlumdur, nümayəndə İddiaçı2 məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli və ondan sonrakı iclaslarında da bunu təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkünsüz sayılması xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 gəlmiş, Cavabdeh, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri və üçüncü şəxs X2 isə gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbini müdafiə etdi və iddianın “Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamın ləğv edilməsi” hissəsində mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, üçüncü şəxsin iddianın mümkün sayılmaması haqqında əriəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia “Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamın ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddianın “Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamın ləğv edilməsi” hissəsi üzrə iddia müddətini buraxdığından, iddia həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, sərəncamın nüsxəsinin iddiaçıya təqdim olunma tarixi dəqiq məlum olmasa da, iddiaçının nümayəndəsi və vəkili apellyasiya instansiyasındakı izahatında Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamına istinad edərək, cavabdeh tərəfindən təqdim olunmuş həmin sərəncamın mübahisəli torpaq sahəsinin başqa şəxsə verilməsini təsdiq edən sübut kimi qəbul edilməməsini özü bildirir. Lakin buna baxmayaraq inzibati işin materialları mahiyyəti üzrə baxılması üçün xx.xx.2019-cu il tarixdə həmin məhkəməyə göndərilsə də və iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 27 iyun 2019-cu il tarixə, 30 iyul 2019-cu il tarixə, 24 sentyabr 2019-cu il tarixə təyin olunmuş məhkəmə iclaslarında, eləcə də hazırki inzibati işin icraatı təzələndikdən sonra 28 iyul 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamını mübahisələndirməmiş, 29 sentyabr 2020-ci il tarixə, 10 noyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarına isə gəlməmiş, həmçinin 05 aprel 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməsinə baxmayaraq yenə də sözügedən sərancamı mübahisələndirməmiş, yalnız xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəbul edilmiş «xx.xx.2014-cü il tarixli, 100 saylı və xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamların ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bütün bunlar göstərir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamın mübahisələndirməsi üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Buraxılmış müddətin bərpasına gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə İPM-in 13-cü maddəsi baxımından iddiaçıya “müddətin bərpası barədə” ərizə verilməsini tövsiyə etsə də, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 “müddətin bərpası barədə” ərizə verilməsini zəruri saymamışdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia “Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamın ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia “Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamın ləğv edilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar