Məhkəmə qərarları › İş №2-1(120)-1/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1/2024 05.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X6, Üçüncü şəxs İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə, İmişli rayon Qulubəyli kənd bələdiyyəsinə, X11, X12, X4, X3, X5, X7 və X13 qarşı “torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İşin hazırlıq icraatı mərhələsində İddiaçı2 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə xx.xx.2009-cu il tarixdə 317 nömrə ilə uçota alınmış A119443 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi nəzərə alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddia tələbinin dəyişdirilməsi qəbul olunmuş, eləcə də İmişli rayon Qulubəyli bələdiyyəsi və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 säylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas qərarı əsasında Qulubəyli bələdiyyəsi ərazisindən İddiaçı2 satılmış 1200 m2 həyətyanı torpaq sahəsi ilə bağlı akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədovun, İmişli rayon Qulubəyli bələdiyyəsinin sədri X1, İmişli rayon Qulubəyli kənd sakini İddiaçı2 iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli Aktla İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas qərarı ilə İddiaçı2 bələdiyyə torpağından ayrılmış 1200 m2 həyətyanı torpaq sahəsi yerində göstərilib iddiaçıya təhvil verilmiş və ayrılmış torpaq sahəsinin planı akta əlavə edilmişdir. İmişli rayonunun Qulubəyli kənd sakini İddiaçı2 Qulubəyli bələdiyyəsinin mülkiyyətindən verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi və İmişli rayon Qulubəyli bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra həmin torpaq sahəsinə DTXK İmişli rayon şöbəsindən xx.xx.2009-cu il tarixli, 317 nömrə ilə ucota alınmış A119443 saylı plan və ölcü sənədi almışdır. İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə xx.xx.2009-cu il tarixdə 317 nömrə ilə uçota alınmış A119443 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi nəzərə alınmaqla reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təmin olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdə olan İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qulubəyli bələdiyyəsinin mülkiyyətinə məxsus əkinə yararsız torpaqlardan 1200 m2 həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı2 verilməsi qərara alınmışdır. İşdə olan torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas qərarı əsasında Qulubəyli bələdiyyəsi ərazisindən İddiaçı2 satılmış 1200 m2 həyətyanı torpaq sahəsi ilə bağlı akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədovun, İmişli rayon Qulubəyli bələdiyyəsinin sədri X1, İmişli rayon Qulubəyli kənd sakini İddiaçı2 iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas qərarı ilə İddiaçı2 bələdiyyə torpağından ayrılmış 1200 m2 həyətyanı torpaq sahəsi yerində göstərilib iddiaçıya təhvil verilmiş və ayrılmış torpaq sahəsinin planı akta əlavə edilmişdir. İşdə olan torpaq sahəsinin planının təsdiq edilmiş surətindən görünür ki, İmişli rayonunun Qulubəyli kənd sakini İddiaçı2 Qulubəyli bələdiyyəsinin mülkiyyətindən verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi və İmişli rayon Qulubəyli bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan 22 iyun 2009-cu il tarixli, 317 nömrə ilə uçota alınmış A 119443 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas qərarı ilə fərdi yaşayış evi tikmək üçün verilmiş 1200,17 m2 torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 25 oktyabr 2013-cü il tarixli, **********47 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində sizin xx.xx.2013-cü il tarixli ərizənizə və əlavə olunmuş sənədlərinizə baxmışdır. İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı və DTXK-nin İmişli rayon şöbəsi tərəfmdən tərtib olunmuş xx.xx.2009-cu il tarixli AN:119443 saylı torpaq sahəsinin plan və ölçüsü əsasında mülkiyyət hüququnun qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin mühəndis qurupu İmişli rayon Qulubəyli bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyiniz 0.12 ha həyatyanı üçün torpaq sahəsinə sizin və İddiaçı3 iştirakı ilə yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatları dəqiqləşdirilmişdir. Həmin torpaq sahəsinə aid DTXK-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatlan ilə faktiki döngə nöqtələrinin koordinatlarının eyniləşdirilməsi apanlan zaman uyğunsuzluqlar aşkar olunmuş, torpaq sahəsinin sənəd üzrə göstərilənlərlə naturada yerləşəmə vəziyyətində fərq aşkarlanmışdır. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sizin dövlət reyestrindən çıxanşın və texniki pasportun verilməsinə dair müraciətinizin icrasından imtina olunması qanunauyğun hesab edilmişdir. Toıpaq sahəsinin plan və ölçüsündə döngə nöqtələrinin koordinatları doqiqləşdirilərək Torpaq sahəsinin plan və ölçü sənədi dəyişdirildikdən və yer üzərində DTXK Yerquruluşu Layihə İnstitutunun Füzuli rayonlararası Kadastr İdarəsi tərəfındən mərz nişanları vurulduqdan sonra sizin müraciətinizə yenidən baxıla bilər. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı Ocaqov X15 rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinə xx.xx.2009-cu il tarixdə 317 nömrə ilə uçota alınmış A119443 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi nəzərə alınmaqla reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi həmin torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatlan ilə faktiki döngə nöqtələrinin koordinatlarının eyniləşdirilməsi apanlan zaman uyğunsuzluqlar aşkar olunduğu, torpaq sahəsinin sənəd üzrə göstərilənlərlə naturada yerləşmə vəziyyətində fərq aşkarlandığı qeyd edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 23 avqust 2019-cu il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə sənədlərin təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixdə vəsatət göndərildiyi, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, vəsatətdə göstərilənlər təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 17 dekabr 2019-cu il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib ediləcək mütəxəssis rəyinin ekspertiza tədqiqatına təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə 08 oktyabr 2019-cu il tarixdə vəsatət göndərildiyi, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, vəsatətdə göstərilənlər təşkil olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsi üçün xx.xx.2019-cu il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 04 sentyabr 2020-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə əlavə sənədlərin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixdə vəsatət göndərildiyi, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, vəsatətdə göstərilənlər təşkil olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 19 mart 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün əlavə materialların təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixdə ekspert vəsatəti verilməsinə, xx.xx.2020-ci il tarixdə isə xatırlatma məktubu göndərilməsinə baxmayaraq, ekspert vəsatəti təmin edilmədiyindən, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2021-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 30 iyun 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə 19 aprel 2021-ci il tarixdə tədqiqat obyektinə əlavə materialların təqdim olunması barədə vəsatət göndərildiyi, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, vəsatətdə qeyd olunan tədqiqat obyektinə dair əlavə materiallar (mütəxəssis rəyi) Mərkəzə təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2021-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 24 avqust 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət göndərildiyi, lakin vəsatətin verilməsi tarixindən bir ay müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallarla (mütəxəssis rəyi və baza məlumatları) bağlı hər hansı məlumat Mərkəzə daxil olmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2021-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 16 noyabr 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət göndərildiyi, lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallarla bağlı hər hansı məlumat Mərkəzə daxil olmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 31 may 2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün əlavə materialların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixdə ekspet vəsatəti verildiyini, məhkəmənin məktubuna əsasən tədqiqat obyektinə xx.xx.2022ci il tarixə baxış təyin olunduğu, lakin bu günə qədər müvafiq materiallar Mərkəzə təqdim təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 26 iyul 2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət göndərildiyi, lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallar (baza məlumatları) Mərkəzə təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 05 yanvar 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların (baza məlumatları və yerləşmə sxemi) təqdim olunması barədə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinin xx.xx.2022-ci il tarixinə təyin olunması bildirilmişdir. Lakin qeyd olunan tarixdən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan baza məlumatları və yerləşmə sxemi Mərkəzə təqdim olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı2 satılmış 1200 kv.m torpaq sahəsinin statusu, təyinatı, növü nədir və hansı kateqoriyaya aiddir? - İmişli rayonu Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı2 satılmış 1200 kv.m torpaq sahəsi hansı koordinatlarda yerləşir? (torpaq sahəsinin sxemi çəkilməklə koordinatları müəyyən edilsin). - İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı2 satılmış 1200 kv.m torpaq sahəsinin faktiki ölçüləri sənəd üzrə, ölçüləri ilə eynidirmi? - İmişli rayonu Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı2 satılmış 1200 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı2 istifadəsindədirmi? - İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı2 satılmış 1200 kv.m torpaq sahəsi digər şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə, o cümlədən İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2009-cu il tarixli, 12 saylı qərarı ilə X5 fərdi yaşayış evi tikmək üçün satılmış 400 kv.metr torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə düşür və həmin hissənin ölçüsü nə qədərdir? (sxemi tərtib edilməklə). - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı3 verilən 22 iyun 2009cu il tarixli, 318 nömrə ilə qeydə alınmış 143411 saylı plan və ölçü sənədi əsasında 0.40 ha torpaq sahəsi hansı döngə, nöqtə və koordinatlarda yerləşir? (torpaq sahəsinin sxemi çəkilməklə koordinatları müəyyən edilsin). - İddiaçı3 məxsus torpaq sahəsi ilə İddiaçı2 verilmiş torpaq sahəsinin yeri və koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 verilən 22 iyun 2009cu il tarixli, 318 nömrə ilə qeydə alınmış A 143411 saylı plan və ölçü sənədində göstərilən cizgiyə (sxemə) uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 23 iyun 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərildiyi, vəsatətə cavab olaraq tədqiqat obyektinə tərəflərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin olunduğu, lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, vəsatətdə qeyd olunan əlavə materiallarla bağlı hər hansı bir sənəd (mütəxəssi rəyi) Mərkəzə təqdim edilmədiyindən, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 13 sentyabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərildiyi, lakin qeyd olunan tarixdən uzun müddət keçməsinə baxmayaraq, müvafiq mütəxəssi rəyi Mərkəzə təqdim edilmədiyindən, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 04 dekabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023cü il tarixli vəsatət göndərildiyi, lakin qeyd olunan vəsatətin verilməsindən bir aydan çox müddət keçməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mübahisəli torpaq sahəsinə dair müvafiq mütəxəssis rəyi, baza məlumatları və koordinatlar Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı2 mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinin hüquqi göstəriciləri ilə bağlı mübahisənin tam, hərtərəfli və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının aparılması bu və ya digər səbəblərdən mümkün olmamışdır. Lakin iş materiallarında olan hüquqmüəyyənedici sənədlər (qərar, alqı-satqı müqaviləsi, plan və ölçü sənədi) məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və torpaqların alqısatqısına dair tərtib olunmuş xx.xx.2007-ci il tarixli Akt əsasında İddiaçı2 mülkiyyətinə verilmiş, 22 iyun 2009-cu il tarixli, 317 nömrə ilə uçota alınaraq A 119443 nömrəli planı və ölçüsü sənədi tərtib olunmuş 1200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq çıxarışın verilməsinə ciddi əsaslar mövcuddur və bu barədə iddiaçının müraciətinin cavabdeh inzibati orqan tərəfindən yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər nəzərə alınmaqla yenidən araşdırılması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı iclas qərarı ilə Qulubəyli bələdiyyəsinin mülkiyyətinə məxsus əkinə yararsız torpaqlardan 1200 m2 həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı2 verilməsi qərara alınmış və həmin qərar əsasında torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli Akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı İddiaçı2 adına 22 iyun 2009-cu il tarixdə 317 nömrə ilə uçota alınmış A 119443 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 61.1-61.4-cü maddələrinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirtməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunun yuxarıda sadalanan tələblərinə tam riayət etməmişdir. Belə ki, kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə alqısatqı qaydasında İddiaçı2 mülkiyyətinə verilmiş, 22 iyun 2009-cu il tarixli, 317 nömrə ilə uçota alınaraq A 119443 nömrəli planı və ölçüsü sənədi tərtib olunmuş 1200 kv.m torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən araşdırılmasına zərurət vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli Akt əsasında İddiaçı2 mülkiyyətinə verilmiş, 22 iyun 2009-cu il tarixdə, 317 nömrə ilə uçota alınaraq A 119443 nömrəli planı və ölçüsü sənədi tərtib olunmuş 1200 kv.m torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli Akt əsasında İddiaçı2 mülkiyyətinə verilmiş, 22 iyun 2009-cu il tarixdə, 317 nömrə ilə uçota alınaraq A 119443 nömrəli planı və ölçüsü sənədi tərtib olunmuş 1200 kv.m torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar