Məhkəmə qərarları › İş №2-1(120)-10/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-10/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-10/2020 30.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 (İmişli şəhəri, Muğan küçəsi, ev 52-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 (Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 42, 3-dəyaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış debitor borcunun və maliyyə sanksiyasının əsassız hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30.06.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, DSMF İmişli rayon şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 186.400,07 manat məbləğində əsassız olaraq məcburi dövlət sosial sığorta haqqı və 39.731,97 manat məbləğində maliyyə sanksiyası, cəmi 226.132,04 manat ödəniş hesablanmışdır. Lakin DSMF İmişli rayon şöbəsi tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqqının və maliyyə sanksiyasının hesablanması üçün heç bir qanuni əsaslar mövcud deyildir. Göstərilən borcun hesablanması ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün əsassız borclandırma şəraiti yaratmışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Digər halda Azərbaycan Respublikası Prezidentinin sahibkarlarla bağlı qanunsuz hərəkətlərə yol verilməsinin qadağan edilməsi barədə göstərişlərinə ziddir. Həmin borcun hesablanması sahibkarlıq fəaliyyətinə qarşı çox ciddi qanun pozuntusu və kobud müdaxilə hallarının təzahürüdür. Digər halda cavabdeh tərəfindən mabaisənin məhkəməyə qədər nizamlanması (pretenziya) qaydasına əməl olunmamış, MMC-yə heç bir rəsmi xəbərdarlıq daxil olmamışdır. Qeyd olunanlara əsasən dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilmiş məlumatlara əsasən cavabdehin mübahisələndirdiyi borc məbləği özü tərəfindən təqdim edilmiş sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığorta üzrə hesabatlar nəticəsində yaranmışdır. Belə ki, "xxxx" MMC 01.04.2015-ci il tarixdən 01.10.2018-ci il tarixədək əmək haqqı hesablanarkən “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı ödəməmiş, nəticədə 243.005,42 manat borc yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə əlaqədar cavabdehə 01.02.2017-ci il tarixli bildiriş göndərilmiş, 08.02.2017ci il tarixli, 44/52,53 nömrəli inkassa sərəncamı olan ödəniş tapşırığı qoyulmuş, borcun məcburi qaydada tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə 11.04.2017-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Daha sonra tərəfimizdən 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildiriş göndərilmişdir. Lakin bunlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Mübahisə predmeti olan hesablamaların məcburi qaydada tutulması tələbi ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərar Şirvan Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən mübahisələndirilsə də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün olsa da, ancaq əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01.02.2017-ci il tarixli, 44/180 saylı məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildirişin təsdiq edilmiş surətindən görünür ki, 01.01.2017-ci il tarixə hesablanmış məcburi dövlət sosial sığorta haqqları üzrə 168.087,75 manat, o cümlədən peniya üzrə 38.493,01 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 11.04.2017-ci il tarixli, 114/681 saylı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, 01.01.2017-ci il tarixə hesablanmış məcburi dövlət sosial sığorta haqqları üzrə 168.087,75 manat, o cümlədən peniya üzrə 38.493,01 manat borcun tələb olunmuş, ödənilmədiği təqdirdə məhkəmə orqanlarında iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi 19.04.2019-cu il tarixli, **********1 nömrəli məlumat məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə zidd olaraq 01.04.2015-ci il tarixdən 01.10.2018-ci il tarixədək əmək haqqı hesablanarkən məcburi dövlət sosial sığorta haqqı ödəməmiş, bundan sonrada əmələ gəlmiş borcun ödənilməsini həyata keçirməmiş və nəticədə 243.005,42 manat borc əmələ gəlmişdir. Qeyd edilən məbləğin 194.163,00 manat məcburi dövlət sosial sığorta haqql, 48.842,42 manat isə “Sosial sığorta haqqında” Qanunun 21-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası (peniya) təşkil edir. "xxxx" MMC 01.01.2017-ci il tarixə kimi AİV (B1) vasitəsi ilə və sonrakı hesabatlarını isə MİS proqramı ilə sığortaedənin cavabdeh şəxsləri tərəfindən elektron qaydasında elektrob imza ilə təqdim edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə əlaqədar cavabdehə 01.02.2017-ci il tarixli, 44/180 saylı məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş göndərilmiş və 08.02.2017-ci il tarixli, 44/52,53 nömrəli inkassa sərəncamı olan ödəniş tapşırığı qoyulmuşdur. 11.04.2017ci il tarixdə borcun məcburi qaydada tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilmişdir, lakin bunlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(086)- 2450/2017 nömrəli qərarı ilə 206.580,76 manat borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi təmin edilmişdir. Qeyd olunan qərar Şirvan Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, 11.02.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 243,005,42 manat, o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 194.163 manat və faizlər üzrə 48.842,42 manat borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi "xxxx" MMC-dən tələb olunmuşdur. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 14.09.2017ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.04.2015-ci il tarixdən 01.01.2017-ci il tarixədək dövr ərzində yaranmış 168.087,75 manat məbləğində məcburi dövlət sosial sığorta borcunun və 38.493,01 manat məbləğində maliyyə sanksiyasının, cəmi 206.580,76 manat məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.06.2018-ci -ci il tarixli, 2- 1(102)-1172/2018 nömrəli qərarında qeyd edilmişdir ki,... “hazırkı iş üzrə iddiaçının tələbi müvafiq hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının silinməsi yox (yəni məcburetmə haqqında iddia), cavabdeh orqan tərəfindən iddiaçıya hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair göndərdiyi bildirişin ləğv edilməsi, yəni mübahisələndirmə haqqında iddia olmalı idi”. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2020-ci il tarixli, 22834 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspert tərəfindən zəruri sənədlərin təqdim edilməsi ilə bağlı vəsatət verilməsini, lakin həmin sənədlərin təqdim edilməməsini nəzərə alaraq, hazırki tədqiqatla ekspertiza qarşısında qoyulmuş sual üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01.01.2017-ci il tarixdən sonrakı dövrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu və maliyyə sanksiyasının düzgünlüyünü mövcud iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz (maddə 73). “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun : 8-ci maddəsinə əsasən sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir . 14.1-ci maddəyə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 18-ci maddəsinə əsasən Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Qanunu ilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli, 250-İQ nömrəli Qanununda edilmiş dəyişikliklərə əsasən 01 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının yığımı, təqdim edilmiş hesabatların qəbulu və emalı, bu sahədə nəzarət və yaranacaq borcların yığılması Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Məhkəmə tədqiqatı zamanı işdə iştirak edən şəxslərin izahatlarından və iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.02.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 243,005,42 manat, o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 194.163 manat və faizlər üzrə 48.842,42 manat borcu vardır. Cavabdeh tərəfindən tələb edilməsinə baxmayaraq həmin borcun ödənilməsi iddiaçı tərəfindən təmin edilməmişdir. Həmin borcun 206.580,76 manatı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 14.09.2017-ci il tarixli, 2- 1(086)-2450/2017 nömrəli qərarı ilə öz təsdiqini tapır. Belə ki, həmin qərarla 206.580,76 manat məbləğində borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. İşin faktiki hallarından da göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.02.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə dövlət büdcəsinə yaranmış ümumilikdə 243,005,42 manat borcu mövcuddur. Həmin borcun 194.163 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, faizlər üzrə isə 48.842,42 manat təşkil edir. Bundan başqa, məhkəmə qeyd edir ki, həmin borcun 206.580,76 manat məbləğində hissəsinin mövcudluğu hazırda qüvvədə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(086)-2450/2017 nömrəli qərarı ilə də müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və hesablanmış 243.005,42 manat borcun silinməsi tələbində haqlı deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinə dair 11.02.2019-cu il tarixli, **********0 nömrəli bildirişin ləğv edilməsi və iddiaçıya hesablanmış 243.005,42 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar