Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-10/2021 05.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə qаrşı “torpağın mülkiyyətə verilməsinə dair JN-075 A, kod 80102005 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı “15 dekabr 2017-ci il tarixli qərarın ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-1(086)-619/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə, qаrşı “15 dekabr 2017-ci il tarixli qərarın ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “torpağın mülkiyyətə verilməsinə dair JN-075 A, kod 80102005 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində mülkiyyət hüquqlarımın qeydiyyata alınaraq mülkiyyət hüquqlarına dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi bахılmаsı, həmçinin X4, X11, X12, X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-1(086)-619/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə dair mütəxəssis rəyinin Ekspertiza Mərkəzinə təqdim olunmaması səbəbindən 2-1(120)-15/2020 saylı iş ekspertiza aparılmadan geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2-1(120)-15/2020 saylı məktubu ilə 2-1(120)-15/2020 saylı inzibati iş ekspertizanın keçirilməsi üçün yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə dair mütəxəssis rəyinin Ekspertiza Mərkəzinə təqdim olunmaması səbəbindən 2-1(120)-15/2020 saylı iş ekspertiza aparılmadan geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(120)-15/2020 saylı məktubu ilə 2-1(120)-15/2020 saylı inzibati iş ekspertizanın keçirilməsi üçün yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(120)-10/2021 saylı qərardadı ilə iddiaçılar və cavabdehin olduğu kimi saxlanılmaqla, iddia tələbinə “torpağın mülkiyyətə verilməsinə dair JN-075 A, kod 80102005 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o özünə məxsus torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın hərəkətləri ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri tam qanunidir və mülkiyyət hüquqlarının qeydiyyata alınmasına hər hansı maneə yoxdur. Odur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-075 A, kod 80102005 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər X4, X11, X12 və X14 məhkəmə iclаsınа gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinin nümayəndəsinin, üçüncü şəxslər X2, X5, X6 və X9 iştirаkı оlmаdаn işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı 15 dekabr 2017-ci il tarixli, **********26 saylı imtina məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi” Qaydalarına müvafiq olaraq Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının 08.02.1999-cu il tarixli 03 saylı qərarı ilə JN-075A nömrəli şəhadətnamə uzrə sizin və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0.07 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki vəziyyət arasında müəyyən çatışmamazlıqlar mövcuddur. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim olunmuş sözü gedən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair ilkin hüquqmüəyyənedıci sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər mübahisələndirildiyindən, barəsində məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, Astara rayon Məhkəməsinin 2(018)- 310/2012 saylı mülki iş üzrə cavabdeh - qismində cəlb olunduğunuz məhkəmə prossesində (qanunsuz tikililərin sökülməsi tələbinə münasibətdə) həmin ış üzrə iddiaçı X9 iddia tələbi qismən təmin olunmuş, tərəfinizdən inşa edilmiş (tövlə binasının) tikilinin sökülməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamənin icrası olaraq faktiki yerində tərəflərin və Astara rayon icra şöbəsinin icra məmurunun iştirakı ilə JN-075A nömrəli şəhadətnamə üzrə göstərilən ərazidə tərəfinizdən inşa edilmiş tikili (tövlə binası) sökülmüş və bu barədə 22 iyul 2014-cü il tarixli "Akt" tərtib olunmuşdur. Həmçinin, icra sənədi üzrə icraata xitam verilməsi barədə 8(318)-223/2014 saylı iş üzrə 07 avqust 2014cü il tarixli qərardad qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan belə məlum olur ki, sözü gedən məhkəmə qərarı ilə tərəfinizdən inşa edilmiş tikilinin (tövlə binasının) JN-132 nömrəli “Dövlət Aktı” üzrə qardaşınız X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.24 ha kənd təsərrüfatı təyinatlı payıbəlli torpaq sahəsinin üzərində tikilməsi faktı müəyyən edildiyindən və iş üzrə icraata xitam verildiyi səbəbindən hazırki ərizənizlə JN-075A nömrəli “Şəhadətnamə üzrə sizin və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi və üzərində yeriəşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması mümkün deyildir. Ərazi İdarəsi olaraq, bildiririk ki, həmin məhkəmə qətnaməsi ilə sökülmüş tikilinin (tövlə binasının) yerləşdiyi torpaq sahəsinin mülkiyyətinizə verilməsi ilə əlaqədar yekun məhkəmə qararı təqdim olunduğu təqdirdə tərəfimizdən təmin olunacaqdır. Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat: qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə göndərdiyi 10 dekabr 2018-ci il tarixli, **********58 saylı məktubunda qeyd edilmişdir ki, JN-075A nömrəli şəhadətnamə ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılmasından imtina edilməsi barədə 15 dekabr 2017-ci il tarixli qərarın ləğv edilməsi məsələsinə Ərazi İdarəsinin münasibətinin (etirazının) bildirilməsinə münasibətdə, tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırmanın nəticəsi olaraq məlum oldu ki, həmin 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması məqsədilə təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında hazırki iş üzrə İddiaçı 2017-ci il 28 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi icra edilməsindən ötrü tərəfimizdən icraata qəbul edilmişdir. Təqdim olunmuş sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, sənəd üzrə məlumatlarla naturada mövcud məlumatlar arasında uyğunsuzluq mövcuddur. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş sözü gedən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinə - nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər mübahisələndirildiyindən, barəsində məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, Astara rayon Məhkəməsinin 2(018)-310/2012 saylı mülki iş üzrə cavabdeh qismində cəlb olunduğunuz məhkəmə prossesində (qanunsuz tikililərin sökülməsi tələbinə münasibətdə) həmin iş üzrə iddiaçı X9 iddia tələbi qismən təmin olunmuş və hazırki iş üzrə İddiaçı tərəfindən inşa edilmiş (tövlə binasının) tikilinin sökülməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamənin icrası olaraq faktiki yerində tərəflərin və Astara rayon İcra şöbəsinin icra məmurunun iştirakı ilə JN-075A nömrəli şəhadətnamə üzrə göstərilən ərazidə hazırki iş üzrə iddiaçı tərəfindən inşa edilmiş tikili (tövlə binası) sökülmüş və bu barədə 22 iyul 2014-cü il tarixli “Akt” tərtib olunmuşdur. Həmçinin, icra sənədi üzrə icraata xitam verilməsi barədə 8(018)- 220/2014 saylı iş üzrə 07 avqust 2014-tarixli qərardad qəbul edilmişdir. Sözü gedən məhkəmə qərarı ilə iddiaçı tərəfindən inşa edilmiş tikilinin (tövlə binasının) JN-132 nömrəli “Dövlət Aktı” üzrə qardaşı X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.24 ha kənd təsərrüfatı təyinatlı payıbəlli torpaq sahəsinin üzərində tikilməsi faktı müəyyən edildiyindən və iş üzrə icraata xitam verildiyi səbəbindən həmin 0.07 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılmasından imtina edilmişdir. Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Ərazi idarəsi olaraq bildiririk ki, qeyd olunan səbəblərdən sözü gedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılmasından imtinaya münasibətdə, hazırki iddianın təmini tədbiri olaraq (tərəfimizdən verilmiş 15.12.2017-ci il tarixli imtinanın əsaslılığı və qanuniliyinə münasibətdə) faktiki yerində məhkəmə torpaqşünaslıq ekspertizası keçirilməsi şərtilə və mübahisə ilə əlaqədar əvvəllər qəbul edilmiş məhkəmə qətnamələri nəzərə alınmaqla qərar qəbul etməyinizi xahiş edirik. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə göndərdiyi 29 mart 2019-cu il tarixli, **********60 saylı məktubunda qeyd edilmişdir ki, Astara rayon Aqrar islahat Komissiyası tərəfindən iş üzrə İddiaçı və onun ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair JN-075A kod 80102005 nömrəli “Şəhadətnamə”nin, həyətyanı torpaq sahəsinin ayrılmasına dair Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 nömrəli qərarının, həmçinin qeyd olunmuş islahatın müvafiq qərarının bütövlükdə verilməsinə səbəb olan sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasına münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları üzrə müvafiq araşdırmalar aparıldı. Məlumat üçün bildiririk ki, sorğuda barəsində qeyd edilən Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi ilə aramızda keçirilən təhfil-təslim dövründə 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilmədiyindən (Aqrar İslahat Komissiyası fəaliyyətini dayandırdığı dövrdən müvafiq sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Astara rayon şöbəsinə təhfil verilmişdir) həmin qərarın və onun verilməsinə səbəb olan sənədlərin təsdiqlənmiş surətinin verilməsi Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Sorğuda barəsində qeyd olunan iş üzrə iddiaçı şəxsin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin əvvəlki və hazırki mülkiyyətçilərinin, mülkiyyətə keçmə əsasları, həmin torpaq sahəsinin faktiki və sənəd üzrə ərazisinə dair başqa şəxslərin hüquqlarının qeydiyyata alınıb-alınmaması, üst-üstə düşməsi, həmin ərazidə fərdi yaşayış evinin inşa edilib-edilməməsi və evin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən olunması kimi kompleks yerquruluşu məlumatlarının verilməsinə münasibətdə isə bildiririk ki, bu kimi məsələlərin tam araşdırılması məqsədilə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin olunması barədə (Kadastr və Ünvan Reyestri Xidmətinin aidiyyəti Layihə-Tədqiqat İdarəsi cəlb olunmaq şərtilə) qərar qəbul olunmasını qanunamüvafiq hesab edirik. Zərurət yarandığından yalnız mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarının, sözü gedən JN-075A nömrəli “Şəhadətnamə”nin və Astara rayonu, Qəcimardə kəndi üzrə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin” qeydiyyatı kitabından aidiyyəti hissədə çıxarışın təsdiqlənmiş surəti sizə təqdim olunur. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair 2005-ci il tarixli JN-075A nömrəli (kod ********) şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarı İddiaçı və ailə üzvləri X1, X7 və X8 mülkiyyətinə ilə 0.07 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin plan çizgisi və sxemi tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 30 aprel 2021-ci il tarixli, G-04/21-208 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Cavab 1: İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi koordinatları müəyyən edildi, (bax səh.7); Cavab 2: JN- 075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir; Cavab 3: JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil; Cavab 4: JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir; Cavab 5: JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsində inşa edilmiş tikili yaşayış evi təyinatlı, iki mərtəbəli, mişar daşı və kərpicdən ibarətdir. Sözügedən tikili tikinti normalarına uyğundur və tikili üçüncü şəxslərin hüquqlarını pozmur; Cavab 6: JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür; Cavab 7-8: JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsi üçüncü şəxslərin hüquqlarına toxunmur. Həmin torpaq sahəsinə kəndlər arası əsas yoldan ayrılmaqla avtomobil və gediş-gəliş yolu mövcuddur. İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində ayrılmış 0.07 ha torpaq sahəsi JN-075A saylı Şəhadətnaməyə əsasən 7-ci səhifədəki sxemdə göstərilən koordinatlar daxilində mülkiyyətinə verilmişdir. Üzərində inşa edilmiş fərdi yaşayış evinin də mülkiyyətinə verilərək vahid əmlak formasında hüquqlarının dövlət qeydiyyatına alınması məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 10/2311 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində JN- 075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi koordinatları müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Qərardadın üçüncü sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0,07 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Qərardadın dördüncü sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Qərardadın beşinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsində inşa edilmiş tikili yaşayış evi təyinatlı, iki mərtəbəli, mişar daşı və kərpicdən ibarətdir. Sözügedən tikili tikinti normalarına uyğundur. Qərardadın altıncı sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın yeddinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyində əsasən qeyd olunur ki, JN-075A saylı Şəhadətnaməyə əsasən ayrılmış 0.07 ha torpaq sahəsinə kəndlər arası əsas yoldan ayrılmaqla avtomobil və gediş-gəliş yolu mövcuddur. İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində ayrılmış 0.07 ha torpaq sahəsi JN-075A saylı Şəhadətnaməyə əsasən mütəxəssis rəyinin yeddinci səhifəsindəki sxemdə göstərilən koordinatlar daxilində mülkiyyətinə verilmişdir. Üzərində inşa edilmiş fərdi yaşayış evinin də mülkiyyətinə verilərək vahid əmlak formasında hüquqlarının dövlət qeydiyyatına alınması məqsədəuyğundur. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları, təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə araşdrıması zamanı müəyyən edildi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvləri X1, X7 və X8 mülkiyyətinə 0.07 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ölçülərək onlara təhkim olunmuş və onların adına “Torpağın mülkiyyətə verilməsinə dair” 2005-ci il tarixli JN-075A nömrəli (kod ********) şəhadətnamə tərtib edilmişdir. İddiaçı həmin “Torpağın mülkiyyətə verilməsinə dair” 2005-ci il tarixli JN-075A nömrəli (kod ********) şəhadətnamə əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” 2005-ci il tarixli JN-075A nömrəli (kod ********) şəhadətnaməyə uyğun yeni nümunəli çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə “Torpağa mülkiyyət hüququna dair 2005-ci il tarixli JN-075A nömrəli (kod ********) şəhadətnamə” torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X13 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə qаrşı “torpağın mülkiyyətə verilməsinə dair JN-075 A, kod 80102005 saylı şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (dövlət rüsumu) iddiaçıya aid edilməlidir. Bundan başqa iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Həmçinin iş materiallarında olan smetadan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri 250,00 manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ekspert və mütəxəssis rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsindən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-075 A, kod 80102005 saylı şəhadətnamə əsasında iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Həmçinin mütəxəssis xərcinə görə 250,00 manat həcmində pul vəsaiti cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ013501**********2944, kodu: 805539, SWİFT. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-10/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-10/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver