Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-10/2025 23.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********3350 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 11,08.2020ci il tarixli, **********3350 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarının, 11,08.2020-ci il tarixli, **********3356 nömrəli qərarının,xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilmiş və aidiyyəti üzrə icra edilməsindən ötrü Lənkəran rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilərkən onun həmin orqana dəvət edilməmiş, eləcə də həmin tarixli qərar ona elan olunmamış və rəsmi qaydada təqdim edilməmişdir. Onun haqqında çıxarılmış xx.xx.2020-ci il tarixli **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarla təxminən 1 həftə bundan əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə dəvət edildikdən sonra tanış olmuşdur. Belə ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Qasımov telefon vasitəsilə onunla əlaqə saxlayaraq şöbəyə dəvət etdikdən sonra orada izahatı alınmış, lakin buna baxmayaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarın surəti ona təqdim edilməmişdir. Buna görə də həmin qərarın əldə olunmasından ötrü vəkilə müraciət etmiş və vəkil sorğusu əsasında Lənkəran rayon İcra və Probasiya Şöbəsindən lazımi sənədləri əldə edə bilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarla razı deyildir və həmin qərarı əsassızdır. Vergi ödəyicisi deyil və belə bir borcun yaranması da mümkün deyildir. Ümumiyyətlə 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2020-ci il tarixdə **********617400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarı qəbul edərkən heç bir əsaslandırma etməmiş, 34264,2 manat məbləğində borcun hansı səbəbdən yaranmasını göstərməmişdir. Qanunvericiliyin tələbinə görə isə bu halı sübut etmə vəzifəsi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə düşür. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, cavabdehin 04 avqust 2020-ci il tarixli VN seriyalı **********2894 və **********2895 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarlarına əsasən 6 sayı Ərazi Vergilər Baş icdarəsinin əməkdaşları kiçik vergi xidməti müşaviri X8, 2ci dərəcəli müfəttiş X9, kiçik vergi xidməti müşaviri X10, 2-ci dərəcəli müfəttiş X5, 1-ci dərəcəli müfəttiş Vəkilzadə Ruslan Namik oğlu, vergi xidməti müşaviri X3, 2-ci dərəcəli müfəttiş X6, 3-cü dərəcəli müfəttiş X13, 3-cü dərəcəli müfəttiş X1 rayonu, Sütəmürdov kəndi ərazisində yerləşən və vergi ödəyicisi İddiaçı (VÖEN **********) məxsus olan 26001 kodlu obyekt olan “Cücə istehsalı sexi” və 26002 kodlu obyekt olan “Xəzər market” mağazasında Vergı Məcəlləsinin 50.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl edilməsi, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hücuqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, həmçinin malların sənədlərə əsasən alınması, elektron qaimə-faktura əsasında alınması, eləcədə əvvəlcə sifariş olmadan təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi ilə bağlı qaimə faktura tətbiqinə nəzarət edilməsi məsələləri üzrə vergi nəzarət tədbirləri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektlərdə NKA-nın tətbiq edilməməsi, malların sənədlərə, elektron qaimə-fakturalara əsasən alınmaması, həmçinin 13 (on üç) işçi ilə əmək müqaviləsi bağlanmadan işlərə (xidmətlərə) cəlb edilməsi faktı aşkar edilmişdir. Vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektlərdə aşkar edilmiş NKA-nın tətbiq edilməməsi faktına görə xx.xx.2020-ci il tarixli 000614 və 000616 nömrəli, 13 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərə (xidmətlərə) cəlb edilməsi faktına görə DVX seriyalı 000804 və 000805 nömrəli, malların sənədlərə, elektron qaiməfakturalara əsasən alınması qaydi larinin pozulmasına görə 000469 və 000470 nömrəli aktlar tərtib edilmişdir. Vergi nəzarəti tədbiri zamanı hər iki obyektə nağd hesablaşmalarının aparılmasından ötrü X11, nağdsız əməliyyatların aparılmasından ötrü isə post-terminalın quraşdırılması qarədə vergi ödəyicisinə əlavə məlumat verilmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş işçilərin yazılı zahatları alınmış, onlar tərəfindən vergi orqanının vəzifəli şəxslərinə təqdim etdikləri yazılı izahatlarında fəaliyyət göstərdikləri obyektlərin vergi ödəyicisi İddiaçı (VÖEN **********) məxsus olması, onlarla rəhbərlik arasında rəsmi əmək müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Vergi ödəyicisi İddiaçı izahatı yoxlama zamanı alınmış, xx.xx.2020-ci il tarixli izahatında rəhbəri olduğu obyektlərdə işləyən fiziki şəxslərlə əmək müqaviləsinin bağlamadığını, qısa müddət ərzində həmin müqavilələrin bağlayacağını bildirmişdir. Tətrib edilmiş yoxlama aktları və materiallara xx.xx.2020-ci il tarixdə baxılmış, vergi ödəyicisi İddiaçı (VÖEN **********) obyektlərində NKA tətbiq edilməməsinə görə 2,0 min manat, əmək müqaviləsi bağlanmadan 13 nəfər fiziki şəxsi işlərə (xidmət ərə) cəlb etdiyinə görə 26,0 min manat, həmçinin malların sənədlərə əsasən alınması, elel-tron qaimə-faktura əsasında alınması qaydalarını pozduğuna görə 3,2 min manat, ümumilikdə 31,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 13 sayda fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı cinayət xarakterli olduğundan vergi ödəyicisi barəsində tophnmış yoxlama materialları xx.xx.2020-ci il tarixli **********595100 nömrəli məktubla baxılmasından ötrü Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə göndərilimişdir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin rəisinə müraciət edərək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə əmək müqaviləsinin bağladığını, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun tam ödənildiyini nəzərə alaraq, barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2021-ci il tarixli, **********01 5300 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, barəsində olan ********* nömrəli cinayə işi üzrə icraata 03 mart 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Mə oəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayit məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci, 73.2-ci, 73.3-CÜ, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmçinh bildiririk ki, xx.xx.2020-ci il tarixli **********2910 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar əsasında xx.xx.2020-ci il tarixli DVX seriyalı 000216 nömnli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol ilə, kompüter yaddaşından iddiaçının dövriyyəsi ilə bağlı apardığı qara mühasibatlıq sənədləri, onun imzası ilə təsdq edilmiş forması götürülərək, real dövriyyəsi əsasında vergilərin hesablanması üçün xx.xx.2020-ci il tarixli **********643000 nömrəli xidməti məktubla aidiyyəti struktura təqdim edilmişdiir. Həmçinin bildiririk ki, “Vergi ödəyicirıin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə olb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarlar elektron üsulla vergi ödəyicinin elektron kabinetinə və poçt rabitəsi vasitəsilə xx.xx.2020-ci il tarixli **********2C3500, **********203000, **********204700, **********206100, **********06400, **********207800 nömrəli məktublarla iddiaçıya göndərilmişdir. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirik ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır. İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********350 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisİnin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götüıülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 2652.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020 tarixədək 2652.00 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasınm Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 18000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 18000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasınm Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 8000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********617400 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 34264,2 manat məbləğində borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı xx.xx.2020-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş vergi xidməti müşaviri X3 ifadəsində bildirmişdir ki, o və digər əməkdaşlar yoxlamaya getmiş və telefonla danışdıqdan sonra İddiaçı gəlmişdir. Yoxlama zamanı iştirak emiş və sənədlərə qol çəkmişdir. Yoxlama bitdikdən sonra digər yoxlama keçirilən obyekt Cücə sexinə digər əməkdaşlarla birlikdə getmişdirlər. Yoxlama keçirilən zaman vergi ödyicisi kimi şəxs özüdə iştirak etmiş, sexdə işləyən digər işçilərdə bildirmişdirlər ki, sexin sahibi İddiaçıdur və iş üzrə işçilərdə izahat vermişdirlər. Vergi ödəyicisi İddiaçı olmuşdur və obyektdə kassa olmamış, yoxlama ödənişlər olmadığı üçün açılmamışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş 2-ci dərəcəli müfəttiş X5 ifadəsində bildirmişdir ki, Cücə sexində yoxlama aparılmış, obyekt iki hissədən kəsim və satım hissəsindən ibarətdir. Araşdılma zamanı müəyyən olunmuşdur ki, kassa, işçılərlə əmək müqavilələri olmamışdır Məhkəmənin iş üzrə 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/8203/2023 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixə yaranmış ümumilikdə 34264,20 manat məbləğinca borcundan onun obyektlərində NKA tətbiq edilməməsinə görə 2.000,00 manat, əmək müqaviləsi bağlanmadan 13 nəfər fiziki şəxsi işlərə (xidmətlərə) cəlb etdiyinə görö 26.000,00 manat, həmçinin malların sənədlərə əsasən alınması, elektron qaimə-faktura əsasında alınması qaydalarını pozduğuna görə 3.218,79 manat, ümumilikdə 31.218,79 manat məbləğində olan hissəsi təqdim edilmiş iş materiallarında olan sənədlərlə düzgünlüyü təsdiq olundu, lakin xx.xx.2020-ci il tarixə yaranmış ümumi borcdan 3006,36 manat əsas və 39,08 manat faiz hissəsi ilə əlaqədar iş materiallarında borcun hansı əsasdan yaranmasına dair hər hansı bir məlumat olmadığı üçün bu hissəyə hazırkı tədqiqat zamanı qiymət verilməmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, iş materiallarına əsasən İddiaçı tərəfindən inzibati orqanın “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020ci il tarixli, **********3350 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarı mübahisələndirmək məqsədi ilə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət edilmiş və məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. İnzibati orqan tərəfindən mübahisələndirilən qərarlar İddiaçı məxsyus kabinetə yerləşdirilsə də, sonuncu tərəfindən oxunmadığı və poçt vasitəsilə təhvil almadığı müəyyən edilir. Eləcə də, mübahisələndirilən əlverişsiz qərarlardan inzibati orqan tərəfindən 34264,2 manat məbləğində verg borcunun məcburi ödənilməsini təmin etmək məqsədilə “Tələbin icraya yönəldilməsi haqqında” **********617400 nömrəli qərarın tərtib edilərək Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə (icra şöbəsində verilən izahata əsasən) məlumatlı olduğu müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;(...) 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından asılıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə fiziki şəxslərin iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********350 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisİnin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götüıülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 2652.00 manat, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasınm Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 18000 manat, xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasınm Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Cavabdehin 04 avqust 2020-ci il tarixli VN seriyalı **********2894 və **********2895 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarlarına əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Lənkəran rayonu, Sütəmürdov kəndi ərazisində yerləşən və vergi ödəyicisi İddiaçı (VÖEN **********) məxsus olan 26001 kodlu obyekt olan “Cücə istehsalı sexi” və 26002 kodlu obyekt olan “Xəzər market” mağazasında Vergı Məcəlləsinin 50.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl edilməsi, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hücuqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, həmçinin malların sənədlərə əsasən alınması, elektron qaimə-faktura əsasında alınması, eləcədə əvvəlcə sifariş olmadan təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi ilə bağlı qaimə faktura tətbiqinə nəzarət edilməsi məsələləri üzrə vergi nəzarət tədbirləri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektlərdə NKA-nın tətbiq edilməməsi, malların sənədlərə, elektron qaimə-fakturalara əsasən alınmaması, həmçinin 13 (on üç) işçi ilə əmək müqaviləsi bağlanmadan işlərə (xidmətlərə) cəlb edilməsi faktı aşkar edilmişdir. Vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektlərdə aşkar edilmiş NKA-nın tətbiq edilməməsi faktına görə xx.xx.2020-ci il tarixli 000614 və 000616 nömrəli, 13 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərə (xidmətlərə) cəlb edilməsi faktına görə DVX seriyalı 000804 və 000805 nömrəli, malların sənədlərə, elektron qaimə-fakturalara əsasən alınması qaydi larinin pozulmasına görə 000469 və 000470 nömrəli aktlar tərtib edilmişdir. Vergi nəzarəti tədbiri zamanı hər iki obyektə nağd hesablaşmalarının aparılmasından ötrü X11, nağdsız əməliyyatların aparılmasından ötrü isə post-terminalın quraşdırılması qarədə vergi ödəyicisinə əlavə məlumat verilmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş işçilərin yazılı izahatları alınmış, onlar tərəfindən vergi orqanının vəzifəli şəxslərinə təqdim etdikləri yazılı izahatlarında fəaliyyət göstərdikləri obyektlərin vergi ödəyicisi İddiaçı (VÖEN **********) məxsus olması, onlarla rəhbərlik arasında rəsmi əmək müqaviləsinin bağlanılmadığını qeyd etmişlər. Qeyd olunan şəxslər vermiş olduqları məcburi alınması iş materialları ilə sübut olunmayan izahatlarında fəaliyyətdə olan obyektlərin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini vergi orqanına təqdim etmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərarın qəbul edilməsində iddiaçının izahatı məhkəmə hesab edir ki, həlledici olmuşdur. İddiaçı isə verilən izahatların məcburi olaraq alınması barədə iddiasında qeyd etsə də, məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmiş, vergi orqanın yoxlamada iştirak etmiş əməkdaşlarının da şahid qismində dindirilərkən hər hansı məcburiyyət tədbirlərini həyata keçirdiyini aşkar etməmişdir. Qeyd olunan hal isə iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlil kimi məhkəmənin qiymətləndirmə aparılması üçün əsas verir. Məhkəmə iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/8203/2023 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və göstərilənlərlə bağlı ekspert rəyinə əsasən qeyd edir ki, mübahisələndirilən qərarlar üzrə borc məbləğlərinin hesablanmasına əsas inzibati orqanın əməkdaşlarının İddiaçı məxsus olan 26001 kodlu obyekt olan “Cücə istehsal sexi” və 26002 kodlu obyekt olan “Xəzər market” mağazasında nəzarət tədbirlərinin həyata keçirilməsi olmuşdur. Təqdim edilmiş materiallara əsasən vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektlərdə aşkar edilmiş NKA-ın tətbiq edilməməsi faktına görə xx.xx.2020-ci il tarixli, 000614 və 000616 nömrəli, 13 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərə (xidmətlərə) cəlb edilməsi faktına görə DVX seriyalı 000804 və 000805 nömrəli, malların sənədlərə, elektro qaimə-fakturalara əsasən alınması qaydalarının pozulmasına görə 000469 və 000470 nömrəli aktlar tərtib edilmişdir. Vergi ödəyicisi və işçilərin yoxlama zamanı alınmış izahatlarıda qərarların qəbulunda rolu olmuşdur. Nəticə olaraq, vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixə yaranmış ümumilikdə 34264,20 manat məbləğinca borcundan onun obyektlərində NKA tətbiq edilməməsinə görə 2.000,00 manat, əmək müqaviləsi bağlanmadan 13 nəfər fiziki şəxsi işlərə (xidmətlərə) cəlb etdiyinə görö 26.000,00 manat, həmçinin malların sənədlərə əsasən alınması, elektron qaimə-faktura əsasında alınması qaydalarını pozduğuna görə 3.218,79 manat, ümumilikdə 31.218,79 manat məbləğində olan hissəsi təqdim edilmiş iş materiallarında olan sənədlərlə düzgünlüyü təsdiq olunmuşdur. Ekspert rəyində xx.xx.2020-ci il tarixə yaranmış ümumi borcdan 3006,36 manat əsas və 39,08 manat faiz hissəsi ilə əlaqədar iş materiallarında borcun hansı əsasdan yaranmasına dair hər hansı bir məlumat olmadığı üçün bu hissəyə hazırkı tədqiqat zamanı qiymət verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən inzibati orqanın “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********3350 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarı, xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarı və xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarı mübahisələndirilmişdir ki, ekspert tərəfindən münasibət bildirilməyən 3006,36 manat əsas və 39,08 manat faiz hissəsisinin mübahisə predmeti təşkil etmədiyi müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarları qanuni və əsaslı olmuşdur. İddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, mövcud olmadığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********3350 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarının ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə prosessual xərclər iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA AlDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********3350 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3352 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3354 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3356 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********3358 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov