Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1000/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinin, Salyan rayonu X12 və üçüncü şəxs X5 nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X6rşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli qərarı ilə 15 il müddətinə verilmiş şəhadətnamənin müddətinin 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair X12 10 iyun 2014-cü il tarixli qərarının, Salyan rayonu Arbatan Bələdiyyəsinin ərazisindən 17 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu Arbatan Bələdiyyəsinin 10 iyul 2014-cü il tarixli, 12 nömrəli qərarının, həmin qərar əsasında DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Arbatan Bələdiyyəsinin adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə Arbatan bələdiyyəsinin adına verilmiş Seriya RX № 04855766 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair Arbatan bələdiyyəsinin adına tərtib edilmiş reyestr nömrəsi **********78 olan plan-ölçünün; Salyan rayonu X12 ərazisindən 3.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********60 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X17 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********67 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********64 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********76 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********74 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********68 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.4 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********70 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********66 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********65 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********62 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********69 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 3.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********63 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, Salyan rayonu X12 ərazisindən 5.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********73 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********75 olan plan-ölçünün, Salyan rayonu X12 ərazisindən 3.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının, həmin qərar əsasında göstərilən torpaq sahəsinin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına aparılmış qeydiyyatın, buna dair həmin tarixdə X12 adına verilmiş Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair X12 adına tərtib edilmiş reyestr nömrəsi **********61 olan plan-ölçünün, 6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılmasına dair Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının, həmin qərar əsasında X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın, 70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılmasına dair Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının, həmin qərar əsasında X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın, 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılmasına dair Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli qərarının, həmin qərar əsasında X5 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilmələri barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X15 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “X4 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli qərarı ilə 15 il müddətinə verilmiş şəhadətnamənin müddətinin 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair X12 10 iyun 2014cü il tarixli qərarının; Salyan rayonu Arbatan Bələdiyyəsinin ərazisindən 17 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu Arbatan Bələdiyyəsinin 10 iyul 2014-cü il tarixli, 12 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 3.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.4 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 3.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 5.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu X12 ərazisindən 3.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanmasına dair Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; 6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılmasına dair Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının; 70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılmasına dair Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının və 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılmasına dair Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi X15 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Salyan rayonu Aşağı Noxudlu X1 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli sərancamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu Arbatan Bələdiyyəsinin “17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarının; Salyan rayonu X12 “70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının və Salyan rayonu X12 “6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı ilə A.Ağabəyli adına təsərrüfat ərazisindən 70,43 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinə əkinçilik və heyvandarlıqla məşğul olması üçün daimi istifadəsinə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X4 və İddiaçı kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verilmişdir. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin uzun müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X4 adına JN-0031, kod 80903028 nömrəli şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik və heyvandarlıqla məşğul olunmuşdur. Lakin, son vaxtlar ona məxsus torpaq sahəsinin bir hissəsini başqa şəxslər zəbt etmişlər. Dəfələrlə onlara torpaq sahəsinin boşaldılmasına dair müraciət edilməsinə baxmayaraq, onlar bunu inkar etmiş və qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etməkdə davam etmişlər. Torpaq sahəsini zəbt etmiş şəxslər hər dəfə zəbt etdikləri torpaq sahəsinə bələdiyyə tərəfindən rəsmi qaydada icazə verildiyini bildirmişlər. Bununla əlaqədar olaraq, bələdiyyə orqanına rəsmi qaydada müraciət edərək həmin ərazilərin digər şəxslərə istifadəyə və ya icarəyə verilməsi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuş, Arbatan bələdiyyəsinin 18 may 2020-ci il tarixli, 72 saylı məktubunda qeyd edilmişdir ki, istifadəsində olan torpaq sahəsi heç kimə icarəyə verilməmişdir. Arbatan bələdiyyəsi tərəfindən verilmiş göstərilən məktubu həmin şəxslərə təqdim etdikdə, ona Arbatan bələdiyyəsinin 17 oktyabr 2014-cü il tarixli, 10 nömrəli Protokolunu təqdim edərək 17,0 hektar torpaq sahəsinin onlara icarəyə verilməsini bildirmişlər. Həmin protokoldan görünür ki, onun daimi istifadəsində olan torpaq sahəsindən 17 ha torpaq sahəsi hərraca çıxarılaraq X26, X19 və X10 arasında müsabiqə keçirilmiş və nəticədə müsabiqənin qalibi kimi 17 ha torpaq sahəsi X9 50 illik müddətə icarəyə verilmiş və xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinə dair Salyan rayonu Arbatan bələdiyyəsi ilə X19 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına şəhadətnamə verilmişdir. Bələdiyyə orqanının məktubunda göstərilən məlumata baxmayaraq keçirilmiş hərrac protokolundan, icarə müqaviləsindən və Nizami Hüseynovun adına verilmiş şəhadətnamədən görünür ki, bələdiyyə orqanı səlahiyyət həddini aşaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq digər şəxsin istifadəsinə vermişdir. Eyni zamanda X21 tərəfindən ona məxsus torpaq sahəsinin digər şəxslərə verilməsi barədə məlumat əldə edilmişdir. Bələdiyyə orqanına rəsmi qaydada müraciət edilərək bu barədə məlumat verilməsi xahiş olunmuşdur. Dəfələrlə müraciət etdikdən sonra X12 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı MMC-nin daimi istifadəsində olan 70 ha torpaq sahəsi İddiaçı MMC-nin istfiadəsindədir və X21 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamışdır. Əlavə olaraq istifadələrinə ayrılmış X12 mülkiyyətinə aid olan 76 (yetmiş altı) ha torpaq sahəsinin istifadə müddəti bitdiyi üçün həmin torpaq sahəsi qanunvericiliyə əsasən hərraca çıxarılmışdır. 2014-cü ilin noyabr ayında keçirilmiş hərracda qalib gəlmiş Bakı şəhər sakini X9 həmin torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzrə keçirilmiş hərracın nəticələri barədə hər hansı sənəd əldə etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən İddiaçı MMC cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X6rşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçısının) torpaq hərrac və müsabiqəsinin nəticələri barədə xx.xx.2014-cü il tarixli 10 saylı Protokolunun, Arbatan Bələdiyyəsi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və X5 adına verilmiş şəhadətnamənin, X12 ərazisində yerləşən İddiaçı MMC-nin daimi istfıadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X5 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsininin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçısının) torpaq hərrac və müsabiqəsinin nəticələri barədə xx.xx.2014-cü il tarixli, 10 saylı Protokolunun, Arbatan Bələdiyyəsi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və X5 adına verilmiş şəhadətnamənin, X12 ərazisində yerləşən İddiaçı MMC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X5 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(106)-767/2021 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsininin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Arbatan bələdiyyəsinin 72 nömrəli, 18 may 2020-ci il tarixli məktubundan göründüyü kimi, onun istifadəsində olan torpaq sahəsinin heç kimə icarəyə verilməməsini bildirsə də, Arbatan bələdiyyəsinin 17 oktyabr 2014-cü il tarixli, 10 nömrəli protokolundan görünür ki, onun daimi istifadəsində olan torpaq sahəsindən 17 ha torpaq sahəsi hərraca çıxarılaraq X26, X19 və X10 arasında müsabiqə keçirilmiş və nəticədə müsabiqənin qalibi kimi 17 ha torpaq sahəsi X9 50 illik müddətə icarəyə verilmiş və xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinə dair Salyan rayonu Arbatan bələdiyyəsi ilə X19 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına şəhadətnamə verilmişdir. X12 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ona məxsus 76 ha torpaq sahəsinin istifadə müddəti bitdiyindən həmin ərazi X9 icarəyə verilmişdir. Göründüyü kimi, cavabdeh Arbatan Bələdiyyəsi göstərilən torpaq sahəsinə dair qanuni əsaslarla hüquqlara malik şəxs kimi ona məlumat vermədən, digər cavabdeh X21 isə 76 ha torpaq sahəsinin istifadə müddətinin bitməsinə əsaslanmaqla qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinə dair hərrac keçirmiş və ona məxsus torpaq sahəsinə dair digər cavabdeh N.Hüseynovla icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Göründüyü kimi, həm hərracı keçirmiş Azərbaycan Respublikasının DTXK-nin rayon torpaq hərrac və müsabiqə komissiyası və qeydiyyatı aparmış orqan hazırda eyni orqan olmaqla göstərilən hərəkətlər eyni orqan tərəfindən həyata keçirilir. Göründüyü kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göstərilənlərə əsasən, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamələr verildiyindən göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən qanunla qorunan hüquqlara malikdir. Odur ki, cavabdehin onun torpaq sahəsi üzərində istifadə müddətinin başa çatmasına dair dəlilləri əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Şərh olunduğu kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı ilə A.Ağabəyli adına təsərrüfat ərazisindən 70,43 hektar torpaq sahəsinin əkinçilik və heyvandarlıqla məşğul olması üçün daimi istifadəyə verilməsi qərara alınmışdır. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin uzun müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göründüyü kimi, ayrılmış 70,43 hektar torpaq sahəsi daimi istifadədədir. 103,0 hektar torpaq sahəsinin ayrılması tarixi olan 05 mart 1998-ci il tarixdən qanunla göstərilən müddət keçməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı kiçik müəssisəsinin (hazırkı İddiaçı MMC) iddiası təmin edilərək, Salyan rayonu X13 xx.xx.2005-ci il tarixli, 02 saylı və xx.xx.2005-ci il tarixli, 03 saylı qərarlarının qəbul edildiyi andan etibarsız hesab olunması; Salyan rayonu X24 ilə Salyan rayonu Noxudlu kənd sakinləri X20 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 02 saylı və X11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 03 saylı icarə müqavilələrinin ləğv edilməsi; X8 və X3 Salyan rayonu X18 xx.xx.2005-ci il tarixli, 02 saylı və xx.xx.2005-ci il tarixli, 03 saylı qərarları ilə onlara verilmiş İddiaçı kiçik müəssisəsinin qanuni istifadə hüququna malik olduğu müvafiq olaraq 20 hektar və 50 hektar torpaq sahələrindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı İddiaçı kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 70 hektar torpaq sahəsi ayrılmış və həmin sahəyə dair 08 oktyabr 1998-ci il tarixli JN-262, kod 80903028 olan dövlət aktı verilmişdir. Həmin dövlət aktı 08 oktyabr 1998-cı il tarixdə 162 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə tərəfindən İddiaçı kiçik müəssisəsinin 70 hektar torpaq sahəsindən daimi istifadə hüququnun qanunverciliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsi öz təsdiqini tapmışdır. Həmçinin həmin torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsində qanuni əsaslarla olduğu bələdiyyə tərəfindən nəzərə alınmadan həmin torpaq sahəsi barəsində sərəncam hüququnun həyata keçirilməsi (icarə müqaviləsinin bağlanması) qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Azərbacan Respublikası İqtisad Məhkəməsinin 30 noyabr 2006-cı il tarixli qətnaməsi ilə 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Arbatan Bələdiyyəsinin cavabdeh İddiaçı kiçik müəssisəsinə (MMC) qarşı «torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası, daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinin 1-ci bəndinə əsasən, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, torpaq sahəsi mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın alına) bilər. Göründüyü kimi, fiziki və hüquqi şəxslərin qanuni istifadələrində olan torpaq sahələri yalnız dövlət ehtiyacları üçün geri alına bilər. Digər hallarda isə yalnız torpaq istifadəçilərinin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı əsasında geri alına bilər. Mübahisəli torpaq sahəsi İddiaçı kiçik müəssisəsinin (MMC) daimi istifadəsində olduğundan o qanunvericiliyin tələblərinə görə icarə haqqı deyil, torpaq vergisi ödəməlidir (əvvəlki məhkəmə qərarlarında da məhkəmələr bu qənaətə gəlmişlər). Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtsadi Kollegiyasının 03 noyabr 2011-ci il tarixli, 2-1(106)-66/2011 saylı qətnaməsi ilə iddiaçı Arbatan Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, mübahisəli torpaq sahələrinin qanuni əsaslarla istifadədə olması, bununla da onun və İddiaçı MMC-nin göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olması, torpaq sahəsinin icarə hüququ əsasında deyil, daimi istifadə hüququ əsasında onun və İddiaçı MMC-nin istifadəsində olması və buna görə də icarə haqqı deyil (bələdiyəyə icarə haqqı deyil), torpaq vergisi (dövlət vergisi) ödənilməli olması; habelə həmin torpaq sahələrinin geri alınması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində sadalanan əsaslardan hər hansı birinin olmaması qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğundan, göstərilən xüsusatlar hazırkı işdə yenidən mübahisələndirilə bilməz və həmin faktlar yenidən sübut edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proseesində mübahisələndirilmir və yenidən sübut edilmir. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada miibahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, MPM-nin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cü maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən olunmuş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında miibahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbdə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumınyaya qarşı” 28 oktyabr 1999-cu il tarixlə qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli torpaq sahələrinin qanuni əsaslarla onun və İddiaçı MMC-nin daimi istfiadəsinə verilməsi və onun və İddiaçı MMC-nin göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olması və həmin torpaq sahəsinin geri alınması üçün Azərbaycan Respublikası Torpaq Məcələsinin 73-cü maddəsində sadalanan əsaslardan hər hansı birinin olmamasına dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Göründüyü kimi, qanunvericilik aktları normalarına əsasən torpaq sahəsinə dair hüquqa müvafiq aktın qəbul edilməsi ilə və ya məhkəmə qərarına əsasən və həm də torpaq sahəsi istifadəçisinin razılığı ilə xitam verilir. Belə bir razılıq və bunun əsasında akt isə qəbul edilməmiş və ya məhkəmə qərarı mövcud deyildir. Bununla da daimi istifadə hüququ əsasında verilmiş torpaq sahəsi qanunla müəyyən edilmiş əsaslar olmadan və qanunla müəyyən edilmiş qaydada geri alınmadan, həmin torpaq sahəsinə dair hərracın keçirilməsi və göstərilən torpaq sahəsinin N.Hüseynova icarəyə verilməsinə dair müqavilə qanunsuzdur. Odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıbsatılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Kravçenko Rusiya Federasiyasına» qarşı 02 aprel 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə «maddi» məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qəbul edilməlidir. Şirvan Kommersiya Məhkəməsində işə baxılması zamanı məlum olmuşdur ki, X12 10 iyun 2014-cü il tarixli qərarı ilə X4 Salyan Rayon İHB-nin 05 mart 1998-ci il tarixli qərarı ilə 15 il müddətinə verilmiş şəhadətnamənin müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsi qərara alınmışdır. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti Başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamları ilə İddiaçı kiçik müəssisəsinin istifadəsinə verilmiş və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X4 və İddiaçı kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli və JN-0031, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verilmiş torpaq sahələrinin özəlləşdirmə proseslərinə başlanmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Salyan rayonu Arbatan Bələdiyyəsnin 10 iyul 2014-cü il tarixli, 12 nömrəli qərarı ilə Salyan rayonu Arbatan Bələdiyyəsinin ərazisindən 17 ha torpaq sahəsinin özəlləşdirilməsi (qeydiyyata alınması) qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Arbatan Bələdiyyəsinin adına qeydiyyata alınmış, buna dair həmin tarixdə Arbatan bələdiyyəsinin adına Seriya RX № 04855766 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair Arbatan bələdiyyəsinin adına reyestr nömrəsi **********78 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 3.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********60 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********67 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********64 olan planölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********76 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X17 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********74 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********68 olan planölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X17 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.4 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********70 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********66 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********65 olan planölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X17 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********62 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********69 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 3.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********63 olan planölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********71 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 5.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********73 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********75 olan planölçii tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 3.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********61 olan plan-ölçü tərtib edilmişdir. Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 6.0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli qərarı ilə 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Göstərilənlərə əsasən, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamları ilə İddiaçı kiçik müəssisəsinin istifadəsinə verildiyindən və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X4 və İddiaçı kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli və JN-0031, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verildiyindən, bununla da göstərilən torpaq sahələri iddiaçıların hüquqları ilə yüklü olduğundan, göstərilən torpaq sahələrinin başqa şəxslərin (iddiaçıların) hüquqları ilə dövlət qeydiyyatına alınmasına dair cavabdehlərin qərarları qanunsuz və əsassızdır. Odur ki, göstərilən qərarlar ləğv edilməlidirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X15, nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinin, Salyan rayonu X12 və üçüncü şəxs X5 nümayəndəsi və vəkili X22 gəlmiş, digər üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 və nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi və vəkili X22 iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, əvvəlki adı İddiaçı kiçik müəssisəsi və dövlət qeydiyyatı 04 olmuş İddiaçı xx.xx.1991-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan sərəncamdan və Salyan Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2001-ci il tarixli, 507 nömrəli məktubunun surətlərindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 382-s saylı sərəncamı ilə X32 İslahatı Komissiyasına məxsus bələdiyyə fondundan 70 hektar torpaq sahəsinin əkinçilik və heyvandarlıqla məşğul olması üçün İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə ayrılması qərara alınmış, həmin torpaq sahəsinə X4 və İddiaçı kiçik müəssisəsinin hüquqları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 08 oktyabr 1998-ci il tarixli, JN-262, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmçinin, iş materiallarında olan digər sərəncam və şəhadətnamənin surətlərindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə Noxudlu təsərrüfatının bələdiyyə fondundan 103,0 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinə müddətli istifadəyə verilməsi qərara alınmış, lakin həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixli, JN-0031, kod 80903028 nömrəli şəhadətnamə ilə 15 il müddətinə X4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan “açıq torpaq, hərrac, müsabiqə müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) ilə Salyan rayonu Arbatan Bələdiyyəsi (Satıcı) arasında bələdiyyə mülkiyyətinə aid 17,0 ha torpaq sahəsinin “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılması barədə xx.xx.2014cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli 10 nömrəli iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) tərəfindən Salyan rayonu Arbatan Bələdiyyəsinin (Satıcı) mülkiyyətinə aid 17,0 ha torpaq sahəsi “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılmış, ünvan 2 ünvanında yaşayan, 07 nömrəli biletin sahibi X19 müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan “Şəhadətnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müsabiqənin qalibi hesab olunmuş X9 17,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 26 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. İş materiallarında olan “açıq torpaq, hərrac, müsabiqə müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) ilə Salyan rayonu X21 (Satıcı) arasında bələdiyyə mülkiyyətinə aid 70,0 ha torpaq sahəsinin “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılması barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) tərəfindən Salyan rayonu X12 (Satıcı) mülkiyyətinə aid 70,0 ha torpaq sahəsi “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılmış, ünvan 2 ünvanında yaşayan, 12 nömrəli biletin sahibi X19 müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan “Şəhadətnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müsabiqənin qalibi hesab olunmuş X9 70,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 24 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. İş materiallarında olan mübahisələndirilən qərardan görünür ki, Salyan rayonu Arbatan Bələdiyyəsi tərəfindən 21 oktyabr 2014-cü il tarixdə 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan mübahisələndirilən digər qərardan görünür ki, Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 70 ha torpaq sahəsi X9 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 6,0 ha torpaq sahəsi X9 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Salyan rayonu Arbatan Bələdiyyəsinin iddiaçıya ünvanladığı 18 may 2020-ci il tarixli, 72 nömrəli mərtubunda bildirilmişdir ki, Arbatan Bələdiyyəsi sizin istifadənizdə olan torpaq sahəsini heç kimə icarəyə verməmişdir. İş materiallarında olan Salyan rayonu X12 iddiaçıya ünvanladığı 03 iyun 2020-ci il tarixli, 18 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı daimi istifadəsində olan 70,0 ha torpaq sahəsi ilə bağlı X21 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamışdır, heç kimə icarəyə verməmişdir. X12 mülkiyyətində olan 76 ha torpaq sahəsinin istifadə müddəti bitdiyi üçün qanunvericiliyə uyğun hərraca çıxarılmış, 2014-cü ilin noyabr ayında keçirilmiş hərracda X19 qalib gəlmiş, həmin torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Qeyd olunduğu kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə Noxudlu təsərrüfatının bələdiyyə fondundan 103,0 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinə müddətli istifadəyə verilməsi qərara alınmış, lakin həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixli, JN-0031, kod 80903028 nömrəli şəhadətnamə ilə 15 il müddətinə X4 adına rəsmiləşdirilmişdir. İş üzrə cavabdeh X21 08 oktyabr 1998-ci il tarixli JN-0031, kod 80903028 nömrəli şəhadətnaməni əsas götürərək X7 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli qərarı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 10 iyun 2014-cü il tarixli qərar qəbul edildiyini və həmin 70,0 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun hərraca çıxarıldığını bildirmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, X12 istinad etdiyi 08 oktyabr 1998-ci il tarixli, JN-0031, kod 80903028 nömrəli şəhadətnamə İddiaçı kiçik müəssisəsinin adına deyil, X4 adına rəsmiləşdirilmişdir. Qeyd olunan şəhadətnamədə 103,0 hektar torpaq sahəsinin hüquqi əsası kimi Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı göstərilsə də, həmin torpaq sahəsinin şəhadətnamədə İddiaçı kiçik müəssisəsinə məhz 15 il müddətinə verilməsinin hansı əsasla yazıldığı qeyri-müəyyəndir. Bundan əlavə, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamında 103 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinə “müddətli” istifadəyə ayrılması qeyd olunsa da, bu müddətin vaxtı, qısamüddətli və ya uzunmüddətli olması barədə heç bir göstəriş yoxdur. Salyan Rayon İcra Hakimiyyəti tərəfindən 103 ha torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin müddətli istifadəsinə ayrılması barədə qərar qəbul edildiyi zaman qüvvədə olmuş (xx.xx.1999-cu il tarixədək) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən “Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Qeyd olunan maddi hüquq normasının tələbinə əsasən, iddiaçı 103 hektar torpaq sahəsi üzərində də daimi istifadə hüququna malikdir. Həmçinin, iş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2001-ci il tarixli, 507 nömrəli məktubunda da qeyd olunur ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 382-s saylı sərəncamı ilə ayrılmış 70 hektar torpaq sahəsi üzərində İddiaçı kiçik müəssisəsi daimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə ayrılmış 103,0 hektar torpaq sahəsi üzərində uzunmüddətli istifadə hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Aşağı Noxudlu X1 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli qərarı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 10 iyun 2014-cü il tarixli qərarı əsassızdır və iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 382-s saylı və 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamları ilə İddiaçı kiçik müəssisəsinə ayrılmış müvafiq olaraq 70 hektar və 103 hektar torpaq sahələri üzərində iddiaçı qanuni əsaslarla daimi istifadə hüququ əldə etmiş, Salyan rayonu Arbatan Bələdiyyəsi iddiaçının daimi istifadə hüququna malik olduğu torpaq sahəsindən 17,0 hektarının, Salyan rayonu X21 isə 70,0 hektarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərində müsabiqəyə çıxarılması barədə həmin təşkilatla xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərində müqavilələr bağlamış, bu müqavilələr əsasında keçirilmiş müsabiqələrin nəticəsində iş üzrə üçüncü şəxs X19 qalib hesab olunmuş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona 17,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 26 nömrə və 70,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 24 nömrə ilə qeydiyyata alınmış şəhadətnamələr verilmişdir. Bundan sonra, Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli qərarı ilə 17 ha torpaq sahəsi X9 50 il müddətinə, Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə isə 70 ha torpaq sahəsi X9 15 il müddətinə icarəyə verilmişdir. Həmçinin, Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə iddiaçının daimi istifadə hüququna malik olduğu torpaq sahəsindən 6,0 hektarı da X9 15 il müddətinə icarəyə verilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 382-s saylı və 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamları əsasında əldə etdiyi və daimi istifadə hüququna malik olduğu müvafiq olaraq 70 hektar və 103 hektar torpaq sahələrindən Salyan rayonu Arbatan Bələdiyyəsi tərəfindən 17,0 hektarı, Salyan rayonu X21 tərəfindən isə 70,0 və 6,0 hektar üzrə İddiaçı kiçik müəssisəsinin hüquqi varisi İddiaçı hüquqları pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci madədsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçılarıdır. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqanlar inzibati icraatın iştirakçı hesab olunan, yəni mübahisənin predmetinin əsasını təşkil edən 70 və 103 hektar torpaq sahələri barəsində iddiaçının hüquq və maraqlarına toxunan inzibati aktın qəbul edilməsini nəzərdə tutan inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməmiş, bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin tələbini pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsaasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin, iş materiallarından, o cümlədən iddia ərizəsindən göründüyü kimi, cavabdeh inzibati orqanlar iddiaçıya onun hüquq və maraqlarına toxunan inzibati aktların qəbul edildiyi barədə rəsmi məlumat verməmiş və bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin tələbini pozmuşlar. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsi və Salyan rayonu X21 iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişlər. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Salyan rayonu Aşağı Noxudlu X1 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli sərancamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarının; Salyan rayonu Arbatan Bələdiyyəsinin “17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarının; Salyan rayonu X12 “70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının və Salyan rayonu X12 “6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Salyan rayonu Aşağı Noxudlu X1 Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli sərancamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı; Salyan rayonu Arbatan Bələdiyyəsinin “17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarı; Salyan rayonu X12 “70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı və Salyan rayonu X12 “6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1000/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1000/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver