Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1002/2021 10.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 avqust 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1974-1998-ci illərdə Sabirabad rayon sabiq “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. O, 1974-1998-ci illərdə “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda işləmiş və əmək haqqı almışdır. Bu barədə arxiv arayışı vardır. Lakin həmin illərdə adı çəkilən kolxozlarda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. O, ərizə ilə Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialına yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin filialın 14.04.2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, iş stajını müəyyən etmək mümkün olmadığı üçün (əmək kitabçasında müvafiq qeydlərin olmamasına əsasən) ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsaslanaraq, 1974-1998-ci illərdə “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Məlum olduğu kimi əmək stajını təsdiqedici sənəd kimi əmək kitabçası ilə yanaşı arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları və digərləri nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəsissənin mövcudluğu ilə eyni zamanda şəxsin həmin müəsissədə işləyib-işləməməsi, əmək haqqı barədə sübutların toplanılması da araşdırılmalıdır. Belə ki, şəxsin işləməsi faktı müvafiq arxiv arayışları, yaxud da müəsissənin daxili əmr, əmək haqqı cədvəlləri və digər sənədlərlə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində “sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda...” qeyd edilmişdir. “SSRİ-də X1 haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “X1 haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanununun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Yuxarıda qeyd olunanlardan çıxış edərək Ali Məhkəmənin də mövqeyi ondan ibarətdir ki, “kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Sabirabad rayon Dövlət Arxivinin 11.03.2021-ci il tarixli, 37 nömrəli arayışına əsasən İddiaçı işlədiyini iddia etdiyi “26 Bakı Komissarı” və “Qalaqayın” kolxozlarında iş stajı minimum əmək iştirakı normasına görə faktiki 15 il təşkil edir ki, digər illər üzrə isə əmək iştirak norması tamamlanmamışdır. Həmçinin 1997-1998-ci illər üzrə adıçəkilən kolxozlar tərəfindən heç bir sosial sığorta haqları köçürülməmişdir. Yuxarıda qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı yaranmadığı, yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığı səbəbindən əmək pensiyası hüququ yaranmır. Odur ki, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, iddiaçı tərəf gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1959-cu il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuşdur. Sabirabad rayon sabiq “26 Bakı Komissarı” adına kolxozda 1974-cü ildə 111 adam günü, 1975-ci ildə 146 adam günü, 1976-cı ildə 166 adam günü, 1977-ci ildə 174 adam günü, 1978-ci ildə 185 adam günü, 1979-cu ildə 169 adam günü, 1980-ci ildə 154 adam günü, 1981-ci ildə 190 adam günü, 1982-ci ildə 209 adam günü, 1983-cü ildə 269 adam günü, 1984-cü ildə 223 adam günü, 1985-ci ildə 220 adam günü, 1986-cı ildə 222 adam günü, 1987-ci ildə 254 adam günü, 1988-ci ildə 276 adam günü, 1989-cu ildə 184 adam günü; Sabirabad rayon sabiq “Qalaqayın” adına kolxozda 1990-cı ildə 187 adam günü, 1991-ci ildə 176 adam günü, 1992-ci ildə 206 adam günü, 1993-cü ildə 192 adam günü, 1994-cü ildə 158 adam günü, 1995-ci ildə 190 adam günü, 1996-cı ildə 178 adam günü, 1997-cı ildə 141 adam günü, 1998-ci ildə 131 adam günü işləmişdir. Sabirabad rayon sabiq “26 Bakı Komissarı” adına kolxozda kişilər üçün 1974-1976cı illərdə adam günləri minimum 160 gün, 1977-1989-cu illərdə adam günləri minimum 180 gün, eləcə də Sabirabad rayon sabiq “Qalaqayın” adına kolxozda kişilər üçün 1990-1998ci illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1974, 1975, 1977, 1979, 1980, 1991, 1994, 1996, 1997 və 1998-ci illərdə kolxozlarda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, o, 12.03.2003-cü il tarixdən 22.09.2005-ci il tarixədək “Sabirabad-Konserv” ATSC-də fəhlə vəzifəsində işləmişdir. Məhkəmənin sorğusu əsasında “Sabirabad-Konserv” ATSC-dən daxil olmuş 12.03.2003-cü il tarixli, 9 nömrəli və 22.09.2005-ci il tarixli, 27 nömrəli əmrlərdən aydın olur ki, İddiaçı 12 mart 2003-cü il tarixdən “Sabirabad-Konserv” ATSC-də müvəqqəti fəhlə işinə qəbul edilmiş, 22 sentyabr 2005-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçının qeyd olunan illərdə kolxozda işləməsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 37 nömrəli arxiv arayışı, digər işlərdə işləməsi adına açılmış 09.03.2021-ci il tarixli, ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 14.04.2021-ci il tarixli, **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər araşdırılarkən 25 il 5 ay 10 gün ( 2 il 5 ay 10 gün əmək kitabçası, 23 il kolxoz stajı) sığorta stajı müəyyən olunmuşdur. Lakin Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 37 saylı arayışa əsasəb 1974-1998-ci illərdə “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda işləməyi əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin 1997-1998-ci illərdə “26 Bakı Komissarı” və “Qalaqayın” kolxozları məcburi dövlət sosial sığorta haqqı köçürmədiyindən həmin illərə aid iş stajının nəzərə alınması mümkünsüzdür. Belə olan hallarda həmin illər nəzərə alınmadıqda iddiaçının 2 il 5 ay 10 gün sığorta stajı müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasında tələb olunan staja kifayət etmir. Ona görə də, 01.01.2006-cı ildən sonra iddiaçının fərdi hesabında vəsaitin olmaması, tələb olunan sığorta stajının çatmaması səbəblərindən pensiya təyin edən komissiya iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1974-1998-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Sabirabad rayon sabiq “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda işlədiyi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 37 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı 12.03.2003cü il tarixdən 22.09.2005-ci il tarixədək “Sabirabad-Konserv” ATSC-də fəhlə vəzifəsində işləmiş, onun həmin illərdə işləməsi adına olan 09.03.2021-ci il tarixli, ******* nömrəli əmək kitabçası, eləcə də “Sabirabad-Konserv” ATSC-dən məhkəməyə daxil olmuş 12.03.2003cü il tarixli, 9 nömrəli və 22.09.2005-ci il tarixli, 27 nömrəli əmrlərlə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını və arxiv arayışını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş illəri onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1974, 1975, 1977, 1979, 1980, 1991, 1994, 1996, 1997 və 1998-ci illərdə kolxozlarda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə doğulmuşdur. 24 yanvar 2021-ci il tarixdə 62 yaşı tamam olmuşdur. İddiaçının 1974-1998-ci illərdə Sabirabad rayon sabiq “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda, eləcə də 12.03.2003-cü il tarixdən 22.09.2005-ci il tarixədək “Sabirabad-Konserv” ATSC-də işlədiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1974, 1975, 1977, 1979, 1980, 1991, 1994, 1996, 1997 və 1998-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 37 nömrəli arayışından müəyyən edilir ki, Sabirabad rayon sabiq “26 Bakı Komissarı” adına kolxozda kişilər üçün 1974-1976-cı illərdə adam günləri minimum 160 gün, 1977-1989-cu illərdə adam günləri minimum 180 gün, eləcə də Sabirabad rayon sabiq “Qalaqayın” adına kolxozda kişilər üçün 1990-1998ci illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1974, 1975, 1977, 1979, 1980, 1991, 1994, 1996, 1997 və 1998-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (111+146) × 12 = 3084/160=19 ay 02 gün (≈1 il 7 ay 02 gün); (174+169+154+176+158+178+141+131) × 12 = 15372/180=85 ay 04 gün (≈7 il 1 ay 04 gün); (ümumilikdə 8 il 8 ay 06 gün). Sonda 1997-1998-ci illərdə “26 Bakı Komissarı” və “Qalaqayın” kolxozları məcburi dövlət sosial sığorta haqqı köçürmədiyindən iddiaçının həmin illərə aid iş stajının nəzərə alınmasının mümkünsüz olması barədə cavabdehin imtina dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, 01 iyul 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. 01 iyul 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304-cu maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) 306-cı maddəsinin 2-ci bəndinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda “X1 haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Üçüncü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci il tarixədək işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır ki, 01 yanvar 2002-ci il tarixədək sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmiş və həmin tarixdən sonra qanunvericiliyin tələbi baxımından 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının 1997-1998-ci illərdə iş fəaliyyəti 01.01.2002-ci ilə qədər olan dövrü əhatə etdiyindən cavabdehin kolxozların məcburi dövlət sosial sığorta haqqını köçürməməsi əsası ilə həmin müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtinası qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin illər onun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Sabirabad rayon Dövlət Arxivinin 11 mart 2021-ci il tarixli, 37 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon sabiq “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda 1974, 1975, 1977, 1979, 1980, 1991, 1994, 1996, 1997 və 1998-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayon Dövlət Arxivinin 11.03.2021-ci il tarixli, 37 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon sabiq “26 Bakı Komissarı” və “Qalaqayın” adına kolxozlarda 1974, 1975, 1977, 1979, 1980, 1991, 1994, 1996, 1997 və 1998-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 4 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1002/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1002/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver