Məhkəmə qərarları › İş №2-1(120)-1002/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1002/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1002/2023 04.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan icarəsinə uzun müddətə 5500 kvadratmetr torpaq sahəsi ayrılması qərara alınmışdır. Sərəncam verildikdən sonra həmin torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə əlaqədar Beyləqan rayonu İcra Hakimiyyəti Başçısı ilə 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən komissiya yaradılmış və komissiyanın üzvləri onun icarəsinə verilmiş torpaq sahəsinə baxış keçirərək mövcud kommunikasiya xətlərinə mane olmadığından məqsədə uyğun hesab edilməsi barədə 10 iyul 2012-ci il tarixli akt tərtib edərək imzalayıb möhürlə təsdiq etmişlər. Həmin torpaq sahəsinin kordinatları müəyyən edilərək yerquruluşu planı hazırlanmış Beyləqan rayon İH aparatının memarlıq və tikinti şöbəsi və DTXK-nın Beyləqan rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Sonra ona həmin ərazidə Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 06 avqust 2012-ci il tarixli 96 saylı Sərəncamına əsasən tikinti işlərinin aparılmasına icazə verilmişdir. O, həmin ərazidə tikintini başa çatdırdıqdan sonra komissiya tərəfindən 24 dekabr 2012-ci il tarixli aktla obyekt istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X9 17 may 2017-ci il tarixli 776 saylı rəyi ilə də ona məxsus Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 29 iyul 2022-ci il tarixli aktı və rəyi ilə də qeyri-yaşayış binasının istismara yararlı olması qəbul edilmişdir. O, icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şose yolunun sol tərəfində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsədə ona bununla əlaqədar olaraq bildirblər ki, müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binasına baxış keçirilərək müvafiq inveniarlaşdırma (çöl ölçmə) işləri aparılmış, qeyri yaşayış binasınfn yerləşdiyi torpaq sahəsinə keçirilən baxış zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X8 X2 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan başqa təqdim olunmuş 29 dekabr 2019-cu il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X12 yerli şöbəsi tərəfindən təsdiq olunmamışdır. Qeyd edir ki, həmin torpaq sahəsi “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşmir. Həmçinin tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı X18 tərəfindən təsdiq olunmamalıdır. Odur ki, Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəmə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şose yolunun sol tərəfində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi iddia tələbinə etiraz eedərək, etirazında qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyriyaşayış binasına baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X8 X2 məlumatlarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə olaraq bildirirlər ki, 29 dekabr 2019-cu il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X12 yerli şöbəsi tərəfindən təsdiq olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31 -ci maddəsinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün meşə təsərrüfatı orqanları, öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər və meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Odur ki, şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31 və 86-cı maddələrinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “qeyriyaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının və cavabdehin vəkil və nümayəndəsi gəlmiş, üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili X11 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddianı qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X16 məhkəmənin sorğusuna əsasən yenidən torpaq sahəsinə baxış keçirildiyini və mübahisəli torpaq sahəsinin meşə ehtiyatları fonduna məxsus torpaq sahəsinin ərazisinə aid olmadığı müəyyən edildiyini və iddia ələbin təmin edilməsini etiraz etmədiklərini bildirmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Beyləqan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli sərəncamından görünür ki, İddiaçı müraciəti əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan İddiaçı ilə Beyləqan rayon İcra Hakimiyyəti arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 11 saylı icarə müqaviləsindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İşdə olan Tikinti altına torpaq sahəsi ayrılması barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair komissiya üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi, X13 Şəbəkəsi, rayon “Telekommunikasiya” qovşağı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi, Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Beyləqan şəhəri üzrə nümayəndəsi, 37 saylı X28, rayon suvarma Sistemləri idarəsi, rayon Sukanal idarəsi, Beyləqan şəhər Yaşıllaşdırma sahəsi və Aztelekom İB X14 Qovşağının Beyləqan nümayəndəsi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğun hesab etmişlər. İşdə olan İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinin baş planından görünür ki, qeyd edilən torpaq sahəsinə dair baş planı Beyləqan rayon İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. İşdə olan İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinin eskiz planından görünür ki, qeyd edilən torpaq sahəsinə dair eskiz planı Beyləqan rayon İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. İşdə olan İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinin planından görünür ki, qeyd edilən torpaq sahəsinə dair planı Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 78 nömrəli sərəncamına əsasən İddiaçı müraciəti əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsinə dair rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və əsas döngə nöqtələrinin kordinatları göstərilməklə Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2012-ci il tarixdə 518 nömrə ilə X22 kitabında uçota alınmışdır. İşdə olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul momissiyasının xx.xx.2012-ci il tarixli aktından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsi üzərində yerləşən bina qeyri-yaşayış binası kimi qeydə alınıb kommunikasiya xətlərinə qoşulduğundan istismara yararlı hesab olunmuşdur. İşdə olan Texniki müayinə işlərinin aparılması barədə xx.xx.2017-ci il tarixli, 53/17 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Azərdövlətikintitlahiyə” DİL ilə Texniki müayinə işlərinin aparılması barədə xx.xx.2017-ci il tarixli, 53/17 nömrəli müqaviləsi bağlanmışdır. İşdə olan Müqavilə işlərinin müqavilə dəyərinin razılaşdırılması haqqında 53/17 nömrəli müqaviləyə əlavə protokolundan görünür ki, müqvilə işlərinin müqavilə dəyəri 600 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 X9 xx.xx.2017-ci il tarixli, 776 nömrəli rəyindən görünür ki, obyektin mühəndis-kommunikasiya xətləri layihəyə uyğun yerinə yetirilmiş və istismar olunur. İddiaçı ieymur oğluna məxsus Beyləqan rayonu, Beyləqan- Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun 17,05.2017-ci il tarixli, 776 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli, 0437 nömrəli rəyindən görünür ki, tərtib olunmuş layihə sənədləri Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “ictimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı. Xarici şəbəkə və qurğular” AzDTN-nin, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli, 0281 nömrəli rəyindən görünür ki, Tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su Təchizatı. Xarici şəbəkə və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydalarf’nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, 48/i-204 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu ərazisində Beyləqan-Daşburun avtomobil yolunun sol hissəsində Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixli 78 saylı Sərəncamla istifadəsinə verilmiş 0.55 ha torpaq sahəsinə İdarənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tikinti işləri aparılmış 100 m2 torpaq sahəsinin müqayisəli peyk görüntüləri əsasında ərazidə yaşıllıq mövcud olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi zarəsinin xx.xx.2022-ci il tarixli **********97 saylı məktubunda sözügedən ərazinin meşə fondu torpaqları olan ərazidə yerləşməsi qeyd edilsədə ərazinin koordinatları (1.X727028; Y4408044, 2.X726939; Y4407966, 3. X727058; Y4408009, 4. X726966; Y440932) çıxarılaraq obyektin yerləşdiyi torpaq sahəsinin X29na aid olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14-27-/2-113/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın yerləşdiyi ərazinin X29na aid olub-olmamasına dair” Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinə ünvanlanmış 27 fevral 2023-cü il tarixli 3-21-3-40/2-1230/2023 nömrəli müraciət Meşələrin İnkişafı Xidmətində araşdılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi X29 torpaqları kateqoriyasına aid deyildir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/2461 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi sərəncamın qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Hazırda isə Dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiyə digər təyinatlı torpaq kateqoriyasına aid tikinti altında olan torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Göstərilən 5500 (beş min beş yüz) kvadratmetr topraq sahəsi “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyətinə aid ərazidə yerləşib-yerləşməməsini müəyyən etmək üşün araşdırma aparılmışdır. Araşdırma zamanı qərardadda qeyd olunan 0.55 ha torpaq sahəsinin X8 X6 mülkiyyətində olmaqla meşə fondu torpaqlar kateqoriyasına aid tikinti altında torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 27 fevral 2023-cü il tarixli 3-21-3-40/2-1230/2023 saylı ünvanlanmış məktubla həmin ərazi barədə məlumat verilməsi üçün müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 30 mart 2023-cü il tarixli 3-14-27/2-113/2023 saylı cavab məktubunda qeyd olunan 0.55 ha torpaq sahəsinin yerləşdiyi ərazinin X29 torpaqlarına aid olmaması qeyd olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin DövlətTorpaq Kadastrı kitabında 10 oktyabr 2012-ci il tarixdə 518 nömrəli uçota alınmış A №404591 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, qanunvericilik aktlarında o, cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsinin koordinatları sərəncamda daxil edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçının icarəsində olan torpaq sahəsi üçüncü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq faktiki olaraq X4 istifadəsindədir yə təyinatı üzrə istifadə edir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X15 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X15 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X21rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin imtinası üçün iki dəlil gətirmişdir: 1) torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X8 X2 məlumatiarla eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin “rneşə fondu” kateqoriyalı, dövlət mülkiyyəti olan əraziuə yerləşməsi müəyyən edilməsi. 2) Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq X12 yerli şöbəsi tərəfindən təsdiq olunmasıdır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14-27-/2-113/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı qeyriyaşayış binası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın yerləşdiyi ərazinin X29na aid olub-olmamasına dair” Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinə ünvanlanmış 27 fevral 2023-cü il tarixli 3-21-3-40/2-1230/2023 nömrəli müraciət Meşələrin İnkişafı Xidmətində araşdılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi X29 torpaqları kateqoriyasına aid deyildir. Tikinti altına torpaq sahəsi ayrılması barədə xx.xx.2021-ci il tarixli aktda İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair komissiya üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi, X13 Şəbəkəsi, rayon “Telekommunikasiya” qovşağı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi, Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Beyləqan şəhəri üzrə nümayəndəsi, 37 saylı X28, rayon suvarma Sistemləri idarəsi, rayon Sukanal idarəsi, Beyləqan şəhər Yaşıllaşdırma sahəsi və Aztelekom İB X14 Qovşağının Beyləqan nümayəndəsi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 5500 kv.metr torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğun hesab etmişlər. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2012-ci il tarixli aktından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan uzun müddətə 5500 kv.metr torpaq sahəsi üzərində yerləşən bina qeyri-yaşayış binası kimi qeydə alınıb kommunikasiya xətlərinə qoşulduğundan istismara yararlı hesab olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamı, 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü və istismara qəbul aktları mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1 -ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/2461 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur:

1. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir.

2. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi sərəncamın qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Hazırda isə Dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiyə digər təyinatlı torpaq kateqoriyasına aid tikinti altında olan torpaq sahəsidir.

3. Göstərilən 5500 (beş min beş yüz) kvadratmetr topraq sahəsi “meşə fondu” kateqoriyalı, dövlət mülkiyyətinə aid ərazidə yerləşib-yerləşməməsini müəyyən etmək üşün araşdırma aparılmışdır. Araşdırma zamanı qərardadda qeyd olunan 0.55 ha torpaq sahəsinin X8 X6 mülkiyyətində olmaqla meşə fondu torpaqlar kateqoriyasına aid tikinti altında torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 27 fevral 2023-cü il tarixli 3-21-3-40/2-1230/2023 saylı ünvanlanmış məktubla həmin ərazi barədə məlumat verilməsi üçün müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 30 mart 2023-cü il tarixli 3-14-27/2-113/2023 saylı cavab məktubunda qeyd olunan 0.55 ha torpaq sahəsinin yerləşdiyi ərazinin X29 torpaqlarına aid olmaması qeyd olunmuşdur.

4. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin DövlətTorpaq Kadastrı kitabında 10 oktyabr 2012-ci il tarixdə 518 nömrəli uçota alınmış A №404591 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, qanunvericilik aktlarında o, cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir.

5. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq sahəsinin koordinatları sərəncamda daxil edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçının icarəsində olan torpaq sahəsi üçüncü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür.

6. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli 78 saylı Sərəncamına və 26 iyul 2012-ci il tarixli 11 saylı torpaq icarə müqaviləsinə əsasən, Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfindən, 6500 tonluq soyuducu anbarın cənub-qərb hissəsindən, bioloji laboratoriyanın qonşuluğundan İddiaçı 99il müddətinə icarəsinə verilmiş 5500 (beş min beş yüz) kvadratmetr torpaq faktiki olaraq X4 istifadəsindədir yə təyinatı üzrə istifadə edir. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli 10/2461 nömrəli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2012-ci il tarixli, 78 saylı sərəncamı və tərəflər arasında bağlanmış 26 iyul 2012-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə torpaq sahəsinin İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Beyləqan rayon İcra Hakimiyyəti ilə bağlanılmış xx.xx.2012-ci il tarixli 78 saylı sərəncamına və xx.xx.2012-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş Beyləqan-Yuxarı Qarabağ kanalı şosse yolunun sol tərəfində yerləşən qeyri-yaşyış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar