Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1002/2025 09.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1002/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cıı ildə ünvan 1ində anadan olmuşdur. İlk əmək fəaliyyətinə isə 1980-cı ilin iyun ayından başlamışdır. Onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, onun hal- hazırda əmək stajı 13 il 4 ay 12 gün müəyyən edilsə də, lakin onun ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, o xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon X6 və Mexanikləşdirmə istehsalat birliyinin 4 nömrəli traktor briqadasında hesablayıcı kimi işləsə də, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Halbuki, həmin işlədiyi illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin cavab olaraq ona bildirmişlər ki, həmin dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bunun üçün də məhkəməyə müraciət edilməlidir. Onun qeyd edilən tarixlərdə işlədiyini onunla həmin vaxt həmin müsəssisədə işləmiş şahidlər də təsdiq edə bilərlər. Ona görə də onun xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon X6 və Mexanikləşdirmə istehsalat birliyinin 4 nömrəli traktor briqadasında işləməyinin onun əmək stajına daxil edilərək həmin illərin onun əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. 2- 1(120)-3277/2024 nömrəli iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğu üçün iddianın təmin edilməməsinə dair qərar qəbul edilməlidir.İddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. İddiaçı tərəfindən təqdim olunan təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisəsiz sosial sığorta stajı 13 il 4 ay 12 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (isdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılmamışdır) və xx.xx.1999cu il tarixdən xx.xx.2000- ci il tarixədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixi qeyd olunmamışdır) olan dövrlərin doldurulma qaydası pozulduğu, həmçinin xx.xx.1989-cu il tarixli işədaxilolma qeydləri kiril əlifbası ilə yazılmış lakin həmin qeyd latın qrafikalı möhür ilə təsdiq edilmişdir. Bundan başqa, əmək kitabçasında xx.xx.1999-xx.xx.2000-ci illərdə Həsənli bələdiyyəsində işlədiyi qeyd olunsa da, hər iki qeyd eyni xəttlə vazılmış və möhür vurulmamışdır. Odur ki, qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.25-ci maddəsinə əsasən, sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3- cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminatAzərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1ci maddəsinə əsasən əməkhaqqı -müvafiq is vaxtı ərzində əmək funksiyasını verinə yetirmək ücün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü isə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və va natura formasında ödənilən gündəlik və va aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın:3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında isdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyqun göstərilməlidir. İşəgötürənin və va onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-269/2024 nömrəli qərarından görünür ki, Cavabdehin mübahisələndirdiyi xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının "xxxx" ASC-də işləməsi ilə bağlı mübahisə üzrə isə məhkəmə kollegiyası cavabdehin məhkəmə təcrübəsinə əsaslanan belə bir dəlili ilə razılaşır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olubolmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. İddiaçının "xxxx" ASC-də işlədiyinə dair arxiv sənədlərinin aşkarlanmadığı, müəssisə tərəfindən iddiaçı barədə verilmiş və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 033 №-li arayışdakı məlumatların həmin müəssisənin arxiv məlumatları əsasında deyil, iddiaçının əmək kitabçasının məlumatları əsasında yazıldığı mübahisəsizdir. Cavabdeh də işin məhz həmin hallarına istinadla qeyd edir ki, “...apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin hansı tarixdən qeydiyyatdan keçməsi, eyni zamanda hansı tarixdən özəlləşdirilərək fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda da qeyd edildiyi kimi İ.Əliyevin müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh bağlı məsələyə istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özüözlüyündə, qeydşərtsiz təsdiq etmir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və isdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, is stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur. Belə ki, yuxarıda qeyd olunan müvafiq qərarla təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”ndan da görünür ki, işçinin əmək kitabçasında isdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli və əmək kitabçasında işə qəbul, başqa daimi isə keçirmək, yaxud isdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, isdən azad etmək haqqında isə işçinin isdən çıxarıldığı gün edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılmışdır) və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (isə daxilolma qeydlərində əmrin nömrəsi və tarixi qeyd olunmamışdır) olan dövrlərin doldurulma qaydasının pozulduğu aydın görünür. Göründüyü kimi qanunvericlivin normalarına əsasən İddiaçı tələb olunan ümumi (25 il) eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Cəlilabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş Rəcəbov X1 rayonu, Həsənli kənd ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış imtina məktubunda göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran- Astara regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (01,09.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 13 il 4 ay 12 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılıb) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixli yoxdur) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 2 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajını qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır.Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2024-cü il tarixindən (VÖEN hesabınızın dondurulduğu tarixdən) 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etmək tövsiyə olunur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1981-ci il tarixli, ИТ-İ №0789926 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.2000-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1989-cu il tarixdə iş stajı saxlanılmaqla köçürmə yolu ilə 4 nömrəli traktor briqadasına hesablayıcı qəbul edilmişdir, xx.xx.1989-cu il tarixdən avtomobillərin təmiri sexinə mühasib keçirilmişdir, xx.xx.2000-ci il tarixdə Avtomobil təmiri sexinin mühasibi Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2000-ci il tarixdən işdən azad edilmişdir. - İşdə olan Ю №006772 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974- 1977-ci illərdə Bakı Sovet Ticarəti Texnikumunun “Ərzaq malları əmtəəşunastlığı və ticatətin təşkili” ixtisasını bitirmişdir. - İşdə olan HЗ №3642897 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı həqiqətən 1977-1979-cu ilədək orduda xidmət etmişdir. - İşdə olan Cəlilabad rayonu Zopun bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 12 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayonu Həsənli kənd sakini İddiaçı 17 dekabr 1999-cu il tarixdə keçmiş Həsənli kənd bələdiyyəsinə üzv seçilmiş və həmin bələdiyyənin 06 yanvar 2000-ci il tarixli 01 saylı iclasının qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmişdir. Bələdiyyələrin yanvar 2010-cu il tarixdə birləşməsindən sonra keçmiş Həsənli bələdiyyəsinin Zopun bələdiyyəsinə təhvil verdiyi sənədlərə əsasən İddiaçı Həsənli bələdiyyəsinin “Əmək haqqım uçotu” kitabında 1999- 2000-2001-ci illər üzrə əmək haqqı hesablanmamışdır. - İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Cəlilabad rayon X2 Cəmiyyətinin mühasibi İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.1981-ci ildə 104 nömrəli əmr işə qəbul olunub. xx.xx.2000-ci il, 08 nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunub. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 17685/2024 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dair məlumatların təqdim edilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövləl mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1126 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşidirilməsi prosesi xx.xx.2013-cü il tarixində yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. - İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdə 104 № əmrə əsasən Cəlilabad rayonu Kənd təsərrüfatı texnikası idarəsinə Anbardar vəzifəsinə təyin olunmuşdur. xx.xx.1982 -ci il tarixdə 176 № əmrə əsasən öz xahişi ilə (Əm 37) maddəsi ilə işdən azad olunmuşdur.xx.xx.1982-ci il tarixdə 59 № əmrə əsasən Cəlilabad Kənd təsərrüfatı texnikası idarəsinə Hesabdar vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il 42 № əmrə əsasən Azərbaycan SSR X8 Komitəsinin xx.xx.1989-cu il tarixdə 172 № əmrə əsasən Mexanikləşmə Müəssisəsi (X5 İdarəsi) ləğv olunduğu üçün xx.xx.1989-cu il 42 № əmrlə işdən azad edilmişdir. xx.xx.1989-ci il tarixli 01 № əmrə əsasən Avtomobil təmiri sexində mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il 51 № əmrə əsasən Böyük mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il 08 № əmrə əsasən öz xahişi ilə (Əmək məcəlləsinin 37-ci maddəsi) ilə işdən azad edilmişdir. - İşdə olan Cəlilabad rayonu Zopun bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 24 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 sakini İddiaçı 17 dekabr 1999-cu il tarixli Bələdiyyə seçkilərində keçmiş Həsənli kənd bələdiyyəsinə üzv seçilmiş, həmin bələdiyyənin 06 yanvar 2000-ci il tarixli 01 saylı iclasının qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmişdir. Bələdiyyələrin yanvar 2010-cu il tarixdə birləşməsindən sonra keçmiş Həsənli bələdiyyəsinin Zopun bələdiyyəsinə təhvil verdiyi sənədlərə əsasən İddiaçı Həsənli bələdiyyəsinin qaytanlanmış “Əmək haqqının uçotu” kitabında aşağıda göstərilmiş cədvəldə 2000- 2004-cü illər üzrə əmək haqqı hesablanmışdır. • illər üzrə hesablanmış əmək haqqı (manatla) № Aylar 2000-ci il 2001-ci il 2002-ci il 2003-cü il 2004-cü ii
1. Yanvar — — 30000 30000 80000
2. Fevral — — 30000 30000 80000
3. Mart — — 30000 30000 80000
4. Aprel — 30000 30000 80000 —
5. May — — 30000 30000 80000
6. İyun — — 30000 30000 80000
7. İyul — — 30000 30000 65000
8. Avqust — — 30000 30000 65000
9. Sentyabr — — 30000 80000 65000
10. Oktyabr — — 68520 80000 65000
11. Noyabr — — 89800 80000 65000
12. Dekabr — '♦ — 30000 80000 65000
İddiaçı keçmiş Həsənli bələdiyyəsinə üzvlüyünün və bələdiyyə sədrinin müavini vəzifəsinin səlahiyyət müddəti növbəti “Bələdiyyə seçkiləri” ilə əlaqədar 19 dekabr 2004-cü il tarixdə bitmişdir. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-114002/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 21.01,2024-cü il tarixində yaranmışdır. Vətəndaşın təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisəsiz sosial sığorta stajı 13 il 4 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılıb) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixi qeyd olunmamışdır) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya sığorta kapitalı qeydə alınmamışdır. - İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-12-RA/2-321/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayon Zopun Bələdiyyəsinin (əmr və əmək haqqı kitabları) Arxivə təhvil verilmədiyi üçün İddiaçı iş stajı barədə heç bir məlumat aşkar edilmədi. - İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-12-RA/2-466/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayon Aqrotexservis ASC-nin (əmr və əmək haqqı kitabları) Arxivə təhvil verilmədiyi üçün İddiaçı iş stajı barədə heç bir məlumat aşkar edilmədi. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında iddiaçı tərəfindən təqdim olunan təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisəsiz sosial sığorta stajı 13 il 4 ay 12 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının qeydə alınmadığı üçün və əmək fəaliyyətinin iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılıb) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixli yoxdur) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir və iddiaçının həmin illərdə olan əmək fəaliyyəti mübahisə edilmişdir. Məhkəmə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından və Cəlilabad "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli məktubdan və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində İddiaçı işə xx.xx.1981-ci il tarixdən başlamışdır və xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. Bu dövrlər cavabdeh orqan tərəfindən qəbul edilmişdir, lakin xx.xx.1989-cu il tarixdən iddiaçının avtomobil təmiri sexində mühasib vəzifəsində işləməyə başladığı dövrlər cavabdeh orqan tərəfindən mübahisələndirilmişdir. R.X4 təqdim etdiyi xx.xx.1981-ci il tarixli, ИТ-İ №0789926 nömrəli əmək kitabçasının surətinə və Cəlilabad "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli məktuba əsasən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon Madditexniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövləl mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1126 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşidirilməsi prosesi xx.xx.2013-cü il tarixində yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin idaərədə işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti mövcud olmuş, iddiaçı Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində işləmiş və əmək haqqı almış, sadəcə olaraq idarənin 1989-cu ildən 2000-ci ilədək olan sənədləri tam qaydada arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Cavabdeh inzibati orqan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işdənçıxma həmin tarixdə qüvvədə olmayan Əmək Məcəlləsinin maddəsinə əsasən aparılıb) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixədək (işə daxilolma qeydlərində əmrin nömrəsi və tarixli yoxdur) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiy üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdə 104 № əmrə əsasən Cəlilabad rayonu Kənd təsərrüfatı texnikası idarəsinə Anbardar vəzifəsinə təyin olunmuşdur. xx.xx.1982 -ci il tarixdə 176 № əmrə əsasən öz xahişi ilə (Əm 37) maddəsi ilə işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixdə 59 № əmrə əsasən Cəlilabad Kənd təsərrüfatı texnikası idarəsinə Hesabdar vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il 42 № əmrə əsasən Azərbaycan SSR X8 Komitəsinin xx.xx.1989-cu il tarixdə 172 № əmrə əsasən Mexanikləşmə Müəssisəsi (X5 İdarəsi) ləğv olunduğu üçün xx.xx.1989-cu il 42 № əmrlə işdən azad edilmişdir. xx.xx.1989-ci il tarixli 01 № əmrə əsasən Avtomobil təmiri sexində mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il 51 № əmrə əsasən Böyük mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il 08 № əmrə əsasən öz xahişi ilə (Əmək məcəlləsinin 37-ci maddəsi) ilə işdən azad edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Cəlilabad rayon Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat Birliyində işləməsi onun əmək kitabçasında və hazırda fəaliyyət göstərən Cəlilabad "xxxx" Açıq Səhmdar Cəmiyyəti məktubunda qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə idarənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idaərə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair əsasən 1989-2000-ci illərə dair sənədlərin arxivə tam təhvil verilməməsi və yaxud saxlanılmaması idarədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Həmçinin məhkəməyə daxil olmuş məktub üzrə müəyyən edilir ki, ünvan 1 sakini İddiaçı 17 dekabr 1999-cu il tarixli Bələdiyyə seçkilərində keçmiş Həsənli kənd bələdiyyəsinə üzv seçilmiş, həmin bələdiyyənin 06 yanvar 2000-ci il tarixli 01 saylı iclasının qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmişdir. Bələdiyyələrin yanvar 2010-cu il tarixdə birləşməsindən sonra keçmiş Həsənli bələdiyyəsinin Zopun bələdiyyəsinə təhvil verdiyi sənədlərə əsasən İddiaçı Həsənli bələdiyyəsinin qaytanlanmış “Əmək haqqının uçotu” kitabında 2000- 2004-cü illər üzrə əmək haqqı hesablanmışdır. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçıya məxsus əmək kitabçasında qeydiyyatı aparılmasa da, Zopun bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan müəyyən edilir ki, İddiaçı 2002-2004-cü il tarixlərdə əmək haqqı alması barədə cədvəllər təqdim edilmşdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarədə işlədiyi bütün müddətlər onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Məhkəmə bildirir ki, “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq təhsil dövrü, hərbi və arxiv arayışında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 il olması müəyyən olunur. Hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun idarədə işlədiyi müddət ilə bağlıdır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müvafiq olaraq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Məhkəmə hesab edir ki, arxiv məlumatlarında ümumiyyətlə qeyd edilən illər üzrə təkcə iddiaçı ilə bağlı deyil, bütövlükdə idarənin şəxsi heyətə aid kitabların arxivə təhvil verilmədiyi bildirildiyindən və iddiaçının bu dövrlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid edilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı və arayışlar üzrə iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-588/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ xx.xx.2024-cü il tarixdən yaranmış olur. Həmçinin iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdən müavinət təyin edilmişdir. Bundan sonra İddiaçı cavabdeh orqana yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmiş və cavabdeh orqan tərəfindən pensiya təyin edilməsindən imtina edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2024-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməli və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2024-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova