Məhkəmə qərarları › İş №2-1(120)-1006/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1006/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1006/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Füzuli uğrunda ön cəbhədə gedən döyüşlərdə iştirakını, yaralanmağını nəzərə alaraq cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5846/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-1997-ci illərdə Füzulinin müdafiəsi uğrunda N saylı hərbi hissədə döyüşlərdə iştirak etmiş, həmin döyüşlərdə iştirak etməyi ilə bağlı hərbi biletinin 7-ci səhifəsində qeyd aparılmışdır. Füzuli uğrunda gedən döyüşlərdə top komandiri atıcı kimi fəaliyyəti olmuşdur. Hal-hazıra kimi müharibə veteranı statusunu ala bilməmişdir. Bu məqsədlə müxtəlif təşkilatlara müraciət etsə də hər hansı bir tədbir görülməmişdir. Müharibə veteranı Silahlı Qüvvələr veteranı və Əmək veteranı adların verilməsi qaydası və şərtləri haqqında əsasnamənin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinə qədər erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində (Füzuli rayonu daxil olmaqla) keçmiş DQMV ərazisində Kəlbəcər, Füzuli, Ağdam, Tərtər, (keçmiş Mirbəşir) xx.xx.1993-cü il tarixində sonra döyüş əsnasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara Müdafiə, Daxili İşlər, Dövlət Təhlükəsizliyi, Ədliyyə, X7, Azərbaycan Respublikasmm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarə etmə orqanları tərəfindən verilmiş arayışlar hərbi biletlər, şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmirlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. xx.xx.1993-cü il tarixində yaralanmış, ARMN mərkəzi həkim komissiyasının qərarını ərizəsinə əlavə etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-cı il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxıl olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və Dirləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, X7, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxıl olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir mərkəzi arxivin xx.xx.2023-cü il tarixli 4/2-133 nömrəli arayışında iddiaçının döyüş əməliyyatları aparılan zaman xidmət yerini dəfələrlə özbaşına tərk etdiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında ştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadı Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin ddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-cı maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin rədd edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Salyan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Salyan rayonunun Həsənli kəndində anadan olmuş, Salyan rayonu, Həsənli kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1993-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. İşdə olan Salyan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, M/V 057920 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 184 nömrəli qərarının surətindən görünür ki, Salyan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırımış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Salyan rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol baldırın yuxarı 1/3-dən dəlib keçən güllə yarası. Qamış sümüyünün yerini dəyişən sınığı ilə. Posttravmatik sindrom” (Azərbaycan Respubiikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 875 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 1164 nömrəli arayışı, Salyan rayon xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır”. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-xx.xx.2022-ci ilə qədər üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu Salyan rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 000982 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 3-cü qrup Qarabağ əlilidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 4/2-133 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il tarixli 4 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilərək tuşlayıcı vəzifəsinə təyin edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komadirinin xx.xx.1993-cü il tarixli 58 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Salyan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü, sıravi İddiaçı xidməti yerini özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komadirinin xx.xx.1993-cü il tarixli 200 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komadirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, sıravi əsgər X6 bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi qeyd edilmişdir. N nömrəli hərbi hissə komadirinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrində İddiaçı adı xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında səhvən yazıldığına görə siyahıdan çıxarılmışdır. N nömrəli hərbi hissə komadirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrində N nömrəli hərbi hissənin sıravi əsgəri İddiaçı xx.xx.1994- cü il tarixdən müvəqqəti olaraq N nömrəli hərbi hissənin bütün növ təminatlarına qoyulması və SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 №-li əmrinin 39-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq nizami xidmətə yararsız hesab olunaraq gələcək hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Hərbi xidmətini davam etdirmək üçün gəlmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komadirinin xx.xx.1995-ci il tarixli 100 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 115 №-li nizami hissə üzrə əmrində bir qrup hərbi qulluqçunun N nömrəli hərbi hissəyə göndərilərək qazan təminatından çıxarılması qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında N nömrəli hərbi hissədən gəlmiş, xx.xx.1993-cü il tarixində Salyan RHK-dan çağrılmış, xx.xx.1975-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə ehtiyata tərxis olması qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li nizami hissə üzrə əmrində Prişibdən gəlmiş sıravi S.A.X1 hesab nömrəsi vəzifəsinə təyin edilməsi qeyd edilmişdir. Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən Artilleriya Dviziyonunda top komandiri, əsgər İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Salyan RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-12488 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-133 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xidmət yerini dəfələrlə özbaşına tərk etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1432 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 №-li əmrilə (əsas: §-1, səh-18, sıra-112, əmrdə hərbi rütbəsi “sıravi yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 2-ci mobil bölükdə tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 №-li əmrində (əsas: §-5, səh-36, sıra-51, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. - xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-7, səh-197, sıra-42, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 167 №-li əmrində (əsas: §-7, səh-204, sıra-33, əmrdə vəzifəsi göstərilməmişdir) döyüş tapşırıqlarını yerinə yetirmək üçün Füzuli rayonuna ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 200 №-!i əmrində (əsas: §-7, səh-292, sıra-62) xidməti yerlərini özbaşına tərk etmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə keçirilən hərbi qulluqçuların siyahısında, Salyan RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində (əsas: §-1, səh-28, sıra-11, əmrdə adı “Sadiq” yazılmışdır) xx.xx.1994-cü il tarixdən müvəqqəti olaraq hərbi hissənin bütün növ təminatlarına qoyulmuş N və N №-li hərbi hissələri özbaşına tərk etmiş əsgərlərin siyahısında, sıravi əsgər X6 adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində (əsas: §-3, səh-29, sıra-6) həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən və xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin bütün növ təminatlarından çıxarılan, N №-li hərbi hissəni özbaşına tərk etmiş əsgərlərinin siyahısında, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrilə (əsas: §-7, səh-36, sıra-1, əmrdə əsas kimi “N №-li hərbi hissə komandirinin göstərişi” qeyd olunmuşdur) nizami xidmətə yararsız olduğuna görə, xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissəyə göndərilən siyahıya səhv yazılmış hesab edilərək, sıravi əsgər İddiaçı adı siyahıdan çıxarılmışdır. - 239 Nq-İİ hərbi hissənin sıravi əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrilə (əsas: §-1, səh-1, sıra-1, əmrdə əsas kimi “N №-li hərbi hissə komandirinin göstərişi” qeyd olunmuşdur) xx.xx.1994-cü il tarixdən müvvəqqəti olaraq N №-li hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. - N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 №-İi əmrinin 39 “v” maddəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 3/4-772 №-li sərəncamına əsasən, nizami xidmətə yararsız hesab olunaraq gələcək hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrilə (əsas: §-2, səh-1) N №-li hərbi hissənin bütün növ təminatlarından çıxarılmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 147 №-li əmrinə əsasən, N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-6, səh-192, əmr rus əlifbası ilə yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq «1 -yto BCP» göndərilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 100 №-li əmrində (əsas: §-1, səh-210, sıra-178, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə (əsas: §-1, səh-32, sıra- 37, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 115 №-li əmrində (əsas: §-1, səh-13) bir qrup şəxsi heyətin qazan təminatından çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndəriməsi barədə məlumat qeyd edilmişdir. Lakin əmrə adlı siyahı əlavə olunmamışdır. - N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: tom- 1, səh- 77, sıra-94) xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş İddiaçı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 3 №-li əmrinə əsasən ehtiyata tərxis olunduğundan komandirin xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrində (əsas: §-4, səh-32, sıra-11, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) Prişibdən gəlmiş, sıravi «C.A.racaHOB»un ADN-da hesab nömrəsi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. - Artilleriya Divizionunun hərbi qulluqçusu, top komandiri, əsgər İddiaçı, Azərbaycan Respublkası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 3 №-li əmrinə əsasən, xidmət müddəti başa çatdığına görə, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə (əsas: §-6, səh-117, sıra-24) xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Salyan RHK-na göndərilmişdir. - Qeyd edirik ki, məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: 9-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları. Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, X7, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, iş materiallarında olan sənədlərdən müəyyən edir ki, iddiaçıya məxsus H3 seriyalı № ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, daha sonra xx.xx.2017-ci il tarixində 5 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlil hesab edilmişdir. Cavabdeh imtina və etiraz ərizələrində bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-133 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xidmət yerini dəfələrlə özbaşına tərk etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 184 nömrəli qərarının surətindən görünür ki, Salyan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırımış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Salyan rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol baldırın yuxarı 1/3-dən dəlib keçən güllə yarası. Qamış sümüyünün yerini dəyişən sınığı ilə. Posttravmatik sindrom” (Azərbaycan Respubiikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 875 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 1164 nömrəli arayışı, Salyan rayon xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır”. Eləcə də, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1432 nömrəli məktubundan görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 167 №-li əmri ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Füzuli rayonuna ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 200 №-li əmri ilə xidməti yerlərini özbaşına tərk etmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrilə nizami xidmətə yararsız olduğuna görə, xx.xx.1994cü il tarixdən N №-li hərbi hissəyə göndərilən siyahıya səhv yazılmış hesab edilərək, sıravi əsgər İddiaçı adı siyahıdan çıxarılmış, N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrilə xx.xx.1994-cü il tarixdən müvvəqqəti olaraq N №-li hərbi hissənin bütün növ təminatlarına qoyulmuş, N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 №-İi əmrinin 39 “v” maddəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 3/4-772 №-li sərəncamına əsasən, nizami xidmətə yararsız hesab olunaraq gələcək hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrilə (əsas: §-2, səh-1) N №-li hərbi hissənin bütün növ təminatlarından çıxarılmış, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: tom-1, səh- 77, sıra-94) xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş İddiaçı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 3 №-li əmrinə əsasən ehtiyata tərxis olunduğundan komandirin xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat qeyd edilmişdir. Göründüyü kimi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 200 №-li əmri ilə xidməti yerlərini özbaşına tərk etmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış kimi qeyd edilsə də həmin dövr iddiaçının əlilliyinə səbəb olan yaralanması ilə eyni dövrü əhatə edir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 184 nömrəli qərarının surətindən görünür ki, Salyan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırımış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Salyan rayon mərkəzi xəstəxanasında müayinə və müalicədə olmuşdur. Və daha sonra hərbi hissəyə qayıtdığından yenidən şəxsi heyətinin siyahısına salınmışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, yaralandığı, döyüş əməliyyatlarında iştirakı zamanı olduğu öz təsdiqini tapır. Həmçinin barəsində hərbi hissəni özbaşına tərketmə, digər təqsirləndirici material və ya cinayət işi aşkar edilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının onun yaralandığı tarixdən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdə aparılmasına baxmayaraq, əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməsi onun bu əlilliyi faktiki olaraq Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında yaralandığına görə qazandığını təsdiq edir. Beləliklə, İddiaçı döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab oldunduğundan məhkəmə hesab edir ki, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur və onun hüquq və mənafeyinin pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, əlilliyin səbəbli əlaqəsidir. İddiaçıya əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələsi mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Çünki qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman mütləq işin xüsusi halları ilə əlaqələndirilməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağı, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağı nəzərə alınmaqla mübahisənin həllində ədalət meyarı önə çəkilə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlə (hərbi biletlə) təsdiq edildiyindən və belə status alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 2-1(102)-2580/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İnzibati Prosessual Məcəllənin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar