Məhkəmə qərarları › İş №2-1(120)-1007/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1007/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1007/2020 29.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı X9 cavabdeh Dövlət X18 Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajının qəbul edilərək, xx.xx.2017-ci il tarixdən əlilliyə görə təyin edilmiş və xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X15 xx.xx.1976-cı il tarixdə Lerik rayonu, Sorus kəndində doğulmuşdur. Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatdadır. İddiaçı cavabdeh Dövlət X18 Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərə aid pensiya kapitalı barədə 4 saylı arayışda qeyd olunmuş illərin sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2017-ci il tarixdən əlilliyə görə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı X15 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2 ildən artıq əmək pensiyası almışdır. xx.xx.2006-xx.xx.2009. xx.xx.2009-xx.xx.2012-ci illərə aid pensiya kapitalı barədə 4 saylı arayışında qeyd olunmuş illərin sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan xx.xx.2019-cu il tarixdən əmək pensiyası əsassız olaraq dayandırılmışdır. Dövlət X18 Biləsuvar rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsaslanılaraq ona xx.xx.2020-ci il tarixli, **********9 saylı məktub göndərilərək xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərə aid pensiya kapitalı barədə 4 saylı arayışının staj kimi qəbul edilmədiyi bildirilərək, pensiya təyinatından imtina edilmişdir. Cavabdeh Dövlət X18 Biləsuvar rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********4 saylı münasibət məktubunda qeyd edilmişdir ki, X12 xx.xx.2017-ci il tarixdə İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsindən ötrü «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə uyğun 8 il 8 ay sığorta stajı tələb olunurdu. xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman ayrı-ayrı dövrlər daxil olmaqla, o cümlədən Nazirlik yanında Dövlət X18 Bakı şəhəri Nizami rayon şöbəsindən həmin ərazidə müxtəlif fiziki şəxslərin işçisi kimi işləməyi barədə xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərdə qazandığı sığorta stajını təsdiq edən 4 saylı əlavə təqdim etmişdir. Təqdim edilən sığorta stajının düzgünlüyünün təsdiq olunması üçün Nazirlik yanında Dövlət X18 Bakı şəhəri Nizami rayon şöbəsinə sorğu olunmuş, düzgünlüyü təsdiq edilərək şöbəyə təqdim edilmiş və həmin dövrlər İddiaçı sığorta stajı kimi nəzərə alınmışdır. Lakin Əmək və X14 Nazirliyi tərəfindən Fondun Bakı şəhəri Nizami rayon şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, şöbə tərəfindən xx.xx.2006xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmamış və bunun nəticəsi şöbə tərəfindən aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı işçisi olduğu fiziki şəxs X6 xx.xx.2006-xx.xx.2009-cu il hesabatında, X7 xx.xx.2009-xx.xx.2012-ci il hesabatında işləmə tarixləri aşkarlanmamışdır. Bu səbəbdən xx.xx.2006-xx.xx.2009, xx.xx.2009xx.xx.2012-ci illərə aid 6 il sığorta stajı təsdiqini tapmadığından İddiaçı əlilliyə görə əmək pensiyası hüququ ləğv edilmişdir. İddiaçı X12 və cavabdeh Dövlət X18 Biləsuvar rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialında olan Biləsuvar RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş seriya AZE 08482063 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1976-cı il tarixdə Lerik rayonu, Sorus kəndində doğulmuş və Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatdadır. İş materialında olan X3 sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2017-cı il tarixdən ikinci dərəcəli əlildir. İş materialında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 198 nömrəli arayışının təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materialında olan Sosial arayışın surətindən görünür ki, 2006-2012-ci illərdə elektron hökumət portalında işçinin (X9) işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilməsi qeydə alınmışdır. İş materialında olan Dövlət X18 Nizami rayon şöbəsinin Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli 15/121 nömrəli arayışının təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək 6 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 919,50 manat pensiya kapitalı vardır. İş materialında olan Dövlət X18 Nizami rayon şöbəsi tərəfindən Fondun Biləsuvar rayon şöbəsinə göndərilmiş «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə (4 nömrəli əlavə) arayış»lar barədə məlumat cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, X6 işçisi X9 xx.xx.2006-xx.xx.2009-cu illərdə və X7 işçisi X9 xx.xx.2009-xx.xx.2012-ci illərdə sığortaolunanlar haqqında məlumatlarda işlənmə tarixləri aşkarlanmamışdır. İş materialında olan Biləsuvar Rayon İHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 346 nömrəli arayışından görünür ki, X2 rayonu, Nəsimi kəndində yaşayır. İş materialında olan Dövlət X18 Biləsuvar rayon şöbəsi tərəfindən X12 ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********9 nömrəli məktubda qeyd edilmişdir ki, sizə xx.xx.2017-ci il tarixdə İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsindən ötrü «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə uyğun 8 il 8 ay sığorta stajı tələb olunurdu. xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Sizə əlilliyə görə əmək pensiyası təyin edilən zaman ayrı-ayrı dövrlər daxil olmaqla o cümlədən, Nazirlik yanında Dövlət X18 Bakı şəhəri Nizami rayon şöbəsindən həmin ərazidə müxtəlif fiziki şəxslərin işçisi kimi işləməyiniz barədə xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərdə qazandığı sığorta stajını təsdiq edən 4 saylı əlavə təqdim etmişdir. Təqdim edilən sığorta stajının düzgünlüyünün təsdiq olunması üçün Nazirlik yanında Dövlət X18 Bakı şəhəri Nizami rayon şöbəsinə sorğu olunmuş, düzgünlüyü təsdiq edilərək şöbəyə təqdim edilmiş və həmin dövrlər sizə sığorta stajı kimi nəzərə alınmışdır. Lakin Əmək və X14 Nazirliyi tərəfindən Fondun Bakı şəhəri Nizami rayon şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, şöbə tərəfindən xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmamış və bunun nəticəsi şöbə tərəfindən aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, işçisi olduğunuz fiziki şəxs X6 xx.xx.2006-xx.xx.2009-cu il hesabatında, X7 xx.xx.2009-xx.xx.2012-ci il hesabatında işləmə tarixləri aşkarlanmamışdır. Bu səbəbdən xx.xx.2006-xx.xx.2009, xx.xx.2009xx.xx.2012-ci illərə aid 6 il sığorta stajı təsdiqini tapmadığından sizin əlilliyə görə əmək pensiyası hüququnuz ləğv edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sizə ödənilmiş 1644,06 manat məbləği Nazirlik yanında Dövlət X18 Biləsuvar rayon şöbəsinə ödəməlisiniz. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X11 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X23 Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X23 adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx.xx.1976cı il tarixdə doğulmuşdur. O, xx.xx.2017-ci il tarixdə X4 tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajı vardır. İddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilsə də, işçisi olduğu fiziki şəxs X6 xx.xx.2006-xx.xx.2009-cu il hesabatında, X7 xx.xx.2009-xx.xx.2012-ci il hesabatında işlənmə tarixləri aşkarlanmadığı əsas gətirilməklə əmək pensiyası ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. İddiaçı isə xx.xx.2006-xx.xx.2009, xx.xx.2009xx.xx.2012-ci illərə aid pensiya kapitalı barədə 4 saylı arayışda qeyd olunmuş illərin sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2017-ci il tarixdən əlilliyə görə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçının əlilliyə görə əmək pensiyası təyin olunması üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə tələb olunan sosial sığorta stajı vardır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Dövlət X18 Nizami rayon şöbəsinin Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli 15/121 nömrəli arayışını X1 sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı X15 xx.xx.1995-xx.xx.1998-ci illərdə hərbi xidmət dövrü və xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərdə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənildiyi iş müddəti nəzərə alınmaqla tələb olunan 8 il 8 ay sığorta stajını topladığından xx.xx.2017-ci il tarixdən əlilliyə görə təyin edilmiş və xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, işəgötürən X6 xx.xx.2006-xx.xx.2009-cu illərə aid hesabatında, X7 xx.xx.2009-xx.xx.2012-ci illərə aid hesabatında işçisi X15 ilə bağlı işlənmə tarixlərinin (sığortaolunanlar haqqında məlumatın doldurulması tarixləri) aşkarlanmaması işçinin (X9) təqsiri kimi qəbul edilmə bilməz və qanunvericilklə işçinin (iddiaçının) belə bir vəzifəsi yoxdur. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X9 xx.xx.2006xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərə dair pensiya kapitalı barədə 4 nömrəli arayışda qeyd olunmuş iş illəri sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2017-ci il tarixdən əlilliyə görə təyin edilmiş və xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilərək yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X18 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, X5 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı X9 xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012-ci illərə dair pensiya kapitalı barədə 4 nömrəli arayışda qeyd olunmuş iş illəri sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2017-ci il tarixdən əlilliyə görə təyin edilmiş və xx.xx.2019-cu il tarixdən dayandırılmış əmək pensiyasının bərpa edilərək yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X18 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar