Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1007/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “onun müddətdən artıq hərbi qulluqçu kimi pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “xx.xx.1988-xx.xx.1990-cı illərdə Sovet İttifaqı Silahlı Qüvvələrinin sıralarındakı xidmət müddətinin Daxili Qoşunlarda xidmət müddətinə, xx.xx.1992xx.xx.1992-ci il ərzində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak müddətinin Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətdə olma kimi göstərişin və ona aid olan məlumat vərəqəsinin DSMF-nun XŞTİ-nə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “onun müddətdən artıq hərbi qulluqçu kimi pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR-nin Masallı rayon Hərbi komissarlığı tərəfindən xx.xx.1988-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Sovet İttifaqı Silahlı Qüvvələri sıralarında Daxili Qoşunların tərkibində, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi, əvvəlcə 111 nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən, 30 nömrəli əmr üzrə xx.xx.1990-cı il tarixə kimi N saylı hərbi hissədə siravi-atıcı rütbəsində həqiqi hərbi xidmətdə olmuş, SSRİ Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 305 nömrəli qərarına əsasən xx.xx.1990-cı il tarixdə ordu sıralarından təxris olunaraq ehtiyyata göndərilmişdir. Ordudan təxris olunduqdan sonra xx.xx.1990-cı tarixdə Masallı rayon hərbi komissarlığında qeydiyyata alınmış, birinci Qarabağ savaşı getdiyi zaman 18 iyun 1992-ci il tarixdə onun könüllü müraciəti ilə bağlı Masallı rayon hərbi komissarlığı tərəfindən hərbiçi kimi qeydiyyata alınaraq əvvəlcə Bakı şəhərinə Montin qəsəbəsinə aparılmış, bir gün sonra isə Biləcəri toplanış məntəqəsinə aparmışdırlar, daha sonra oradan isə Pirküşkül qəsəbəsinə təlim-məşq məntəqəsinə aparmışdırlar. Orada 3 gün təlim keçdikdən sonra mən bir qrup əsgərlə birlikdə diskolasiya yeri Tərtər rayonunda yerləşən Daxili Qoşunların tərkibindəki yerləşən Daxili Qoşunların tərkibindəki N nömrəli hərbi hissəyə göndərilmişdirlər. Orada müdafiə xəttində dayanaraq, müxtəlif istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak etmişdirlər. Sonuncu dəfə xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunda gedən döyüş əməliyyatları zamanı, mərmi partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı qəlpə yarası alaraq ağır və huşsuz vəziyyətdə əvvəlcə Tərtər rayonunda xəstəxanaya daha sonra xx.xx.1992-ci il tarixində Bakı şəhərinə Daxili Qoşunların Respublika Hospitalına aparılmış, orada xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi müalicədə olduğu müddətdə sağ saidin aşağı 1/3-nin sağ əlin barmağının, sağ gicgah nahiyyəsinin kəsilmiş yarası, sağ dirsək sinirinin hissəvi zədələnməsi və partlayış sonrası kontuzıya ilə bağlı müalicədə olmaqla üzərində iki dəfə cərrahiyə əməliyyatı aparılmışdır. Hospitaldakı müalicədən sonra xx.xx.1992-ci il tarixdə yenidən döyüş bölgəsinə qeydiyyatda olduğu hərbi hissəyə qayıtmış, lakin hərbi hissədə komandanlıq tərəfindən bildirilmişdir ki, döyüş zamanı aldığı yaralar səbəbindən xidmətə yararlı olubolmadığının qəti müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş idarəsinə getməlidir. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsində qəbulunda olmuş və hərbi həkim komissiyasının müayinəsindən keçirildikdən sonra onun xidmətə tam yararsız olduğunu, bu barədə hərbi biletinə müvafiq qeydlər edildikdən sonra Masallı rayon Mərkəzi xəstəxanasına stasionar müalicəyə göndərilmişdir. Masallı rayon Mərkəzi xəstəxanasında qeydiyyata düşdükdən sonra iki ay müddətində stasionar müalicədə olmuşdur. Uzun müddət keçdikdən sonra 2011-ci ildə Daxili Qoşunların hərbi həkim komissiyasının rəyinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma (sag saidin aşağı 1/3 nin, sağ əlin 1 barmağının, sağ gicgah nahiyyəsinin kəsilmişğ yarası, sağ dirsək sinirinin hissəvi zədələnməsi) diqqətə alınaraq, “Postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə sağ saidin aşağı 1/3-nin sağ əlin baş barmağının travmasından sonrakı vəziyyət sağ əlin monoparezi və hərəkət məhdudlaşması” diaqnozu ilə ona ikinci dərəcəli əlillik təyin edibmişdir. Pensiya təyinatı va əlilliyin təyini ilə bağlı yeni qaydalara əsasən həmin əlillik dərəcəsi 2022-ci ilin aprel ayında ləğv edilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ saidin ovuc səthinin aşağı 1/3nin odlu silah yaralanmasından sonrakı kobud çapoqlar, yuxarı ətraf travmalarınm nəticələri, odlu silah yaral anmasından sağ dirsək sinirinin hissəvi zədələnməsi, sağ dirsək sinirinin neyropatiyasının fəsadları, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal parasial) idiopatik epilepsiya və epileptik sindromlar postravmatik ensefalopatiya nəticəsində əmələ gələn, həftədə 3-5 dəfə baş verən çox böyük generalizə olunmuş tutmalarla müşaiyət olunan epilepsiya xəstəliyi” diaqnozu ilə əvvəlcə ikinci qrup müddətli, sonra üçüncü dərəcəli müddətsiz əllilik təyin edilmişdir. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü qrup hərbi əlil kimi 330 manat Prezident təqaüdü va üçüncü qrup hərbi əlil kimi 150 manat müavinət alır, lakin normal fəaliyyət qabiliyyəti olmadığı üçün daim ailəsinin təminatı ilə bağlı çətinliklərlə qarşılaşır. Ailədə üç nəfərdi-həyat yoldaşı və qızı, evi və həyətyanı torpağı yoxdur. Məcburiyyət üzündən kiçik qardaşına məxsus evdə onlarla birlikdə yaşayır. Ona təyin edilmiş pensiya əlillik dərəcəsi ilə bağlı olmuş, hərbi qulluqçulara təyin edilən pensiyalar sırasına aid deyildir. Lakin hərbi qulluqçulura təyin edilən pensiya növündə pensiya almalıdır. Bununla əlaqədar Azarbayıan Respublikasının Daxili Qoşunların Baş İdarəsinə müraciət etsə də baş İdarədən ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli, 014-396/2H-3222 nömrəli məktubda bu məsələdə köməklik göstərilməsinin mümkünsüz olduğu bildirilmişdir. Bu səbəbdən də sözügedən məsələ ilə əlaqədar hüquqlarının bərpası ilə bağlı “xx.xx.1988-xx.xx.1990-ci illərdə Sovet İttifaqı Silahlı Qüvvələrinin sıralarıtıdakı xidmət müddətinin Daxili Qoşunlarda xidmət müddətinə, 18 iyun 1992-xx.xx.1992-ci il ərzində Azərbaycan Respublikasin ərazi bütövlüyü uğrunda gedən döyüşlərədə iştirak müddətinin Daxili Qoşunlarda müddətddən artıq həqiqi hərbi xidmət” də olma kimi hesablanması və hərbi qulluqçu kimi pensiya təyinatının təmin edilməsi öhdəliyini Azərbaycan Respublikası Daxili Qoşunların üzərinə qoyulması” barədə müraciət etmiş, lakin imtina cavabı almışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu əsgər İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun müddətdən artıq hərbi qulluqçu kimi pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Sovet İttifaqı Silahlı Qüvvələri sıralarında-Daxili Qoşunların tərkibində xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi xidmət etmiş, SSRİ Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 305 nömrəli qərarına əsasan xx.xx.1990-cı il tarixdə ordu sıralarından tərxis olunaraq ehtiyata göndərilmiş, xx.xx.1990-cı il tarixdə Masallı rayon Hərbi Komissarlığında qeydiyyata alınmış, Birinci Qarabağ savaşı zamanı xx.xx.1992-ci il tarixdə könüllü olaraq müraciəti ilə Masallı rayon Hərbi Komissarlığı tərəfindən qeydiyyata alınaraq Bakı şəhəri-Montin qəsəbəsinə aparılmış, bir gün sonra isə Biləcəri toplanış məntəqəsinə aparılaraq Pirəkəşkül qəsəbəsində təlim-məşq məntəqəsinə aparılmış, üç gün təlim keçirildikdən sonra bir qrup əsgərlə birlikdə dislokasiya yeri Tərtər rayonunda yerləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibindəki N nömrəli hərbi hissəyə göndərilmiş, orada müdafiə xəttində dayanaraq müxtəlif istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan başqa, iddiaçı ərizəsində xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunda gedən döyüş əməliyyatları zamanı mərmi partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı qəlpə yarası aldığını, xəstəxana və hospitalda müalicə olunaraq iki dəfə cərrahiyyə əməliyyatı olunduğunu, xidmət yerinə qayıtdıqdan sonra Hərbi-həkim komissiyasında müayinə olunduğunu, komissiyanın qərarına əsasən xidmətə yarasız olmasını qeyd etmişdir. Həmçinin, iddiaçı ərizəsində 2011-ci ildə Daxili tşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-həkim komissiyasının müvafiq qərarına əsasən ona üçüncü dərəcəli müddətsiz əlillik təyin olunduğunu, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü qrup hərbi əlil kimi 300 manat Prezident təqaüdü və 120 manat müavinət aldığını, lakin normal fəaliyyət qabiliyyətli olmadığı üçün daima ailəsinin təminatı ilə bağlı çətinliklərlə qarşılaşdığını, evi və torpaq sahəsi olmadığından qardaşına məxsus evdə onlarla birlikdə yaşadığını bildirmişdir. Eyni zamanda, iddiaçı ərizəsində ona təyin olunmuş pensiyanın əlillik dərəcəsi ilə bağlı olduğunu, hərbi qulluqçulara təyin edilən pensiyalar sırasına aid olmadığını, hərbi qulluqçulara təyin edilən pensiya almalı olduğunu, bununla bağlı Daxili Qoşunların Baş İdarəsinə müraciət etdiyini, lakin müraciətinin mümkünsüz olması ilə bağlı cavab aldığını bildirərək “xx.xx.1988-xx.xx.1990-cı illərdə X4 sıralarındakı xidmət müddətinin Daxili Qoşunların xidmət müddətinə, xx.xx.1992xx.xx.1992-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak müddətinin Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətdə olma kimi hesablanılması və hərbi qulluqçu kimi pensiya təyinatının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı adına verilmiş arxiv arayışında onun Daxili Qoşunların tərkibində hərbi mükəlləfıyyətli kimi xidmət keçməsi barədə məlumatlar - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 174 №-li əmrilə hissənin bölmələrinin tərkibində Tərtər şəhərində xidməti döyüş tapşırığını yerinə yetirən ehtiyatdan çağırılmış hərbi qulluqçuların siyahısında xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalına getmiş hesab edilmişdir (əmrdə atasının adı Səməd kimi qeyd edilmişdir və hissə üzrə barəsində yeganə məlumatdır);- Daxili qoşunlar komandanının xx.xx.1992-ci il tarixli 96 №-li əmrilə Azərbaycan Respublikası hərbi komissarlığı tərəfındəntoplamşa çağırılmış hərbi mükləlləfıyyətlilərin siyahısında xx.xx.1992-ci il tarixdən Daxili Qoşunların şəxsi heyətinin siyahısına müvəqqəti daxil edilmişdir; - Daxili qoşunlar komandanının xx.xx.1992-ci il tarixli 98 №-li əmrilə Ağdərə şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmiş hərbi mükəlləfıyyətlilərin siyahısında 4 (dörd) min manat həcmində pul mükafatı ilə mükafatlandırılmışdır; - xx.xx.1992-ci il tarixdən sonrakı müddətlərdə İddiaçı Səməndər oğlunun Daxili Qoşunların tərkibində xidmət keçməsi və şəxsi heyətin siyahısından çıxarılması barədə hər hansı məlumat aşkar olunmamışdır. İddiaçı SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməsinin nəzərə alınmasını, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibindəki xidmət müddətinin müddətdən artıq həqiqi hərbi xidmət hesab edilməsini və “Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi məlumat vərəqəsinin hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi” tələbinin təmin edilməsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxıldıqlarını bildirdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan xx.xx.1988-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştrirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-44/2- 12/2023 nömrəli arayışın surətindən görünür ki, 1970-ci il təvəllüdlü vətəndaş İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1990-cı il tarixdə keçmiş SSRİ Müdafiə Nazirinin 305 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-124549/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5- ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qeyd olunanları nəzərə alaraq, sözügedan Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin olunması məsələnizə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 124 nömrəli arxiv arayışından görünür ki, həqiqətən də İddiaçı Səməndər (Səməd) oğlunun Daxili Qoşunların tərkibində hərbi mükəlləfıyyətli kimi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar: 1. N () saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 174 №-li əmrilə hissənin bölmələrinin tərkibində Tərtər şəhərində xidməti döyüş tapşırığını yerinə yetirən ehtiyatdan çağırılmış hərbi qulluqçuların siyahısında 11 iyul 1992-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qospitalına getmiş hesab edilmişdir (əmrdə atasının adı Səməd kimi qeyd edilmişdir və hissə üzrə barəsində yeganə məlumatdır); 2. Daxili qoşunların komandanının xx.xx.1992-ci il tarixli 96 №-li əmrilə Azərbaycan Respublikası hərbi komissarlığı tərəfindən toplanışa çağırılmış hərbi mükəlləfıyyətlilərin siyahısında 18 iyun 1992-ci il tarixdən Daxili Qoşunların şəxsi heyətinin siyahısına müvəqqəti daxil edilmişdir; 3. Daxili qoşunların komandanının xx.xx.1992-ci il tarixli 98 №-li əmrilə Ağdərə şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərmiş hərbi mükəlləfıyyətlilərin siyahısında 4 (dörd) min manat həcmində pul mükafatı ilə mükafatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-44/2-1619/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.1988-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsi (keçmiş Masallı Rayon Hərbi Komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, SSRİ Silahlı Qüvələrinin tərkibində N nömrəli hərbi hissədə xx.xx.1988-cu il tarixdən xx.xx.1990-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.1990-ci il tarixdən xx.xx.1990-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.1992-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.1992-ci il tarixdən xx.xx.1992- ci il tarixədək hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsitutsiya quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmış və ona ‘sağ saidin aşağı 1/3-nin, sağ əlin İ barmağının ,sağ gicgah nahiyəsinin kəsilmiş yarasından sonrakı vəziyyət. Sağ dirsək sinirinin hissəvi zədələnməsi ilə’ diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-1312/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2008-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAX2Z nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: müharibə əlilləri — əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; hərbi qulluqçular sırasından digər əlillər — əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər (maddə 11). Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir (maddə 12.2). Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 22.4). xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş və xx.xx.2011-ci il tarixədə qüvvədən düşmüş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (həmin tarixə olan redaksiyada) əsasən hərbi xidmət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə tapşırılan vəzifələrin yerinə yetirilməsi üzrə dövlət xidmətinin xüsusi növüdür. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarətdir. Bundan belə “Silahlı Qüvvələr” adlandırılacaqdır (maddə 2). Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar. Qoşunların və ya donanmanın şəxsi heyətinin komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli hərbi xidmətdən başqa, xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir (maddə 5). Hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: a)əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə — qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbixidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar (maddə 13). Dinc dövrdə hərbi xidmətin müddətlər hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: a) müddətli xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar — 1 il; hərbi-dəniz qüvvələrinin və sərhəd qoşunları dəniz hissələrinin gəmi və sahil hissələri, döyüş təminatı matrosları və çavuşları — 2 il; qalan bütün əsgərlər, çavuşlar 1 il 6 ay. İntizam hissələrində cəza çəkən müddətin xidmət hərbi qulluqçularının xidmət müddəti cəza çəkmə müddəti nəzərə alınmaqla və ya nəzərə alınmadan “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində intizam batalyonu haqqında” Əsasnamədə nəzərdə tutulan qaydada müəyyənləşdirilir. b) müddətdən artıq xidmət hərbi qulluqçuları üçün müddətli hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar — 3 il. Bu müddət qurtardıqda müddətdən artıq hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər (maddə 15). Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (səhhətinə görə hərbi uçotdan çıxarılanlardan başqa) ehtiyata keçirilirlər. Ehtiyata keçirilmiş şəxslər vaxtaşırı tibbi müayinədən keçirilməlidirlər. Bu zaman səhhətinə görə hərbi və ya alternativ xidmət etmədən ehtiyata keçirilmiş hərbi vəzifəlilər 26 yaşına çatanadək hərbi xidmətə yararlı hesab edildikdə çağırışçılar uçotuna qaytarılmalı və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılmalıdırlar (maddə 20). “MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 77 nömrəli Fərmanından görünür ki, döyüş əməliyyatlarının aparıldığı və Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı şəraitdə komandir kadrları çatışmadığına və mükəmməl hərbi təlim keçmiş şəxsi heyətə ehtiyac olduğuna görə MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən 1991 və 1992-ci illərdə tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması, Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətlərinin respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (maddə 2.0.2). Ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir (maddə 2.0.3). Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir (maddə 24). Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti (maddə 28.1). Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər (maddə 28.2). Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər (maddə 28.5).Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar (maddə 36.1 və 36.1.1). Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır (maddə 38.1, 38.1.1 və 38.1.2). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1990-cı il tarixdə keçmiş SSRİ Müdafiə Nazirinin 305 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunda gedən döyüş əməliyyatları zamanı yaralanmış, ona ikinci dərəcəli əlillik təyin edibmişdir. Pensiya təyinatı va əlilliyin təyini ilə bağlı yeni qaydalara əsasən həmin əlillik dərəcəsi 2021-ci ilin aprel ayında ləğv edilmiş və ona əlilliyinin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı hal-hazırda üçüncü dərəcəli əlil kimi pensiyası alır. Ona müddətdən artıq hərbi qulluqçu kimi pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması barədə göstəriş verilməsi xahişi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını istisna edərək hərbi qulluqçular sırasından olan əlillərin iki kateqoriyasını müəyyən etmişdir: müharibə əlilləri və hərbi qulluqçular sırasından digər əlillər. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Müddətli həqiqi hərbi xidmət həqiqi hərbi xidmətin müəyyən edilmiş növlərindən biridir. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 77 nömrəli Fərmanı ilə döyüş əməliyyatlarının aparıldığı və Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı şəraitdə komandir kadrları çatışmadığına və mükəmməl hərbi təlim keçmiş şəxsi heyətə ehtiyac olduğuna görə MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən 1991 və 1992-ci illərdə tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilər həqiqi hərbi xidmətə çağırılmışdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Eyni zamanda, işin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1990-cı il tarixdə keçmiş SSRİ Müdafiə Nazirinin 305 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixdək hərbi xidmətdə olmuşdur. Qanunvericiliyə əsasən müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyət hərbi xidmətin bir növü olan ehtiyatda xidmət hesab edilir. Lakin qanunverici hərbi qulluqçular sırasından olan əlillərin kateqoriyasını müəyyən edərkən ehtiyatda xidmət hərbi qulluqçularını deyil, sadəcə hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını istisna etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan imtinasında haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müddətdən artıq hərbi qulluqçu kimi pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müddətdən artıq hərbi qulluqçu kimi pensiya təyin olunması üçün təminat xərcliyi barədə məlumatları əks etdirən məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1007/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1007/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver