Məhkəmə qərarları › İş №2-1(120)-1008/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1008/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1008/2024 30.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X1rşı “maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X1rşı “ona dəymiş maddi ziyana görə 3.204(üç min iki yüz dörd) manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərara alınmışdır. İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X1rşı “maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1945/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə mümkün hesab edilməmişdir. Həmin Qərardaddan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-207/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1945/2023 saylı, xx.xx.2023cü il tarixli Qərardadı ləğv edilərək təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2008-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2020-ci il tarixədək həmin pensiyanı almışdır. Sonuncu tarixdən onun əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. O, bununla bağlı növbəti həkim komissiyasından keçmiş, lakin onun sənədləri xəstəxana tərəfindən qanunsuz olaraq altsistemə düzgün yerləşdirilməmiş, xəstəliklə bağlı diaqnozu düzgün təyin olunmamış, yanlış diaqnoz sistemə yerləşdirilmiş və nəticədə o, 1 illik müddət üçün xəstəxananın təqsiri ucbatından əmək pensiyası ala bilməmişdir. Onun əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə İİİ dərəcə olaraq müəyyən olunmuş və ona pensiya yenidən təyin olunmuşdur. Halbuki, o, komissiyadan 2021-ci ilin yanvar ayında keçdikdə onun hər hansı xəstəliyi müəyyən olunmamışdır. Əgər onun xəstəliyi həmin vaxt doğru diaqnozla müəyyən olunsaydı, onu pensiya 2021-ci ilin yanvar ayından təmin olunardı. Lakin, cavabdehin təqsiri ucbatından ona 3.204 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanın təqsiri birbaşa cavabdeh orqanın üzərinə düşür, həmin orqanın yanlış rəyi və göndərişinə görə o, 1 il pensiya ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə isə onun xəstəliyi təsdiq olunaraq ona pensiya təyin olunmuşdur. Buradan açıq görünür ki, o, xəstə olduğu halda cavabdeh orqanın təqsiri ucbatından pensiya verilməmişdir. Bununla bağlı DSMF-yə də müraciət etmiş, lakin əllilik təyinatının 6 ay keçdikdən sonra təyin olunduğundan həmin müddət üçün pensiya ödənilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin müddətin keçməsinə səbəb xəstəxanın düzgün rəy verməməsi və göndərişi vaxtında sistemə daxil etməməsi olmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət emtişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik müddətinin 2020-ci ilin dekabr ayında bitməsi səbəbindən xx.xx.2021-ci ildə onun sənədləri TSEK-ə göndərilməsinə baxmayaraq, əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Müxtəlif vaxtlarda -xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci ildə İddiaçı sənədləri TSEK-ə göndərilmiş, xx.xx.2022-ci ildə ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin vaxt mövcud olan qaydalara əsasən vətəndaşın əlillik müddətinin bitməsi təkrar müayinə üçün sənədlərin göndərilməsi 6 (altı) ay keçmədən baş verərsə, vətəndaşa müavinət əlillik müddəti bitdiyi tarixdən hesablanır. Yuxarıda qeyd olunan tarix nəzərə alınarsa İddiaçı sənədləri “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən TSEK-ə 6 ay tamam olmamış, yəni xx.xx.2021-ci ildə göndərilmişdir. Ona görə də İddiaçı guya “Masallı Rayon Mərkəxzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən əlillik müddətindən keçən 6 ay ərzində təyinatının aparılmaması və müavinətin ödənilməməsi barədə iddiası əsassızdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı “H.27.0-Aftakiya,artifaksiya,H.54.4-monopulyar korluq,H.26.4-ikincili katarakta” diaqnozlarına əsasən əlillik dərəcəsi təyin edilmişdir. Nəzərinizə çatdırırıq ki, həm 2020-ci ilə kimi, həm də 2020-ci ildən sonrakı xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci tarixlərdə olan göndərişlərdə əsas diaqnoz tamamilə fərqli- “Xroniki pilonefid, xroniki böyrək çatışmazlığı 2-ci mərhələ” diaqnozu olmuşdur. Bu da onu göstərir ki, İddiaçı iddiasında göstərildiyi kimi ona əlilliyin təyin edilməməsinin səbəbi göndərişdə olan böyrək xəstəliyinə dair diaqnozun əlillik təyinatına əsas verməməsi olmuşdur. Üçüncü şəxs iddiaya qarşı yazılı etiraz verərək etirazda bildirmişdir ki, Masallı rayon sakini İddiaçı DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Masallı rayon, Ərkivan qəsəbəsində qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin Y00136174EZİ nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması“ səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Z.Əliyeva adına MOM-nin reyesterində təqdim edilmiş rəydə VİZUS müayinənin nəticəsi qeyd edilməyib.“ Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin Y00136174EZİ nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (OD- Afakiya.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin 8.1.2. bəndinə əsasən orqanizmin funksiyasının 70% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edəsiniz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq sizə həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Məlumat üçün bildirir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2020-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyanızın ödənişi həmin tarixdən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əlilliyinizin müddəti xx.xx.2022-ci il tarixindən İİİ dərəcə olmaqla bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 268,62 manat məbləğində olmaqla bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, əlillik müddətiniz bitdiyi tarixdən 6 aydan çox (1 il 1 ay 10 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün sizə ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2- ci bəndinə əsasən 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində illik maddi yardım əmək pensiyanızın üzərinə əlavə edilməklə rüblər üzrə sizə ödənilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X2 xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki,verilir Masallı rayonu Ərkivan qəsəbə sakini İddiaçı ondan ötrü ki, o, Filialdan xx.xx.2020ci il tarixədək 2-ci dərəcə əlilliklə əmək pensiyası almış, əlilliyinin müddəti bitdiyi üçün həmin tarixdən pensiyasının ödənişi dayandırılmışdır. Vətəndaş İddiaçı növbəti müayinədən 3-cü dərəcə əlilliklə xx.xx.2022-ci il tarixdə keçdiyi üçün həmin tarixdən pensiyasının ödənişi bərpa olunmuşdur. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əlillik vəziyyətinizin gücləndirilməsi barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, Sizə xx.xx.2022-ci ildə “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.14 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “intrackulyar linzanın olması, monokulyar korluq, ikincili katarakta, semmerinq halqası. Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma infeksion-allergik forma, tez-tez (ayda 10-12-dəfə) boğulma tutmaları ilə, mötədil ventilyasiya pozuntusu ilə hormondan asılı hal, iki tərəfli tez-tez kəskinləşən xroniki pielonefrit” diaqnozu - müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemində olan İddiaçı üçün ətraflı qiymətləndirilmə məlumatlarından görünür ki, Masallı rayon X4 İlahət Qərib qızını xx.xx.2021-ci il tarixdə nəzarətə götürmüş, xx.xx.2023-cü il tarixdə agentliyə göndəriş vermişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemində olan İddiaçı üçün ətraflı qiymətləndirilmə məlumatlarından görünür ki,(müayinə tarixi-xx.xx.2023-cü il) İddiaçı göndərişinin natamam doldurulması səbəbindən (səbəbi Z.Əliyeva adına MOM-nin reyesterində təqdim edilmiş rəydə VİZUS müayinənin nəticəsi qeyd edilməmişdir) imtina edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 268,62 manat pensiyanın ödənilməsi qərara alınmışdır. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli tibbi rəyindən müəyyən edilir ki, İddiaçı OD-Afakiya OS- Artifakiya OH- ikincili katarakta diaqnozu qoyulmuşdur. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli, 11110 nömrəli rəyinə əsasən sizə xx.xx.2022-ci il tarixdə 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən TQS № 88, 0286003AA1XH nömrəli göndərişdən görünür ki, İddiaçı Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli, 11110 nömrəli rəyi ələvə edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən TQS № 88, 0286003AA0H0 nömrəli göndərişdən görünür ki, İddiaçı Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli, 11110 nömrəli rəyi ələvə edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsi təyin edilməsində imtina edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qed edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən sonra vətəndaşa dair Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-cü il tarixli, 0286003AAWSS nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə şəxsin əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 - ci il tarixli, 0286003AAZU3 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı dair Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0286003AA0H0 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021 -ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə heç bir müayinə və müalicə aparılmamışdır. Belə ki, göstərilən dövr ərzində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq pandemiya xəstəxanası kimi fəaliyyət göstərmişdir. Xəstələrə diaqnozun qoyulması barədə məlumatlar və müvafiq tibbi sənədlər “X10 Xəstəxanası" publik hüquqi şəxsin arxivində hər bir xəstə üçün tərtib edilmiş “Ambulator xəstənin tibbi kartası NAZS 025” adlı tibbi qeydiyyat sənədlərində təsbit edilir.Yalnız zəruri hallarda(DTSERA-da əyani müayinə zamanı) xəstələr həmin qeydiyyat sənədini müvafiq qaydada imza edərək götürə bilir. İddiaçı da imza edərək ambulator kartasını “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən götürdüyü üçün tələb olunan məlumatların və tibbi sənədlərin Sizə təqdim olunması mümmkün deyil. İddiaçı dair-88 nömrəli göndəriş xx.xx.2021-ci il tarixdə TSEK-ə göndərilmişdir. Həkim Məsləhət Komissiyasının iclaslarının videogörüntüyə alınması nəzərdə tutulmadığından bu praktika tərəfimizdən tətbiq olunmur. Qeyd olunan dövrə dair Həkim Məsləhət Komissiyasının protokolları kitabı xəstəxananın arxivində aşkar olunmadı. xx.xx.2023-cü il tarixli Əyani müayinə aktından görünür ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Masallı rayon sakini İddiaçı DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Masallı rayon, Ərkivan qəsəbəsində qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin Y00136174EZİ nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Z.Əliyeva adına MOMnin reyesterində təqdim edilmiş rəydə VİZUS müayinənin nəticəsi qeyd edilməyib.“ Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin Y00136174EZİ nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (OD-Afakiya.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə-nin 8.1.2. bəndinə əsasən orqanizmin funksiyasının 70% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən İddiaçı üçün qiymətləndirilmə məlumatlarından görünür ki, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2020-ci il tarixlərində N17-N19-Böyrək çatışmazlığı,xroniki böyrək çatışmazlığı,iki tərəfli, tez-tez kəskinləşən xr.pielonefrit diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən İddiaçı üçün qiymətləndirilmə məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən İddiaçı üçün qiymətləndirilmə məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə xəstənin müalicə müddəti yetərli olmaması və əlavə müalicəyə ehtiyacının olması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən İddiaçı üçün qiymətləndirilmə məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən İddiaçı üçün qiymətləndirilmə məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən İddiaçı üçün qiymətləndirilmə məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı ödənilən məbləğ barədə arayışdan müəyən olunur ki, 2020-ci ildə 2-ci qrup əlil kimi hər ay 233.20 manat, 2022-ci ildən etibarən isə 3-cü qrup əlil kimi 268,62 manat ödənilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixə kimi 2-ci dərəcə əlil olmuş və daha sonra əliliyi dayandırılaraq xx.xx.2022-ci il tarixdən 3-cü qrup əlilliyi bərpa edilmişdir. İddiaçı əlilliyinin dayandırılığı dövrdən xəstənaya müraciət etdiyini bildirsə də, faktı təsdiq edən sübutlar təqdim edə bilməmişdir.Həmçinin “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə heç bir müayinə və müalicə aparılmamışdır. Belə ki, göstərilən dövr ərzində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq pandemiya xəstəxanası kimi fəaliyyət göstərmişdir. Xəstələrə diaqnozun qoyulması barədə məlumatlar və müvafiq tibbi sənədlər “X10 Xəstəxanası" publik hüquqi şəxsin arxivində hər bir xəstə üçün tərtib edilmiş “Ambulator xəstənin tibbi kartası NAZS 025” adlı tibbi qeydiyyat sənədlərində təsbit edilir.Yalnız zəruri hallarda(DTSERA-da əyani müayinə zamanı) xəstələr həmin qeydiyyat sənədini müvafiq qaydada imza edərək götürə bilir. İddiaçı da imza edərək ambulator kartasını “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən götürdüyü üçün tələb olunan məlumatların və tibbi sənədlərin Sizə təqdim olunması mümmkün deyil. İddiaçı dair-88 nömrəli göndəriş xx.xx.2021-ci il tarixdə TSEK-ə göndərilmişdir. Həkim Məsləhət Komissiyasının iclaslarının videogörüntüyə alınması nəzərdə tutulmadığından bu praktika tərəfimizdən tətbiq olunmur. Qeyd olunan dövrə dair Həkim Məsləhət Komissiyasının protokolları kitabı xəstəxananın arxivində aşkar olunmadı. Beləliklə, məhkəmə müəyyən edir ki, forma 88 göndərişi həmin mübahisəli dövr ərzində ilk dəfə xx.xx.2021-ci il tarixdə göndərilmişdir.Həmin göndəriş və ondan sonra verilən digər göndərişlər əsasında əlilliyin imtina əsası kimi göndərişin natamam doldurulması göstərilmişdir. Yalnız cavabdeh tərəfindən verilən xx.xx.2021-ci il tarixli göndəriş üzrə qiymətləndirmə nəticəsində xəstənin müalicə müddəti yetərli olmaması və əlavə müalicəyə ehtiyacının olması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsi əsasında göndərişin natamam doldurulması səbəbi ilə, xx.xx.2021-ci il tarixdə növbəti göndəriş verilərək yenə göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. Və bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya 3-cü qrup əlillik təyin edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutlara münasibətdə bildirir ki, xx.xx.2021-ci il tarixdən sonra (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri istisna olmaqla) iddiaçıya əlilliyin təyin edilməməsi cavabdeh inzibati orqanın təqsiri nəticəsində yaranmışdır. Və iddiaçını onun konstitusion hüququ olan- sosial təminat hüququndan məhrum etmişdir. Həmin mübahisəli dövrə aid edilməli olan ödənişə münasibətdə isə məhkəmə vurğulayır ki, iddiaçı 24 dekabr 2020-ci ilə qədər ikinci qrup və 04 fevral 2022-ci ildən sonra isə üçüncü qrup əlil olmuşdur və daha sonra əlillik dərəcəsini mübahisələndirməmişdir. Yuxarıda qeyd olunan dövr ərzində isə iddiaçıya hansı qrup əlilliyin təyin olunacağı məhkəmə üçün müəyyən deyildir.Bu səbəbdən də həmin məbləğ hər növə aid, yəni bütün əlillik qruplarına münasibətdə hesablanan minimum pensiya məbləği ilə hesablanmalıdır.Və beləlikə, məhkəmə hesab edir ki, tutulacaq məbləğ 2021-ci ilə münasibətdə əlilliyə görə pensiyanın “Əmək pensiyaları haqqında Qanun”un 6-1-ci maddəsinə əsasən, əmək pensiyasının minimum məbləği ilə, yəni 200 manat olaraq hesablanmalıdır. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”: Maddə 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Maddə 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, cavabdeh orqanın iddiaçının əlilliyinin qiymətləndirilməsinə dair göndərişin natamam doldurulmasında iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmiş, sübut təqdim edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdən (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri istisna olmaqla) xx.xx.2022-ci il tarixə kimi iddiaçının məhrum olduğu hər aya görə 200 manat, ümumilikdə 1600 manat əlilliyə görə pensiya məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri istisna olmaqla) xx.xx.2022-ci il tarixə kimi iddiaçının məhrum olduğu hər aya görə 200 manat, ümumilikdə 1600 manat əlilliyə görə pensiya məbləği cavabdeh Masallı rayon X5 Hüquqi Şəxsindən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar