Məhkəmə qərarları › İş №2-1(120)-1009/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1009/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1009/2020 21.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, üçüncü şəxs Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialına qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “xxxxxxxx” Dövlət X1 Filialının rəisi vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “xxxxxxxx” Dövlət X1 Filialının rəisi vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, xəstə olduğu üçün gələ bilməyəcəyini nəzərə alaraq məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında üçüncü şəxs Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 xx.xx.2019-cu il tarixli, **********7 nömrəli əmri ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı X4 üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir və hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialıdır. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********10 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 xx.xx.2019-cu il tarixli, **********7 nömrəli əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialı tərəfindən aparılması ilə əlaqədar Fondun rayon filialları tərəfindən belə təyinnatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbinizə cavab verməli olan inzibati orqan Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 üzrə Mərkəzi Filialıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 xx.xx.2019-cu il tarixli, **********7 nömrəli əmri ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1009/2020 nömrəli məktubla hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialı olduğunu nəzərə alaraq, hazırki cavabdehin əsl cavabdeh- X4 üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi ilə bağlı yardım olunsa da, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etməmişdir. İddiaçıya izah edilir ki, hazırkı tələblə ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqan- X4 üzrə Mərkəzi Filialına müraciət etməlidir. Cavabdeh inzibati orqan- Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialı müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, X4 üzrə Mərkəzi Filialı Bakı şəhərində yerləşdiyindən iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialına qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “xxxxxxxx” Dövlət X1 Filialının rəisi vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Beyləqan rayon filialına qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “xxxxxxxx” Dövlət X1 Filialının rəisi vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar