Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-101/2025 17.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı, X2, X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə ünvan 6i ərazisində mülkiyyətinə verilmiş 0,25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin mərzçəkmə (naturada tanınma) işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə ünvan 6i ərazisində mülkiyyətinə verilmiş 0.25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və bu barədə adımıza müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X9, X12 birgə iddiaçı qismində icraata cəlb edilmiş, iddia tələbi dəqiqləşdirilərək, “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə ünvan 6i mülkiyyətinə verilmiş 0,25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin mərzçəkmə (naturada tanınma) işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərar alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə Lənkəran rayon Kərgəlan bələdiyyəsi, X27 və X15 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə Lənkəran rayonu, Lüvəsər kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi kənddə yaşayır. Lənkəran rayon Aqrar islahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə ünvan 6i ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə adlarına JN:612, KOD 80212018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da onlar həmin torpaq sahəsindən öz mülkiyyətləri kimi istifadə etmişlər. Bu yaxınlarda o torpaq sahəsinə dair sənədləri toplayıb, Lənkəran rayon Aqrar islahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə ünvan 6i ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin “Dövlət Aktı” üzrə bir planşetdə yerləşməklə qeyd olunan məlumatlarla mövcud DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Bununla da onun ərizəsinə rədd cavabı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi idarəsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün o hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı münasibət təqdim etmişdir. Münasibətdə qeyd olunmuşdur ki, hazırki sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar, həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsə (İddiaçı) məxsus ünvan 6i ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-612 nömrəli “Dövlət Aktı” üzrə hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair əvvəllər yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərinə qoyulması ilə əlaqədar münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar bildirilir ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir.İş üzrə sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş sözü gedən pay torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 15 iyul tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında əvvəllər tərəfimizdən icraata qəbul edilmişdir.Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur.Həmin ərəfədə tərəfimizdən aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-612 nömrəli “Dövlət Aktı” üzrə göstərilən konfiqurasiya ilə mövcud DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 .-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Xidmət orqanı olaraq bildiririk ki, həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 26 iyul 2021 -ci il tarixli, **********76 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci və 3-cü bəndində qoyulan tələbin yerinə yetirilməsinə (sözü gedən 0.25 ha pay torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) hazırki vəziyyətdə qanunamüvafiq olaraq etiraz etmişdir. Xidmət orqanı olaraq bildirilir ki, sözü gedən hissədə yaranmış uyğunsuzluğun tam araşdırılması məqsədilə faktiki yerində məhkəmə torpaqşünaslıq ekspertizasının təyin olunması (sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında yaranmış uyğunsuzluqlara münasibətdə) barədə qərardad qəbul edilməklə iddia tələbinin tam araşdırılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə digər iddiaçıların, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 6ində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********76 saylı məktubunda göstərilmişdir ki, ünvan 6i ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə JN- 612 nömrəli “Dövlət Aktı” əsasında bir planşetdə olmaqla sizin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdim olunan sənədlər əsasında ünvan 6i ərazisində yerləşən iddiaçı və ailə üzvlərinə məxsus həmin 0.25 ha pay torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə JN-612 nömrəli “Dövlət Aktı” əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün sizin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin “Dövlət Aktı” üzrə bir planşetdə yerləşməklə qeyd olunan məlumatlarla mövcud DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Təqdim olunmuş hazırki sənəd üzrə baza məlumatları arasında yaranmış uyğunsuzluqlar səbəbindən ümumilikdə həmin ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilən torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyata alınması mümkün deyildir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (ilkin hüquqmüəyyənedici sənəd üzrə sözü gedən 0.25 ha payıbəlli torpaq sahəsinə dair) əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Bu səbəbdən Ərazi idarəsinə təqdim etdiyi 4 (dörd) vərəqdən ibarət sənədlər qaytarılır. İş materiallarında olan JN 612, kod 80212018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı, X10 və X5 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,25 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının X24 filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli B/239 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının sənədləri X24 filialına təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd olunan Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarının və həmin qərar əsasında tərtib edilmiş adlı siyahının İddiaçı aid hissəsinin təsdiq olunmuş surətlərinin verilməsi mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********10 saylı məktubunda göstərilmişdir ki, İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin) təsdiqlənmiş surətinin, həmin müraciətlə bağlı inzibati icraat materiallarının, havbelə JN-612 nömrəli “Dövlət Aktfnm, həmin hüquqmüəyyənedici sənədin verilməsinə dair qərar və adlı siyahının təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə” aidiyyəti hissədə icrası barədə hazırki müraciətinə baxılmışdır. Ümumbirgə əmlak olaraq sözü gedən 0.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə İddiaçı 15 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. İcraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətdən imtina edilmişdir. Belə ki, həmin ərəfədə icraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, ümumbirgə əmlak olaraq sözü gedən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-612 nömrəli “Dövlət Aktı” üzrə göstərilən konfiqurqsiyada yerləşən əraziyə dair məlumatlarla mövcud DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Hazırki sorğunun icrası olaraq zərurət yarandığından, yalnız həmin ərəfədə tərəfimizdən verilmiş “imtina” bildirişinin, həmin şəxsin müraciətinin (ərizəsinin), adlı siyahının, xəritə məlumatlarının, habelə JN-612 nömrəli “Dövlət Aktı”nın (sözü gedən hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş qərarın təqdim olunması imkan xaricindədir) təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********06 saylı məktubunda göstərilmişdir ki, Dövlət Aktının və digər sənədlərin təsdiqlənmiş surətinin təqdim edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığınız 18 avqust 2022-ci il tarixli, 2-1(120)- 2251/2022 nömrəli məktuba aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Həmin məktuba müvafiq olaraq JN-612 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının arxiv nüsxəsinin təsdiqlənmiş surətini təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********28 saylı məktubunda göstərilmişdir ki, 2-1 (120)-2251/2022 nömrəli inzibati iş ilə əlaqədar İddiaçıh qızının adına verilmiş JN-0612 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktfnın və onun işlənilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. JN-0612 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq olunmuş surəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. Mərkəzin arxivində saxlanılan sözügedən Dövlət Aktının işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilir İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-231/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 12 nömrəli qərarı ilə ünvan 6i ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və bu barədə adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılması ilə əlaqədar İddiaçı tərəfindən iddia edilən torpaq sahəsini faktiki vəziyyətdə istifadə edən şəxs və ya şəxslər barədə məlumatın və sənədlərin təqdim edilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Torpaq islahatı zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN- 612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi işlənilmişdir.Tədqiqat zərurəti olaraq İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin yerləşmə yeri ilə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsindəki yerləşmə yeri arasında uyğunsuzluğun olması müəyyən edilmişdir. Kompleks yerquruluşu layihəsinə əsasən JN- 612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş sözügedən 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən yerdən orta hesabla 900 metr məsafə fərqi ilə şərq istiqamətdə yerləşməsi müəyyən olunmuşdur. Digər tərəfdən araşdırma zamanı sözügedən JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə verilən torpaq sahəsinin həmin “Dövlət Aktı” sənədindəki yerləşmə yeri ilə İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin yerləşmə yerinin eyni kontura aid olması müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin Dövlət Aktındakı yerləşmə yeri ilə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsindəki yerləşmə yeri fərqlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Lakin İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin faktiki istifadə vəziyyəti olmadığından ünvan 6inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində öz əksini tapmamışdır. İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsi torpaqların elektron kadastrı uçotu məlumat bazasında (aparılmış elektron kadastr uçotu işlərin nəticəsi olaraq) digər şəxs və ya şəxslərin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilmişdir.Torpaqların elektron kadastrı uçotu məlumat bazasında JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş sözügedən 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən yerdə deyil, kompleks yerquruluşu layihəsindəki yerləşmə yerinə uyğun öz əksini tapmışdır. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli, 1455 nömrəli Fərmanına uyğun olaraq, torpaq islahatı nəticəsində ayrılmış pay torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işlərinə başlanılmış və hazırda pay torpaq sahələrin dövlət reyestrində qeydiyyata alınması işləri “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən aparılmış elektron kadastr uçotu işlərin nəticəsi olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazası əsasında həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-964/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı və onun ailə üzüvlərinə 0,25 ha pay torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumatın verilməsi və bu barədə qeydiyat kitanından həmin səhifənin təsdiq edilmiş surətini təqdim edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanladığı 06 mart 2024-cü il tarixli, 2-1(120)- 281/2024 qeydiyyat nömrəli məktuba aidiyyəti üzrə 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Həmin məktuba müvafiq olaraq bildirilir ki, İddiaçı və onun ailə üzüvlərinin adına ünvan 6ində yerləşən 0,25 ha pay torpaq sahəsinə aid xx.xx.1998-ci il tarixli, JN-612 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı tərtib edilmişdir və həmin Dövlət aktı barədə DWG (xəritə) və həmçinin DBF (siyahı) baza məlumatlarında müvafiq qeydlər aparılmışdır. Şəhadətnamələrin və Dövlət aktlarının qeydiyyatı kitabları 10 saylı Lənkəran Ərazi İdarəsinin arxivində saxlanılmadığı üçün (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim olunub) sözügedən məlumatların verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2051/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 12 nömrəli qərarı ilə ünvan 6i ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması və bu barədə adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılması ilə əlaqədar İddiaçı tərəfindən iddia edilən torpaq sahəsini faktiki vəziyyətdə istifadə edən şəxs və ya şəxslər barədə məlumatın təqdim edilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Torpaq islahatı zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN- 612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi işlənilmişdir.Tədqiqat zərurəti olaraq İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin yerləşmə yeri ilə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsindəki yerləşmə yeri arasında uyğunsuzluğun olması müəyyən edilmişdir. Kompleks yerquruluşu layihəsinə əsasən JN- 612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş sözügedən 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən yerdən orta hesabla 900 metr məsafə fərqi ilə şərq istiqamətdə yerləşməsi müəyyən olunmuşdur. Digər tərəfdən araşdırma zamanı sözügedən JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilən torpaq sahəsinin həmin “Dövlət Aktı” sənədindəki yerləşmə yeri ilə İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin yerləşmə yerinin uyğun olması müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin Dövlət Aktındakı yerləşmə yeri ilə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsindəki yerləşmə yeri fərqlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin 0,11 ha hissəsinin torpaqların elektron kadastrı uçotu məlumat bazasında (aparılmış elektron kadastr uçotu işlərin nəticəsi olaraq) X17 və ailə üzvlərinin JN-597 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında faktiki istifadələrində olan torpaq sahəsi, qalan 0,14 ha hissəsinin isə bələdiyyə mülkiyyətində (istifadəçi X15) olan torpaq sahəsi olması müəyyən olunmuşdur.Torpaqların elektron kadastrı uçotu məlumat bazasında JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş sözügedən 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən yerdə deyil, kompleks yerquruluşu layihəsindəki yerləşmə yerinə uyğun öz əksini tapmışdır. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1455 nömrəli Fərmanına uyğun olaraq, torpaq islahatı nəticəsində ayrılmış pay torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işlərinə başlanılmış və hazırda pay torpaq sahələrin dövlət reyestrində qeydiyyata alınması işləri “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən aparılmış elektron kadastr uçotu işlərin nəticəsi olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazası əsasında həyata keçirilir. İşdə olan Azərbaycan Respublikasının X24 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-DA-7F/1-260/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları X31 filialına təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd olunmuş X16 adma verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-597 nömrəli Dövlət aktının və həmin Dövlət Aktının verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş kserosurətlərini təqdim etmək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikasının X24 filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-48-DA-7F/1-2/2024 nömrəli məktubunda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin sənədləri və “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları X24 filialına təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd olunmuş X17 adma olan “Torpağa mülkiyyət hüququna dair” JN-597 nömrəli Dövlət aktının və həmin Dövlət Aktının verilməsinə əsas olan sənədlərin, həmçini X6 ünvan 6i ərazisində hər hansı daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıbalınmaması barədə məlumatın və həmin məlumatın verilməsinə əsas olan sənədlərin (dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi və s.) təsdiq edilmiş kserosurətlərini təqdim etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4184/2024 saylı məktubunda göstərilmişdir ki, bununla əlaqədar olaraq X17 adına olan JN-597 saylı "Torpağın mülkiyyət hüququna dair” dövlət aktının təsdiq olunmuş surətlərini göndərilmişdir. Sorğunun mətninə əsasən X6 adına ünvan 6i ünvanında 0.12 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə dair sənədlərin təsdiq olunmuş surətlərini göndərilmişdir. "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin və Dövlət aktlarının verilməsinə əsas olmuş X8 qərarları 10 saylı Lənkəran Ərazi İdarəsinin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2- 1634/2025 saylı məktubunda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlaklara dair məlumatın və müvafiq sənədlərin surətlərinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən X6 adına ünvan 6i ərazisində yerləşən 0,12 ha torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan daşınmaz əmlaklara dair müvafiq sənədlərin surətlərini təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********5 reyestr nömrəli çıxarışın surətindən görünür ki, yaşayış məntəqələrinin torpaqları təyinatlı Lənkəran rayonu, Kəlgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 4 nömrəli vərəqinə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır İş materiallarında olan AN-İ№ ******* nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Kəlgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsini X13 6.000 manata almışdır. İş materiallarında olan JN 597, kod 80212018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X27, X7, X25, X28, X29, X32 və X20 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,57 hektar torpaq sahəsi verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2251/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 10/5475 nömrəli məktubu ilə 13 sentyabr 2023-cü il tarixli 10/5475 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 13 sentyabr 2023-cü il tarixli 10/5475 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2306/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaq islahatı zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənəd işlənilmişdir. Sözügedən JN- 612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilən torpaq sahəsinin həmin “Dövlət Aktı” sənədindəki yerləşmə yeri ilə İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin yerləşmə yerinin uyğun gəlməsi müəyyən edilmişdir. Lakin JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilən torpaq sahəsinin həmin “Dövlət Aktı” sənədindəki yerləşmə yeri ilə torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsindəki yerləşmə yeri arasında uyğunsuzluğun olması müəyyən edilmişdir. Belə ki, mövcud baza məlumatlarında Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş sözügedən 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı tərəfindən faktki vəziyyətdə iddia edilən yerdən orta hesabla 900 metr məsafə fərqi ilə şərq istiqamətdə yerləşməsi müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2306/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1197-ci il tarixli, 12 saylı qərarı ilə JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,25 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi olması müəyyən edilmişdir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2306/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,25 ha torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxs və ya şəxslər tərəfindən çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2306/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı İddiaçı tərəfindən JN-612 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,25 ha torpaq sahəsi kimi faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin digər şəxsin (şəxslərin) faktiki və qanuni istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və ailə üzvləri Lənkəran rayonu Gərgəlan kəndində yerləşən 0.70 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsinin mülkiyyətçiləridir. Torpağın mülkiyyətçisi qismində iddiaçı torpaq sahəsinin yerində müəyyən edilməsı, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran ərazi İdarəsi bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-414/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Kod 80212018, JN-612 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmış 0.25 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Kod 80212018, JN-612 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, İddiaçı, X21 (Əlirasim) qızının, Quluzadə (Liftiyeva) Səbinə Əlirasim qızının mülkiyyətinə ayrılmış 0.25 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-101/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-101/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver