Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1012/2022 18.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh X3 qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 oktyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin (yoxlanılan dövrə aid bank sənədləri, kassa mədaxil-məxaric sənədləri, NKAnın fiskal hesabatları, müqavilələr (işçilərlə bağlanmış əmək müqavilələri, icarə müqavilələri), qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnalorderlər, DSMF-ya təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, görülmüş işlər üçün tərtib edilmiş forma 2-lər, yük gömrük bəyannamələri (invoys sənədləri), əmək haqqının ödəniş cədvəlləri, mal-materialın hərəkəti barədə məlumat forması, 2018-2020-ci illərin gəlir vergisini yoxlamaq üçün gəlir və xərc sənədləri (yanvar 2018-dekabr 2020) və vergilərin hesablanmasını zəruri edən digər sənədlər) iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli Qərarı ilə X2 (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin ediimişdir. xx.xx.2021-ci il tarixli, **********485700 nömrəli elektron məktubla xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar, xx.xx.2021-ci il tarixli, **********151726 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2021-ci il tarixli, KY211695503 seriyalı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışın surətləri vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli, **********151726 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş, lakin səyyar vergi yoxlaması zamanı X4 tərəfindən aşağıda göstərilən sənədlərdən heç biri təqdim edilməmişdir. Yoxlanılan dövrə aid bank sənədləri, kassa mədaxil-məxaric sənədləri, NKA-nın fiskal hesabatları, müqavilələr (işçilərlə bağlanmış əmək müqavilələri, icarə müqavilələri), qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnal-orderlər, DSMF-ya təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, görülmüş işlər üçün tərtib edilmiş forma 2-lər, yük gömrük bəyannamələri (invoys sənədləri), əmək haqqının ödəniş cədvəlləri, mal-materialın hərəkəti barədə məlumat forması, 2018-2020-ci illərin gəlir vergisini yoxlamaq üçün gəlir və xərc sənədləri (yanvar 2018-dekabr 2020) və vergilərin hesablanmasını zəruri edən digər sənədlər. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməməsi barədə Akt tərtib edilmişdir və xx.xx.2021-ci il tarixli, **********162200 nömrəli elekton məktubla aktın surəti vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********152496 nömrəli Qərar çıxarılmışdır və qərarın surəti xx.xx.2021-ci il tarixli, **********115600 nömrəli elektron məktubla vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli, **********152496 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya heç bir sənədi təqdim etməmişdir. Bunula əlaqədar Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmaması barədə xx.xx.2022-ci il tarixində akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, iddia təmin edilməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin və əşyaların (yoxlanılan dövrə aid bank sənədləri, kassa mədaxil-məxaric sənədləri, NKA-nın fiskal hesabatları, müqavilələr (işçilərlə bağlanmış əmək müqavilələri, icarə müqavilələri), qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnal-orderlər, DSMF-ya təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, görülmüş işlər üçün tərtib edilmiş forma 2-lər, yük gömrük bəyannamələri (invoys sənədləri), əmək haqqmın ödəniş cədvəlləri, malmaterialın hərəkəti barədə məlumat forması, 2018-2020-ci illərin gəlir vergisini yoxlamaq üçün gəlir və xərc sənədləri (yanvar 2018-dekabr 2020) və vergilərin hesablanmasını zəruri edən digər sənədlər) iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X5 gəlmiş, cavabdeh isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********151660 nömrəli qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələri əsas tutularaq “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli qərar ilə vergi ödəyicisi olan cavabdeh X2 oktyabr 2018sentyabr 2021 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********151726 nömrəli Tələbnamədən görünür ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri əsas tutularaq “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (yoxlanılan dövrə aid bank sənədləri, kassa mədaxil-məxaric sənədləri, NKA-nın fiskal hesabatları, müqavilələr (işçilərlə bağlanmış əmək müqavilələri, icarə müqavilələri), qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnal-orderlər, DSMF-ya təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, görülmüş işlər üçün tərtib edilmiş forma 2-lər, yük gömrük bəyannamələri (invoys sənədləri), əmək haqqının ödəniş cədvəlləri, malmaterialın hərəkəti barədə məlumat forması, 2018-2020-ci illərin gəlir vergisini yoxlamaq üçün gəlir və xərc sənədləri (yanvar 2018-dekabr 2020) və vergilərin hesablanmasını zəruri edən digər sənədlərin xx.xx.2021-ci il tarixə kimi təqdim olunması haqqında” cavabdehə göndərilməsi üçün **********151726 nömrəli xx.xx.2021-ci il tarixli Tələbnamə tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********151726 nömrəli Tələbnamə xx.xx.2021-ci il tarixli, **********4485700 nömrəli elektron məktubla cavabdehə göndərilmiş, lakin tələb olunan sənədlər yoxlamaya təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********152496 nömrəli qərardan görünür ki, iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixdə **********152496 nömrəli qərar qəbul edilmiş və həmin qərarda yoxlanılan vergi dövrünə aid zəruri olan sənədlərin cavabdehdən götürülməsinin həyata keçirilməli olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixdə **********152496 nömrəli qərar xx.xx.2021-ci il tarixli, **********115600 nömrəli elektron məktubla vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmiş, bu barədə onunla dəfələrlə telefon əlaqəsi saxlanılmış, lakin cavabdeh vergilərin hesablanması üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdeh X2 oktyabr 2018-sentyabr 2021 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi xx.xx.2021-ci il tarixli **********151726 nömrəli Tələbnamə ilə cavabdehdən tələb olunmuş, lakin cavabdeh həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli Qərarına əsasən qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə təyin olunmuş və oktyabr 2018-sentyabr 2021 vergi dövrünü əhatə edən səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunan sənədlərin (yoxlanılan dövrə aid bank sənədləri, kassa mədaxil-məxaric sənədləri, NKA-nın fiskal hesabatları, müqavilələr (işçilərlə bağlanmış əmək müqavilələri, icarə müqavilələri), qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnalorderlər, DSMF-ya təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, görülmüş işlər üçün tərtib edilmiş forma 2-lər, yük gömrük bəyannamələri (invoys sənədləri), əmək haqqının ödəniş cədvəlləri, mal-materialın hərəkəti barədə məlumat forması, 2018-2020-ci illərin gəlir vergisini yoxlamaq üçün gəlir və xərc sənədlərinin (yanvar 2018-dekabr 2020) və vergilərin hesablanmasını zəruri edən digər sənədlər) iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdeh X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1012/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1012/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver