Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1012/2025 21.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxslər X7 və X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “şəhid övladı X9 şəhid ailəsi kimi şəhid ailələri üçün nəzərdə tutulan mənzilə pay bölgüsünün müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “şəhid övladı X9 şəhid ailəsi kimi şəhid ailələri üçün nəzərdə tutulan mənzilə pay bölgüsünün müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3350/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli qərardadına əsasən X21, X17 və X22 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X18 iddia tələbinin təmin olunmasına, nəvəsi X9 hüquqlaının bərpa olunmasına köməklik göstəriləməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X17 iddia tələbinin təmin olunmasına, nəvəsi X9 hüquqlaının bərpa olunmasına köməklik göstəriləməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxs X10 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X23 ilə 20 noyabr 2008-ci də dövlət qeydiyyatdan keçərək ailə qurmuşdur. Birə nikahlarından 08 dekabr 2009-cu ildə X24 adında uşaq anadan olmuşdur. X23 arasında bağladığıları nikah 13 fevral 2019-cu da pozulmuşdur. X2 Rəsmiyyə Azad qızı adında başqa qadınla rəsmi qaydada nikaha girərək ailə qurmuş və onların uşaqları olmamışdır. Yoldaşı 44 günlük Vətən müharibəsində iştirak edərək Füzulinin azad olunmasında şahid olmuşdur. Onlar mənzil növbasində durmağına baxmayaraq hazırda mənzillə təmin olunmamış, bununla bağlı bir sıra orqanlara müraciət etmiş lakin heç bir nəticəyə nail ola bilməmişdirlər. Şəhid ailələrinin mənzil şəraitinin yaxşılışdarılması məqsədi ilə 08 dekabr 2009-cu il tarixində doğulmuş X11 şəhid ailəsi kimi Cavabdehndə şəhid ailələri üçün verilməsi nəzərdə tutulan mənzilə pay bölgüsunun müəyyən edilməsini cavabdeh təşkilatin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, işğal edilmiş ərazilərin azad olunması uğrunda Vətən müharibəsində iştirak edərək döyüş əməliyyatları zamanı xx.xx.2020-ci ildə şəhid olmuş hərbi qulluqçu X12 birgə nigahdan olan övladı və şəhidin varislərindən biri xx.xx.2009-cu il təvəllüdlü X11 anası İddiaçı, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə övladının Neftçala Rayonu İcra Hakimiyyətində mənzil növbəliliyi qeydiyyatına götürülməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və müxtəlif dövlət qurumlarına ünvanladığı müraciətinə aidiyyəti üzrə Rayon icra Hakimiyyətində baxılıb. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 nömrəli Qərarının 2.1 -ci hissəsinə əsasən şəhid ailəsinin üzvləri arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, qardaşları və bacılar (uşaq evlərində tərbiyə olunanlar), babalar və nənələr ( qanunla onları saxlayan şəxs yoxdursa) hesab edilir. Eləcə də, 18 yaşına çatmayan və X4 İddiaçı ilə birgə nigahdan olan övladı X25 şəhidin ailə üzvüdür. X4 ikinci rəsmi nigahdan olan arvadı X22, şəhidin valideynləri X19 və X17 şəhidin ailə üzvləridir və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Neftçala Rayonu icra Hakimiyyətində mənzil növbəliliyi qediyyatına götürülməsi ilə bağlı rəsmi qaydada müraciət etmişlər. Şəhidin ailə üzvü, yetkinlik yaşına çatmayan X11 adından anası İddiaçı Rayon İcra Hakimiyyətinə verdiyi izahatında şəhidin digər ailə üzvləri mənzil nöbvəliliyinin onun övladına verilməsini istəmirlərsə, o halda digər tərəflər mənzil almağa maddi dəstək göstərdikdə, övladı mənzillə təmin olunduqda mənzil növbəliliyi iddiasından əl çəkəcəyini bildirib (izahat əlavə edilir). Mənzil növbəliyi ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin digər ailə üzvləri ilə görüşülmüş, ətraflı söhbət aparılmış, yetkinlik yaşına çatmayan X11 hüquqlarının nəzərə alınması xahiş edilmişdir. Şəhidin hər iki valideyini ilə söhbət aparıldıqdan sonra onlar xx.xx.2022-ci il tarixində ərizə ilə şəhid ailəsinin üzvü kimi mənzil növbəliliyinin şəhidin övladı X14 verildiyi təqdirdə mənzil növbəliliyi tələbindən imtina etdiklərini bildirib (ərizə əlavə edilir). Şəhidin rəsmi nigahda olan arvadı X22 mənzil şəraitinin olmamasını, şəhidin ailə üzvü olduğunu əsas gətirərək mənzil növbəliliyi hüququnun ona verilməsini tələb edib. Yetkinlik yaşına çatmayan X11 anası İddiaçı və şəhidin rəsmi nigahdan olan arvadı X22 ilə mənzil nöbəliyi ilə əlaqədar ümumi fikrə gəlinməsi ilə bağlı ətraflı söhbət aparılsa da, nəticədə tərəflər mövqeylərini ifadə edərək, etiraz etmişlər. Ailə münasibətləri çərçivəsində ümumi razılıq olmadığı üçün mübahisə predmeti ilə bağlı aidiyyəti üzrə xx.xx.2021-ci il tarixli SİİTPŞ-1420 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə rəsmi qaydada sorğu verilmişdir. Agentliyin xx.xx.2021-ci il tarixli **********7 nömrəli rəsmi cavab məktubu tanış olmaq məqsədilə İddiaçı və X15 təqdim edilib və həmin cavab məktubunda qeyd edilib ki, şəhid ailəsi statusu almış ailə üzvləri qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər (məktublar əlavə edilir). İddiaçı müracəti ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda (xx.xx.2022-ci tarixli SİİTPŞ-1379) şəhid ailəsinin üzvlərinin mənzil təminatında yalnız bir şəhid ailəsi üçün bir mənzil inşa edildiyi bildirilib və şəhid ailəsinin üzvü kimi mənzil növbəliliyi qeydiyyatına onun övladının və şəhidin rəsmi nigahdan olan arvadının qeydə alınması mübahisə predmeti olduğu üçün hər iki tərəf Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qeydiyyata alınmayıb. Şəhid ailəsi üçün bir ev inşa edilir və şəhidin ailə üzvlərindən birinə təqdim edilir. Mübahisə predmeti olaraq, şəhid ailəsinin üzvləri arasında mənzil təminatı ilə bağlı mənzil növbəliliyinin hansı imtiyazlı şəxsə müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək İddiaçı tövsiyə olunub. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Neftçala Rayon Filialının Rayon İcra Hakimiyyətinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 151 nömrəli məktubda şəhidin sığorta ödənişinin şəhidin vərəsələri, rəsmi nigahdan olan arvadı X22, şəhidin valideynləri X19 və X17, şəhidin övladı, yetkinlik yaşına çatmayan X25 adından anası İddiaçı arasında müraciətləri əsasında bərabər bölünərək, verilməsi təmin edilib. Şəhid ailələri üçün verilən müavinətdə eynisi ilə bərabər şəkildə şəhid ailələrinin üzvləri arasında bölünərək verilməsi təmin edilir. Şəhidin rəsmi nigahdan olan arvadı X22 xx.xx.2022-ci il tarixindən Bakı şəhəri, Xətai rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli SİİTPŞ-1150 nömrəli məktubla X4 vərəsələri, şəhidin ailə üzvləri arasında mənzil növbəliyi ilə bağlı mübahisə yarandığı, ümumi razılığa gəlinmədiyi üçün, Cavabdeh tərəfindən şəhid ailəsinin üzvü kimi onlardan birinin mənzil qeydiyyatına alınmasına qərar verilmədiyi barədə məlumat verilib. Şəhidin rəsmi nigahdan olan arvadı X22 Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq müraciət etmiş, mənzil növbəliliyi hüququnun şəhidin rəsmi nigahda olan arvadı kimi ona verilməsini tələb edib. Onun kimi şəhidin digər ailə üzvlərinin hüquqlarını nəzərə alaraq mənzil növbəliliyinin verilməsi Rayon İcra Hakimiyyəti qarşısında mübahisə predmeti olduğu üçün icra edilməyib. Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 48 nömrəli Sərəncamı ilə şəhidin rəsmi nigahdan olan arvadı X27 1 nəfər olmaqla Xətai Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə alınıb, şəhid ailəsi kimi güzəştli siyahıya daxil edilib. Şəhidin rəsmi nigahdan olan arvadı X27 şəhid ailəsi olaraq mənzil imtiyazından istifadə etmiş, şəhid ailəsi olaraq mənzil növbəsinə götürülüb. Eyni zamanda Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli xx.xx.2023- cü il tarixli 2-1(120)-947/2023 nömrəli iş məhkəmənin qərarı ilə İddiaçı Cavabdehnə qarşı “şəhid övladı X9 mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddasına baxılmış, iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarxli 2- 1(120)-3350/2024 nömrəli inzibati mübahisəli işi üzrə məhkəmə prosesində X4 rəsmi nigahdan olan arvadı X10 iştirakının təmin edilməsini, şəhid ailəsinin üzvü kimi məhkəmə prosesində onunda hüquqlarının nəzərə alınmasını məqsədə müvafiq hesab edirik. Cavabdeh, şəhid ailəsinin üzvü kimi X10 və yetkinlik yaşına çatmayan X11 imtiyazlı şəxs kimi sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyac olan qismində güzəştli mənzil növbəliliyinə uçota alınmasını təmin etmək iqtidarında deyildir. Səbəb olaraq isə qeyd edirik ki, X4 rəsmi nigahdan olan arvadı X5 Rayon icra Hakimiyyətində şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilib. Şəhid ailəsi üçün mənzil təminatı və mənzil növbəliliyi yalnız şəhid ailəsinin üzvü hesab edilən şəxslərdən birinə şamil edilir. Şəhid arvadı kimi X10 mənzil növbəsində olaraq mənzillə təmin olunması ilə bağlı aidiyyəti üzrə Xətai Rayon İcra Hakimiyyətindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat alınmasını xahiş edirik. İddiaçı bundan öncə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, imtiyazlı şəxslərdən hər hansı birinin mənzil növbəsinə qeydiyyata alınması ilə bağlı mübahisə yarandığı üçün Rayon İcra Hakimiyyəti mənzil növbəliliyi ilə bağlı qərar qəbul etmək iqtidarında deyil, mənzil pay bölgüsünün Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmaması və mübahisəli məsələnin məhkəmə qaydasında mübahisələndirilməsi məqsədə müvafiqdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçıiddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı: “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinin tələbinə görə iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri isə hüquqların və qanunla qorunan maraqların pozulduğunun əsaslandırılmasıdır. Hazırkı qərarda göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olub-olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbindən görünür ki, onun hüquqi marağı şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 08 dekabr 2009-cu il tarixdə anadan olmuş X9 şəhid ailəsi kimi Cavabdehndə mənzil növbəsinə götürülməsindən ibarət olmuşdur. İddiaçının şəhid ailələri üçün verilməsi nəzərdə tutulan mənzilə pay bölgüsünün müəyyən edilməsininin cavabdeh təşkilatın üzərinə vəzifə qoyulmasına dair hissədə məhkəmə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılamalı olmasını müəyyən etmir. Bundan başqa mənzilə pay bölgüsünün müəyyən edilməsi qanunvericiliklə Cavabdeh səlahiyyətlərinə aid edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə qarşı "Şəhid övladı X9 şəhid ailəsi kimi şəhid ailələri üçün nəzərdə tutulan mənzilə pay bölgüsünün müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ilə bağlı qeyd edərək bildiririk ki, X8 (AA5815399) şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməsi ilə bağlı Cavabdehnə 2022- 2025-ci ilin 12 sentyabr tarixinədək müraciəti daxil olmamışdır. Şəhid ailəsinin üzvü kimi X17 və əri X1 rayon notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilmiş ərizə ilə şəhid olmuş hərbi qulluqçu X12 valideynləri olaraq şəhid ailəsi kimi Cavabdehndə imtiyazlı şəxs qismində mənzil növbəsinə qeydiyyata götürülməkdən şəhidin oğlu X9 mənzil növbəsinə götürülməsi məqsədilə onlara aid olan imtiyazdan imtina etmələrini imzaları ilə təsdiq ediblər. X4 övladı X9 anası İddiaçı Rayon İcra Hakimiyyətinə rəsmi qaydada izahat verərək, şəhidin valideynlərinin və ikinci rəsmi nikahdan olan arvadı X10 imtiyazlı şəxs kimi mənzil növbəliliyinin şəhidin tək övladına verilməsini, əks halda hər iki tərəfinin mənzil alınmasında maddi dəstək göstərilməsi tələbini irəli sürmüşdür. Şəhidin rəsmi nikahdan olan arvadı X5 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 48 nömrəli Sərəncamı ilə şəhid ailəsi kimi güzəştli mənzil növbəliliyinə qəbul edilib. Güzəştli mənzil növbəsində olan imtiyazlı şəxslərin mənzil təminatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik tərəfindən bir şəhid üçün bir mənzil təminatı həyata keçirilir. Şəhidin rəsmi nikahdan olan arvadı imtiyazlı şəxs kimi güzəştli növbəyə götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Şəhidin rəsmi nikahdan olan arvadı mənzil növbəsinə qəbul edilən zaman şəhidin digər ailə üzvlərinin mənzil növbəliliyi qeydiyyatı nəzərə alınmamışdır. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan ərizənin surətindən müəyyən edilir ki, X4 valideyinləri X18 və X3 İbrahim Səbuhi oğlunun Neftçala şəhərində mənzil növbəsinə götürülməsinə heç bir etirazlarının olamamasını bildirmişdirlər. İş materiallarında olan sənədlərin məzmunundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11460/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı X10 mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmiş və Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 48 saylı sərəncamına əsasən X6 ailəsi kimi güzəştli mənzil növbəsinə alınmışdır. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Şəhid ailələrinin mənzillə təmin edilməsi: Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Məhkəmə qeyd edir ki, qanunvericilikdə şəhid ailəsi olaraq mənzillə təmin olunma nəzərədə tutulmuşdur. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə şəhid X23 ilə rəsmi nikahda olan X22 Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 48 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Məhkəmənin qənaətinə görə iddiaçının hüquqi marağına uyğun olaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11460/2022 saylı xx.xx.2022-ci il tarixli qərarını və ya Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 48 saylı sərəncamını mübahisələndirmək hüququ vardır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələbinin digər hissəsi olan şəhid ailələri üçün nəzərdə tutulan mənzilə pay bölgüsü ilə bağlı hissədə üçüncü şəxs X22 Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 48 saylı sərəncamı əsasında mənzillə təmin olunduğu təqdirdə mənzilə pay bölgüsü ilə bağlı aidiyyatı üzrə rayon (şəhər) məhkəməsinə mülki qaydada iddia tələbi ilə müraciət etmək hüququ vardır. İddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda natamam faktiki məlumatların tamamlanması ilə bağlı iddiaçıya 28 aprel 2025-ci il tarixli, 2-1(120)-1012/2025 saylı hüquqi yardım məktubu göstərməsinə baxmayaraq, İddiaçı iddia tələbində dəqiqləşdirmə aparmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddiaçıya izah edilməlidir ki, iddianın mümkün sayılmaması, gələcəkdə çatışmazlıqlar aradan qaldırılmaqla, eyni tələblə məhkəməyə müraciət edilməsinə maneə deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası ərizəsi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “şəhid övladı X9 şəhid ailəsi kimi şəhid ailələri üçün nəzərdə tutulan mənzilə pay bölgüsünün müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1012/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1012/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver