Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1014/2022 28.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Sadəhməd oğlunun Cavabdehnə qarşı “Cavabdeh Başçısının 10 iyun 2013cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Sadəhməd oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi, mübahisələndirilən 200 ha torpaq sahəsinin yenidən rəhbəri və təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatının bazasında yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varisidir. Bu MMC-nin hüquqi ünvanı Kürdəmir rayonunun Sığırlı kəndidir. Fermer təsərrüfatını idarə etmək üçün 25 noyabr 1999-cu ildə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən kənd təsəsrrüfatında istifadə edilməyən 200 ha torpaq sahəsi onun müvəqqəti istifadəsinə verilmişdir. Bu müddət ərzində "xxxx" MMC-nin idarə edilməsi qaynatası olmuş X1 həvalə edilmiş və səhhətilə bağlı o, təsisçinin (iddiaçının) 27 oktyabr 2007-ci il tarixli qərarı əsasında rəhbər vəzifəsindən azad edilmişdir. Təsisçisi və rəhbəri olduğu "xxxx" MMC Ağsu rayonunda yeni kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi üçün 2011-ci ildə girov müqabilində "xxxx" ASC-dən kredit götürmüşdür və hazırda da "xxxx" MMC Bankda yüklü olaraq qalmaqdadır. Bu müddətlər ərzində o icarəyə götürdüyü 200 ha qış otlaq sahəsi üçün tələb olunan vergini ilbəil 9 saylı Ərazi Vergilər İdarəsinə ödəmişdir. 24 aprel 2007-ci il tarixində bağlanmış müqavilə əsasında o, "xxxx" -nin tələblərini və hüquqlarını satın almışdır. 2013-cü ilin iyunun 5-də 2007-ci ilə qədər "xxxx" KFT-nin rəhbəri olmuş mərhum X4 Babayev Cavabdeh başçısının adına yazdığı saxta və əsassız ərizəsi əsasında onun atasına məxsus olmuş ( hansı illər qeyd edilmir) "xxxx" KFT-nin müvəqqəti balansında olan 200 ha qış otlaq sahəsinin onun adına sənədləşdirilməsini istəmişdir. Məsələ Kürdəmir Rayon İH-də araşdırılmadan, yuxarı səlahiyyətli orqanlarla heç bir razılaşma əldə edilmədən 5 gündən sonra, yəni 10 iyun 2013-cü il tarixli, 115 saylı sərəncama əsasən 200 ha torpaq sahəsi daha 15 il müddətinə ərizəçinin icarəsinə verilmişdir. 2007-ci ildən bu günədək "xxxx" MMC-nin rəhbəri və təsisçisi olduğuna baxmayaraq, bu barədə ona heç bir rəsmi məlumat verilməmişdir. O, 2021-ci ilədək hər il torpaq vergisini ödəmişdir. Yalnız bir neçə ay əvvəl ona məlum olmuşdur ki, sözügedən 200 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq "xxxx" KFT-nin adından süi-istifadə edən Baba Babayevə verilmişdir. Halbuki, bu şəxsin ümumiyyətlə, bu MMC-yə heç bir aidiyyəti olmamışdır. Təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin adından süi-istifadə edən Baba Babayevin xx.xx.2013-cü il tarixli saxta ərizəsi əsasında “Kürdəmir Rayon İH başçısının 10 iyun 2013-cü il tarixli əsassız Sərancamının ləğv olunması” barədə 21 noyabr 2021-ci il tarixli rəsmi müraciətinə Cavabdeh başçısının Aparatı tərəfındən 27 dekabr 2021-ci il tarixli, 2\1393-4 saylı cavab məktubunda bildirir: “Kürdəmir Rayon İcra Hakinıyyəti Başçısının 10 iyun 2013-cü il tarixli, 115 saylı sərəncamı və RİH Başçısının 10 iyun 2013-cü il tarixli, 38 nömrəli icarə müqaviləsi ilə Kürdəmir rayonu Sığırlı kənd sakini X5 qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə rayonun inzibati ərazisindəki “Sığırlı- Selablıq” adlanan qış otlaq sahəsindən 15 il müddətinə 200 ha torpaq sahəsi verilmişdir. B.B.Babyevə ********** nömrəli vergi şəhadətnaməsi verilmiş və onun əsasında icarəsində olan 200 ha torpaq sahəsinə görə ildə 240 manat olmaqla icarə haqqı ödəyir.” Yəni, cavabdeh bir daha rəsmən illər ərzində "xxxx" MMC-nin icarəsində olan mübahisələndirilən 200 ha torpaq sahəsi üzrə onun razılığı olmadan eyni gündə ərizə, sərəncam və icarə müqaviləsini sifariş əsasında tələskənliklə bağlayan zaman aidiyyəti üzrə yuxarı orqanlardan heç bir razılaşma olmadan əsassız olaraq sərəncam vermişdir. Hesab edir ki, cavabdeh tərəfin rəsmi imtina cavabı tam əsassızdır, formal xarakter daşıyır və onu qane etmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində "xxxx" kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmişdir. X2 "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri seçilmişdir. Kürdəmir rayon Torpaq Şöbəsi tərəfındən 27 noyabr 1999-cu ildə verilmiş JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə qeyd edilmişdir ki, 200 hektar qış otlaq sahəsi Cavabdeh başçısınm 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatına örüş məqsədi ilə icarəyə verilmişdir. Lakin həmin Şəhadətnamədə torpağın təyinatı qeyd edilsə də, icarə müddəti (istifadə müddəti) göstərilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fıziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Qanunun tələbindən göründüyü kimi, "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş torpaq sahəsi örüş torpaq sahəsi olmaqla icarə və ya istifadə müddəti ən çoxu 15 il müddətinə ola bilərdi. Həmin 15 il müddət də 2010-cu il 27 dekabr tarixində başa çatmışdır. Təsərrüfatın mülkiyyətçisi dəyişdikdə Qanunun tələbinə əsasən yenidən onunla müqavilə bağlanması üçün rayon İcra Hakimiyyətinə müraciət etməli idi. Göründüyü kimi, təsərrüfatın yeni mülkiyyətşisi bu barədə İcra Hakimiyyətinə müraciət etməmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində "xxxx" kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmişdir. Lakin həmin sərəncamda təsərrüfata torpaq sahəsi ayrılması nəzərdə tutulmamışdır. Kürdəmir rayonu Sığırlı kənd sakini X10 heyvanlarını saxlamaq üçün ona 200 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və onun müraciəti nəzərə alınaraq Sığırlı kəndi ərazisində yerləşən “Sığırlı-Selablıq” adlanan qış otlaq sahəsindən boş torpaq sahəsi olan 200 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Artıq 9 ildir ki, Baba Babayev həmin torpaq sahəsindən istifadə edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxs X8 gəlmiş, iddiaçı və cavabdehin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" kəndli fermer təsərrüfatının Nizamnaməsindən və Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamının surətindən görünür ki, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yaradılmış "xxxx" kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Hüquqi X11 üzrə Göyçay bölgə şöbəsinin 06 noyabr 1998-ci il tarixli arayışından görünür ki, "xxxx" kəndli fermer təsərrüfatı dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Torpaq şöbəsi tərəfındən verilmiş 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında rayonun ərazisində yerləşən qış otlaq sahəsindən kənd təsərrüfatında istifadə edilməyən 200 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək şərti ilə "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilmişdir. Həmin Şəhadətnamədə torpağın təyinatı qeyd edilsə də, icarə müddəti (istifadə müddəti) göstərilməmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 27 aprel 2022-ci il tarixli, 2/469-2 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Torpaq Şöbəsi tərəfındən verilmiş 27 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən 200 hektar qış otlaq sahəsi Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında "xxxx" kəndli fermer təsərrüfatına örüş məqsədi ilə icarəyə verilmişdir. Lakin həmin Şəhadətnamədə torpağın təyinatı qeyd edilsə də, icarə müddəti (istifadə müddəti) göstərilməmişdir. İş materiallarında olan "xxxx" kəndli fermer təsərrüfatının iş üzrə 3-cü şəxsin də iştirak etdiyi 23 aprel 2007-ci il tarixli ümumi yığıncağının iclas protokolundan çıxarışdan və 24 aprel 2007-ci il tarixli müqavilədən görünür ki, "xxxx" kəndli fermer təsərrüfatının tələbləri və hüquqları təsərrüfat üzvlərinin razılığı ilə İddiaçı Sadəhməd oğluna satılmışdır. İş materiallarında olan "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Ədliyyə Nazirliyi Hüquqi X11 üzrə Göyçay bölgə şöbəsində xx.xx.2007-ci il tarixdə 0707-k5-358 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" kəndli fermer təsərrüfatının bazasında yaradılmış və onun hüquqi varisidir. İş materiallarında olan “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlardan görünür ki, əvvəlki qeydiyyat tarixi xx.xx.2007-ci il, dövlət qeydiyyatı nömrəsi isə 0707-k5-358 olan "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2015-ci il tarixində **********0087100 nömrə ilə yenidən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şəxsi hesab vərəqəsindən çıxarışdan və ona əlavə olunmuş şəxsi hesab vərəqələrindən görünür ki, "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən “dövlət torpaq sahələrinin icarəsi üzrə” xx.xx.2019-cu il tarixədək dövlət büdcəsinə ödənişlər edilmişdir. İş materiallarında olan iddiaçının məhkəməyə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan 200 hektar torpaq sahəsi üzrə icarə müqaviləsinin müddəti başa çatdığından iddiaçı icarə müqaviləsinin genişləndirilməsi barədə Cavabdehnə müraciət etmiş və 2012-ci ildə ona yenidən 15 illik icarə müqaviləsi verilmiş, həmin müqaviləni qaynı, yəni iş üzrə 3-cü şəxs X7 vermiş, lakin həmin müqavilə yoxa çıxmışdır. İş materiallarında olan 05 iyun 2013-cü il tarixində qeydə alınmış ərizədən, 10 iyun 2013-cü il tarixli 115 nömrəli sərəncamdan və 10 iyun 2013-cü il tarixli 38 nömrəli “torpaq icarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Sığırlı kənd sakini, hazırki mübahisə üzrə 3-cü şəxs X10 heyvanlarını saxlamaq üçün ona 200 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etmiş, Cavabdeh başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamına əsasən müraciəti nəzərə alınaraq ona Sığırlı kəndi ərazisində yerləşən “Sığırlı-Selablıq” adlanan qış otlaq sahəsindən boş torpaq sahəsi olan 200 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmış və bu barədə 10 iyun 2013-cü il tarixli, 38 nömrəli “torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 27 aprel 2022-ci il tarixli, 2/469-2 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 artıq 9 ildir ki, həmin torpaq sahəsindən istifadə edir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yaradılmış "xxxx" kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmiş, Ədliyyə Nazirliyi Hüquqi X11 üzrə Göyçay bölgə şöbəsinin 06 noyabr 1998-ci il tarixli arayışına əsasən "xxxx" kəndli fermer təsərrüfatı dövlət qeydiyyatına alınmış, Cavabdeh Başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında rayonun ərazisində yerləşən qış otlaq sahəsindən kənd təsərrüfatında istifadə edilməyən 200 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək şərti ilə "xxxx" kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilmiş, "xxxx" kəndli fermer təsərrüfatının iş üzrə 3-cü şəxsin də iştirak etdiyi 23 aprel 2007-ci il tarixli ümumi yığıncağının iclas protokoluna və 24 aprel 2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" kəndli fermer təsərrüfatının tələbləri və hüquqları təsərrüfat üzvlərinin razılığı ilə İddiaçı Sadəhməd oğluna satılmış, "xxxx" kəndli fermer təsərrüfatının bazasında onun hüquqi varisi olan "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmış və Cəmiyyət Ədliyyə Nazirliyi Hüquqi X11 üzrə Göyçay bölgə şöbəsində xx.xx.2007-ci il tarixdə 0707-k5-358 nömrə ilə dövlət qeydiyyatına alınmış, "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2015-ci il tarixində **********0087100 nömrə ilə yenidən dövlət qeydiyyatına alınmış, şəxsi hesab vərəqələrinə əsasən Cəmiyyət tərəfindən “dövlət torpaq sahələrinin icarəsi üzrə” xx.xx.2019-cu il tarixədək dövlət büdcəsinə ödənişlər edilmişdir. Həmçinin, iş materiallarına əsasən 3-cü şəxs X10 heyvanlarını saxlamaq üçün ona 200 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə 05 iyun 2013-cü il tarixində ərizə ilə Cavabdehnə müraciət etmiş, Cavabdeh başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamına əsasən müraciəti nəzərə alınaraq ona Sığırlı kəndi ərazisində yerləşən “Sığırlı-Selablıq” adlanan qış otlaq sahəsindən 200 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmış və bu barədə 10 iyun 2013-cü il tarixli 38 nömrəli “torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İddiaçı Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamını mübahisələndirmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ilə əlaqədar məktubunda İddiaçı Sadəhməd oğlunun iddia tələbinin əsassız olduğunu bildirmiş, "xxxx" kəndli fermer təsərrüfatına verilmiş torpaq sahəsi üzrə icarə və ya istifadə müddətinin göstərilmədiyini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə istinad edərək “Yay və qış otlaqlarının hüquqi və fıziki şəxslərin icarəsinə on ildən on beş ilədək verilə biləcəyini, "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş torpaq sahəsi üzrə icarə və ya istifadə müddətinin ən çoxu 15 il müddətində ola biləcəyini, bu müddətin 27 dekabr 2010-cu il tarixində başa çatdığını, həmin torpaq sahəsinin boş torpaq sahəsi kimi qanuni əsaslarla X6 icarəsinə verildiyini bildirmişdir. Məhkəmə cavabdehin dəlilərini əsassız hesab edir. Belə ki, cavabdeh məhkəməyə ünvanladığı iddia ilə əlaqədar məktubunda "xxxx" kəndli fermer təsərrüfatına verilmiş torpaq sahəsi üzrə icarə və ya istifadə müddətinin göstərilmədiyini bildirmişdir. Həmçinin, iş üzrə tərəflər bu müddəti təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişlər. Tərəflər arasında torpaq münasəbətləri yaranan zaman qüvvədə olmuş (xx.xx.1999-cu il tarixədək) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən “Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Bu halda iddiaçı 200 hektar torpaq sahəsi üzərində daimi istifadə hüququna malik olmuşdur. Digər halda, «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 4-cü bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, müqavilə müddəti bitdikdən sonra onu təzələmək icarəçinin üzərinə vəzifə kimi qoyulmamış, ona hüquq olaraq verilmişdir. Digər tərəfdən, «İcarə haqqında» Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Cavabdeh ilə "xxxx" kəndli fermer təsərrüfatının hüquq və tələblərini satın almış iddiaçının təsisçisi və rəhbəri olduğu "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 200 hektar torpaq sahəsindən icarə və ya istifadə müddəti cavabdehin qeyd etdiyi kimi, 27 dekabr 2010-cu il tarixində başa çatdığı təqdirdə həmin münasibətlərə xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən hər hansı birinin bu münasibətlərə xitam vermək və ya onu dəyişdirmək haqqında təşəbbüsünün olmasını təsdiq edən dəlil-sübutun təqdim olunması təklif edilsə də, cavabdeh təşkilat bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Əksinə, iş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şəxsi hesab vərəqəsindən çıxarışdan və ona əlavə olunmuş şəxsi hesab vərəqələrindən görünür ki, "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “dövlət torpaq sahələrinin icarəsi üzrə” xx.xx.2019-cu il tarixədək dövlət büdcəsinə ödənişlər edilmişdir ki, bu da icarəyə götürdüyü 200 hektar torpaq sahəsi üzrə icarə və ya istifadə müddəti başa çatdıqdan sonra da tərəflər arasında icarə münasibətlərinin faktiki olaraq davam etdiyini təsdiq edir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" kəndli fermer təsərrüfatının hüquq və tələblərini satın almış iddiaçının təsisçisi və rəhbəri olduğu "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 200 hektar torpaq sahəsindən icarə və ya istifadə müddəti cavabdehin qeyd etdiyi kimi, 27 dekabr 2010-cu il tarixində başa çatdığı təqdirdə belə həmin münasibətlərə xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən heç birinin təşəbbüsü olmamış və qanunvericiliyin tələbinə görə sözügedən münasibətlər eyni müddət üçün və eyni şərtlərlə uzadılmışdır. Bundan əlavə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci bəndinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci madədsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göstərilənlərə əsasən, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamə verildiyindən göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən qanunla qorunan hüquqlara malikdir. Odur ki, cavabdehin onun torpaq sahəsi üzərində istifadə müddətinin başa çatmasına dair dəlilləri əsassızdır. Şərh olunduğu kimi, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 saylı sərəncamı ilə torpaq sahəsi örüş məqsədilə "xxxx" kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə daimi istifadəyə verilməsi qərara alınmışdır. Göründüyü kimi, ayrılmış 200 hektar torpaq sahəsinin ayrılması tarixi olan 27 dekabr 1995-ci il tarixdən qanunla göstərilən müddət keçməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 saylı sərəncamı hazırki vaxtadək qüvvədədir. Həmin Sərancamın qüvvədən düşmüş hesab edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçılarıdır. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraatın iştirakçı hesab olunan, yəni mübahisənin predmetinin əsasını təşkil edən 200 hektar torpaq sahəsi barəsində iddiaçının hüquq və maraqlarına toxunan inzibati aktın qəbul edilməsini nəzərdə tutan inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməmiş, bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin tələbini pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsaasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin, iş materiallarından, o cümlədən iddia ərizəsindən göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya onun hüquq və maraqlarına toxunan inzibati aktın qəbul edildiyi barədə rəsmi məlumat verməmiş və bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin də tələbini pozmuşdur. Göründüyü kimi, mübahisələndirilən 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncam verilərkən Cavabdeh tərəfindən ciddi qanun pozuntularına yol verilmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə Cavabdeh iddiaçıya münasibətdə 10 iyun 2013-cü il tarixli, 115 nömrəli qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1014/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1014/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver