Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1018/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı «müharibə veteranı adı və vəsiqəsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan N T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N993-cü ildən xx.xx.N996-cı il tarixə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda, Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsi barədə rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Naziılər Kabinetinin «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə müvafıq olaraq ona «Müharibə veteranı» adı və müharibə veteranı vəsiqəsinin verilməsi məsələsi ilə bağlı 2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Baş Prokurorluqdan ona daxil olmuş xx.xx.2004-cü il tarixli 09/52 saylı cavabdan görünür ki, Baş Prokurorluqda yaradılmış Komissiya tərəfindən prokurorluq işçilərinə «Müharibə veteranı» vəsiqəsinin verilməsi məsələsi araşdırılır, komissiya araşdırmanı yekunlaşdırdıqdan sonra bununla bağlı Respublika Hərbi Komissarlığına müraciət oluna bilər. Bundan sonra ona Baş Prokurorluq tərəfindən heç bir məlumat verilməmişdir. O, yenidən «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa müraciət etmişdir. Azərbaycan Respublikası Müdafıə Nazirliyindən daxil olmuş xx.xx.20N9-cu il tarixli, N/7-793N saylı cavabda və Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.20N9-cu il tarixli, HD-7/767 saylı cavabda Baş Prokurorluuğa müraciət olunması və alınan rəydən sonra Müdafiə Nazirliyinə müraciət etməsi göstərilmişdir. Həmin rəyin verilməsi ilə bağlı o, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və Baş Prokurorluq tərəfindən verilən xx.xx.2020-ci il tarixli, N0/N640 saylı məktubla ona həmin rəyin verilməsindən imtina olunmuşdur. Ona görə də o, İnzibati Məhkəməyə müraciət etmış və xx.xx.202N-ci il tarixdə məhkəmə baxışı zamanı ona Azərbaycan Respublikası Müdafıə Nazirliyinin etirazı təqdım olunmuş, həmin etirazda onun Baş Prokurorluqdan daxil olmuş sənəddən sonra «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə baglı inzıbatı orqana, yəni Müdafıə Nazirliyinə müraciət etməli olduğu göstərilmişdir. «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilınəsi ilə bağlı yenidən Müdafiə Nazirliyinə müraciət etmiş və Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, l/Ə-N0567 saylı məktubunda ona «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Ona göıə də o, «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafıə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsi xx.xx.202N-ci il tarixli qərarı ilə iddia ərizəsini geri qaytararaq icraata xitam vermişdir. Həmin qərarda göstərilmişdir ki, eyni iddia üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi haqqında rəyin verilməsi Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməlidir. Belə ki, həmin rəyin verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etsə də, Baş Prokurorluqdan xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.202N-ci il tarixli, xx/xx-250N saylı məktuba əsasən həmin rəyin verilməsindən imtina olunmuşdur. Həmin rəyin verilməməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, N978-N980-ci illərdə hərbi xidmət keçmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Masallı rayon şöbəsində hərbi qeydiyyatda durur. N98N-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, xx.xx.N986-cı ildə həmin Universiteti bitirmiş, xx.xx.N986-cı ildən xx.xx.N993-cü ilə kimi Azərbaycan Respublikasınin Ədliyyə orqanlarında Dövlət notariusu vəzifəsində işləmiş, xx.xx.N993-cü ildən Hərbi Prokurorluqda işləməyə başlamış, yəni xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi, xx.xx.N996-cı ildən xx.xx.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində işləmiş, xx.xx.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.20N9-cu il tarixli, NN/N4 saylı əmri ilə «Prokurorluq oıqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməyinə xitam verilmiş, hazırda pensiya alır. Bildirir ki, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etmışdir. Belə ki, 26 iyun N993-cü il tarixdə Ağdam rayonu Salahlı-Boyəhmədli kəndi uğrunda qanlı doyuşlər gedirdi. N saylı hərbi hissənin şəxsi heyətindən mühasirəyə düşənlər var idi. Qüvvə çatmırdı. Ona gorə Qarabag qarnizonu hərbi prokurorluğunun əməkdaşları doyuşə cəlb olundular. Döyüşə prokuror Yusif Agayevin rəhbərliyi ilə başlamışlar. Onunla birlikdə döyüşdə Tofiq Ügurluyevin komandir olduğu «Fədailər» taboru da iştirak edirdi. Gərgin döyüşdən sonra mühasirə yarıldı. Döyüşdə hərbi prokuror Yusif Ağayev ağır yaralandı. Həmin döyüşdə o, prokuror Yusif Agayev, prokuror muavini Zümrad Filiyev, müstəntiq Bəbir Fətizadə (onlar müharibə veteranıdırlar), mühafizə bölməsinin rəisi Müqasif Agayev, mühafizə bölməsının əsgərləri və prokurorluğun digər əməkdaşları iştirak etmişlər. Təhlükə aradan qalxdıqdan və bölgə hərbi birləşməyə təhvil verıldikdən sonar iş yerlərinə Agdam şəhərinə qayıtmışlar. N993-cü ilin iyul ayında ermənilər Agdam rayonun Şıxbabalı- Poladlı kəndləri istiqamətində hücuma keçmişdilər. N saylı hərbi hissənin İsa Mustafayevin komandir oldugu 5-ci tabor mühasirəyə düşmüşdü. Onların mühasirədən çıxarılması üçün döyüş planına uygun olaraq N saylı hərbi hissənin komandiri Talib Məmmədovun müraciəti əsasında hərbi prokurorluğun əməkdaşları döyüş əməliyyatlarına cəlb edildilər. Döyüşə hərbi prokuror əvəzi Zumrad Filiyevin rəhbərliyi ilə başlanmış, Qarabağ qarnizonu hərbi prokurorluğunun əməkdaşları Ağdam rayonun Poladlı kəndindəki üzümçülük sahəsi istiqamətindən döyüşə girmişdir. Döyüşdə o, prokuror əvəzi Zumrad Filiyev, müstəntiq Bəbir Fətizadə, mühafizə bölməsinin rəisi Müqasif Ağayev, mühafizə bölməsinin əsgərləri və prokurorluğun digər əməkdaşları iştirak etmişlər. Həmin döyüş nəticəsində İsa Mustafayevin komandir olduğu tabor mühasirədən çıxmışdır. Silahlar onlara hərbi prokurorluqda verilmiş və hər döyüşdən sonra silahları prokurorluğa təhvil vermişlər. Qarabağ qarnizonu hərbi prokurorun köməkçısı vəzifəsındə işlədiyi müddətdə belə döyüşlərdə çox iştirak etmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.N994-cü il tarixli, 2N5 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N992-ci il tarixli 03N4 saylı əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. Hərbi prokurorluğun xx.xx.N993-cü il tarixli, 69/93 nömrəli məktubuna əsasən o, N saylı hərbi hissə komandiri polkovnik Məmmədovun xx.xx.N993-cü il tarixli, N saylı əmri ilə hərbi hissənin təchizatına daxil edilmişdir. N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.N998-ci il tarixli, N002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qarabag qarnizonu hərbi prokurorluğunda onunla bir yerdə işləmiş Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı onunla bir yerdə döyüşmüş Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayevə, prokuror müavini Zumrad Filiyevə, müstəntiq Bəbir Fətizadəyə, mühafizə xidmətinin rəisi X2 Nazirliyi tərəfindən verilmiş 02NN73 saylı, 080738 saylı, 058N57 saylı və 055865 saylı vəsiqədən görünür ki, onlar «Müharibə veteranıdırlar» və müharibə veteranı vəsiqəsi almışlar. O, həmin şəxslərlə müharibədə eyni vəziyyətdə, eyni iş şəraitində olmuş, müharibədə birbaşa iştirak etmişdir. Bu şəxslər müharibə veteranı adı və vəsiqəsi aldıqları halda, ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsi ədalətin və qanunların pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının N49-cu maddəsinin İ bəndi bərabər mənafelərə bərabər münasibət prinsipini əsas tutur. Konstitusiyanın 25-ci maddəsi isə hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanlarının hər kəsin bərabər hüququnun təmin edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.20N4-cü il tarixli qərarında göstərmişdir ki, Qanunların eyni vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi ədalətin pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə häqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladıgı ınzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci mäddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfındən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən şərtlərin mövcudluğuna istinad etdiyi hallarda belə hallann mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın uzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaçıya ünvanladığı 24 noyabr 2020-ci il tarixli, N0/N640 nömrəli rəy verilməsindən imtina haqqında məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi yalnız N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı müəyyən edilmiş ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Belə ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarında “Müharibə veteranı” adı və vəsiqəsi döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Həmçinin qanunvericiliyin tələbinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verilir. Bundan başqa, xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı, Lənkəran qarnızonu hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində işləməyinızə baxmayaraq Siz “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmagınız və muvafıq hərbi rütbə verilməklə, Azərbaycan Respublikası Hərbi Proktrorlugunun sərəncamına gondərılməyiniz, yəni hərbi prokurorluq orqanlarında işlədiyinız muddətdə həqiqi hərbi xidməl keçməyiniz və hərbi qulluqçu statusu daşımağınız müəyyən edilməmişdir. “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli, 63N saylı Qərarında prokurorluq işçiləri qeyd olunmamış, oradakı imtiyazlar yalnız hərbi qulluqçulara və adları qeyd olunmuş müəyyən şəxslərə aid edilmişdir. Bununla yanaşı, həmin qərara hərbi prokurorluq işçiləri (Azərbaycarı Respublikasırıın Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə edilmiş dəyişiklik əsasında əlavə edilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.N5-ci maddəsinə əsasən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. Qanunverciliyin tələbinə əsasən müraciətinizdə istinad etdiyiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 63N saylı Qərarında qeyd olunmuş güzəştli şərtlər hərbi prokurorluq orqanlarında işlədiyiniz müddətdə hərbi xidmətdə olmadığınız üçün Sizə şamil edilmir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün müəyyən edilmiş hallar müvafiq sənədlər ilə təsdiq edilmədiyindən, həmçinin Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 63N saylı Qərarında qeyd edilmiş güzətli şərtlər Sizə aid edilmədiyindən müraciətlərinizin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası hərbi prokurorunun xx.xx.N993-cü il tarixli, 0N4 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 23 yanvar N993-cü il tarixli, N3 nömrəli əmrdən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N992-ci il tarixli, 03N4 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Proktrorlugunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafizə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.N994-cü il tarixli, 2N5 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.N998-ci il tarixli, N002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.N992ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan 05 aprel 202N-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalşılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.202N-ci il tarixli, N/Ə-N0-567 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən, xx.xx.2020-ci il tarixli arayışdan, xx.xx.2020-ci il tarixli, N0/N407 nömrəli, 24 noyabr 2020-ci il tarixli, N0/N640 nömrəli və 29 dekabr 202N-ci il tarixli xx/xx-250N nömrəli məktublardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalşılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsini xahiş etmiş, Baş Prokurorluqdan isə ona qanunvericiliyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verildiyi, həmçinin xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, “Hərbi xidmət haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmagı və muvafıq hərbi rütbə verilməklə, Azərbaycan Respublikası Hərbi Proktrorluğunun sərəncamına gondərilməyi, yəni hərbi prokurorluq orqanlarında işlədiyi muddətdə həqiqi hərbi xidmət keçməyi və hərbi qulluqçu statusu daşımağı müəyyən edilmədiyi bildirilmiş və rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədə ümumi təchizatla təmin edilmiş, N saylı hərbi hissə xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, ərizəsinə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmiş, o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsini xahiş etmiş, Baş Prokurorluqdan isə ona qanunvericiliyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verildiyi, həmçinin, xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, onun hərbi prokurorluq orqanlarında işlədiyi muddətdə həqiqi hərbi xidmət keçməyi və hərbi qulluqçu statusu daşımağı müəyyən edilmədiyi bildirilmiş və rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Beləliklə, qanunvericilik “Müharibə veteranı” adı və vəsiqəsinin yalnız döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, habelə, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməli olduğunu tələb edir. İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçının xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə iştirakı nə N №-li hərbi hissənin, nə də Qarabağ qarnizonu hərbi prokurorluğunun rəhbərliyi tərəfindən təsdiq olunmamış, habelə hərbi biletində döyüş əməliyyatlarında iştirakı barədə heç bir qeydiyyat aparılmamışdır. İddiaçı N №-li hərbi hissədə ümumi təchizatla təmin edilməsinin, Qarabağ qarnizonu hərbi prokurorluğu işçilərinin Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülməsinin, Qarabağ qarnizonu hərbi prokurorluğunun Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilməsinin, N saylı hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin isə məhkəmə iddiaçının həmin döyüş əməliyyatlarında iştirakını təsdiq edən sübut kimi qiymətləndirilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsi barədə müraciətini təmin etməməklə qanunvericiliyin tələblərinin pozulması halına yol verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı «müharibə veteranı adı və vəsiqəsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı «müharibə veteranı adı və vəsiqəsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1018/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1018/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver