Məhkəmə qərarları › İş №2-1(120)-1018/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1018/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1018/2023 11.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X7 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə N0 aprel 2023-cü il tarixdə, Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X7 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu XN0 N saylı hərbi hissənin əsgəri kimi birinci Qarabağ müharibəsində iştirak edərək böyük şücayət göstərmişdir. Hətta döyüşlərin birində öz həyatını təhlükə qarşısında qoyaraq təkbaşına 5 yaralı əsgər yoldaşını döyüş mövqeyindən çıxarmışdır. Oğlu N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Biləsuvar rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş, N7N2/N nömrəli, xx.xx.N997-ci il tarixli məktubdan məlum olur ki, döyüş zamanı həlak olmuş N saylı hərbi hissənin sıravi əsgəri X8 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi üçün hərbi hissə komandirinin təqdimatı xx.xx.N997-ci il tarixdə Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Biləsuvar rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş, 399N/2 nömrəli, xx.xx.N997-ci il tarixli məktubdan məlum olur ki, döyüş zamanı həlak olmuş N saylı hərbi hissədə xidmət etmiş xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş sıravi əsgəri X7 təltif olunması üçün sənədləri 04 iyun N997-ci il tarixdə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə göndərilmişdir. Lakin təltif olunmadan sənədlər geri qaytarılmışdır. Oğlu müvafiq qaydada təltif olunmadığından mərhum həyat yoldaşı XNN Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından daxil olmuş N4/P-967 nömrəli, xx.xx.N997-ci il tarixli məktubdan məlum olur ki, ərizəm baxılması üçün Müdafiə Nazirliyinə göndərilmişdir. Hazırkı vaxta qədər bu barədə onlara heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Biləsuvar rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş, 668/N nömrəli, 27.02.98-ci il tarixli məktubdan məlum olur ki, döyüşlərdə qəhrəmancasına həlak olmuş, XN təkrarən təltif olunması üçün NN fevral N998-ci il tarixdə 05N saylı hərbi hissəyə (yuxarı instansiyaya) göndərilmişdir. Həyat yoldaşı 2005-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Müdafiə Nazirliyinə şəhid oğlunun təltif edilməsi ilə əlaqədar müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci tarixli, 4/2-N5N8 nömrəli məktubundan isə məlum olur ki, guya XN0 barəsində hər hansı bir təqdimat Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Oğlunun təltif edilməməsi ilə bağlı Azərbaycan Vətən Müharibəsi X5 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Həmin təşkilat tərəfindən Prezident Adminstarsiyasına müraciət olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, l/HOL-736N nömrəli məktubu həmin təşkilata daxil olmuşdur. Həmin məktubdan isə məlum olur ki, guya Müdafiə Nazirliyinin Kadrlar İdarəsində və Mərkəzi arxivində aparılan uçot sənədlərində X2 təltif olunması ilə əlaqədar hər hansı bir sənəd aşkar olunmamışdır. Hesab edir ki, Müdafiə Nazirliyinin əməkdaşları qəsdən şəhid oğlunun Dövlət təltifləri ilə təltif olunmasının qarşısını almaq üçün belə cavablar verirlər. Bu hal da qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmədən N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X7 ölmündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş X7 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, N/Ə-2278 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız şəhid övladınız X7 təltif olunması barədə müraciətinizə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, yalnız onların xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimatlar əsasında baxıla bilər. X2 təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına onun xidmət etdiyi hərbi hissə tərəfindən təqdimat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin iddiaçıya təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 4/2-N5N8 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız şəhid övladınız X7 təltif olunması barədə müraciətinizə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, yalnız onların xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimatlar əsasında baxıla bilər. X2 təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına onun xidmət etdiyi hərbi hissə tərəfindən təqdimat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, N/Kol-736N nömrəli məktubundan görünür ki, Müqdafiə Nazirliyinin Kadrlar İdarəsində və Mərkəzi Arxivində aparılan uçot sənədlərində X2 təltif olunması ilə əlaqədar hər hansı bir sənəd aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N997-ci il tarixli, N7N2/N nömrəli məktubunda qeyd edilmişdir ki, döyüş zamanı həlak olmuş N saylı hərbi hissənin sıravi əsgəri X8 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi üçün təqdimatı xx.xx.N997-ci il tarixdə hərbi hissədən göndərilmişdir. Əlavə olaraq bildirirəm ki, Rzayev Vurğun haqqında hərbi hissəyə hər hansı bir məlumat daxil olarsa və yaxud təqdimat geri qayıdarsa bu haqda qısa bir müddət ərzində məlumat veriləcəkdir. İşdə olan xx.xx.N994-cü il tarixli, İV-JQ 390N95 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, XN0 N2 may N994-cü il tarixdə qarın boşluğunu dəlib keçən güllə yarası səbəbindən vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, NN/4668 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz.“ Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statusunun və təsviri Azərbaycan Respublikasının N993-cü il 6 dekabr tarixli, 756 nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə. “Azərbaycan Bayrağı” ordeni Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycan Respublikası müdafiə nazirinin “N7” may 2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. -təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. -bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli N/Ə-2278 nömrəli məktubundan göstərilir ki, X2 təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına Şəhid V.S.Rzayevin xidmət etdiyi hərbi hissə tərəfindən təqdimat daxil olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2- N(N02)-2848/20N9 №-li xx.xx.20N9-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statusunun və təsviri Azərbaycan Respublikasının N993-cü il 6 dekabr tarixli, 756 nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; Respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə. “Azərbaycan Bayrağı” ordeni Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan “Azərbaycan Bayrağı” ordeninin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin verilməsini istisna edən hallardan biri də, məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. İş materiallarından müəyyən olunur ki, X2 təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına Şəhid V.S.Rzayevin xidmət etdiyi hərbi hissə tərəfindən təqdimat daxil olmamışdır. Göründüyü kimi “Azərbaycan Bayrağı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla onun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Həminin Qanunun 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X7 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N994-cü ilin may ayının N0-da Ağdam rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğlu X7 ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar