Məhkəmə qərarları › İş №2-1(120)-1019/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1019/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1019/2021 25.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnu təsdiq edən sənəddə ünvanın dəqiqləşdirilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 25 avqust 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus hal-hazırda yaşadığı ünvan 3 ünvanın dəqiqləşdirilməsi və yeni reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən ünvan 4 ünvanında yaşayır. Həmin evə aid 07.04.2021-ci ildə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Lakin həmin çıxarışda ünvan M.Hüseyn küçəsi, bina 6, mənzil 1 əvəzinə, ünvan 5nzilə 1 göstərilmişdir. M.Hüseyn küçəsi, bina 13, mənzil 1 ünvanında isə başqa vətəndaş yaşayır və ona da eyni nömrəli çıxarış verilmişdir. O, yaşadığı mənzilin ünvanının dəqiqləşdirilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə Reyestrdən çıxarış almaq üçün müraciət etmişdir. Lakin həmin idarə yaşadığı mənzilə aid reyestr çıxarışında ünvan dəqiqləşdirilməsi məsələsinin onların səlahiyyətinə aid olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi barədə cavab verilmişdir. Bundan sonra o Cəlilabad rayon Mənzil İstismar Sahəsinə də yaşadığı mənzilin ünvanının dəqiqləşdirilməsi barədə müraciət etmiş və onlar yaşadığı ünvana verilmiş 08.09.1987-ci il tarixli, 66 nömrəli orderdə binanın ünvanı səhv yazıldığını bildirmişlər. Hal-hazırda o, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 6, mənzilə 1 ünvanında yaşayır. Lakin yaşadığı mənzilə aid reyestr çıxarışında ünvanı dəqiq göstərilmədiyi üçün yaşadığı mənzilə qeydiyyata düşə bilmir və mənzilə aid digər sənədləşdirmə işlərini aparmaqda çətinlik çəkir. Göstərilənlərə əsaslanaraq, ona məxsus hal-hazırda yaşadığı ünvan 3 ünvanının dəqiqləşdirilməsi və yeni reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, mənzilin ilkin hüquqmüəyyənedici sənədlərində bina nömrəsi 13, mənzil 1 nömrə ilə yazıldığı üçün daşınmaz əmlakın çıxarışı verilən zaman ünvan 5nzilə 1 saylı kimi qeyd edilmişdir. Mənzilin hüquqmüəyyənedici sənədlərində düzəliş edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səaliyyətləri xaricindədir. Mənzilin hüquqmüəyyənedici sənədlərində düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Məlumat üçün bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulan prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 16 aprel 2021-ci il tarixli və 05.07.2021-ci il tarixli məktublarında aşağıdakılar bildirilmişdir: mənzilin ilkin hüquqmüəyyənedici sənədlərində bina nömrəsi 13, mənzil 1 nömrə ilə yazıldığı üçün daşınmaz əmlakın çıxarışı verilən zaman ünvan 5nzil 1 saylı kimi qeyd edilmişdir. Mənzilin hüquqmüəyyənedici sənədlərində düzəliş edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səaliyyətləri xaricindədir. Məlumat üçün bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan 08.09.1987-ci il tarixli, 666 nömrəli Orderin surətindən görünür ki, X3 1 nəfərdən ibarət ailəsi ilə birlikdə Melioratorlar qəsəbəsində 13 nömrəli evin 1 nömrəli mənzildə 1 blokda, 1-ci mərtəbədə 1 otaqdan ibarət 18,31 kv.metr mənzil sahəsi tutmaq ixtiyarı vardır. İş materiallarında olan 21 sentyabr 2004-cü il tarixli, 232268 nömrəli alqı-satqı Müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə X1 rayon DTİ və MHQİ-nin verdiyi 695 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və 21.09.2004-cü il tarixli 259 saylı arayışına əsasən Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, 13/1-də yerləşən ümumi sahəsi 42,4 kv.metrdən- əsas sahəsi 19,0 kv.metrdən, köməkçi sahəsi 23,4 kv.metrdən, 1 otaqdan iabrət yaşayış sahəsini İddiaçı ******* (doqquz milyon) AZM-ə satmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış barədə məlumatdan görünür ki, ünvan 5nzil 1 İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 8 nömrəli reyestr kitabının 8 nömrəli vəqəqində 07.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cəlilabad rayon Mənzil İstismar Sahəsinin 14.04.2021-ci il tarixli, 01-175 saylı Arayışından görünür ki, Cəlilabad rayon XDS İcraiyyə Komitəsinin 08.09.1987-ci il tarixli, 224 nömrəli qərarına əsasən 666 nömrəli orderlə verilmiş M.Hüseyn küçəsi, ev 13, mənzil 01 nömrə ilə olan yaşayış binası səhv olaraq yazılmışdır. Yuxarıda göstərilən ünvan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda eyni ilə səhv olaraq M.Hüseyn küçəsi, ev 13, mənzil 01 qeyd olunmuşdur. Bildirirlər ki, faktiki olaraq ünvan düzəliş edilərək aşağıdakı kimi yazılmalıdır. ünvan 4. Qeyd edirlər ki, İddiaçı 2004-cü ildən M.Hüseyn küçəsi, bina 6, mənzil 1-də yaşayır. İş materiallarında olan 08.09.1987-ci il tarixli, 666 nömrəli Orderin surətindən görünür ki, Cəlilabad rayon Mənzil İstismar Sahəsi orderdə qeyd verərək göstərmişdir ki, order verilərkən binanın nömrəsi texniki səhv olaraq 13 yazılmışdır. Faktiki olaraq isə hazırda binanın nömrəsi 06 sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; - (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.8-ci bənd) dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək, (3.0.15-ci bənd) hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdrıması zamanı müəyyən edildiyi kimi, Cəlilabad rayon XDS İcraiyyə Komitəsinin 08.09.1987-ci il tarixli, 224 nömrəli qərarına əsasən 08.09.1987-ci il tarixli, 666 nömrəli orderlə Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 13 ünvanında yerləşən 1 saylı mənzil X3 verilmiş, S.Şükürova 21 sentyabr 2004-cü il tarixli, 232268 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayon DTİ və MHQİ-nin verdiyi 695 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və 21.09.2004-cü il tarixli, 259 saylı arayışına əsasən Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, 13/1-də yerləşən, ümumi sahəsi 42,4 kv.metrdən- əsas sahəsi 19,0 kv.metrdən, köməkçi sahəsi 23,4 kv.metrdən, 1 otaqdan ibarət yaşayış sahəsini İddiaçı satmış, sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 07.04.2021-ci il tarixdə qeydiyyata alınaraq adına çıxarış verilmişdir. İddiaçı mülkiyyəti hüququ əsasında ona məxsus olan Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 13 ünvanında yerləşən 1 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda binanın nömrəsinin 06 əvəzinə 13 kimi qeydiyyata alındığını və çıxarışda da yanlış məlumatın qeyd edildiyini əsas gətirərək hazırki iddianı irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı X2 mülkiyyəti kimi Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 13 ünvanında yerləşən 1 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mənzilin ilkin hüquqmüəyyənedici sənədləri əsasında aparıldığından və mənzilin ilkin hüquqmüəyyənedici sənədlərində bina nömrəsi 13, mənzil 1 nömrə ilə yazıldığı üçün daşınmaz əmlaka dair çıxarışı verilən zaman ünvan 5nzil 1 saylı kimi qeyd edilmişdir. Halbuki, iddiaçının mülkiyyəti olan daşınmaz əmlakın ünvanı ünvan 8i, daşınmaz əmlakın ilkin hüquqmüəyyənedici sənədlərində binanın nömrəsinə qanunvericiliklə buna səlahiyyəti olan orqan tərəfindən “binanın nömrəsinin texniki səhv olaraq 13 yazıldığını, faktiki olaraq isə hazırda həmin binanın nömrəsinin 06 sayılmasına dair” qeyd verilməklə düzəliş edildiyindən və qanunvericiliklə buna səlahiyyəti olan orqan tərəfindən şəxsin müraciəti əsasında daşınmaz əmlaka dair qeydiyyata həmin ilkin hüquqmüəyyənedici sənədlərdə qeyd edilmiş düzəliş nəzərə alınmaqla İddiaçı mülkiyyəti kimi Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 13 ünvanında yerləşən 1 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “binanın nömrəsi” qrafasında 13 rəqəmi 06 rəqəmi ilə dəyişdirilməli və bu barədə yeni reyestrdən çıxarış verilməlidir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna ziddir və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində maraqlı şəxsin ərizəsi üzrə başlanmış icraatda imtina və ya hərəkətsizliklə nəticələnir) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialara da münasibətdə İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı mülkiyyəti kimi Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 13 ünvanında yerləşən 1 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “binanın nömrəsi” qrafasında 13 rəqəminin 06 rəqəmi ilə dəyişdirilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 13-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyəti kimi Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, bina 13 ünvanında yerləşən 1 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda “binanın nömrəsi” qrafasında 13 rəqəminin 06 rəqəmi ilə dəyişdirilməsi və yeni reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar