Məhkəmə qərarları › İş №2-1(120)-1019/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1019/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1019/2024 02.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarsı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağcəbədi rayon Hərbi Komissarlıq tərəfindən N993-cü il tarixdə hərbi xidmətə çağrılmışdır. Müdafıə Nazirliyinin N saylı hərbi hissəsində qulluq etmişdir. xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci ilədək Füzuli rayon uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N fevral N994-cü il tarixdə Füzuli rayon ərazisində gedən döyüşlərdə yaralanmışdır. Əli Bayramlı rayon Mərkəzi xəstəxanasında xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi müainə və müalicə olunmuşdur. xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü ilə kimi Ağcabədi rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müdafıə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli N609 saylı qərarı ilə xəsarəti hərbi travmadır və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Veteran adının və müharibə iştirakçısı vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdnində Veteran Adlarının və XN Komissiyasına müraciət etmişdir. Lakin ona imtina verilərək poçt vasitəsi ilə göndərilmişdi. Azərbaycan Respublikası MPM-nin 4.N-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərmişdir ki, birinci Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90- NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0unadək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edir ki, iddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-27789 nömrəli arayışa əsasən İddiaçı aprel N994-cü ildən sonra xidməti və ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdırvə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N975-ci il tarixdə Ağcabədi rayonu, Şahsevən kəndində anadan olmuş, Ağcabədi rayonu, Şahsevən kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.N993-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli, N609 nömrəli qərarında qeyd edilmişdir ki, Ağcabədi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ Qarnizon Hərbi Prokurorluğunun xx.xx.N999-cu il tarixli N6/HPŞ-523/99 saylı qərarına əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Əli Bayramlı Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “X7 N/3-nin dəlib keçən güllə yarası” xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma Daqnozu Sol baldırının orta N/3-nin dəlib keçən güllə yarası. X6 orta N/3-nin yerdəyişməyən sınığı. Yaranın inteksıyalaşması'’ və xx.xx.N994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “X7 N/3-nin dəlib keçən güllə yarası, incik sümüyünün sınığı ilə (xx.xx.N994) infeksiyalaşmış yara” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli 2020 nömrəli göndərişi, xx.xx.20N7-ci i! tarixli 2020 nömrəli arayışı, Əli-Bayramlı Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.N994-cıı il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N994-cü il tarixli 3682 nömrəli arayışı, müayinə vərəqəsindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-7789 nömrəli Arxiv Arayışından görünür ki, Əzizbəyov RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 53 nömrəli əmrilə (əsas: § N, sıra 46, səh 65, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilərək hər cür təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 3 nömrəli əmrilə (əsas: § 5, sıra 332, səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən həqiqi hərbncidmətini davam etdirmək üçün gəlmiş, N975-ci il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 5 nömrəli əmrilə (əsas: § 22, sıra 205, səh 3N, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərərgah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq 7-ci MAT-a təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N2 yanvar N994-cü il tarixli N2 nömrəli əmrində 7-ci MAT-un hərbi qulluqçusu İddiaçı (əsas: § N8, sıra 205, səh 83, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərərgah rəisi tərəfindən imzalanmamışdır) xidmətini davam etdirmək üçün N-ci MAT-a keçirilməsi oarədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin Q6.,aprel N994-cü il tarixli 96 nömrəli əmrilə 7-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı oğiu (əsas: § 9, sıra N43, səh 82, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərərgah rəisi tərəfindən imzalanmamışdır) hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-dekabr N994-cü il və iyun N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasın göndərişdən görünür ki, N975-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin əsgəri İddiaçı “X7 N/3-nin dəlib keçən güllə yarası” X6 orta N/3-nin yerdəyişməyən yarasının iafersiyalanması diaqnozu ilə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli, 2020 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Şahsevən kənd sakini N975-ci il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdə Ağcabədi RHK-ğı tərəfindən hərbi ximətə göndərilmişdir. xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi N saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. X7 3/N dəlib keçən güllə yarası, X6 orta 3/N-nin yerinin dəyişməsi, sınıq yarasının iafersiyalanması diaqnozu ilə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixi kimi N45 saylı poliklinikada, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Bakı şəhər hərbi həkim komissiyasında müalicə olunmuşdur, Qarabağ QHP-nun N6/HPŞ-523/99 saylı xx.xx.N999-cu il tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilmişdir. xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan N saylı hərbi hissənin əsgəri Ağcabədi rayon kliniki xəstəxanasının X3 qeyd edilmişdir ki, N saylı hərbi hissənin əsgəri Ağcabədi rayon Şahsevən kənd sakini N975-ci il təvəllüdlü İddiaçı stasionar üzrə qəbul tarixi xx.xx.N994-cü il evə yazılma tarixi xx.xx.N994-cü ildir. Tam Diaqnoz: X7 N/3 X4 Güllə Yarası, X6 Orta N/3 Hissəsinin Dəyişikliyi, Yara. Qisa Anamnez: Xəstə xx.xx.N994-cü il tarixində Füzuli rayonunun ərazisində sol ayağından vətən uğrunda döyüşlərdə yaralanıb. Fevralın 4-dən 5-nə keçən gecədə şəhər xəstəxanasına gətirilib. Sonra isə Ağcabədi rayon kliniki xəstəxanasına qəbul olub. Uzun müddət xəstənin yarasından irinli ifrazat axıb və buna görə də gips əvəzinə şin qoyulub. İş materiallarında olan Azərbaycan Respublikasinin Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı 3-3-N2/2-30-NN378/23 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli və xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı müəyyən edilmişdir ki, Füzuli hərbi prokurorluğunun N997-ci ilə aid cinayət işlərinin qeydiyyatı jurnalında İddiaçı xidmət yerini özbaşına tərk etməsi faktı üzrə xx.xx.N997-ci il tarixdə 2000-ci ilin sentyabr ayının 0N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin "A" bəndi ilə cinayət işinin başlanması və həmin cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-3-N50/2-2N-759/24 nömrəli məktubunda qeyd edilmişdir, Füzuli hərbi prokurorluğunun N997-ci ilə aid cinayət işlərinin qeydiyyatı jurnalında İddiaçı xidmət yerini özbaşına tərk etməsi faktı ilə bağlı xx.xx.N997-ci il tarixdə 2000-ci ilin sentyabr ayının 0N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin «a» bəndinə əsasən cinayət işinin başlanması və cinayət işinin istintaqının xx.xx.N997-ci il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-4/2- 455/24 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Şahsevən kənd sakini olan əsgər xx.xx.N975-ci il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində olan uçot kartasında onun N nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən N.0N,N994-cü il tarixə kimi, N nömrəli hərbi hissədə N.0N,N994cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi hərbi xidmət keçmişi, N nömrəli hərbi hissənin tərkibində N.0N,N994-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi Füzuli rayonu istiqmətində gedən döyüşlərdə iştirak etməsi, xx.xx.N994-cü il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanması və Milli Məclisin amnistiya aktına əsasən Qarabağ Qarnizon Hərbi Prokurorluğunun xx.xx.N999-cu il tarixli N6/hpş-523/99 saylı qərarı ilə barəsində amnistiya tətbiq olunması barədə qeydlər vardır. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan xx.xx.N993-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli, 2020 nömrəli arayışından qeyd edilmişdir ki, Ağcabədi rayon Şahsevən kənd sakini N975-ci il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdə Ağcabədi RHK-ğı tərəfindən hərbi ximətə göndərilmişdir. xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi N saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. X7 3/N dəlib keçən güllə yarası, X6 orta 3/N-nin yerinin dəyişməsi, sınıq yarasının iafersiyalanması diaqnozu ilə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixi kimi N45 saylı poliklinikada, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Bakı şəhər hərbi həkim komissiyasında müalicə olunmuşdur, Qarabağ QHP-nun N6/HPŞ-523/99 saylı xx.xx.N999-cu il tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilmişdir. xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-7789 nömrəli Arxiv Arayışından görünür ki, Əzizbəyov RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993cü il tarixli 53 nömrəli əmrilə (əsas: § N, sıra 46, səh 65, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilərək hər cür təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 3 nömrəli əmrilə (əsas: § 5, sıra 332, səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən həqiqi hərbncidmətini davam etdirmək üçün gəlmiş, N975-ci il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 5 nömrəli əmrilə (əsas: § 22, sıra 205, səh 3N, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərərgah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq 7-ci MAT-a təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N2 yanvar N994-cü il tarixli N2 nömrəli əmrində 7-ci MAT-un hərbi qulluqçusu İddiaçı (əsas: § N8, sıra 205, səh 83, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərərgah rəisi tərəfindən imzalanmamışdır) xidmətini davam etdirmək üçün N-ci MAT-a keçirilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin Q6.,aprel N994-cü il tarixli 96 nömrəli əmrilə 7-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı oğiu (əsas: § 9, sıra N43, səh 82, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərərgah rəisi tərəfindən imzalanmamışdır) hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-dekabr N994-cü il və iyun N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar