Məhkəmə qərarları › İş №2-1(120)-102/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-102/2020

22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-102/2020 22.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “03 dekabr 1990-cı il tarixli, 79 saylı əmrdə Azərbaycan SSR Prezidentinin 31 may və 29 oktyabr 1990-cı il tarixli Fərmanlarına və Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli protokol qərarına və Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 138 saylı Sərəncamına əsasən Masallı şəhəri, Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, 1-ci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsinə mülkiyyət hüquqlarının tanınaraq həmin mənzilin rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 138 saylı Sərəncamına əsasən Masallı şəhəri, Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, 1-ci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsinə mülkiyyət hüquqlarının tanınaraq həmin mənzilin rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(086)-2460/2019 saylı qərardadı ilə Masallı rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin və üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin və üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı şəhər sakini x7 ilə ailə həyatı qurmuşdur. Nikahı 03 oktyabr 1990-cı il tarixdə Masallı rayon XDSİK-nin VVAQ şöbəsində rəsmiləşdirmişdir.03 dekabr 1990-cı il tarixli, 79 saylı əmrdə göstərilən Azərbaycan SSR Prezidentinin 31 may və 29 oktyabr 1990-cı il tarixli Fərmanlarına və Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli protokol qərarına əsasən BVM əlillərinə və iştirakçılarına, Beynəlmiləlçi döyüşçülərə, həlak olmuş hərbi qulluqçuların ailələrinə, dul qalmış arvadlarına yaşadıqları dövlət, idarə evlərinin və mənzillərinin pulsuz almaq və əlavə güzəştlər verilməsinə görə yaşadıqları dövlət, idarə evlərinin və mənzillərinin pulsuz almaq hüququna malik olan x6 Lenin küçəsi 111 nömrəli evdə 39.5 kv metr yaşayış evi pulsuz verilmişdir. Həyat yoldaşı x7 26.07.2002-ci ildə kəskin ürəkçatışmamazlığı nəticəsində Masallı şəhərində ölmüşdür.Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011 -ci il tarixli, 138 saylı Sərəncamına əsasən sabiq x1 Sovetinin, Dövlət, Kooperativ və İctimai Təşkilatının yaşayış evlərinin kirayəsi haqqında x6 2(iki) nəfərdən ibarət Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, mənzil 4-də 2(iki) otaqdan ibarət 39.5 kv metr mənzil sahəsi tutmağa ixtiyara dair verilmiş 01 avqust 1969-cu il tarixli 95 nömrəli nümunəvi müqavilənin ləğv edilməsi, Masallı şəhər sakini İddiaçı adına 1 (bir) nəfərdən ibarət Qurtuluş küçəsi, ev 111-in, 1 blokunun, birinci mərtəbəsində 2(iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsi tutmağa ixtiyarına dair mənzil qanunvericiliyində nəzərdə tutulmuş formada order verilməsi, Aparatın Memarlıq və Tikinti şöbəsi mənzil sahəsi tutmağa dair orderin mənzil kirayəçisi İddiaçı verilməsini təmin etməsi, İddiaçı bu sərəncamın 2-ci bəndində göstərilən ünvanda yerləşən mənzili özəlləşdirmək hüququ saxlanılması, sərəncamın imzalandığı gündən qüvvəyə minməsi qərara alınmışdır. Lakin həmin mənzilə dair order ala bilməmiş, çünki mənzillərə order verilməsi qanunla dayandırılmışdır.Həmin mənzilə texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafiq sənədləri toplayib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə etdiyi müraciətə düzgün baxılmayaraq əsassız olaraq həmin müraciətdən imtina edilmiş və iş üzrə sənədlər əsassız olaraq ona qaytarılmışdır.Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən03 dekabr 1990-cı il tarixli, 79 saylı əmrdə Azərbaycan SSR Prezidentinin 31 may və 29 oktyabr 1990-cı il tarixli Fərmanlarına və Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli protokol qərarına və Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 138 saylı Sərəncamına əsasən Masallı şəhəri, Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, 1 blokunun, birinci mərtəbəsində 2(iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsinə mülkiyyət hüquqlarının tanınaraq həmin mənzilin rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasıbarədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən 26.11.2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, x4 Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(086)-2460/2019 saylı sərəncamına cavab olaraq bildiririk ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x5 tərəfindən rəsmi olaraq bildirilmişdir ki, Masallı şəhəri, Qurtuluş küçəsi, ev 111-in birinci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39, kvadrat metrli 4 saylı mənzilin sizə verilməsi barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 2011-ci il tarixli, 138 saylı sərəncam aşağıdakı qanunvericiliyin tələblərinə ziddir. Mənzillərə orderlərin verilməsi 01 oktyabr 2009-cu il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dayandırılmışdır.Mənzilin özəlləşdirilməsi 26 yanvar 1993-cü il tarixli, 463 nömrə ilə qəbul edimiş Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında qanuni ilə müəyyən edilmişdir.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x5 daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini zərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində nüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Sənədlərdəki çatışmamazlıqlara və ziddiyyətlərə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, sözü gedən mənzilin iddiaçının adına çıxarışla rəsmiləşdirilməkdən imtina edilmişdir. Yuxarıda qeyd etdiklərimizi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-ci maddəsini və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər zutaraq, Məhkəmədən sözü gedən inzibati işlə bağlı İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x2rşı iddia tələbinin təmin edilməməsini xahiş edirəm. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Masallı rayon Mənzil İstismar istismar sahəsinin 19.01.2019-cu il tarixli, 23 nömrəli arayışını, Masallı rayon Mənzil İstismar Sahəsi üzrə 79 nömrəli əmrin 9-cu paraqrafından 03 dekabr 1990-cı il tarixli çıxarışı, Masallı rayon Qeydiyyat şöbəsinin arayışlarını, Masallı rayon İcra Hakimiyyəti başçısının 16.06.2011-ci il tarixli, 138 nömrəli sərəncamını və imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Masallı rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 16.03.2020-ci il tarixli, M-06-675 nömrəli məktuba və ona əlavə edilimş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Masallı rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı 03 dekabr 1990-cı il tarixli, 79 saylı əmrdə Azərbaycan SSR Prezidentinin 31 may və 29 oktyabr 1990-cı il tarixli Fərmanlarına və Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli protokol qərarına və Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 138 saylı Sərəncamına əsasən Masallı şəhəri, Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, 1-ci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsinə mülkiyyət hüquqlarının tanınaraq həmin mənzilin rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının 16.06.2011-ci il tarixli, 138 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında 2 otaqlı, 39,5 kv.m sahəsi olan evin İddiaçı adına mənzil sahəsi tutmağa dair qanunvericiliklə nəzərdə tutulmuş orderin verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin iddiaçının müraciətinin cavablandırılması haqqında 28.12.2018-ci il tarixli, **********73 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri, Qurtuluş küçəsi, e 111-in birinci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39, kvadrat metrli 4 saylı mənzilin sizə verilməsi barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 2011-ci il tarixli, 138 saylı sərəncam aşağıdakı qanunvericiliyin tələblərinə ziddir. Mənzillərə orderlərin verilməsi 01 oktyabr 2009-cu il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dayandırılmışdır. Mənzilin özəlləşdirilməsi 26 yanvar 1993-cü il tarixli, 463 nömrə ilə qəbul edimiş Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında qanuni ilə müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x5 daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində nüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını ə daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər “hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sənədlərdəki çatışmamazlıqlara və ziddiyyətlərə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, sözü gedən mənzilin iddiaçının adına çıxarışla rəsmiləşdirilməkdən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 5 4 saylı mənzilin sakini x7 vəfat etmişdir. Həmin ünvanda yerləşən mənzilin iddiaçının adına tanınması ilə bağlı Masallı rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmişdir. Masallı rayon İcra Hakimiyyəti başçısının 16.06.2011-ci il tarixli, 138 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 mənzil 4 ünvanında mövcud olan və hazırda vətəndaşın yaşadığı 2 otaqlı, 39,5 kv.m sahəsi olan evin İddiaçı adına orderin verilməsi qərara alınmışdır. Həmin daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən mənzilin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin ünvan 5 4 nömrəli mənzilə reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək(2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.Lakin iş materiallarından müəyyən olunur ki,ünvan 5 mənzil 4 saylı ünvanda yerləşən 2 otaqlı, 39,5 kv.m sahəsindən ibarət olan evə İddiaçı adına Masallı rayon İcra Hakimiyyəti başçısının16.06.2011-ci il tarixli, 138 nömrəli sərəncamı ilə orderin verilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “03 dekabr 1990-cı il tarixli, 79 saylı əmrdə Azərbaycan SSR Prezidentinin 31 may və 29 oktyabr 1990-cı il tarixli Fərmanlarına və Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli protokol qərarına və Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 138 saylı Sərəncamına əsasən Masallı şəhəri, Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, 1-ci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsinə mülkiyyət hüquqlarının tanınaraq həmin mənzilin rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “03 dekabr 1990-cı il tarixli, 79 saylı əmrdə Azərbaycan SSR Prezidentinin 31 may və 29 oktyabr 1990-cı il tarixli Fərmanlarına və Masallı rayon XDS İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli protokol qərarına və Masallı Rayon İcra Hakimiyyəti Başçısının 16.06.2011-ci il tarixli, 138 saylı Sərəncamına əsasən Masallı şəhəri, Qurtuluş (keçmiş Lenin) küçəsi, ev 111, 1-ci blokunun, birinci mərtəbəsində 2 (iki) otaqdan ibarət 39.5 kv metrli 4 saylı mənzil sahəsinə mülkiyyət hüquqlarının tanınaraq həmin mənzilin rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar