Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1020/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, NN may N98N-ci il tarixdən N4 aprel N984-cü il tarixə kimi keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra, yəni N993-cü ilin dekabr ayında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən İ Qarabağ müharibəsində iştirak etmək üçün hərbi xidmətə çağrılmış. N dekabr N993-cü il tarixdə müharibə gedən ərazidə yerləşən N nömrəli hərbi hissənin şəxsi heyətinə qəbul edilib N yanvar N994-cü il tarixə kimi həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda Fizuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməklə xx.xx.N994-cü ildə yaralanmışdır. Yaralandıqdan sonra hospitala göndərilməklə həmin tarixdə şəxsi heyyət siyahısından çıxarılmışdır. xx.xx.N993- xx.xx.N994-cü il tarixlərdə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivində olan NN,NN.N998-ci il tarixli, N6/N-37N3 nömrəli qeydiyyata əsasən hərbi biletinin 7-ci səhifəsində də qeyd edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Döyüşdə yaralandıqdan sonra bir müddət Kürdəmir rayon xəstəxanasında müalicə olunub tam sağalandan sonra yenidən qulluq etdiyi hərbi hissənin yerləşdiyi əraziyə getmiş və həmin vaxt qulluq etdiyi N nömrəli hərbi hissənin ləğv edildiyini və şəxsi heyyətini isə başqa-başqa hərbi hissələrə göndərildiyini bildirdilər. Bu səbəbdən də onu başqa heç bir hərbi hissəyə qəbul etməmişlər və onu Hərbi Komissarlıqdan və ya Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən heç kim axtarmamış və onun barəsində hərbi cinayətlə bağlı istintaq aparılmamış və o istintaq tərəfindən barəmdə istintaq aparılması ilə bağlı dəvət edilməmişdir. Lakin bütün bunlara baxmayaraq N005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən 3N067 saylı cinayət işi üzrə barəsində Şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ünvanına gələndən sonra barəsində istintaq aparılmasından məlumatı olmuşdur. O, döyüş zonasını özbaşına deyil döyüş əməliyyatlarında iştirak edərkən yaralandığına görə N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 64 nömrəli əmrinə əsasən şəxsi heyyət siyahısından azad edilərək müalicə olunmaq üçün hospitala göndərilmişdir. Müalicə olunandan sonra isə qulluq etdiyi N saylı hərbi hissə ləğv edildiyindən və həmin vaxtlar yaranmış qeyri-sabit şəraitlə bağlı onu heç bir hərbi hissəyə qəbul etməmişlər.xx.xx.N004-cü il tarixdə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən ona 0475N8 nömrəli Müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin sonradan Hərbi Komissarlığın əməkdaşları tərəfindən xx.xx.N004-cü il tarixli, 0475N8 nömrəli müharibə veteranı vəsiqəsi ondan alınmış və bunun da nəticəsində o, bütün imtiyaz və hüquqlarından məhrum olmuşdur. Ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də hər dəfə müraciəti qəbul edilmədən sənədləri özünə qaytarılmışdır. Sonuncu dəfə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə müraciəti ilə əlaqədar ona Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə kosmissiyaya müraciət etməyi tövsiyyə edilmişdir. Bundan sonra o, N0NN-ci ilin iyul ayında Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş. Lakin həmin komissiya ona Müharibə Veteranı adının vəsiqəsinin verilməsindən imtina etmiş və narazı olduğu halda 30 gün ərzində məhkəmə qaydasında şikayət vermək hüququnun olduğunu izah etmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar."Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyətləri orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Onun xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçməyi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Fizuli rayonu istiqamətində gedən göyüş əməliyyatlarında iştirak etməklə yaralandığı hərbi biletinin 7-ci səhifəsində qeyd edilmiş və Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən ona xx.xx.N004-cü il tarixli, 0475N8 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və sonradan həmin müharibə veteranı vəsiqəsi qanunsuz olaraq ondan alınmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Fizuli rayonu istiqamətində gedən göyüş əməliyyatlarında iştirak etməklə yaralandığına görə o, müharibə veteranıdır və buna görə ona Müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Göründüyü kimi Müdafiə Nazirliyinin aparatı nəzdindəki "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" onun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr N0N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr N0N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.N0NN-ci il tarixli, 4/N-4645 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 34 №-li əmrilə Kürdəmir RHK-nın çağırışçısı, MV, çavuş X3 (əsas: § N, sıra N5, səh N6, əmrdə adı Ziyat yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 64 №-li əmrində X4 (əsas: § 5, sıra 3, səh 38, əmrdə soyadı Məsimov, adı Ziyat və atasının adı Məsi yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hospitala göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan fevral-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məiumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 7N3 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “ Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adiarının veriiməsi qaydası və şərtləri haqqında” əsasnamənin birinci hissəsinə əsasən N99N-cilin oktyabrın 9-dan N994-cü ilin mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət ( yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti , Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət ( yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında həmin qurumların tərkibində yaranmış komissiyalar tərəfindən verilir.Qeyd edilən müraciəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığı üçün, döyüşlərdə iştirakınızı təsdiq edən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində fəailiyyət göstərən “ veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmək tövsiyyə olunur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, NN94 nömrəli məktubunda qeyd edilmişdir ki, N964-cü il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.N98N-ci il tarixdən xx.xx.N984-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli, xx.xx.N993- cü il tarixdən xx.xx.N994-cü il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində (N nömrəli hərbi hissə) hərbi xidmət keçmişdir.İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə, həmçinin xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə N saylı hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı və s. barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində heç bir məlumat yoxdur. İddiaçı qeydiyyat kartasının kserosurəti ünvana göndərilir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın İddiaçı ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/3-958N nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.N0NN-ci il tarixli 4/N-4645 nömrəli arayışına və Kürdəmir rayon Mərkəzi Xəstəxanasının epikrizinə əsasən xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci -addəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 30 dekabr N005-ci il tarixli qərarından görünür ki, istintaqla müəyyən edilmişdir ki, N964-cü ıl təvəllüdlü İddiaçı xx.xx.N98N-xx.xx.N984-cu illərdə keçmiş SSRİ SQ sıralarında xidmət edib, lərxis olduğdan sonra Kürdəmir RHK tərəfindən qeydiyyata götürülüb. xx.xx.N993-cü il tarixdə həmin hərbi komissarlıq tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına xidməl etmək üçün çağırılaraq xx.xx.N993-cü il tarixdə N saylı əmrlə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olub tank taboruna təyin edilərək, döyüş əməliyyatlarında iştirak etmiş, yaralandığı səbəbindən N994-cü ilın yanvar ayında müalicə olunması üçün hospitala göndərilmiş, müalicə olduqdan sonra bir daha qulluq yerinə qayıtmayaraq, fərarilik etmişdir. İstintaq zamanı İddiaçı Azərbaycan Respublikası CM-nin 334.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi, onun Milli Ordu sıralarında xidmət etməsi, döyüşlərdə iştirak etməsi və fərarilik etməsi özünün ifadəsi və iş üzrə toplanılmış digər sənədlərlə tam təsdiq edilmişdir. Lakin, İddiaçı qanunla müəyyən edilmiş xidmət müddətinin haşa çatmasını, döyüşlərdə iştirak etməsini, himayəsində azyaşla uşağların olmasını, törətdiyi əməlinin ictimai təhlükəliliyinin aradan qalxmasını, ilk dəfə az ağır cinayətin törətməsini nəzərə alaraq, barəsində cinayət təqibinə xitam verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/N-80N5 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N0NN-ci il tarixli N-N (NN0)-N607/N0NN №-li (Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə N3.NN,N0NN-ci il tarixdə daxil olmuş) məktuba cavab olaraq İddiaçı barədə N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 34 №-li və N yanvar N994-cü il tarixli 64 №-li əmrlərindən arxiv çıxarışlarını ünvana göndərilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/N-80N5 nömrəli məktubuna qoşma edilmiş N saylı hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 34 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyindən aşağıda adları göstərilmiş zabit və əsgərlər N №-li hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilsin, və aşağıdakı vəzifələrə təyin olunmaqla bütün növ təminatlarla təmin olunsun. N5. MB çavuş X7 Kürdəmir RHK.” - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/N-80N5 nömrəli məktubuna qoşma edilmiş N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 64 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, X6 hospitala göndərilsin və ərzaq təminatlarından azad edilsin. - İşdə olan Azərbaycan Respublikası Daxili X5 rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli N7N-N6NN3-NNNN nömrəli məktubundan görünür ki, Şöbənin aidiyyəti əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında, xx.xx.N964-cü il təvəllüdlü, Kürdəmir rayonu Qarasu kəndində qeydiyyatda olan İddiaçı məhkumluğu barədə məlumat, eləcə də onun barəsində Kürdəmir RPŞ-də təqsirləndirici material aşkar olunmamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.N0NN-ci il tarixli, NN/5NNN nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara -müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:- Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.-Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N8-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.N006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.N007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlar,na və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci tarixli 4/N-8N5N nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan gorunür ki, İddiaçı xx.xx.N993-cü il tarixii. 34 nömrə əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə müvafiq vəzifəyə təyin edilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 64 nömrəli əmri ilə İddiaçı hospitala göndərildiyi qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N994-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır.Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki. iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.N və N7). Azərbaycan Respublikası İPM-nin N.N-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N006-cı il N5 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisaci Kollegiyasının N0 iyun N0N7-ci il tarixli N-N(N0N)-NN6N/N0N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”.«Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbu ec -əsin zərun ecən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə duşur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.N 48.N-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.N994-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N0N3-cü il tarixli məhkəməyə ünvanlanmış məktuba əsasən, İddiaçı barəsində 3N067 saylı cinayət işinin istintaqı zamanı xx.xx.N005-ci il tarixdə qəbul edilmiş “şəraitin dəyişdirilməsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında”qərar göndərilmiş, həmin qərardan şikayətin verilməsi barədə Hərbi Prokurorluğunda məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 30 dekabr N005-ci il tarixli qərarından görünür ki, istintaqla müəyyən edilmişdir ki, N964-cü ıl təvəllüdlü İddiaçı xx.xx.N98N-xx.xx.N984-cu illərdə keçmiş SSRİ SQ sıralarında xidmət edib, tərxis olduğdan sonra Kürdəmir RHK tərəfindən qeydiyyata götürülüb. xx.xx.N993-cü il tarixdə həmin hərbi komissarlıq tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına xidməl etmək üçün çağırılaraq xx.xx.N993-cü il tarixdə N saylı əmrlə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olub tank taboruna təyin edilərək, döyüş əməliyyatlarında iştirak etmiş, yaralandığı səbəbindən N994-cü ilın yanvar ayında müalicə olunması üçün hospitala göndərilmiş, müalicə olduqdan sonra bir daha qulluq yerinə qayıtmayaraq, fərarilik etmişdir. İstintaq zamanı İddiaçı Azərbaycan Respublikası CM-nin 334.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi, onun Milli Ordu sıralarında xidmət etməsi, döyüşlərdə iştirak etməsi və fərarilik etməsi özünün ifadəsi və iş üzrə toplanılmış digər sənədlərlə tam təsdiq edilmişdir. Lakin, İddiaçı qanunla müəyyən edilmiş xidmət müddətinin başa çatmasını, döyüşlərdə iştirak etməsini, himayəsində azyaşlı uşaqların olmasını, törətdiyi əməlinin ictimai təhlükəliliyinin aradan qalxmasını, ilk dəfə az ağır cinayətin törətməsini nəzərə alaraq, barəsində cinayət təqibinə xitam verilmişdir. İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.N005-ci il tarixli AR Hərbi Prokurorluğunun məktubu ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı N005-ci il tarixdə İddiaçı yaşayış ünvanına göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq və İddiaçı barəsində şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı mövcud olduğu üçün iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.N). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.N). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1020/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1020/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver