Məhkəmə qərarları › İş №2-1(120)-1021/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1021/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1021/2022 19.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı X3na qarşı «işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 19 avqust 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin 6 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1974-xx.xx.1975-ci illərdə Neftçala rayonu Heyvan Xəstəlikləri ilə X7 Surra Baytar sahəsində işlədiyi illərin, 1972- 1973-cü illərdə Neftçala rayonu “N.Əliyev” adına kolxozda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin 6 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı X3 ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “onun peşə məktəbində təhsil aldığı müddət, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin 6 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Neftçala rayonu, Kürqarabucaq kəndində anadan olmuşdur. 1972-1973-cü illərdə Neftçala rayonu “N.Əiiyev” adına kolxozda, xx.xx.1974-xx.xx.1975-ci illərdə Neftçala rayonu Heyvan Xəstəlikləri ilə X7 Surra Baytar sahəsində işləmişdir. Lakin işlədiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Qeyd olunan illərdə işləməyi əmək kitabçasında olmadığından, həmin illərdə işləməyinə dair arayışları toplamışdır. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Azərbaycan Respublikasıının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsinin 6 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin Azərbaycan Respublikasıının Əmək və Əhalınin Sosial Müdafıəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsinın 6 saylı regional ərazi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensıyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsaslanaraq ona 17 dekabr 2021-ci il tarixli, **********1 saylı imtina məktubu göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırılmışdır ki, Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. O, 1972-1973-cü illərdə Neftçala rayonu “N.Əİiyev” adına kolxozda, xx.xx.1974-xx.xx.1975-ci illərdə Neftçala rayonu Heyvan Xəstəlikləri ilə X7 Surra Baytar sahəsində işləmişdir. Göstərilən əmək stajları əmək kitabçasında olmadığı üçün qəbul edilməmiş və ona imtina məktubu verilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsinin 6 saylı regional ərazi filialının imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.1974-xx.xx.1975-ci illərdə Neftçala rayon Heyvan xəstəlikləri ilə X5 sahəsində, 1972-1973-cü illərdə Neftçala rayonu “N.Əliyev” adına kolxozda işlədiyini və əmək haqqı aldığını iddia edir. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün 2 saylı X3na müraciət etmiş, Neftçala rayon Dövlət Arxivindən verilmiş xx.xx.2021-ci il tarixli və Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş staj arayışları əmək kitabçasında yazılmadığı üçün, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və arxiv arayışlarına əsasən işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Məsələnin obyektiv araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixdə Salyan X6 zavodu tərəfindən adına açılmış əmək kitabçasında göstərilmiş iş stajı, yəni X6 zavodunda, Neftçala rayon Heyvan Xəstəlikləri ilə X4 Kütlə Emalı zavodunda işlədiyi, Neftçala rayon Heyvan Xəstəliləri ilə mübarizə Stansiyasında və Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı, hərbi müddəti və təhsil müddəti ilə birlikdə iş stajı 28 il 01 ay 10 gün təşkil etmişdir. Lakin təsdiq olunan iş stajı 24 il 04 ay 11 gündür. Neftçala rayon arxivindən verilmiş xx.xx.2021-ci il tarixli və Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsindən verilmiş staj arayışlarının əmək kitabçasında qeyd edilmədiyindən və iş stajını təsdiq edən sənədin əmək kitabçası olması səbəbindən həmin dövrlərin iş stajına daxil edilməsi mümkünsüz hesab edilmişdir. Göründüyü kimi, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevrilməklə). Belə ki, Sizin təqdim etdiyiniz xx.xx.1978-ci il tarixdə Salyan rayon X6 zavodu tərəfindən adınıza açılmış əmək kitabçanızda göstərilmiş və stajınız, yəni X6 zavodunda, X16 zavodunda işləməyiniz, Neftaçala rayon Heyvan Xəstəlikləri ilə Mübarizə Stansiyasında və Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı, hərbi xidmətiniz və təhsil müddətinizlə birlikdə iş stajınız 28 il 01 ay 10 gündür. Lakin təsdiq olunan iş stajınız 24 il 04 ay 11 gündür. Neftçala rayon arxivindən verilmiş xx.xx.2021-ci il tarixli və Neftaçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsindəm verilmiş staj arayışları əmək kitabçasında yazılmadığı üçün Siz 25 il iş stajına və ya yaşa görə əmək pensiyası hüququ verən pensiya kapiatlına malik olmadığınız üçün Sizə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2021-ci il tarixli, 54 nömrəli arayışından görünür ki, İddiaçı həqiqəqən Neftçala rayon Heyvan Xəstəlikləri ilə Mübarizə Stansiyasının 02 sentyabr 1974-cü il tarixli, 20 nömrəli əmrinə əsasən X17 Sahəsinə Baytar feldşeri vəzifəsinə təyin edilib və 01 aprel 1975-ci il tarixli, 12 nömrəli əmrinə əsasən işdən azad edilib. Bundan əlavə, iş materiallarında olan НЗ-2484642 saylı hərbi biletdən görünür ki, İddiaçı 03 may 1975-ci il tarixdən 20 may 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixdə Salyan X6 zavodu tərəfindən adına açılmış əmək kitabçasında göstərilmiş iş stajı, yəni X6 zavodunda, Neftçala rayon Heyvan Xəstəlikləri ilə X4 Kütlə Emalı zavodunda işlədiyi, Neftçala rayon Heyvan Xəstəliləri ilə mübarizə Stansiyasında və Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı, hərbi müddəti və təhsil müddəti ilə birlikdə iş stajı 28 il 01 ay 10 gün təşkil etmişdir. Lakin təsdiq olunan iş stajı 24 il 04 ay 11 gündür. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının Neftçala rayon arxivindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 1972-1973-cü illərdə “N.Əliyev” adına kolxozda işlədiyi illər və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2021-ci il tarixli, 54 nömrəli arayışına əsasən xx.xx.1974-cü il tarixdən 01 aprel 1975-ci tarixədək işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsidir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən 01 aprel 1975-ci tarixədək Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində işləməsi həmin idarənin xx.xx.2021-ci il tarixli, 54 nömrəli arayışı, eləcə də əmrlərdən çıxarışlarla öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, həmin arayışda qeyd olunanlar mötəbər hesab olunur. Neftçala rayon arxivindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 1972-1973cü illərdə “N.Əliyev” adına kolxozda işlədiyi illərə gəldikdə isə məhkəmə araşdırması zamanı iddiaçının 1972-1973-cü illərdə “N.Əliyev” adına kolxozda işlədiyi və həmin illərdə əmək haqqı alması öz təsdiqini tapsa da, neçə adam günü işləməsinin qeyd edilməməsi səbəbindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı olmamışdır. Belə ki, iddiaçının həmin illərdə neçə adam günü işləməsinin qeyd edilməməsi iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda qeyd edilən illər üzrə iddiaçının həmin illər üzrə neçə adam günü işləməsinin qeyd edilməməsi də o demək deyildir ki, iddiaçı həmin illərdə işləməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar