Məhkəmə qərarları › İş №2-1(120)-1022/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1022/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1022/2020 05.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə qarşı müraciətinə rəsmi cavab verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətinə rəsmi cavab verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və mübahisənin artıq mövcud olmadığından işüzrəicraataxitamverilməlidir. İş materiallarında olan ********* nömrəli poçt qəbzindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə sifarişli məktub göndərmişdir. İş materiallarında olan Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Sizin xx xxxx 2020-ci il tarixli şikayət ərizənizə cavab olaraq bir daha nəzərinizə çatdırırıq ki, Bağbanlar bələdiyyəsinin balansına aid olan gedişgəliş yollarının və su axrlarının bəzi kənd sakinləri tərəfindən zəbt olunması ilə bağlı müraciətinə ƏMDK-nin Cəlilabad ərazi şöbəsinin, ƏMDK yanında Cəlilabad LTİ-nin mütəxəssisləri, X2 Edənlər Birliyinin icraçı direktorunun və sizin iştirakınızla baxılaraq xx xxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Əlavə olaraq bildirir ki, Bağbanlar bələdiyyəsinə ünvanladığınız məktubda göstərdiyiniz kənd yollarının kənarında (kənd poçt şöbəsinin yəni) torpaq sahəsinin satılması barədə müraciətinizə cavab olaraq bildirilir ki, həmin ərazi halhazırda fəaliyyətdə olan bələdiyyənin səlahiyyət müddətində satılmamışdır.” «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Məhkəmənin qənaətinə görə iddiaçının xx xxxx 2020-ci il tarixli müraciətinə cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla cavab verildiyindən, yəni iddiaçının tələbi təmin olunduğundan və mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə qarşı müraciətinə rəsmi cavab verilməsinin cavabdehə həvalə edilməsi tələbinədairişüzrəicraataxitamverilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar