Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1023/2020 10.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Cavabdehbaşçısının xx xxxxxxx 2003-cü il tarixli 314 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(120)-1023/2020 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi üzrə «xxxx» MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Hazırlıq icraatı üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib izahatında bildirdi ki, Agentlik tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında qanunsuz tikililərin aşkar edilməsi ilə əlaqədar görülən tədbirlər zamanı Bəhramtəpə-Mingəçevir magistral avtomobil yolu ilə Avşar kəndinə gedən yolun kəsişməsində yanacaq doldurma məntəqəsinin qanunvericiliyin tələbləri pozulmaqla inşa olunduğu müəyyən edilmişdir. Belə ki, Cavabdeh xx xxxxxxx 2003-cü il tarixli 314 nömrəli sərəncamı ilə Avşar kənd sakini X2 ərizəsinə əsasən Bəhramtəpə- Mingəçevir magistral avtomobil yolu ilə Avşar kəndinə gedən yolun kəsişməsində yanacaq doldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisinə 1500 kv.m torpaq sahəsi ayrılmışdır. X3 torpaq sahəsi ayrılarkən qüvvədə olmuş «Azərbaycan SSR ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydalarını təsdiq etmək haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 461 nömrəli xx.xx.1989-cu il tarixli qərarına əsasən müəyyən edilən qorunma (mühafizə) zolağının ölçüləri nəzərə alınmamış və həmin torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan Bəhramtəpə-Mingəçevir magistral avtomobil yolunun qorunma (mühafizə) zolağına düşmüşdür. Bundan sonra həmin ərazidə «xxxx» MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yanacaq doldurma məntəqəsi və ona yaxın məsafədə digər tikililər, o cümlədən avtoyuyucu məntəqə inşa edilmişdir. «xxxx» MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla inşa edilmiş tikililər respublika əhəmiyyətli avtomobil yolunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozur, həmçinin həmin avtomobil yolunda avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törədir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Təmsil etdiyi qurumun razılığı olmadığından avtomobil yolunun mühafizə zolağına düşən torpaq sahəsinin vətəndaşa ayrılması barədə Cavabdehbaşçısının xx xxxxxxx 2003-cü il tarixdə 314 №-li sərəncamının ləğv edilməsini xahiş etdi. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 8/38 saylı münasibət məktubunda qeyd edilmişdir ki, Cavabdehbaşçısının xx.xx.2003-cü il tarixli, 314 nömrəli sərəncamı ilə Ağcabədi rayonunun Avşar kənd sakini X2 ərizəsinə əsasən Bəhrəmtəpə-Mingəçevir magistral yolu ilə Avşar kəndinə gedən yolun kəsişməsində yanacaq doldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisinə 1500 m2 torpaq sahəsi ayrılmışdır. Sərəncam verildikdən sonra həmin yerdə yanacaq doldurma məntəqəsi tikilib və sahibi vergi ödəyicisi kimi qeydiyyatdan keçərək qanuni şəkildə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müvafiq sərəncamın verilməsindən artıq 17 il keçməsinə baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırıb. Odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsini əldə rəhbər tutaraq və iddiaçının tələbinin iddia müddətinin keçdiyi üçün rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Cavabdehnə və üçüncü şəxs «xxxx» MMC-yə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə və cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Cavabdehbaşçısının xx xxxxxxx 2003-cü il tarixdə 314 №-li sərəncamı ilə qərara alınmışdır ki, Avşar kənd sakini X2 ərizəsi nəzərə alınaraq Bəhramtəpə-Mingəçevir magistral avtomobil yolu ilə Avşar kəndinə gedən yolun kəsişməsində yanacaq doldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisinə 1500 kv.m torpaq sahəsinin ayrılması barədə RİH-nin xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bəhramtəpə-Mingəçevir magistral avtomobil yolu ilə Avşar kəndinə gedən yolun kəsişməsində yerləşən 70,1 kv.m ölçüdə əmlak kompleksi kimi müəssisə «xxxx» MMC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan 021836 nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən «xxxx» MMC-nə neft məhsullarının (benzin, dizel yanacağı) satışını həyata keçirməyə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdehbaşçısının xx xxxxxxx 2003-cü il tarixdə 314 №-li sərəncamı ilə Avşar kənd sakini X2 ərizəsi əsasında Bəhramtəpə-Mingəçevir magistral avtomobil yolu ilə Avşar kəndinə gedən yolun kəsişməsində yanacaq doldurma məntəqəsinin və avtomobillərin təmiri sexinin tikintisinə 1500 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşməsi və onun razılığı olmadan X3 ayrılması əsası ilə Cavabdehbaşçısının xx xxxxxxx 2003-cü il tarixli 314 nömrəli sərəncamının ləğv edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdehbaşçısının müvafiq sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Oxşar müddəa Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə, o cümlədən həmin qanunvericilik qüvvəyə minənə qədər qüvvədə olmuş hüquq normaları ilə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1638 nömrəli Fərmanına əsasən yaradılmış, xx xxxxxxx 2003-cü il tarixdə 314 nömrəli sərəncamı mübahisələndirməyə dair subyektiv hüququ həmin tarixdən yaranmış hesab olunmalıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməzlər. Ona görə ki, İnzibati Prosessual Məcəllənin əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Üçüncü şəxsin faktiki istifadəsinə verilmiş torpaq sahəsi üzərində əşya hüququnun yarandığı 2003-cü ildən sonra iddiaçının mübahisəli sahə ilə bağlı tələb hüququ olan hüquq sələfləri tərəfindən də həmin istifadə faktı, o cümlədən buna əsas olan cavabdeh icra hakimiyyətinin sərəncamı mübahisələndirilməmişdir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 16 (on altı) ildən artıq müddət keçdikdən sonra ilk dəfə məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». X7 Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə, yuxarıda sadalanan hallarla bağlı iddiaçıya 2-1(120)-1023/2020 nömrəli xx.xx.2020-ci il tarixli məktubla yardım etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1023/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1023/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver