Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1024/2022 21.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 21 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Saatlı rayon fılialına müraciət etmişdir. Təxminən 6 ay müddətində əmək pensiyası almışdır. Ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfındən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə giizəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X14 tərəfındən imzalanmış 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, X3 əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olması aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir.Yuxarıda adları göstərilmiş 52 şəxsin (İddiaçı) pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan sonra ona təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyi, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi fılialın rəisinə rəsmi müraciət etmişdir. Oradan ona ünvanlanmış 12 yanvar 2022-ci il tarixli, **********7 saylı məktubda göstərilir ki, mərkəzi fılial tərəfındən təqdim etdiyiniz 08 yanvar 1985-ci il tarixli A3E ******* nömrəli əmək kitabçanız araşdırılarkın orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 42-45-ci səhifələrinin 1-2-3-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilityin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası hüququ verən istehsalatların, sexlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir ki, bu siyahıda 35 bölmədən ibarət istehsalat sahələri öz təsdiqini tapıb. Kolxoz, sovxoz və digər dövlət aqrar sənaye müəssisələri ağır və zərərli əmək şəraiti olan sahə kimi bu siyahıda nəzərdə tutulmayıb. Kolxozların mövcud olduğu dövrdə kolxozlar kooperativ mülkiyyət forması olduğundan kolxoz üzvlərinin hüquq və vəzifələri kolxozun nizamnaməsi ilə müəyyən olunurdu və xx.xx.1965-ci ildən kolxoz üzvlərinin pensiya hüquqları “Kolxozçuların pensiya təminatı haqqında” Qanunla müəyyən olunurdu. Həmin Qanunun 8-ci maddəsində qeyd edildiyi kimi, kolxozçulara ağır və zərərli işlərdə çalışmağa görə pensiya təyin edilməsi nəzərdə tutulmamışdır. “Dövlət pensiyaları haqqında” Qanunun tətbiqi ilə bağlı qarşıya çıxacaq bəzi məsələlərdə bağlı rəsmi izahda qeyd edilirdi ki, istehsal sahələrinə aid bəzi peşələr (qaynaqçı, dəmirçi və.s) kolxozlarda da ola bilər ancaq kolxozda işləmiş qaynaqçı, dəmirçi güzəştli pensiya təminatından istifadə edə bilməz. İddiaçı Saaatlı rayonunda “Moskva” adına kolxozda işləməsinə dair Saatlı rayon dövlət arxivinin verdiyi arayışda onun 23 il həmin kolxozda qaynaqçı işləməsi, Səfərbərlik və Hərbi xidmət üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 86 nömrəli xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olması barədə arayışdan 1 il 11 ay 25 gün hərbi qulluqda olduğu görünür ki, bu da onun ümumi stajının 25 il deyil 24 il 11 ay 25 gün olduğunu göstərir. Belə ki, ümumi stajının 25 ildən az və kolxozda qaynaqçı işləməsinə dair yuxarıda qeyd etdiklərimiz nəzərə alındıqda iddia qanunsuz və əsassızdər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 qızı təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X6 06 may 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi 13 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasmın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yarnnda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanmda Dövlət Sosial Müdafıə Fondunun Saatlı rayon şöbəsində ayrıayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 52 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işindən Fondun Saatlı rayon şöbəsində (6) şəxsin, yəni X10, X4, X7, X5, X11 və X1 sənəddən istifadə etmələri xüsusatı ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə vahid cinayət işinin ayrıca icraata aynlmasının zərurliyi nəzərə alınmışdır. Bundan başqa, Dövlət Sosial Müdafıə Fondunun Saatlı rayon şöbəsində 2019-cu ilin yanvar, aprel və may ayları ərzində pensiya təyinatı aparılmış 52 şəxsin, yəni, İddiaçı və qeyrilərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduğu əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, həmin 52 şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz 08 yanvar 1985-ci il tarixli AZE ******* nömrəli əmək kilabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 42-45-ci səhifələrinin 1-2-3-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı DSMF-nin Saatlı rayon şöbəsinin 14 oktyabr 2016-cı il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək əmək pensiyası almış, lakin əmək pensiyası işi üzrə əmək pensiyası təyinatına dair qərar ləğv edildiyindən xx.xx.2020-ci il tarixdən etibarən pensiyanın ödənilməsi dayandırılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırımasına əsas iddiaçının, Mərkəzi Filiala təqdim etdiyi 08 yanvar 1985-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasının surətinə baxış keçirilən zaman orada qeyd edilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçasının 42-45-ci səhifələrinin 1-2-3-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə ki, cavabdehin istinad etdiyi hallarla əlaqədar, yəni iddiaçıya pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Lakin əmək kitabçasındakı iş yerləri və əmək stajı barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onun işləmiş olduğu əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, həmin şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Beləliklə, iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1024/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1024/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver