Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1025/2020 10.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X4 qarşı “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 2105,03 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X4 qarşı “xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, məcburi dövlət sosial sığorta üzrə olan 2105,03 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1025/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X4 qarşı “xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, məcburi dövlət sosial sığorta üzrə olan 2105,03 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 2105,03 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” kimi bахılmаsı, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2004-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə hər ay vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı hesabatları qanunvercilikdə nəzərdə tutulmuş qaydada vaxtında ödəmişdir. xx.xx.2017-ci il tarixdə sahibkar kimi fəaliyyətini dayandırmış və bununla bağlı 5 saylı X4 məlumat vermişdir. Fəaliyyətinin dayandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmişdir. 2020-ci ilin aprel ayınadək ona vergi orqanı tərəfindən hər hansı bir borcun olmasına dair heç bir məlumat verilməmişdir. Aprel ayında ona “Tələbin icraya yönəldilməsi haqqında'’ xx.xx.2020-ci il tarixli qərar göndərilmişdir. Bu qərarla ona aydın olmuşdur ki, guya onun məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə xx.xx.2020-ci il tarixə 2105,03 manat borcu yaranmışdır. Həmin borc məbləği ilə razılaşmayaraq qeyd etmişdir ki, sahibkar fəaliyyəti ilə məşğul olarkən 2 işçisi olmuşdur. Bu işçilərə görə vaxtı-vaxtında məcburi dövlət sosial sığorta haqqlarını ödəmişdir. Sonradan 2014-cü ildə zərurət aradan qalxdığı üçün işçilərin birini işdən azad etmişdir. Bu barədə həm vergi orqanına həm də, DSMF-nin rayon şöbəsinə rəsmi məlumat vermişdir. 1 işçisi qaldıqdan sonra da ona görə hesablanmış məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Bütün fəaliyyəti ərzində DSMF tərəfindən ona hər hansı bir borcun olmasına dair heç bir məlumat verilməmişdir. Qeyd olunanların nəzərə alınaraq cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 2105,03 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 5 saylı X3 nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı X3 xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı (VÖEN-**********) tərəfindən 2105,03 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarında olan 5 saylı X3 arayışından görünür ki, İddiaçı fəaliyyətinin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2017-ci il, fəaliyyətinin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2022-ci il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X3 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********988900 saylı etirazında qeyd edilmişdir: “İddiaçı (VÖEN:**********) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış MDSS üzrə 2105,03 manat (digər sahələrdə sahibkarlıq fəaliyyəti üzrə məşğul olan fiziki şəxslərə (respublika tabeli) görə 135,88 manat, penya maliyyə sanksiyası üzrə 318,37 manat və muzdlu işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə görə 1639,88 manat, penya maliyyə sanksiyası üzrə 10,90 manat) məbləğin silinməsi öhdəliyinin cavabdeh 5 saylı X3 üzərinə qoyulmasını xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbin əsassız hesab edir: Bildiyimiz kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında" və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İddiaçı 5 saylı X4 yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcla bağlı sorğu etmişdir. İddiaçı yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcu xx.xx.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. Buna görə də 5 saylı X7 tərəfindən İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin yaranma səbəbi barədə 5 saylı X4 geniş məlumat verməsi üçün DSMF-nin Şirvan şöbəsinə müraciət olunmuş və daxıl olmuş məktubda cavab olaraq bildirmişlər ki, İddiaçı vergi orqanında xidmət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək xx.xx.2010-cu il tarixdə fəaliyyətə başlamışdır. İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqqları üzrəxx.xx.2017-ci il tarixə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən məcburi dövlət sığorta haqqı üzrə 1775,76 manat, penya maliyyə sanksiyası üzrə 536,61 manat, ümumilikdə 2312,37 manat borcu vardır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən bu borcdan 207,34 manat silinmə aparılmışdır. xx.xx.2017-ci il tarixə 2105,03 manat borc əks olunmuşdur. Sahibkarın xx.xx.2017-ci il tarixdən fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən sosial sığorta hesablanması dayandırılmışdır. Eyni zamanda İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdən 5 saylı X4 borcla saldo kimi 2105,03 manat məbləğ keçmiş və şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixə olan göstəricisinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 2105,03 manat borcu mövcuddur. Həmçinin yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə **********9 nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bildirişin göndərilməsinə baxmayaraq yaranmış borc məbləği ödənilmədiyi üçün banklarda olan hesablaşma hesablarına sərəncamlar qoyulmuşdur. X1 tərəfindən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi üçün 5 saylı X7 tərəfindən 01.04.2.020-ci il tarixli **********399800 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilərək məlumat üçün İddiaçı və qərarın icra olunması üçün məhkəmə icra qrumuna poçt vasitəsi ilə göndərilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi döviət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.0.1 -ci və 24.0.2-ci maddələrinin müddəlarına əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeylərinı gözləməyə və müdafiə etməyə borcludur. Vergilər nazirinin xx.xx.2020-ci ıl tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydanın 9-cu maddəsinə əsasən “inzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-cı maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərim, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin 5 saylı X4 ünvanladığı xx xxxxx 2020-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli **********055800 saylı məktubunuza cavab olaraq bildiririk ki, sahibkar İddiaçı (VÖER; ********** SUN; **********5) Vergi orqanında xidmət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək xx.xx.2010-cu ildə fəaliyyətə başlamışdır. Sığortaedən fəaliyyətdə olduğu dövrdə özünə və işçisinə hesablanmış məcburi dövlət sosial sığorta haqqını qanunvericilikdə nəzərdə tutulduğu qaydada ödəmədiyi üçün MDSS borcu yaranmışdır. xx.xx.2018-ci il tarixə təqdim olunmuş fərdi uçot hesablı vahid rüblük hesabatlara əsasən sığortaedənin 2312,37 manat borcu olmuşdur. Bu məbləğin 1775,76 manatı mdss üzrə, 536,61 manatı isə penya və maliyyə sanksiyası üzrə yaranmış borcdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********9 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,105.03 manat, o cümlədən muzdlu və qeyri muzdlu işən əldə edilən gəlirlər üzrə 1.775.76 manat, faizlər üzrə 329,27 manat borcu vardır. İş materiallarında olan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. İş materiallarında olan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin iddiaçıya ünvanladığı xx xxxxxxx 2017-ci il tarixli, 40/595 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixəDSMF-nin Şirvan şəhər şöbəsinə 648,05 manat borcu vardır. İş materiallarında olan İddiaçı 5 saylı X4 ünvanladığı xx.xx.2020-ci il tarixli müraciət ərizəsindən görünür ki, 2105,03 manat vergi borcunun silinməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı X3 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********077800 nömrəli və xx.xx.2020-ci il tarixli, **********061700 nömrəli müraciətə baxılması baradə eyni məzmunlu məktublarında qeyd olunmuşdur: “məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Müraciətinizlə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsindən daxil olmuş məktubda İddiaçı vergi orqanında xidmət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək xx.xx.2010-cu ii tarixdə fəaliyyətə başlamışdır. Sığortaedən fəaliyyətdə olduğu dövrdə özünə və işçisinə hesablanmış məcburi dövlət sosial sığorta haqqını qanunvericilikdə nəzərdə tutulduğu qaydada ödənilmədiyi üçün mdss borcu yaranmışdır. xx.xx.2018-ci il tarixə təqdim olunmuş hesabatlara əsasənsığortaedənin 2312,37 manat borcu olmuşdur ki, mdss üzrə 1775,76 manat, penya və maliyyə sanksiyası üzrə 536,61 manat yaranmış borcdur. Əlavə olaraq bildiririk ki, Sizin sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqənizə xx.xx.2019-cu il tarixdən borcla saldo kimi 2105,03 manat məbləğ keçmişdir. Belə ki, yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən Sizə xx.xx.2019-cu il tarixdə **********9 nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bildirişin göndərilməsinə baxmayaraq yaranmış borc məbləği ödənilmədiyi üçün banklarda olan hesablaşma hesabınıza sərəncamlar qoyulmuşdur. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinin müddəlarına əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeylərini gözləməyə və müdafiə etməyə borcludur. Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydanın 9-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Tərəfinizdən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi üçün 5 saylı X7 tərəfindən xx.xx.2020-ci il tarixli **********399800 nömrəli“Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilərək məlumat üçün Sizə və qərarın icra olunması üçün məhkəmə icra qrumuna poçt vasitəsi ilə göndərilmişdir. Odur ki, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış borcun qısa müddət ərzində ödənilməsi Sizə tövsiyyə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişiklərə uyğun olaraq sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlar Vergilər Nazirliyinə təqdim edilmişdir. Həmin məlumatlara əsasən cavabdeh İddiaçı 2105,03 manat məbləğində (1775,76 manatı mdss üzrə, 536,61 manatı isə penya və maliyyə sanksiyası üzrə)pul tələb etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2017-ci il tarixindən sahibkarlıq fəaliyyətini dayandırmış və sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə hesablanmış borc İddiaçı fəaliyyətinin dayandırdığı tarixə kimi yəni xx.xx.2017-ci il tarixdə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən hesablanmışdır. İddiaçı hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, onun silinməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı bu borcun əsassız hesablandığını hesab edərək onun silinməsini xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa 9-1.1-ci maddəsinin tələbinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanunun 12-cı maddəsinin tələbinə görə, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Qanunun tələbinə görə müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığorta sığortaedənin vəzifəsidir. Müəyyən edilmişdir ki, cavabdehin iddiaçıdan tələb etdiyi 2105,03 manat borc, hazırkı iş üzrə cavabdeh tərəfindən deyil, əvvəllər məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı hesablanmış 2105,03 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borc DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən İddiaçı fəaliyyətinin dayandırdığı tarixə kimi yəni xx.xx.2017-ci il tarixdə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən hesablanmışdır. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin xx xxxxxxx 2017-ci il tarixli, 40/595 nömrəli xəbərdarlıq məktubundan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixə DSMF-nin Şirvan şəhər şöbəsinə 648,05 manat borcu olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində qismən haqlı və cavabdehin hərəkətləri isə qismən qanunsuzdur. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə nəzarəti həyata keçirən DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixli, 40/595 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, iddiaçının 648,05 manat borcunun olduğu bildirilmiş və iddiaçı məhkəmə iclasında həmin məbləğin düzgünlüyünü qəbul etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) Şirvan şəhər şöbəsinin xx xxxxxxx 2017-ci il tarixli, 40/595 nömrəli xəbərdarlıq məktubunu həqiqi saymamaq üçün əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, 648,05 manat borcun silinməsi hissəsində iddiaçının tələbi əsassız, həmin borc məbləğinin şəxsi hesabdan silməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunidir. Lakin 1457,25 manat məbləğində borcun silinməsi hissəsində idiaçının tələbi əsaslı, həmin borcun hesabdan silinməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, iddiaçının fəaliyyətinin xx.xx.2017-ci il tarixindəndayandırıldığını, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə hesablanmış borcun iddiaçının fəaliyyətinin dayandırdığı tarixə kimi yəni xx.xx.2017-ci il tarixə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən hesablandığını və həmin tarixdən xx.xx.2019-cu il tarixinə kimi hesablanmış borcun heç vaxt tələb edilmədiyini (ən azından bunun əksini sübut edən heç bir sənəd təqdim edilməmişdir) və ən əsası hesablanmış 1457,25 manat məbləğində borcun hesablanmasına əsas olan sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alsaq DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixli, 40/595 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıdan tələb olunan 648,05 manat borcun daha düzgün və ağlabatan olduğunu, 1457,25 manat məbləğində borcun isə əsassız olduğu qənaətinə gəlmək olar. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X4 qarşı “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 2105,03 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, məcburi dövlət sosial sığorta haqqlarına görə İddiaçı hesablanmış 1457,25 manat məbləğində borcun şəxsi hesabdan silinməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və 1457,25 manat məbləğində borcun şəxsi hesabdan silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X3 üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı iddiası qismən təmin edilsin.
2. Məcburi dövlət sosial sığorta haqqlarına görə İddiaçı hesablanmış xxxxx manat məbləğində borcun şəxsi hesabdan silinməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və xxxxx manat məbləğində borcun şəxsi hesabdan silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X3 üzərinə qoyulsun.
3. İddia tələbi qalan hissədə təmin edilməsin.
4. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov