Məhkəmə qərarları › İş №2-1(120)-1025/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1025/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1025/2021 16.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X9, X2, X5 və X4 iddiaçıya məxsus Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6, mənzil 59 ünvanından qeydiyyatdan çıxarılmaları” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ağayev X13 şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X9, X2, X5 və X4 mənzilin qeydiyyatından çıxarılmaları üçün cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(120)-1025/2021 saylı qərardadı ilə X9, X2, X5 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin 16 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X11, X3, X10 və X6 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxslər ona məxsus mənzildə yaşamırlar. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, Seriya RX ******* nömrəli çıxarşın təsdiq edilmiş surətini, AN-l ******* mömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətini, üçüncü şəxslərin ərizələrini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş Seriya RX ******* nömrəli çıxarışdan və AN-İ ******* nömrəli, 02.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Ağayev X13 şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzili alqı-satqı yolu ilə aldıqdan sonra Seriya RX ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Həmçinin 02.11.2020-ci il tarixli, AN-İ, ******* nömrəli alqı satqı müqaviləsinin 8-ci bəndində qeyd olunur ki, satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmçinin 02.11.2020-ci il tarixli, AN-İ, ******* nömrəli alqı satqı müqaviləsinin 13-cü bəndində qeyd olunur ki, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 27 fevral 2021ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X16, X7, X14 və X12 iddiaçıya məxsus Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzilin pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02.06.2021-ci il tarixli, 12- 5/077 nömrəli məktubunun məzmunundan görünür ki, X16, X7, X14 və X1 şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzildə yaşamırlar. Məhkəmə iclasında elan edilmiş Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 29.05.2021-ci il tarixli, 548 nömrəli məktubunda qeyd olunur ki, “İddiaçı X16, X7, X14 və X12 ilə qohumluq əlaqələrinin olması barədə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş üçüncü şəxslər X9, X2, X5 və X4 notariat kontoruna və məhkəməyə ünvanladıqları ərizələrin məzmunundan görünür ki, üçüncü şəxslər Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6 ünvanında yerləşən 59 nömrəli mənzilin İddiaçı satılmasına razılıq vermiş və İddiaçı məxsus həmin mənzildən qeydiyyatdan çıxarılmalarına razıdırlar. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31.05.2021-ci il tarixli, **********97 nömrəli məktubunun məzmunundan görünür ki, üçüncü şəxslər X9, X2, X5 və X4 Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6, 59 saylı mənzilə dair istifadə hüquqları barədə hər-hansı bir məlumat aşkarlanmamışdır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olmaları formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar, iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdırlar. İddiaçı üçüncü şəxslərin Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosesual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X9, X2, X5 və X4 İddiaçı məxsus Lənkəran şəhəri, X15 küçəsi, ev 78/6, 59 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Lənkəran rayon-şəhər Polis Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar