Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1025/2025 30.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022ci il tarixli, 079gm saylı əmrinin İddiaçı barəsində ləğv olunması, iddiaçı X3 hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 079gm saylı əmrinin ləğv olunması, tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12703/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(120)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X14 apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-1952/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əmrdən hansı tarixdən məlumatlı olmasını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana sorğu verərək mübahisələndirilən əmri, həmin əmrdən iddiaçının hansı tarixdən məlumatlı olması barədə məlumat və sənədləri tələb etməli idi. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu verilərək iddiaçının həmin orqanda hansı tarixdən hərbi qeydiyyata düşməsi və hərbi biletində bu barədə qeydlərin aparılıb-aparılmaması aydınlaşdırılmalı idi. Həmçinin iddiaçının hərbi biletinin ona təqdim edilib-edilməməsi aydınlaşdırılmalı idi. O cümlədən iddiaçının hansı məqsədlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciəti aydınlaşdırılmalı idi. Birinci instansiya məhkəməsi qeyd edilən məsələləri aydınlaşdırdıqdan sonra iddianın mümkünlük məsələsinə qiymət verilməli idi. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbinə “Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrinin İddiaçı münasibətdə ləğv olunması, İddiaçı hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci ordu korpusunun, N saylı hərbi hissədə 2009-cu ildən xx.xx.2022-ci ilədək “kiçik gizir” kimi xidmət etmişdir. Xidmət etdiyim dövr ərzində özümü nizam-intizamlı apararaq hərbi hissə komandirlərinin verdikləri tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və Prezident tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medal, “Cəbrayılın azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Müdafiə Nazirinin X10 13 may 2022-ci il tarixli, 079gm saylı əmrinə əsasən onu xidmətdən əsassız və qanunsuz olaraq azad etmişlər. Yuxarıda göstərlənlərə əsasən, hesab edir ki, xidməti araşdırma aparılmadan, heç bir əsas olmadan onun xidmətdən azad olunması, ona qarşı yol verilmiş kobud qanun pozuntusudur və eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı kimi onun konstitusion hüquqlarının və qanunun aliliyinin kobud şəkildə pozulmasıdır. Buna görə də hesab edir ki, onun xidmətdən azad olunması qanunsuz, əsassız və ədalətsiz olduğuna görə, 13 may 2022-ci il tarixli, 079gm nömrəli əmr məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, X26 unun hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə şərəf məhkəməsi keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən X17 elan edilmişdir. Müdafiə nazirinin 05.2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.6-cı yarımbəndinə əsasən şərəf məhkəməsinə cəlb olunan şəxs Məhkəmənin qərarından 10 gün müddətində yazılı şəkildə bilavasitə hərbi hissə komandirinə şikayət verə bilər. Şikayət raportuna daxil olduğu gündən 10 gün ərzində baxılmalıdır. Şikayətdə göstərilən məsələlərin yoxlanılması üçün zərurət yarandıqda bu müddət günə qədər uzadıla bilər. İş materiallarından göründüyü kimi X14 bu barədə şikayəti daxil olmamışdır. Bundan əlavə X17 Müdafiə nazirinin müavini - X8 xx.xx.2022-ci il tarixli 079gm nömrəli əmri əsasında ehtiyata buraxılması barədə Hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmri ilə inzibati icraat haqqında anunun 62-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə inzibati aktın qəbul edilməsi haqqında imza edilməklə məlumat verilmişdir. İş materiallarından göründüyü kimi Quliyev Ruslan oğlunun xx.xx.2022-ci il tarixədək bu barədə şikayəti daxil olmamışdır. X17 onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə xx.xx.2022-ci il tarixdən etibarən imza edilməklə a um olmuş və bu barədə ona məlumat verilmişdir. Odur ki, məhkəmədən iddia müddəti keçdiyi üçün X14 iddiasının rədd edilməsini xahiş etmişdir. Bundan əlavə olaraq iddiaçı X20 N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olmuş həmin məlumata əsasən Daxili Təhlükəsizlik İdarəsindən N nömrəli hərbi hissəyə telefonoqram daxil olmuş, daxil olan telefonoqrama əsasən kiçik gizir X20 narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə təyin olunmuş nümayəndələrə təqdim edilmiş, nümayəndələr tərəfindən gizir R.Quliyevin “qan və sidik” nümunələri götürülmüşdür. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli 7/22N nömrəli və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 83 nömrəli təliqələrinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 götürülmüş “qan və sidik” nümunələrinin iş təcrübəsi 2018-ci ildən olan Məhkəmə tibbi eksperti-kimyaçı Vəfa Qarayevə tərəfindən tədqiqatı aparılmış, tədqiqat nəticəsində gizir R.İ.Quliyevin sidik nümunəsinin tərkibində “9-∆-Tetra-hidro kannabinol” adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Gizir R.İ.Quliyevin müayinəsinin nəticələri barədə MN MTE və PAM-də tərtib edilmiş 145/K nömrəli Akt (Maddi sübutların tədqiqatı) N nömrəli hərbi hissəyə göndərilmişdir. Gizir R.İ.Quliyevin qeyd olunan davranışı nəzərə alınaraq bölük komandiri tərəfindən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 145/k nömrəli maddi sübutların tədqiqatı Aktına əsasən (narkotik vasitədən istifadə etdiyinə görə) xx.xx.2022-ci ildə onun şərəf məhkəməsində dinlənilməsi barədə raportla vəsatət qaldırılmış, hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2022-ci il tarixdə şərəf məhkəməsi keçirilmiş, Quliyev “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilmişdir. N nömrəli hərbi hissə komandirinin qərarı əsasında xx.xx.2022-ci il tarixdə keçirilən “gizirlərin şərəf məhkəməsi”ndə R.İ.Quliyev və məhkəməyə cəlb olunmuş şəxslərin məhkəmədə baxılan iş üzrə irad və fikirlərini bildirmək üçün çıxışları dinlənilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan publikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi jqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq bu barədə 14 nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən şərəf məhkəməsi zamanı onunla birgə xidmət edən 5 nəfər hərbi qulluqçu çıxış etmiş, məhkəmə heyətinə çıxış edən şəxslərin 4 nəfəri kiçik gizir Quliyev an İsi oğlunun hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verməsi, narkotik vasitədən istifadə etməsi və belə hərbi qulluqçunun müzəffər Azərbaycan Ordusunda narkotik vasitədən istifadə etməsinin məqsədəuyğun olmaması nəzərə alınaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təkliflər etmişlər. Həmçinin məhkəmə prosesi zamanı kiçik gizir Suluyev çıxışlarda göstərilən iradlarla razılaşaraq qərardan etirazı olmadığını bildirmişdir. Həmin Əsasnamənin 4.21-ci yarımbəndinə əsasən məhkəmə qərarı hərbi hissə komandiri zılaşdırıldıqdan sonra orada qeyd olunan ictimai təsir tədbiri iki ay müddətinə icra edilməlidir. Həmin Əsasnamənin 4.22-ci yarımbəndinə əsasən məhkəməyə cəlb edilmiş hərbi ıçunun xahişi ilə məhkəmə qərarının bir nüsxəsi ona təqdim olunur, bir nüsxəsi isə onun şəxsi işinə tikilir. Həmin Əsasnamənin 5.6-cı yarımbəndinə əsasən məhkəmənin qərarından məhkəməyə : unan şəxs tərəfindən 10 gün müddətində raportla şikayət verilir. Şərəf məhkəməsinin 26 mart 2022-ci il tarixli 14 nömrəli qərarından sonra onunla 2 dəfə söhbətləşmə aparılmış, əsasnamənin tələblərinə uyğun olaraq təqdimat tərtib edilmiş və natda ehtiyata buraxılma səbəbləri əsaslandırılaraq yuxarı komandanlığa göndərilmişdir. Həmin sənədlər məhkəmə baxışı üçün təqdim edilir. Bundan əlavə xidmət etdiyi hərbi hissədən təqdim olunan sənədlərə əsasən iddiaçı X20 xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissənin 4-cü taborunun 12ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi vəzifəsində xidmət edərkən özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidməti vəzifələrinə laqeyd yanaşmış, ona təhkim olunmuş silah və texnikaya vaxtlıvaxtında qulluq göstərməmiş, verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkmiş, ona tutulan iradlardan nəticə çıxarmamış, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermiş, xidmət zamanı narkotik vasitələrdən istifadə etmişdir. Bundan əlavə olaraq Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi içular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam məməsində müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən gizirlərə və anlara “Xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası verilir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 66-cı maddəsinə əsasən Silahlı qüvvələr rinin komandanları və müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri onların klərində olan gizirlər və miçmanlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin 06 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq eedilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstiitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. Həmin Qaydaların 3.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsüliyyət daş.maqla onun nüfuzunun və qüdrəünm əmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, butun qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. Həmin Qaydalarının 3.2-ci yarımbəndinə əsasən hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmin Qaydalarının 7.1 -ci yarımbəndinə əsasən hərbi qulluqçu günün nizam qaydalarına və xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib-getməli, üzürsüz səbəbdən mətdən yayınma hallarına yol verməməli, komandanlığın icazəsi olmadan xidmət yerini tərk ıəməlidir. Xidmət zamanı vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Həmin Qaydalarının 8.1 -ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı arda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi armalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti fələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, lətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı X14 iddiası tam əsassızdır, o xidmət dövründə özünü nizam-intizamsız hərbi qulluqçu kimi rməsi, xidməti vəzifələrinə laqeyd yanaşması, ona təhkim olunmuş silah və texnikaya vaxtlıvaxtında qulluq göstərməməsi, verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkməsi, ona tutulan iradlardan nəticə çıxarmaması, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verərək xidmət zamanı narkotik vasitələrdən istifadə etməsi nəzərə alınaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa ası və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə əlavə etiraz təqdim edərək, gizir X20 N nömrəli hərbi hissədə xidmət edərkən N nömrəli hərbi hissə komandirinin xx.xx.2021 -ci il tarixli 83 nömrəli təliqəsinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 təqdim edilmiş, MN MTE və PAMin məhkəmə-kimyəvi ekspertizasından keçirilməsinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 145/K nömrəli ekspert rəyinə əsasən onun sidik nümunəsinin nazik təbəqəsinin xromatoqrafiya və immun fermentativ xətli test metodu ilə tədqiqi nəticəsində “9- Tetra- Hidro-kannabinol” adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu preparat çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-3417/2024 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” pubiik hüquqi şəxsin 4 dekabr 2024-cü il tarixli 3749/K nömrəli ekpert rəyinə əsasən gizir X14 qan və sidik nümunələrində “barbitur turşusunun törəmələri, alkaloidllər, fenilaklimin qrupuna aid olan amfetamin və metafetamin, fenotiazin, pirazolon, salisilatlar və kannobinoid aşkar edilmədi” qeyd edilmişdir. Həmin rəyin 2-ci abzasında xx.xx.2022-ci il tarixli 145/K nömrəli akt Müdafiə Nazirliyinin MTE və PAM tərəfindən gizir R.İ.Quliyevdən götürülmüş qan, sidik və tük nümunələri təqdim olunmadığından məhkəmə-kimyəvi tədqiqat aparılmadığı qeyd olunmuşdur. Həmçinin həmin ekspert rəyində qeyd olunmuşdur ki, narkotik maddələrin qəbulu zamanı onların əksər hissəsi İnsan orqanizmində parçalanır, 9-48 saat ərzində bədəndən ifraz olunur. Marixuana qəbulunda xroniki istifadəçilərdə son qəbuldan sonra 70-77 gün, epizodik istifadəçilərdə isə 20-29 gün ərzində onun narkotik metabolitlərini sidikdə immunoferment metodu ilə müəyyən mümkündür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, gizir R.İ.Quliyevin xx.xx.2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının üzərindən 2 il 10 ay keçdikdən sonra yəni 4 dekabr 2024-cü il tarixli yenidən ekspertizaya təqdim edilməsi analizin nəticələrinin mötəbərliyinə ciddi şəkildə təsir edir. “Narkoloji xidmət və narkoloji nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.7-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu maddəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarının bütün növ peşə və vəzifələrində çalışanlar nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1333/2023 nömrəli (iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı) qərarıda eyni analoji iş üzrə olmuş və iddiaçının iddiası təmin edilməmişdir. X18 komandanlığının tabeliyində olan hərbi hissələrdə “İnzibati icraat haqqında" Qanunun 12.2-ci maddəsinin (12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) tələblərinə uyğun olaraq narkotik maddələrdən istifadə etmiş hərbi qulluqçulara eyni norma tətbiq edilmiş, həmin hərbi qulluqçuların ehtiyata buraxılması təmin edilmişdir. X1 iddiası təmin olunduğu təqdirdə artıq eyni məsələlər ilə bağlı məhkəmə təcrübəsi yaranacaq ki, bu da narkotik maddələrdən istifadə etmiş hərbi qulluqçuların ehtiyata buraxıldıqdan sonra məhkəməyə müraciət edərək yenidən hərbi xidmətə bərpa olunmasına şərait yaradacaqdır. İddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, İddiaçı 2009-2022-ci illərədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində “kiçik gizir” rütbəsi ilə hərbi xidmət keçmişdir, 44 günlük Vətən müharibəsində iştirak etmiş, medallarla təltif edilmişdir, iddiaçı batereyeda xidmət etmişdir, xidməti zamanı ona təhkim edilmiş hərbi texnikanın öz vəsaiti hesabına təmir edilməsi tələb edilmiş, İddiaçı etiraz etmiş, bundan sonra ona qarşı hərbi xidmətdən tərxis edilməsi ilə bağlı hərəkətlər başlanılmışdır, məhkəməyə təqdim edilmiş şəxsi işə əlavə edilmiş şərəf məhkəməsi, söhbət vərəqəsində görünür ki, iddiaçı israrla narkotik vasitədən istifaə etmədiyini bildirmişdir. Qanunveriliyə uyğun olaraq əgər şəxsin analiz üzrə qanından narkotik vasitə aşkar edilərsə, o zaman bu barədə dərhal təhqiqat orqanlarına müraciət edilməli, təhqiqat orqanlarının apardığı istintaq tədbirləri nəticəsində şəxsdə narkotik vasitədən istifadə etməsi sübuta yetirilməli, əgər əməlində cinayət tərkibi olarsa, cinayət məsuliyyətinə cəlb edilməli idi, cinayət əməli müəyyən olunmadığı halda isə məhkəmə tərəfindən narkotik istifadəçisi kimi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmalı idi. Məhkəmə tərəfindən ekpertiza keçirildiyinə görə təşəkkür edir, cavabdeh orqan tərəfindən iddiaçıdan əldə edilmiş əvvəlki analizlər üzrə biilojo obyektlər məhv edilməsi səbəbi ilə təşkil edilməmişdir, hal-hazırki vəziyyətdə iddiaçı əyani müayinə olunaraq ekspertiza həyata keçirilmişdir. İddiaçı hazırda taksi fəaliyyəti ilə məşğuldur, hər 15 gendən bir narkotik vasitədən istifadə ilə bağlı analizlər verir, bu günə kimi narkotik vasitədən istifadə etməsi aşkar olunsa idi, məsuliyyətə cəlb edilərdi. Hazırda iddiaçı adına olan ləkəni götürmək istəyir. İddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X15 iddia ərizəsinə etiaz edərək, oxşar məhkəmə praktikası üzrə qərarların surətini təqdim edərək göstərmişdir ki, iddiaçı barəsində keçirilmiş şəfər məhkəməsinin qərarı və söhbə vərəqəsindən görünür ki, o, narkotik vasitədən istifadə etdiyinə görə barəsində qəbul edilmiş qərarla razılaşmış, etirazı olmamışdır. Bundan əlavə məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə aşkar edilmədi. İkinci abzasda isə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə (145/K saylı akt əsasında) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” İddiaçı götürülmüş qan, sidik və tük nümunələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X12” X25 Məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyindən məhkəmə-kimyəvi tədqiqat aparılmadı və bu səbəbindən də məhkəmə eksperti – kimyaçı qarşısına qoyulan digər sualları cavablandırmaq mümkün olmadı. Sorğu verilərək müəyyən edilə bilər ki, iddiaçıdan müayinə edilərək qan, sidik nümunələri artıq 3 il müddət keçdiyi üçün məhv edilmişdir. İddiaçının ilkin müayinəsi nəticəsində aparılmış ekspertizadan 2 il müddət keçdikdən sonra məhkəmə tərəfindən keçirilmiş ekspertiza həyata keçirilmişdir. Bu müddət ərzində təbii ki, fərqli nəticə əldə edilə bilər, narkotik vasitə aşkar edilməyə bilər. Məhkəmə tərəfindən keçirilmiş ekspertizanın aradan ötmüş müddətin nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə “Narkoloji xidmət və narkoloji nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.7-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu məsələlər üzrə məhkəmə təcrübəsi formalaşmışdır. Eyni tələb üzrə başqa şəxs tərəfindən qalıdırlmış iddia təmin edilməmişdir. Quru Qoşunları komandanlığının tabeliyində olan hərbi hissələrdə “İnzibati icraat haqqında" Qanunun 12.2-ci maddəsinin (12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) İddiaçı barəsində cinayət işi açılmamışdır, hansı səbəbdən olmaması barədə məlumatı yoxdur, gümanki səhlənkarlığa yol verilmişdir, adətən belə hallara yol verilmir, lazimi araşdırma aparılır. İddiaçıya yaxşı xidmət keçdiyi halda onun medallarla təltif edilməlidir. Həmçinin iddiaçının ehtiyata buraxıldıqdan sonra yenidən hərbi xidmətə qayıtması düzgün qarşılanmayacaqdır, iddiaçı lə birlikdə çox sayda digər şəxslər narkotik vasitədən istifadə etdiyinə görə tərxis edilmişdir. Əlavə ekspertiza üzrə analizlərin müddətləri ilə bağlı hər hansı sual yaranarsa vəsatət verilə bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Belə ki, ilkin əmr qəbul edikdən sonra iddiaçı barəsində N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli, 155 saylı əmri qəbul edilmiş və İddiaçı N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP-2) 12-ci mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində hərbi qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati aktı iddiaçıya cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən əmrdən iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. İddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət edilmişdir, cavabdeh orqan tərəfindən isə xx.xx.2022-ci il tarixdə (iddia ərizəsi məhkəmənin icraatında olduğu vaxtda) iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlər təqdim edilmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Əsaslandırma Hissəsi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olduğu kimi, əsaslıdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43- 11/2-617/2024 saylı məktubuna əsasən, 13 may 2024-cü il tarixli 2-1 (120)-3417/2024 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində hərbi qeydiyyatda olan kiçik gizir İddiaçı şəxsi işində mövcud olan sənədlərin təsdiq olunmuş surəti ünvana göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Məhkəmə Tibbi Ekspertiza və X4 N №li hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir X11 xx.xx.2022-ci il tarixdə saat 15:50-də müayinə otağında birdəfəlik şpris vasitəsilə 5,5 ml qan, birdəfəlik qabda 40 ml sidik nümunəsi götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış, sidik nümunəsinin tərkibində tərkibində 9-ÄTetra-hidro kannabinol adlı maddə aşkar olunmuş və bu barədə 145/K saylı akt tərtib edilmişdir. Aşkarlanan bu maddə Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. X11 xx.xx.2022-ci il tarixdə götürülmüş nümunələrin qalan hissəsi Məhkəmə Tibbi Ekspertiza və X5 arxivində saxlanılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 mart 2020-ci il tarixli 05 №li qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 fevral 2015-ci il tarixli 07 №li əmrinə əsasən, bioloji nümunələrin saxlanılma qaydasının tələblərinə uyğun olaraq 04.10.23-cü il tarixdə, 48 №li aktla həmin nümunələr məhv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli, 356 saylı və xx.xx.2024-cü il tarixli, 5559 saylı məktublarına əsasən, Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2022-ci il tarixdə N №li hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir İddiaçı qan və sidik nümunləri götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış və 145/K saylı akt tərtib edilmişdir. Aktın qeydiyyatlarına əsaslaranaraq İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə olan THC (marixuana) aşkar olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 mart 2020-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahı” ya əsasən Məhkəmə-kimyəvi müayinə üçün canlı şəxslərdən götürülmüş bioloji obyektlərin saxlanılma müddəti 1 il olduğu üçün iddiaçı X17 məxsus qan və sidik nümunələri xx.xx.2023-cü il tarixdə məhv olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının medallarının vəsiqələrindən görünür ki, İddiaçı “Cəbrayılın, Füzulinin azad olunmasına görə medallarla təltif edilmişdir. İşdə olan maddi sübutların tədqiqatı barədə xx.xx.2022-ci il tarixli, 145/K saylı aktdan görünür ki, İddiaçı götürülmüş sidik nümunəsinin Nazik təbəqəli kull xromatoqrafiya və İmmunofermentativ xətli test metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq aşağıdakı rəyə gəlmişdir: məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-∆-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. İşdə olan N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli, 155 saylı əmrinə əsasən, İddiaçı N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP-2) 12-ci mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının döyüş maşın komandiridöyüş maşınları heyətinin rəisi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, İddiaçı verilmiş suallara cavab olaraq-“Mən heç bir narkotik vasitələrdən istifadə etməmişəm, adı göstərilən Narkotik vasitələrindən heç birini tanımıram, məni ordu sıralarından tərxis etməməyinizi xahiş edirəm, Mən xidmətimi davam etdirmək istəyirəm.” İşdə olan xidmət vərəqələrindən görünür ki, İddiaçı həvəsləndirilməmiş, cəzalandırılmamışdır. İşdə olan N saylı Hərbi Hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, N saylı Hərbi Hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli, 14 saylı protokolu üzrə İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, “Azərbaycan Ordu Sıralarından xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata” buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İşdə olan Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrinə əsasən, İddiaçı-N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP- 2) mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş taqımının döyüş maşın komandiridöyüş maşınları heyətinin rəisi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3417/024 saylı qərardadı ilə məhkəmə-tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X25 xx.xx.2024-cü il tarixli, 3749/k saylı ekspertiza rəyinə əsasən, İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12“ X25 Məhkəmə-kimya şöbəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri, salisilatlaı* və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. xx.xx.2022-ci il tarixdə (145/K saylı akt əsasında) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” İddiaçı götürülmüş qan, sidik və tük nümunələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X12” X25 Məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyindən məhkəmə-kimyəvi tədqiqat aparılmadı və bu səbəbindən də məhkəmə eksperti – kimyaçı qarşısına qoyulan digər sualları cavablandırmaq mümkün olmadı. Narkotik maddələrin qəbulu zamanı onların əksər hissəsi insan orqanizmdə parçalanır və 9-48 saat ərzində bədəndən ifraz olunur. Marixuana qəbulunda xroniki istifadəçilərdə son qəbuldan sonra 70-77 gün, epizodik istifadəçilərdə isə 20-29 gün ərzində onun narkotik metabolitlərini sidikdə immunoferment metodu ilə müəyyən etmək mümkündür. Bioloji obyektlərdə (qan, sidik və s.) kimyəvi-toksikoloji metodlarla tədqiqat zamanı (imunoferment-test üsulu istisna olmaqla) tərkibində kannabinoid (marixuananın əsas təsiredici maddəsi) olmayan hər hansı bir güclü təsiredici dərman və enerji içkilərindən istifadədə çətənə (Cannabis) bitkisindən alınan Marixuana və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin aşkarlanması mümkün deyil. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı 2009-cu il tarixdən 2022-ci ilədək müxtəlif Hərbi hissədə hərbi xidmətdə olmuşdur. Bu illər ərzində barəsində hər hansı qanunazidd hərəkətlərə yol verilməsi barədə məlumat ona dair şəxsi işində aşkar edilməmişdir. İddiaçı həmçinin İİ Qarabağ müharibəsi gedişatında döyüşlərdə iştirak etmiş və qüsursuz xidmətinə görə təltiflər edilmişdir. İddiaçı 2022-ci iln fevral ayında sidik nümunəsi götürülmüş və barəsində maddi sübutların tədqiqatı barədə xx.xx.2022-ci il tarixli, 145/K saylı akt tərtib edilmişdir, akt üzrə göstərilmişdir ki, İddiaçı götürülmüş sidik nümunəsinin Nazik təbəqəli kull xromatoqrafiya və İmmunofermentativ xətli test metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq aşağıdakı rəyə gəlmişdir: məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-∆-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Bundan sonra İddiaçı barəsində təqdimat, raport, söhbət vərəqi və digər sənədləşmə işləri aparılmış, N saylı Hərbi Hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, N saylı Hərbi Hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli, 14 saylı protokolu əsasında İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, “Azərbaycan Ordu Sıralarından xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata” buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı R.X16 müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmri ilə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli, 155 saylı əmri qəbul edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı barəsində cavabdeh orqan tərəfindən hər hansı cinayət işi və digər təhqiqat materialı aparılmamışdır. Həmçinin məhkəmə gedişatı dövründə, yəni xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X13 məhkəməyə xx.xx.2022-ci il tarixdə N №li hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir İddiaçı qan və sidik nümunləri götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış və 145/K saylı akt tərtib edilməsi, aktın qeydiyyatlarına əsaslaranaraq İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə olan THC (marixuana) aşkar olunması, Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 mart 2020ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahı” ya əsasən Məhkəmə-kimyəvi müayinə üçün canlı şəxslərdən götürülmüş bioloji obyektlərin saxlanılma müddəti 1 il olduğu üçün iddiaçı X17 məxsus qan və sidik nümunələri xx.xx.2023-cü il tarixdə məhv olunması barədə məlumat vermişdir. Bu halda cavabdeh orqan tərəfindən müvafiq sidik nümunələri saxlanılmalı olduöu halda, məhkəmə gedişatı dövründə məhv edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, komandanlıq tərəfindən “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq kiçik gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ilə vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində “Təqdimat”ın verilməsində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, iddiaçı xidmət etdiyi hərbi hissədə tibbi ekspertizanın nəticələri ilə razı olmadığını və yenidən analizlər keçirilməsini tələb etdiyini bildirmiş, Bundan sonra məhkmə tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyi üzrə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12“ X25 Məhkəmə-kimya şöbəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4benzodiazepin törəmələri, salisilatlaı* və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. “Azərbaycan Respublikası Silahlı X2”nin “İntizam cəzalarının verilmə qaydası” bölməsinin 85-ci bəndinə əsasən “Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nəlayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır”. “İntizam Nizamnaməsi”nin 87-ci bəndinə əsasən “Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir”. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Cavabdeh orqan tərəfindən məhkəmə-tibbi ekspertizasının rəyinə etiraz edilərək, ilkin müayinə aktından 2 il müddət keçdikdən sonra məhkəmə-tibbi ekspertizasının keçirilməsini və buna görə iddiaçının qan və sidik nümunələrinin tərkibində hər hansı narkotik vasitə aşkar edilmədiyi bildirilmişdir. Bu hissədə məhkəmə tərəfindən nəzərə çatdırılır ki, keçirilmiş ekspertiza rəyinin yekun hissəsində-narkotik maddələrin qəbulu zamanı onların əksər hissəsi insan orqanizmdə parçalanır və 9-48 saat ərzində bədəndən ifraz olunur. Marixuana qəbulunda xroniki istifadəçilərdə son qəbuldan sonra 70-77 gün, epizodik istifadəçilərdə isə 20-29 gün ərzində onun narkotik metabolitlərini sidikdə immunoferment metodu ilə müəyyən etmək mümkün olması, Bioloji obyektlərdə (qan, sidik və s.) kimyəvi-toksikoloji metodlarla tədqiqat zamanı (imunoferment-test üsulu istisna olmaqla) tərkibində kannabinoid (marixuananın əsas təsiredici maddəsi) olmayan hər hansı bir güclü təsiredici dərman və enerji içkilərindən istifadədə çətənə (Cannabis) bitkisindən alınan Marixuana və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin aşkarlanmasının mümkün olmaması barədə məlumat öz əksini tapmışdır. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçılə aparılmış xx.xx.2022-ci il tarixli söhbət vərəqində verilmiş suallara cavab olaraq heç bir narkotik vasitələrdən istifadə etməməsi, Narkotik vasitələrindən heç birini tanımaması, ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə 145/k saylı,xx.xx.2022-ci maddi sübutların tədqiqatı barədə aktda qeyd edilən hallar sübuta yetirilə bilinmədiyi üçün İddiaçı narkotik maddələrdən istifadə etməsini istisna edən hal kimi qiymətləndirilməsini mümkün hesab edir. Hazırki iş üzrə İddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri Müdafiə Nazirliyinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Silahlı Qüvvələrin İntizam Nizamnaməsi”nin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən İddiaçı hüquqlarını kobud şəkildə pozur və o, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP-2) mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi, İddiaçı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəməyə təqdim edilmiş şəxsi iş materiallarından görünür ki, iddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət göstərmiş və müsbət xarakterizə olunmuşdur. Həmçinin cavabdeh orqan tərəfindən İddiaçı barəsində narkotik vasitələrin istifadəsində şübhəli olmasına dair və bundan sonra onun müayinə edilməsi üçün əsas olan məlumat və ya sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi yuxarıda qeyd edilən iş materialları, sübutlar və ekspert rəyinə əsasən, İddiaçı işdən çıxarılmasına əsas olan əməlin tərkib hissənin olduğu inzibati orqan tərəfindən sübuta yetirilmir, əksinə qeyd edilən əsasların olmadığı müəyyən olunur. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrinin qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edilmiş sayılır ki, bu hal da özüözlüyündə həmin əmrin əsassız və qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddia ərizəsi təmin edilsin. Müdafiə Nazirinin müavini-X10 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmri İddiaçı münasibətdə ləğv olunsun. İddiaçı hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1025/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1025/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver