Məhkəmə qərarları › İş №2-1(120)-1026/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1026/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1026/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, dövlət qulluqçusu kimi dayandırılmış pensiyanın 01 iyul 2022-ci ildən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(120)-1026/2023 nömrəli qərardadından görünür ki, iddia tələbinə əlavə verilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan təyin edilməsi” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1947-ci ildə Astara rayonu Ərçivan kəndində doğulmuşdur. Hal-hazırda Astara rayonu Ərçivan kəndində yaşaır. O, 1969-cu ilin may ayının 22-də 192 saylı əmrlə “Elektroizolit” zavodunda əmək fəaliyyətinə başlamışdır. 12 iyun 2009-cu il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ona əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 saylı qərarı ilə ona 12 iyun 2009-cu il tarixdə yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunazidd hesab edilmiş və həmin qərara əsasən pensiya ödənişi 01 iyul 2022-ci il tarixdən dayandırılmışdır. Hesab edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın bu qərarı qanunaziddir və həmin qərarla onun pensiya hüququ pozulmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı R.Ə.X9 rayon şöbəsi tərəfindən 12 iyun 2009-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında" Qanunun 7.1 -ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o. ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında vaxtilə iddiaçının işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 1 iyul 2022-ci il tarixdən dayandırılmışdır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi dayandırılmış pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Astara rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Astara rayonunda yerləşdiyindən, doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1947-ci il tarixdə doğulmuş İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında qeydiyyatdadır. - 28 iyul 1969-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1969-xx.xx.2016-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 Rafiq Əhməd oğluna təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubda göstərilmişdir ki, iddiaçıya Fondun Astara rayon şöbəsi tərəfindən 12 iyun 2009-cu il tarixindən yaşa görə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilib.“Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən döviət qulluqçusu kimi əlilliyə görə əmək pensıyäsfdoviət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi.“Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. "Əmək pensiyaları haqqında”Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında vaxtiiə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödəniş 01 iyul 2022-ci il tarixindən dayandırılmışdır. Ona müvafiq qaydada əmək pensiyasının təyin edilməsi üçün pensiya işinizə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialına 23 noyabr 2022-ci i! tarixində daxil olmuş 2-1 (120)-2614/2022 nömrəlı sorğuya -aidiyyəti üzrə baxılmışdır. İddiaçı Fondun Astara rayon şöbəsi tərəfindən 12 iyun 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensıyasi təyin edilib. “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci iı tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edimiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Rospublikasının dövlət büdcəsindən X3 büdcəsindən maliyyələşdirilən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edirmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət quduğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır’ "Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsınə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o , ya "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır.Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında İddiaçı vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixində “Əmək pensiyasının ləğv olunması haqqında” qərar qəbul edilmiş və adıçəkilən şəxsə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 01 iyul 2022-ci il tarixindən dayandırılmışdır. İddiaçı müvafiq qaydada əmək pensiyasının təyin edilməsi üçün onun pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini təqdim etmişdir. - İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 06 yanvar 2023cü il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi dayandırılmış pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)- 2614/2022 nömrəli iş üzrə şifahi sorğuya cavab olaraq İddiaçı pensiya işinin təsdiq olunmuş surəti göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı 21 fevral 2023-cü il tarixli 9-3/2-374/2023 nömrəli məktubundan göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasfnm 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci i tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1973-cü ilədək müxtəlif zavodlarda iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda sadalanan dövlət orqanları arasında zavodlar nəzərdə tutulmamış və həmin qurumlarda mövcud olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Uyğunlaşdırılması aparılan dövlət orqanları arasında zavodlar nəzərdə tutulmadığı üçün İddiaçı həmin illərdə dövlət qulluqçusu statusuna malik olmamışdır. 1973-1978-ci illərdə “Azərkəndkimya” Respublika İstehsal-Elm Birliyində iş müddəti ilə bağlı bildirilmişdir ki, Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin birliklərdə mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Müvafiq uyğunlaşdırma aparılmadığından İddiaçı 1973-1978-ci illərdə “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İşdə olan 25 iyul 1973-cü il tarixli əmək kitabçasından çıxarışda qeyd edilmişdir ki, İddiaçı 25 iyul 1973-cü il tarixdə Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyin əmək və əmək haqqı şöbəsinin əməyin elmi təşkili üzrə baş mühəndisi vəzifəsinə təyin edilmişdir. 10 fevral 1976-cı il tarixdə ştat cədvəlinin dəyişdirilməsinə müvafiq olaraq əməyin elmi təşkili şöbəsinin rəisi vəzifəsinə köçürülmüşdür. 16 aprel 1977-ci il tarixdə Dəmir yollarının yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə köçürülmüşdür. xx.xx.1978-ci il tarixdə Azərbaycan SRR Nazirlər Sovetinin tərkibində olan Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyinin adı dəyişilərək əvəzində “Kənd təsərrüfatının İstehsalat texniki təminat Dövlət Komitəsi” adlandırılması ilə əlaqədar olaraq Dəmir yollarının yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə köçürülmüşdür. İşdə olan iddiaçının adına tərtib edilmiş 375 nömrəli pensiya işindən və ona əlavə olunmuş sənədlərdən, o cümlədən 021581 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə xx.xx.1947-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mübahisələndirilən “Əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarından görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə İddiaçı qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi müəyyən olunmuş, bununla əlaqədar Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixdə “Əmək pensiyasının ləğv olunması haqqında” qərar qəbul edilmiş və iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ödənişi 01 iyul 2022-ci il tarixindən dayandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilimişdir ki, Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 saylı qərarı ilə Fondun Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ləğv edilmiş, buna səbəb kimi İddiaçı münasibətdə qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi qeyd olunmuş, bununla əlaqədar iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ödənişi 01 iyul 2022-ci il tarixdən dayandırılmışdır və o, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsini və dövlət qulluqçusu kimi dayandırılmış pensiyanın 01 iyul 2022-ci ildən təyin edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X10, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X11 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası. Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X11, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 8.3-cü maddəsinə əsasən konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Dövlət qulluğu haqqında” Qanunun DSMF Astara rayon şöbəsinin xx.xx.2009cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2009-cu il tarixdə qüvvədə olan 23-cü maddəsinə əsasən “Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir”. İş materiallarında olan 28 iyul 1969-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyində xx.xx.1973-cü il tarixdə Birliyin əmək və əmək haqqı şöbəsinin əməyin elmi təşkili üzrə baş mühəndisi vəzifəsinə təyin edilmiş, 09 fevral 1976-cı il tarixli 48 nömrəli əmrlə “əməyin elmi təşkili şöbəsi”nin rəisi vəzifəsinə təyin olunmuş, 15 aprel 1977-ci il tarix li 136 nömrəli əmrlə Dəmir yolları yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci il tarixdə Azərbaycan SRR Nazirlər Sovetinin tərkibində olan Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyinin adı dəyişilərək “Kənd təsərrüfatının İstehsalat texniki təminat Dövlət Komitəsi” adlandırılması ilə əlaqədar olaraq Komitənin xx.xx.1978-ci il tarixli 65-k nömrəli əmri ilə Dəmir yollarının yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə keçirilmiş və xx.xx.1979-cu il tarixədək 3 il 8 ay 22 gün şöbə və idarə rəisi vəzifələrində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında -1991-ci il oktyabrın 18-dək dövlət,sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları göstərilən cədvəlin 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri, baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi və baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri vəzifələrinin İnzibati və yardımçı vəzifəsi -İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələri arasında böyük məsləhətçi və yardımçı şöbənin müdiri vəzifələri ilə uyğunlaşdırılmışdır. İş materiallarını araşdıraraq məhkəmə müəyyən etmişdir ki, iddiaçının işlədiyi “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyinin adı dəyişilərək “Kənd təsərrüfatının İstehsalat texniki təminat Dövlət Komitəsi” adlandırılması ilə əlaqədar olaraq Komitənin xx.xx.1978-ci il tarixli 65-k nömrəli əmri ilə Dəmir yollarının yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə keçirilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının işlədiyi “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyi Təsnifat Toplusunda göstərilən Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında qeyd edilən dövlət komitələri ilə eyni hüquqi statusa malikdir. Çünki Azərbaycan SSR X15 Heyətinin 4 oktyabr 1978-ci il tarixli Fərmanına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin kənd təsərrüfatı maşınları, ehtiyat hissələri, mineral gübrələr və başqa maddi-texniki vasitələr satan, kolxozlarda və sovxozlarda maşınların təmirini və işlədilməsini təşkil edən respublika birliyi — Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi Azərbaycan SSR X12 İstehsal-Texniki Təminat Komitəsinə çevrilmişdir. Buna görə də İddiaçı “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyində göstərdiyi əmək fəaliyyəti dövlət qulluğu hesab edilməlidir. Həmçinin, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 4 il 8 ay 7 gün “Azərbaycan Kənd Təsərrüfatı X13” X2 Texnoloji Komplektləşdirmə İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. Mərkəzi İcra Hakimiyyəti orqanlarının tabeliyində olan dövlət idarələrində işlədiyi idarə və şöbə rəisi vəzifələri istər yuxarıda sadalanan qanunvericilik aktlarında, istərsə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. İşdə olan Azərbycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 10 iyun 2009-cu il tarixli 07/18-08-473 nömrəli məktubunda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluğunda vəzifələrin uyğunlaşdırılması siyahısına əsasən 18 oktyabr 1991-ci ilədək nazirliyin və dövlət komitəsinin aparatında baş idarənin, aparıcı idarənin və şöbə rəisinin vəzifəsi dövlət qulluğunda təminedici şöbənin müdiri vəzifəsinə, baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri vəzifələrinin İnzibati və yardımçı vəzifəsi yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı dövlət qulluğu stajı tələb olunan 5 illik müddətdən çoxdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası qanunauyğun təyin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya münasibətdə “Əmək pensiyasının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı İddiaçı hüquqlarını pozur və iddiaçı həmin qərarın ləğv edilməsini, yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılmış vaxtdan (xx.xx.2022-ci il tarixdən) təyin edilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı ləğv edilməli, iddiaçıya yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası dayandırılmış vaxtdan (xx.xx.2022-ci il tarixdən) təyin edilməli və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı ləğv edilsin, İddiaçı yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası dayandırılmış vaxtdan (xx.xx.2022ci il tarixdən) təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar