Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1028/2022 01.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında yerləşən mərhum anası X6 məxsus mənzillərə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında yerləşən mərhum anası X6 məxsus mənzillərə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1028/2022 saylı qərardadı ilə üzrə Masallı rayon İcra Hakimiyyətinin və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri X11 ilə X3 birgə nikahından onunla yanaşı qardaşları Zaur Hüseynov və Cavid Hüseynov anadan olmuşdur. Atası xx.xx.1991-ci il tarixdə, anasının atası Musa Əsədullayev xx.xx.1992-ci il tarixdə, anasının anası Güllübəyim Əsədullayeva xx.xx.1995-ci il tarixdə, qardaşı Cavid Hüseynov xx.xx.2001-ci il tarixdə, anası Töhfə Hüseynova xx.xx.2005-ci il tarixdə, qardaşı Zaur Hüseynov xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edənədək Masallı şəhəri, H.Əliyev prospekti 38 saylı binanın 1 saylı mənzili və 38 saylı binanın 3 saylı mənzili ona məxsus olmuşdur. Anasının yeganə birinci dərəcəli vərəsəsi kimi ondan qalmış həmin mənzilləri vərəsəlik qaydasında sənədləşdirməkdən ötrü həmin mənzillərə dair anasının hüquqlarının qeydiyyata alınması zəruridir. Bu vəzifə DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə düşür. Lakin həmin quruma bu barədə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmiş, mənzilərin sənəd üzərində olan nömrələri ilə faktiki nömrələrində uyğunsuzluq olması barədə ona məktub verilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə, üçüncü şəxslər Masallı rayon İcra Hakimiyyətinə və X10 məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq nümayəndələri məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsinin, üçüncü şəxslər Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsinin və X7 iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Masallı rayon Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 177/1 nömrəli arayışından görünür ki, keçmiş Həmid Sultanov küçəsi hal-hazırda Heydər Əliyev prospekti adlanır. İddiaçı məxsus mənzilin hal-hazırki ünvanı ünvan 1 olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubunda qeyd edilmişdir: 11 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı regional “Asan Xidmət” Mərkəzinə müraciət edərək mərhum X2 miras qalmış Masallı şəhərində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport almaq üçün xahiş etmisiniz. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözügedən mənzilin ilkin hüquqmüəyyənedici sənədlərində ünvanı 38/1 olmaqla 1-ci mərtəbədə yerləşir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, mənzil faktiki olaraq 38/9 ünvanında yerləşir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubunda qeyd edilmişdir: 11 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı reginal “ASAN Xidmət” Mərkəzinə müraciət edərək mərhum X2 miras qalmış Masallı şəhərində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport almaq üçün xahiş etmisiniz. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözü gedən mənzilin ilkin hüquqmüəyənedici sənədlərində ünvanı 38/3 olmaqla 1-ci mərtəbədə yeriəşir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, mənzilin faktiki ünvanı 38/2 olmaqla 1-ci mərtəbədə yerləşir. Mənzilin orderi təqdim edilməmişdir. Təqdim etdiyiniz Masallı rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-150 saylı qətnaməsində göstərilən Masallı şəhəri, H.Sultanov küçəsi 38 saylı binanın 1 saylı mənzili Masallı RİH-nin balansında olmaqla kommunal istifadə üçün X8 verilmiş və həmin mənzil özəlləşdirilməmişdir. Bu barədə keçmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixli 26 nömrəli məktubla Masallı RİH-nə, Masallı rayon Məhkəmə Nəzarəti və Məhkəmə İcra Qrupuna məlumat verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin mənzilə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli sizə qaytarılır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı 11 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı reginal “ASAN Xidmət’’ Mərkəzinə müraciət edərək mərhum X2 miras qalmış Masallı şəhərində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport almaq üçün xahiş etmişdir. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözü gedən mənzilin ilkin hüquqmüəyənedici sənədlərində ünvanı 38/3 olmaqla 1-ci mərtəbədə yerləşir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, mənzilin faktiki ünvanı 38/2 olmaqla 1-ci mərtəbədə yerləşir. Mənzilin orderi təqdim edilməmişdir. Təqdim etdiyiniz Masallı rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-150 saylı qətnaməsində göstərilən Masallı şəhəri, H.Sultanov küçəsi 38 saylı binanın 1 saylı mənzili Masallı RİHnin balansında olmaqla kommunal istifadə üçün X8 verilmiş və həmin mənzil özəlləşdirilməmişdir.Bu barədə keçmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixli 26 nömrəli məktubla Masallı RlH-nə, Masallı rayon Məhkəmə Nəzarəti və Məhkəmə İcra Qrupuna məlumat verilmişdir. Göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin mənzilə reyestrdən çıxarış və texniki pasport verilməsindən 05 oktyabr 2021-ci il tarixdə **********38 saylı məktubla imtina edilmişdir. Bununla yanaşı İddiaçı 11 Ssntyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı reginal “ASAN Xidmət” Mərkəzinə müraciət edərək mərhum X2 miras qalmış Masallı şəhərində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport almaq üçün xahiş etmişdir. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözü gedən mənzilin ilkin hüquqmüəyənedici sənədlərində ünvanı 38/1 olmaqla 1-ci mərtəbədə yerləşir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış aktı tərtib olunan zaman məlum olmuşdur ki, mənzilin faktiki ünvanı 38/9 olmaqla 4-cü mərtəbədə yerləşir. Göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin mənzilə reyestrdən çıxarış və texniki pasport verilməsindən 05 oktyabr 2021ci il tarixdə **********37 saylı məktubla imtina edilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan Masallı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 1763/2021 nömrəli qətnaməsindən görünür ki, mərhum X2 miras Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 saylı evin 1 saylı mənzilindən və 38a saylı evin 3 saylı mənzilindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılması qət edilmişdir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(050)-1763/2021 nömrəli məktubundan görünür ki, Masallı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1763/2021 nömrəli qətnaməsi 15 iyun 2021-ci ildə qanuni qüvvəsini almışdır. İş materiallarında olan X9 İcraiyyə Komitəsinin 23 iyul 1980-ci il tarixli, 188 nömrəli fərdi mənzil tikintisinə icazə verilməsi barədə qərarından görünür ki, Masallı şəhər XDS İcraiyyə komitəsinin X6 ev tikməyə icazə verilməsi barədə 25 iyun 1980-ci il tarixli, 8 nömrəli qərarı təsdiq edilmişdir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 30 may 2002-ci il tarixli, 2-150 nömrəli qərardadından görünür ki, Masallı rayon Məhkəməsinin MN və Mİ qrupunun xx.xx.2002-ci il tarixli təqdimatının təmin olunması, cavabdeh X4 adında olan Masallı şəhəri, H.Sultanov küçəsi, bina 38, mənzil 1, 2 otaqlı olan yaşayış evi qətnamədə göstərilmiş 8600 000 manat məbləğində olan borc hesabına X6 verilməklə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 2229 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzil X3 adına sənədləşdirilmişdir. İş materiallarında olan 2759 reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 9 mənzil X3 adına sənədləşdirilmişdir. İş materiallarında olan Masallı rayon Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 176 nömrəli arayışında qeyd olunur: verilir Masallı şəhəri Heydər Əliyev prospekti 38a saylı evin 3 saylı mənzilində yaşayan İddiaçı ondan ötəri ki, onun anası X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri Heydər Əliyev prospekti, 38a saylı evin 3 saylı mənzili olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvü qalmışdır. Qızı-İddiaçı xx.xx.1973, mərhum X3 yuxarıda qeyd olunan vərəsəsindən başqa digər vərəsəsi yoxdur. İş materiallarında olan Masallı rayon Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 177 nömrəli arayışında qeyd olunur: verilir Masallı şəhəri Heydər Əliyev prospekti 38a saylı evin 3 saylı mənzilində yaşayan İddiaçı ondan ötəri ki, onun anası X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri Heydər Əliyev prospekti, 38a saylı evin 3 saylı mənzili olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvü qalmışdır. Qızı-İddiaçı xx.xx.1973, mərhum X3 yuxarıda qeyd olunan vərəsəsindən başqa digər vərəsəsi yoxdur. İş materiallarında olan Masallı rayon Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 395 nömrəli arayışından görünür ki, keçmiş Həmid Sultanov küçəsi hal-hazırda Heydər Əliyev prospekti adlanır. İddiaçı məxsus mənzilin hal-hazırki ünvanı ünvan 6 olan Masallı rayon Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 396 nömrəli arayışından görünür ki, keçmiş Həmid Sultanov küçəsi hal-hazırda Heydər Əliyev prospekti adlanır. İddiaçı məxsus mənzilin hal-hazırki ünvanı ünvan 1 olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 185 nömrəli məktubunda qeyd edilmişdir: mərhum X3 adına qeydə alınmış Masallı şəhəri Heydər Əliyev prospekti bina 38 mənzil 1 və bina 38 mənzil 3 ayrı-ayır mənzillərdir. Yeni qaydalara əsasən mənzillərin ünvanı Heydər Əliyev prospekti bina 38A mənzil 2 və bina 38A mənzi 7-dir. Ha-hazırda həmin mənzillərdə mərhum X3 övladı İddiaçı və nəvəsi X5 yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 306 nömrəli məktubunda qeyd edilmişdir: mərhum X3 adına qeydə alınmış Masallı şəhəri Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 ( yeni qaydalara əsasən Masallı şəhəri Heydər Əliyev prospekti bina 38A mənzil 2 və bina 38A mənzil 7) mənzilləri mövcuddur. İş materiallarında olan xx.xx.1994-cü il tarixli, 36 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 mənzil 1954-cü il təvəllüdlü X3 adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən mənzilə və ünvan 9 mənzilə dair X3 adına 2229 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu” və 2759 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu” tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən, iddiaçının izahatından müəyyən edilmişdir ki, X3 adına qeydə alınmış Masallı şəhəri, Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 nömrəli mənzillər ayrı-ayrı mənzillərdir, mənzillərin yerləşdiyi əvvəlki ünvanı - Həmid Sultanov küçəsi hal-hazırda Heydər Əliyev prospekti adlanır və həmin mənzillərin yeni qaydalarla ünvanı ünvan 10in mənzillər hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı sözügedən 2229 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nu və 2759 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nu rəhbər tutaraq Masallı şəhəri Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 nömrəli mənzillər üzərində mərhum X3 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə X3 adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Hazırda iddiaçı Masallı şəhəri Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 nömrəli mənzillər üzərində mərhum X3 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının mərhum ahasının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən mənzillər üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən ünvan 5 ünvanda yerləşən mənzilə və ünvan 9 mənzilə dair X3 adına 2229 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu” və 2759 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu” tərtib edilmişdir. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Ümumiyyətlə cavabdeh tərəfindən həmin sənədin mötəbərliyi mübahisələndirilməmişdir. Ona görə də, yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, Masallı şəhəri Heydər Əliyev prospekti bina 38/1 və bina 38/3 nömrəli mənzillər üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında yerləşən mərhum anası X6 məxsus mənzillərə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. X3 adına tərtib edilmiş 2229 inventar nömrəli “Texniki pasportu” və 2759 inventar nömrəli “Texniki pasportu” əsasında Masallı şəhəri, H.Əliyev prospekti 38/1 və 38/3 ünvanlarında (yeni qaydalarda ünvanı nəzərə alınmaqla) yerləşən mənzillər üzərində mərhum X3 mülkiyyət hüququnun qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1028/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1028/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver