Məhkəmə qərarları › İş №2-1(120)-1029/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1029/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1029/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh balansında olan Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasında 2 otaqlı mənzilin ona verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh balansında olan 3 otaqlı mənzilin alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cavabdeh balansında olan Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasında, 1-ci blok, 1-ci mərtəbədə yerləşən 5 nömrəli evin 2 (iki) otaqlı mənzilinin ona verilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Lerik şəhəri, İsmayıl Yaqubov küçəsi, köhnə Mərkəzi Xəstəxanası, ev 2, mənzil 3-də ailə üzvləri ilə birlikdə 3 otaqlı mənzildə yaşamışlar. 01 noyabr 1996-cı ildə Lerik Rayon Evlər İdarəsi tərəfindən verilmiş sənədlə ona ailə üzvləri ilə birlikdə 2 otaqlı mənzil verilmişdir. 2000-ci il aprel ayından Lerik Rayon Evlər İdarəsi ilə bağlanmış 47 saylı müqaviləyə əsasən 15 kvadrat metrdən ibarət üçüncü otaq əlavə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Lerik şəhərində istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Sərəncam verilmişdir. Tikiləcək bina ünvanlı olduğundan oradakı mənzillər ancaq Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərildiyi kimi orada yaşayan şəxslərə veriləcəkdir. Bina tikilib istifadəyə verilmişdir. Həmin binadan ona və ailə üzvlərinə bir otaqlı mənzil ayrılmışdır. Halbuki onlar əvvəlki binada 6 nəfər ailə üzvü ilə 3 otaqlı mənzildə yaşamışlar. Yuxarıda qeyd olunanlardan görünür ki, onun mənzilə sahib olmaq hüququ pozulmuşdur. Bu bardə dəfələrlə Cavabdehnə müraciət etmiş, müraciəti cavabsız qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada məhkəmədə müdafiəsinə təminat verilir. O, da qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hüquqlarından istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hal-hazırda 7 nəfər ailə üzvləri ilə birlikdə yaşayırlar. Onun oğlu X4 2-ci Qarabağ müharibəsində iştirak etmişdir və 2-ci qrup əlildir. O, da onunla 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Göründüyü kimi qazi və qazi atasının hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Qazi oğlunun onunla birlikdə yaşaması Lerik şəhər ərazi icra nümayəndəsi tərəfindən verilmiş arayışdan da görünür. Bildirir ki, onlara çatacaq mənzil hüquqları Cavabdeh tərəfindən pozulub. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il Sərəncamının tələbləri də Cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu hüquq Cavabdeh tərəfindən pozulduğu üçün o, ailə üzvləri ilə bu hüquqdan layiqincə istifadə edə bilmirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 1990-1995-ci illərdə Lerik qəsəbəsində vətəndaşların mənzil sahəsinə olan ehtiyaclarının ödənilməsində gərginlik yaranmış, Cavabdehndə mənzil növbəsinə duranların sayı 280 nəfərdən artıq olmuşdur ki, onların əksəriyyətini şəhid ailələri, müharibə əlilləri, imkansız ailələr və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən güzəştlərə malik olan şəxslər təşkil etmişdir. Cavabdeh başçısı yanında Kabinet rayonda mənzil təminatı sahəsində mövcud gərginliyin azaldılması məqsədilə 1932-ci ildə inşa edilmiş Mərkəzi Xəstəxananın köhnə binasının müvəqqəti olaraq kommunal yaşayış binası kimi istifadə edilməsi ilə bağlı qərar qəbul etmişdir. Cavabdeh başçısı yanında Kabinetin 29 oktyabr 1996-cı il tarixli, 13 saylı qərarına əsasən bir sıra Lerik qəsəbə sakinlərinə, o cümlədən İddiaçı Lerik şəhəri, İ.Yaqubov küçəsində 1932-ci ildə inşa edilmiş yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən köhnə xəstəxana binasında poliklinika şöbəsində ümumi sahəsi 15 kv.m, şüşəbəndi 2 kv.m olan 1 otaqlı qeyri-yaşayış sahəsi verilmiş və İddiaçılə Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında 15 kv.m yaşayış sahəsinin icarəyə (kirayə) verilməsi haqqında 01 noyabr 1996-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçı və ailə üzvləri 01 noyabr 1996-cı ildən 2018-ci ilədək ümumi sahəsi 15 kv.m olan l otaqlı qeyri-yaşayış sahəsində yaşamışlar. 2000-ci ildə Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi ləğv edilərək onun bazasında Lerik Rayon Kommunal X2 və Lerik Mənzil-İstismar Sahəsi təşkil edilmişdir. 2000-ci ildən başlayaraq rayon icra hakimiyyətinin balansında olan çoxmənzilli kommunal yaşayış binalarının idarəedilməsi Lerik Mənzil-İstismar Sahəsi tərəfindən həyata keçirilir. Bunanla əlaqədar rayon icra hakimiyyətinin balansında olan çoxmənzilli kommunal yaşayış binalarında yaşayan kirayəçilərlə, o cümlədən köhnə xəstəxana ərazisində yaşayan sakinlərlə rayon mənzil istismar sahəsi arasında 2000-ci ilin aprel-oktyabr aylarında yeni icarə (kirayə) müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamı ilə Lerik şəhərində istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün Cavabdehnə 3 milyon manat ayrılmışdır. Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində 48 mənzilli yaşayış binasının layihələndirilməsini və tikintisini təmin etmək məqsədilə 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasının 5 korpusunun sökülməsi zərurəti yaranmışdır. Lerik Rayon Mənzil İstismar Müəssisəsinin rəhbərliyi rayon icra hakimiyyətinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamının icrası ilə əlaqədar mənzil istismar müəssisəsinin balansında olan, 1932-ci ildə yerli tikinti materiallarından istifadə edilməklə inşa edilmiş, tam qəza vəziyyətinə düşmüş, Lerik şəhəri, İsmayıl Yaqubov küçəsi-2 ünvanında yerləşən, balans dəyəri 24210,0 (iyirmi dörd min iki yüz on) manat və şəhərin İsmayıl Yaqubov küçəsi-3 ünvanında yerləşən balans dəyəri 25316,0 (iyirmi beş min üç yüz on altı) manat olan köhnə xəstəxana binalarının sökülməsinə və balansdan silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh başçısının 18 yanvar 2019-cu il tarixli, 13 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 05 dekabr 2018-ci il tarixli, **********36 nömrəli məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar“ın 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq şəhərin İsmayıl Yaqubov küçəsi-2 ünvanında yerləşən balans dəyəri 24210,0 (iyirmi dörd min iki yüz on) manat və İsmayıl Yaqubov küçəsi-3 ünvanında yerləşən balans dəyəri 25316,0 (iyirmi beş min üç yüz on altı) manat olan köhnə xəstəxana binalarının, o cümlədən İddiaçı və ailə üzvlərinin icarəsində olan 15 kv.m yaşayış sahəsinin yerləşdiyi korpusun sökülməsi və balansdan silinməsi təmin edilmiş, ərazi asudələşdirilmiş və tikinti layihə işləri üçün hazırlanmışdır. Köhnə xəstəxana binasının digər 3 korpusu isə sakinlər yeni inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasına köçürüldükdən sonra, 2020-ci ildə sökülmüş və balansdan çıxarılmışdır. Rayon icra hakimiyyəti başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli sərəncamı ilə yaşayış binasının tikintisi üçün Lerik şəhərinin İsmayıl Yaqubov küçəsinə bitişik sahədə, köhnə xəstəxana binalarının yerləşdiyi ərazisində şəhərdaxili dövlət torpaqlarından 0,50 ha torpaq sahəsi ayrılmış və 11 mart 2019-cu il tarixli, 90 nömrəli sərəncamla yaşayış binasının tikintisinə razılıq verilmişdir. 2019-cu il ərzində Lerik şəhərinin İsmayıl Yaqubov küçəsinə bitişik sahədə təsdiq edilmiş layihə-smeta sənədlərinə əsasən 24 bir otaqlı, 16 iki otaqlı və 8 üç otaqlı mənzil olmaqla 48 mənzilli yaşayış binasının tikinti işləri başa çatdırılmış, kommunal yaşayış binası istismara hazır vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdirılmasına dair tədbirlər haqqında” 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamından, “Xəstəxana binasının sökülməsi və balansdan silinməsi haqqında” Cavabdeh başçısının 18 yanvar 2019-cu il tarixli, 13 nömrəli sərəncamından, “tikinti üçün 0,50 ha torpaq sahəsi ayrılması və tikintiyə razılıq verilməsi haqqında” rayon icra hakimiyyəti başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli və 11 mart 2019-cu il tarixli, 90 nömrəli sərəncamlarından da göründüyü kimi 48 mənzilli kommunal yaşayış binası Lerik şəhərində istismar müddəti başa çatmış iki mərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, həmin sakinləri yeni abadlaşdırılmış mənzillərə köçürmək məqsədilə inşa edilmişdir. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş və hal-hazıradək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 83-cü maddəsi sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən vətəndaşların çıxarılması qaydalarını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən: -sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə (maddə 83.0.1); - sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə ( maddə 83.0.2); - digər yaşayış sahələri verilmədən çıxarılırlar (maddə 83.0.3). Həmin Məcəllənin 84-cü maddəsinin tələblərinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda, yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə və digər hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: Həmin Məcəllənin 85-ci maddəsinin tələblərinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfındən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 86-cı maddəsinin tələblərinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə, həmin yaşayış sahəsindən çıxarılan vətəndaşlara kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi əsasında digər abadlaşdırılmış yaşayış sahəsi verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 88-ci maddəsi çıxarılma ilə əlaqədar vətəndaşlara sosial kirayə müqaviləsi ilə digər abadlaşdırılmış yaşayış sahəsinin verilməsi şərtlərini müəyyən edir. Həmin Məcəllənin 88.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 85- 87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla, o cümlədən ev (bina) sökülməli olduqda yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafıq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinın hüdudlarında yerləşməlidir. Həmin Məcəllənin 88.2-ci maddəsinin tələblərinə əsasən əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. İnşası başa çatdırılmış 48 mənzilli kommunal yaşayış binasında mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq aşkarlıq, şəffaflıq və sosial ədalət prinsipləri əsasında mənzil fondunun uçotunun təşkili və bölüşdürülməsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısı aparatının aidiyyəti bölmələri və digər qurumlar tərəfindən zəruri tədbirlər görülmüşdür. Belə ki, rayon mənzil istismar sahəsi tərəfindən 1932-ci ildə inşa edilmiş köhnə xəstəxana binasında məskunlaşan sakinlərin və Lerik şəhəri, ünvan 8-də yerləşən istismar müddəti başa çatmış ikimərtəbəli çoxmənzilli binada yaşayan vətəndaşların adlı siyahılarının, ailə tərkibi haqqında məlumatların, kirayə müqavilələri, yaşayış sahələrinin ölçüsü və daşınmaz əmlak barədə digər zəruri sənədlər hazırlanaraq rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasına təqdim olunmuş, Cavabdeh başçısı yanında mənzil komissiyası 26 dekabr 2019-cu il tarixli 03 saylı qərarı ilə kirayə müqavilələri əsas götürülməklə bir otaqlı, iki otaqlı və üç otaqlı mənzillərlə təmin olunmalı olan vətəndaşların adlı siyahısını təsdiq etmiş, 48 mənzilli yaşayış binasında mənzillərin mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq aşkarlıq, şəffaflıq və sosial ədalət prinsipi əsasında püşkatma yolu ilə qərarın 1, 2 və 3-cü bəndləri ilə müəyyən edilmiş siyahılara uyğun olaraq bölüşdürülməsi, püşkatmanın qərarın 1-ci bəndi üzrə (1 otaqlı) 26 dekabr 2019-cu il tarixdə, saat 12:00-da, qərarın 2-ci bəndi üzrə (2 otaqlı) 26 dekabr 2019-cu il tarixdə, saat 15:00-da, qərarın 3-cü bəndi üzrə (3 otaqlı) 26 dekabr 2019-cu il tarixdə, saat 17:00-da keçirilməsi və bu barədə vətəndaşların məlumatlandırılması və püskatmanın keçirilməsi qaydaları ilə bağlı təlimatlandırılması təmin edilmişdir. İddiaçı və ailə üzvlərinin icarə (kirayə) müqaviləsi ilə istifadəsində yaşayış sahəsi 15 kv.m olan bir otaqlı mənzilin olması əsas götürülərək o, 26 dekabr 2019-cu il tarixdə ümumi sahəsi 38,30 kv.m, yaşayış sahəsi 15,34 kv.m olan bir otaqlı mənzillərin püşkatmasına dəvət olunmuşdur. Lakin İddiaçı Cavabdeh inzibati binasında 26 dekabr 2019-cu il tarixdə, saat 12:00-da keçirilən bir otaqlı mənzillərin püşkatma prosesində iştirak etsə də mənzil seçimindən imtina edərək onun və ailə üzvlərinin 2 və ya 3 otaqlı mənzillə təmin olunmasını tələb etmişdir. Cavabdeh başçısı yanında mənzil komissiyasının rəhbərliyi dəfələrlə iddiaçını qəbul etmiş və mənzil qanunvericiliyinin tələbləri ona izah edilmişdir. Əlavə olaraq Cavabdeh başçısı yanında mənzil komissiyası 13 iyul 2021-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçılə rayon mənzilistismar sahəsi arasında bağlanmış icarə müqaviləsinin şərtləri nəzərə alınmaqla ona və ailə üzvlərinə Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa olunmuş 48 mənzilli kommunal yaşayış binasında 3-cu blok, 1-ci mərtəbədə, yaşayış sahəsi 15,34 kv.m, ümumi sahəsi 38,30 kv.m olan 38 nömrəli 1 (bir) otaqlı mənzil verilmişdir. Lakin iddiaçı mənzili qəbul etməkdən imtina etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, ona 1 noyabr 1996-cı ildə ünvan 4 ünvanında 2 otaqlı mənzil verilmişdir. 2000-ci ilin aprel ayında onunla Lerik Mənzil-İstismar Sahəsi arasında 47 saylı icarə (kirayə) müqavilələri bağlanmış və üçüncü otaq əlavə olunmuşdur. O, 6 nəfərdən ibarət ailəsi ilə birgə 2018-ci ilədək həmin üçotaqlı mənzildə yaşamışdır və buna görə də ona və ailə üzvlərinə üçotaqlı mənzil verilməlidir. İddiaçı bu arqumentləri əsassızdır. Cavabdeh başçısı yanında Kabinetin 29 oktyabr 1996-cı il tarixli 13 saylı qərarına əsasən bir sıra Lerik qəsəbə sakinlərinə, o cümlədən X1 ailə üzvlərinə də Lerik şəhəri, İ.Yaqubov küçəsində 1932-ci ildə inşa edilmiş yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən köhnə xəstəxana binasında poliklinika şöbəsində ümumi sahəsi 15 kv.m, şüşəbəndi 2 kv.m olan 1 otaqlı yaşayış sahəsi verilmiş və İddiaçılə Lerik mənzil-kommunal təsərrüfatı birliyi arasında 15 kv.m yaşayış sahəsini icarəyə (kirayə) verilməsi haqqında 01 noyabr 1996-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçı və ailə üzvləri 01 noyabr 1996-cı ildən 2018-ci ilədək ümumi sahəsi 15 kv.m olan 1 otaqlı mənzildə yaşamışlar. 2000-ci ildə Lerik Mənzil- Kommunal Təsərrüfatı Birliyi ləğv edilərək onun bazasında Lerik Rayon Kommunal X2 və Lerik Mənzil-İstismar Sahəsi təşkil edilmişdir. 2000-ci ildən başlayaraq rayon icra hakimiyyətinin balansında olan çoxmənzilli kommunal yaşayış binalarının idarəedilməsi Lerik Mənzil-İstismar Sahəsi tərəfindən həyata keçirilir. Rayon icra hakimiyyətinin balansında olan çoxmənzilli kommunal yaşayış binalarında yaşayan kirayəçilərlə rayon mənzil istismar sahəsi arasında yeni icarə (kirayə) müqavilələri bağlanmışdır. Bununla əlaqədar kirayəçi İddiaçılə rayon mənzil istismar sahəsi arasında 2000-ci ilin aprel ayında ümumi və yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzillə bağlı icarə (kirayə) müqavilələri bağlanmışdır. 01 mart 1983-cü il tarixdə qəbul edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 37-ci, 38-ci, 44, 45 və 48ci maddələri dövlət mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi və vətəndaşların həmin yaşayış sahələrinə köçürülməsi qaydalarını müəyyən edir. Dövlət mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara) 18 oktyabr 1991-ci ilədək rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən, 1991-2009-cu və 2009-2020-ci illərdə rayon, şəhər icra hakimiyyəti orqanları tərəfindən verilməsi müəyyən edilir. Təqdim edilən sənədlərdən də göründüyü kimi İddiaçı Cavabdeh başçısı yanında Kabinetin 29 oktyabr 1996-cı il tarixli 13 saylı qərarına əsasən Lerik şəhərində köhnə xəstəxana binasında poliklinika şöbəsində ümumi sahəsi 15 kv.m, şüşəbəndi 2 kv.m olan 1 otaqlı mənzil verilmişdir. 1997-2000-ci və sonrakı illərdə iddiaçıya və ailə üzvlərinə əlavə mənzil və ya otaq verilməmişdir. Əlavə olaraq mənzil qanunvericiliyinin tələblərinə görə kirayə müqaviləsi hər bir otağa görə deyil, icarəyə verilmiş mənzilə görə bağlanır. İcarə müqaviləsində mənzilin otaqlarının sayı, ümumi və yaşayış sahəsi, köməkçi sahələr (mətbəx, balkon, şüşəbənd və s.) qeyd edilir. İddiaçı qeyd edir ki, oğlu X11 müharibəsi əlilidir, ayrı təsərrüfat olmaqla ailə üzvləri 3 nəfərdən ibarətdir və rayon icra hakimiyyəti oğlunun mənzil hüququnu pozmuşdur. İddiaçı bu arqumentlərini də əsassız hesab edirlər. Birincisi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli, 22/05 №-li qərarı ilə təsdiq edilmiş “Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına üçotun aparılmasına dair Göstəriş”in tələblərinə görə ayrıca ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ayrı ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri ( su, qaz, işıq, kirayə haqqı və s) və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. X9 kirayə verənlə ayrı kirayə müqaviləsi olmamışdır. Əlavə olaraq E.Nurili kommunal xidmətlər üzrə (qaz, elektrik enerjisi, su və sair) abunəçi olmamışdır. O, atası İddiaçı icarəsində olan mənzildə ailə üzvü kimi yaşamışdır. X10 rayon icra hakimiyyəti başçısının 10 noyabr 2021-ci il tarixli, 210 nömrəli sərəncamı ilə 2-ci dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna götürülmüşdür. Şəhid ailələri və müharibə əlillərinin və onların ailə üzvlərinin mənzil təminatı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına inşa edilmiş kommunal binalarda mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələblərinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Həmin Məcəllənin 88.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 85-87-ci maddələrində ev (bina) sökülməli olduqda yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsinin ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalıdır. Mənzil Məcəlləsinin 83-88-ci maddələrinin tələblərindən də göründüyü kimi köçürülmə zamanı kirayəçinin ailə üzvlərinin sayı əsas deyil, əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsi məcburi şərt kimi qəbul olunmalıdır. Yaşayış sahəsinin yerləşdiyi evin (binanın) sökülməsi ilə bağlı kirayəçilərə əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmayaraq yaşayış sahəsi verilməlidir. Rayon icra hakimiyyəti yanında mənzil komissiyası İddiaçı rayon mənzil-istismar sahəsi arasında bağlanmış icarə müqaviləsinin şərtlərini və yaşadığı yaşayış sahəsinin ümumi sahəsinin 15 kv.m olduğunu nəzərə alaraq ona və ailə üzvlərinə Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa olunmuş 48 mənzilli kommunal yaşayış binasında 3-cu blok, 1-ci mərtəbədə, yaşayış sahəsi 15,34 kv.m, ümumi sahəsi 38,30 kv.m olan 38 nömrəli 1 (bir) otaqlı mənzil verilmişdir. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş və hal-hazıradək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-56-cı maddələri bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşların mənzil uçotuna götürülməsi və dövlət və ya bələdiyyə mənzil fondunda yaşayış sahələri ilə təmin olunması qaydalarını müəyyən edir. Həmin Məcəllənin 50-ci maddəsi vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: -sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar ( maddə 50.1.1); - sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar ( maddə 50.1.2); - yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar ( maddə 50.1.3); - bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) ( maddə 50.1.4); Həmin Məcəllənin 56-cı maddəsi yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (maddə 56.1). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.1.1-50.1.2-ci maddələrinin tələblərinə əsasən İddiaçı (kirayəçinin) aiiə üzvləri olan (ailə üzvləri olmayan) və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunanlar yaşayış yeri üzrə rayon icra hakimiyyətində mənzil uçotuna duraraq və həmin məcəllənin 56.1-ci maddəsinin tələblərinə müvafiq olaraq növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla mənzillə təmin olunmalıdır. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin “Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 15 oktyabr 2018-ci il tarixli 552 nömrəli Sərəncamından, 2 xəstəxana binasının sökülməsi və balansdan silinməsi haqqında” Cavabdeh başçısının 18 yanvar 2019-cu il tarixli, 13 nömrəli sərəncamından, “tikinti üçün 0,50 ha torpaq sahəsi ayrılması və tikintiyə razılıq verilməsi haqqında” rayon icra hakimiyyəti başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli və 11 mart 2019-cu il tarixli, 90 nömrəli sərəncamlarından da göründüyü kimi 48 mənzilli kommunal yaşayış binası Lerik şəhərində istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, həmin sakinləri yeni abadlaşdırılmış mənzillərə köçürmək məqsədilə inşa edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 83-88-ci maddələrinin tələblərindən də göründüyü kimi yaşayış sahəsinin yerləşdiyi evin (binanın) sökülməsi ilə bağlı köçürülən kirayəçilərə əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmayaraq yaşayış sahəsi verilməlidir. Rayon icra hakimiyyəti yanında mənzil komissiyası İddiaçı rayon mənzilistismar sahəsi arasında bağlanmış icarə müqaviləsinin şərtlərini və yaşadığı yaşayış sahəsinin ümumi sahəsinin 15 kv.m olduğunu nəzərə alaraq ona və ailə üzvlərinə Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa olunmuş 48 mənzilli kommunal yaşayış binasında 3-cu blok, 1-ci mərtəbədə, yaşayış sahəsi 15,34 kv.m, ümumi sahəsi 38,30 kv.m olan 38 nömrəli 1 (bir) otaqlı mənzil verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa olunmuş 48 mənzilli kommunal yaşayış binasındakı 8(səkkiz) sayda 3(üç) otaqlı mənzildən 6 (altı) mənzilin verildiyi şəxslər barədə məlumat öz əksini tapmış, həmin məlumatları təsdiq edən sənədlər etiraza əlavə dilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İş materialarında olan İddiaçı ilə Lerik mənzil-kommunal təsərrüfatı birliyi arasında bağlanmış 01 noyabr 1996-cı il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Lerik mənzilkommunal təsərrüfatı birliyi arasında 15 kv.m yaşayış sahəsindən ibarət olmaqla 2 otaqlı mənzilə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Lerik rayon Evlər İdarəsi ilə İddiaçı arasında bağlanmış aprel 2020-ci il tarixli, 47 nömrəli müqavilənin surətindən görünür ki, Lerik şəhəri, İsmayıl Yaqubov küçəsi, ümumi sahəsi 15,0 kv.m, yaşayış sahəsi 15 kv.m olmaqla 1 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən 2 saylı kommunal evin 3 saylı mənzilinə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin “Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamının surətindən görünür ki, Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cavabdehnə 3 milyon manat ayrılmışdır. İş materialarında olan Lerik Mənzil-X3 Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 76 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamı ilə Lerik şəhərində istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Cavabdehnə ayrılmış 3 milyon manat vəsait hesabına 48 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Yaşayış binasının tikinti işləri keçmiş xəstəxana binasının ərazisində həyata keçiriləcəkdir. 1932-ci ildə yerli tikinti materiallarından istifadə edilməklə inşa edilmiş, heç bir kommunal şəraiti olmayan, tam qəza vəziyyətinə düşmüş, Lerik Mənzil-İstismar Müəssisəsinin balansındakı İsmayıl Yaqubov küçəsi-2 ünvanında yerləşən balans dəyəri 24210,0 (iyirmi dörd min iki yüz on) manat və İsmayıl Yaqubov küçəsi-3 ünvanında yerləşən balans dəyəri 25316,0 (iyirmi beş min üç yüz on altı) manat olan köhnə xəstəxananın 2 binasının sökülməsinə və balansdan silnməsinə icazə verilməsini xahiş edirik. İş materialarında olan Cavabdeh başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli Sərancamının surətindən görünür ki, Lerik şəhərinin İsmayıl Yaqubov küçəsinə bitişik sahədə, köhnə xəstəxana binasının ərazisində şəhərdaxili dövlət torpaqlarından 48 mənzilli yaşayış binasının tikintisi üçün 0,50 ha torpaq sahəsi ayrılmış və bu sahədə layihələndirilmə işlərinə razılıq verilmişdir. İş materialarında olan Cavabdeh başçısının 18 yanvar 2019-cu il tarixli, 13 nömrəli Sərancamının surətindən görünür ki, Rayon Mənzil-İstismar Müəssisəsinin balansında olan, 1932-ci ildə yerli tikinti materiallarından istifadə edilməklə inşa edilmiş, tam qəza vəziyyətinə düşmüş, İsmayıl Yaqubov küçəsi-2 ünvanında yerləşən, balans dəyəri 24210,0 (iyirmi dörd min iki yüz on) manat və İsmayıl Yaqubov küçəsi-3 ünvanında yerləşən balans dəyəri 25316,0 (iyirmi beş min üç yüz on altı) manat olan köhnə xəstəxana binalarının sökülməsinə və balansdan silinməsinə razılıq verilmişdir. İş materialarında olan Cavabdeh başçısı yanında Mənzil Komissiyasının 26 dekabr 2019-cu il tarixli, 03 nömrəli Protokolundan görünür ki, Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında 1, 2 və 3 otaqlı mənzillə təmin edilməsi nəzərdə tutulan vətəndaşalrın adlı siyahısı təsdiq edilmiş və püşkatmanın keçirilməsi təşkil edilmişdir. Həmçinin həmin Protokoldan görünür ki, iclasın sədri Habil Məlikov məlumat verərək bildirmişdir ki, Lerik şəhərində inşa edilmiş 48 mənzilli yaşayış binasında vətəndaşların mənzillə təmin olunması üçün Lerik şəhərində 1932-ci ildə inşa edilmiş köhnə xəstəxana binasında məskunlaşan sakinlərin adlı siyahısı və Lerik şəhəri, ünvan 8də yerləşən istismar müddəti başa çatmış ikimərtəbəli çoxmənzilli binada yaşayan vətəndaşların adlı siyahısı hazırlanmış, köhnə xəstəxana binasında məskunlaşan 38 nəfər, ünvan 8-də yerləşən istismar müddəti başa çatmış ikimərtəbəli çoxmənzilli binada yaşayan vətəndaş mənzillə təmin olunmalıdır. Sakinlərin ailə tərkibi, mənzil-məişət şəraiti, müvəqqəti məskunlaşdıqları yerlərdə ümumi və yaşayış sahəsi, habelə, şəhərin ünvan 8 ünvanında yerləşən binada yaşayan vətəndaşların mülkiyyətində olan mənzillərin ümumi sahəsi əsas götürülərək mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq vətəndaşlar müvafiq yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Odur ki, Komissiya Lerik şəhərində inşa edilmiş 48 mənzilli yaşayış binasında 1, 2 və 3 otaqlı mənzillə təmin olunması nəzərdə tutulan vətəndaşların adlı siyahısı təsdiq edilmiş, Həmin siyahıda İddiaçı adı da (13 nömrə ilə) qeyd edilmişdir. İş materialarında olan Cavabdeh başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X13 şəhər sakini İddiaçı ünvanlanmış xx.xx.2020ci il tarixli, 2/145 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Rayon İcra Hakimiyyəti başçısının ünvanına yazdığınız və 25 dekabr 2019-cu il tarixdə №-30/3-068/3-t/1 nömrə ilə qeydiyyata alınmış müraciətinizdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınmağınızı və yeni inşa olunmuş 48 mənzilli yaşayış binasında mənzillə təmin olunmağınıza köməklik göstərilməsini xahiş edirsiniz. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamı ilə Lerik şəhəri, ünvan 8-də yerləşən istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuş, Rayon İcra Hakimiyyəti başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli sərancamı ilə yaşayış binası inşa edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil komissiyası tərəfindən inşası başa çatdırılmış 48 mənzilli kommunal yaşayış binasında mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil fondunun uçotu təşkil edilmiş, istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş köhnə xəstəxana binasında yaşayan vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində uçota alınmaları təmin edilmiş, mənzillərin mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq aşkarlıq, şəffaflıq və sosial ədalət prinsipləri qorunmaqla püşkatma qaydasında vətəndaşlar arasında bölüşdürülməsi işi təşkil edilmişdir. Müraciətinizi və Rayon İcra Hakimiyyəti başçısı yanında mənzil komissiyasının 26 dekabr 2019-cu il tarixli, 04 nömrəli qərarını nəzərə alaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsaslanaraq Sizə püşkatma qaydası ilə 1 (bir) otaqlı mənzil təklif olunmuş, lakin Siz mənzili götürməkdən imtina etmişsiniz. Nəzərinizə çatdırırıq ki, müvəqqəti yaşamaq üçün rayon sakinlərinə verilmiş köhnə xəstəxana binasının sökülməsi və yerində yeni kommunal tikintisi nəzərdə tutulmuşdur. Sizə müvəqqəti yaşadığınız mənzil sahəsi nəzərə alınmaqla qanunamvafiq qaydada yeni inşa edilmiş 48 mənzilli binada mənzil təklif edilmişdir. Sizə təklif olunan mənzilə köçməyiniz bir daha tövsiyyə olunur. İş materialarında olan Cavabdeh başçısının 10 noyabr 2021-ci il tarixli, 210 nömrəli Sərancamının surətindən görünür ki, Lerik şəhər sakini X5 2-ci dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə mənzil uçotuna alınmışdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(048)-603/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddiaçı Lerik Mənzil-İstismar Müəssisəsinin cavabdeh İddiaçı qarşı 01 noyabr 1996-cı il tarixli kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi barədə ilkin iddiası, qarşılıqlı İddiaçı cavabdeh Lerik Mənzil-İstismar Müəssisəsinə qarşı 01 noyabr 1996-cı il tarixli müqavilənin pozulması, yeni müqaviləyə iki otaqlı mənzilin əlavə edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia təmin edilərək, iddiaçı Lerik Mənzil-İstismar Müəssisəsi ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 kv.m yaşayış sahəsinin kirayə verilməsi haqqında xx.xx.1996-cı il tarixli icarə müqaviləsinin pozulması, qarşılıqlı iddianın təmin edilərək, cavabdeh İddiaçı ilə iddiaçı Lerik Mənzil-İstismar Müəssisəsi arasında bağlanmış aprel 2020-ci il tarixli müqavilədə 15 kv.m sözlərinə iki otaqlı mənzil sözü əlavə edilməklə bağlanmış hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: (maddə 56.2.1) yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, (maddə 56.2.2) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə, (maddə 56.2.3) bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 56.5-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Həmin Məcəllənin 56.6-cı maddəsinə görə sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. Həmin Məcəllənin 56.7-ci maddəsinə görə mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Həmin Məcəllənin 83-cü maddəsi sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən vətəndaşların çıxarılması qaydalarını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən: -sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə (maddə 83.0.1); - sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə ( maddə 83.0.2); digər yaşayış sahələri verilmədən çıxarılırlar (maddə 83.0.3). Həmin Məcəllənin 84-cü maddəsinin tələblərinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda, yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə və digər hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə, həmin yaşayış sahəsindən çıxarılan vətəndaşlara kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi əsasında digər abadlaşdırılmış yaşayış sahəsi verilir. Həmin Məcəllənin 88.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla, o cümlədən ev (bina) sökülməli olduqda yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafıq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinın hüdudlarında yerləşməlidir. Həmin Məcəllənin 88.2-ci maddəsinin tələblərinə əsasən əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.9.8-ci bəndinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 1990-1995-ci illərdə Lerik qəsəbəsində vətəndaşların mənzil sahəsinə olan ehtiyaclarının ödənilməsində gərginlik yaranmış, Cavabdeh başçısı yanında Kabinet rayonda mənzil təminatı sahəsində mövcud gərginliyin azaldılması məqsədilə 1932-ci ildə inşa edilmiş Mərkəzi Xəstəxananın köhnə binasının müvəqqəti olaraq kommunal yaşayış binası kimi istifadə edilməsi ilə bağlı qərar qəbul etmişdir. Cavabdeh başçısı yanında Kabinetin 29 oktyabr 1996-cı il tarixli 13 saylı qərarına əsasən bir sıra Lerik qəsəbə sakinlərinə, o cümlədən İddiaçı Lerik şəhəri, İ.Yaqubov küçəsində 1932-ci ildə inşa edilmiş yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən köhnə xəstəxana binasında poliklinika şöbəsində ümumi sahəsi 15 kv.m, şüşəbəndi 2 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsi verilmiş və İddiaçılə Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında 15 kv.m yaşayış sahəsini icarəyə (kirayə) verilməsi haqqında 01 noyabr 1996-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Bundan əlavə Lerik şəhəri, İsmayıl Yaqubov küçəsi, ümumi sahəsi 15,0 kv.m, yaşayış sahəsi 15 kv.m olmaqla 1 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən 2 saylı kommunal evin 3 saylı mənzilinə dair Lerik rayon Evlər İdarəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı və ailə üzvləri 01 noyabr 1996-cı ildən 2018-ci ilədək ümumi sahəsi 15 kv.m olan 2 otaqlı qeyri-yaşayış sahəsində yaşamışlar. Azərbaycan Respublikası Prezidentinin “Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamı ilə Lerik şəhərində istismar müddəti başa çatmış ikimərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Lerik şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün Cavabdehnə 3 milyon manat ayrılmışdır. Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində 48 mənzilli yaşayış binasının layihələndirilməsini və tikintisini təmin etmək məqsədilə 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasının 5 korpusunun sökülməsi zərurəti yaranmışdır. Bu səbəbdən Lerik Rayon Mənzil İstismar Müəssisəsinin rəhbərliyi rayon icra hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamının icrası ilə əlaqədar mənzil istismar müəssisəsinin balansında olan, 1932-ci ildə yerli tikinti materiallarından istifadə edilməklə inşa edilmiş, tam qəza vəziyyətinə düşmüş, Lerik şəhəri, İsmayıl Yaqubov küçəsi-2 ünvanında yerləşən, balans dəyəri 24210,0 (iyirmi dörd min iki yüz on) manat və şəhərin İsmayıl Yaqubov küçəsi-3 ünvanında yerləşən balans dəyəri 25316,0 (iyirmi beş min üç yüz on altı) manat olan köhnə xəstəxana binalarının sökülməsinə və balansdan silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh başçısının 18 yanvar 2019-cu il tarixli, 13 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 05 dekabr 2018-ci il tarixli, **********36 nömrəli məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar“ın 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq şəhərin İsmayıl Yaqubov küçəsi-2 ünvanında yerləşən balans dəyəri 24210,0 (iyirmi dörd min iki yüz on) manat və İsmayıl Yaqubov küçəsi-3 ünvanında yerləşən balans dəyəri 25316,0 (iyirmi beş min üç yüz on altı) manat olan köhnə xəstəxana binalarının, o cümlədən İddiaçı və ailə üzvlərinin icarəsində olan 15 kv.m yaşayış sahəsinin yerləşdiyi korpusun sökülməsi və balansdan silinməsi təmin edilmiş, ərazi asudələşdirilmiş və tikinti layihə işləri üçün hazırlanmışdır. Köhnə xəstəxana binasının digər 3 korpusu isə sakinlər yeni inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasına köçürüldükdən sonra, 2020-ci ildə sökülmüş və balansdan çıxarılmışdır. Rayon icra hakimiyyəti başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli sərəncamı ilə yaşayış binasının tikintisi üçün Lerik şəhərinin İsmayıl Yaqubov küçəsinə bitişik sahədə, köhnə xəstəxana binalarının yerləşdiyi ərazisində şəhərdaxili dövlət torpaqlarından 0,50 ha torpaq sahəsi ayrılmış və 11 mart 2019-cu il tarixli, 90 nömrəli sərəncamla yaşayış binasının tikintisinə razılıq verilmişdir. 2019-cu il ərzində Lerik şəhərinin İsmayıl Yaqubov küçəsinə bitişik sahədə təsdiq edilmiş layihə-smeta sənədlərinə əsasən 24 bir otaqlı, 16 iki otaqlı və 8 üç otaqlı mənzil olmaqla 48 mənzilli yaşayış binasının tikinti işləri başa çatdırılmış, kommunal yaşayış binası istismara hazır vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdirılmasına dair tədbirlər haqqında” 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamından, “Xəstəxana binasının sökülməsi və balansdan silinməsi haqqında” Cavabdeh başçısının 18 yanvar 2019-cu il tarixli, 13 nömrəli sərəncamından, “tikinti üçün 0,50 ha torpaq sahəsi ayrılması və tikintiyə razılıq verilməsi haqqında” rayon icra hakimiyyəti başçısının 16 noyabr 2018-ci il tarixli, 208 nömrəli və 11 mart 2019-cu il tarixli, 90 nömrəli sərəncamlarından da göründüyü kimi 48 mənzilli kommunal yaşayış binası Lerik şəhərində istismar müddəti başa çatmış iki mərtəbəli 8 mənzilli binada və 1932-ci ildə inşa edilmiş qəza vəziyyətində olan köhnə xəstəxana binasında yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, həmin sakinləri yeni abadlaşdırılmış mənzillərə köçürmək məqsədilə inşa edilmişdir. Cavabdeh başçısı yanında Mənzil Komissiyasının 26 dekabr 2019-cu il tarixli, 03 nömrəli İclas Protokolunun qərarına əsasən Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında 1, 2 və 3 otaqlı mənzillə təmin edilməsi nəzərdə tutulan vətəndaşalrın adlı siyahısı təsdiq edilmiş və püşkatmanın keçirilməsi təşkil edilmişdir. Rayon icra hakimiyyəti yanında mənzil komissiyası İddiaçı rayon mənzil-istismar sahəsi arasında bağlanmış icarə müqaviləsinin şərtlərini və yaşadığı yaşayış sahəsinin ümumi sahəsinin 15 kv.m olduğunu nəzərə alaraq ona və ailə üzvlərinə Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa olunmuş 48 mənzilli kommunal yaşayış binasında 3-cu blok, 1-ci mərtəbədə, yaşayış sahəsi 15,34 kv.m, ümumi sahəsi 38,30 kv.m olan 38 nömrəli 1 (bir) otaqlı mənzil verilmişdir. İddiaçı isə 01 noyabr 1996-cı ildə Lerik Rayon Evlər İdarəsi tərəfindən verilmiş sənədlə ona ailə üzvləri ilə birlikdə 2 otaqlı mənzil verildiyini, 2000-ci il aprel ayından Lerik Rayon Evlər İdarəsi ilə bağlanmış 47 saylı müqaviləyə əsasən 15 kvadrat metrdən ibarət üçüncü otaq əlavə olunduğunu, 2000-ci il aprel ayından 2018-ci ilin dekabr ayınadək Lerik şəhəri, İsmayıl Yaqubov küçəsi, köhnə Mərkəzi Xəstəxanası, ev 2, mənzil 3-də ailə üzvləri ilə birlikdə 3 otaqlı mənzildə yaşadıqlarını bildirərək, ona 3 otaqlı mənzil verilməli olduğu halda, 1 otaqlı məznil verilməsi səbəbindən həmin Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa olunmuş 48 mənzilli kommunal yaşayış binasında 3-cu blok, 1-ci mərtəbədə, yaşayış sahəsi 15,34 kv.m, ümumi sahəsi 38,30 kv.m olan 38 nömrəli 1 (bir) otaqlı mənzili qəbul etməkdən imtina etmişdir. İş materiallarına əsasən, Cavabdeh tərəfindən İddiaçı ilə Lerik mənzil-kommunal təsərrüfatı birliyi arasında bağlanmış 01 noyabr 1996-cı il tarixli, həmçinin iddiaçı ilə Lerik rayon Evlər İdarəsi arasında bağlanmış aprel 2020-ci il tarixli, 47 nömrəli müqavilələrdə ona ayrılmış yaşayış sahəsinin 15 kv.metrdən ibarət olması əsas götürülərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 88.1-ci maddəsinə istinadən iddiaçıya yaşayış sahəsi 15,34 kv.m, ümumi sahəsi 38,30 kv.m olan 38 nömrəli 1 (bir) otaqlı mənzilin ayrılması qərarına gəlinmişdir. Məhkəmə qeyd olunan səbəblə İddiaçı 1(bir) otaqlı mənzilin ayrılması barədə cavabdeh inzibati orqanın gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, Mənzil Məcəlləsinin 88.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla, o cümlədən ev (bina) sökülməli olduqda yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafıq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinın hüdudlarında yerləşməlidir. Göründüyü kimi, Mənzil Məcəlləsinin 88.1-ci maddəsi vətəndaşlara ayrılmalı olan yaşayış sahəsinin ölçüsü baxımından imperativ xarakter daşımır və həmin hüquq normasında yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsinin onların əvvəl yaşadıqları yaşayış sahəsi qədər verilməli olduğu deyil, əvvəl yaşadıqları yaşayış sahəsindən az olmaması şərti təsbit olunmuşdur. Digər tərəfdən, iş materiallarında olan 01 noyabr 1996-cı il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Lerik mənzil-kommunal təsərrüfatı birliyi arasında 15 kv.m yaşayış sahəsindən ibarət olmaqla 2 (iki) otaqlı mənzilə dair icarə müqaviləsi bağlanmışdır. Həmçinin, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 oktyabr 2022-ci il tarixli, 2(048)-603/2022 saylı qətnaməsinə əsasən Lerik rayon Evlər İdarəsi ilə İddiaçı arasında bağlanmış aprel 2020-ci il tarixli, 47 nömrəli müqavilənin həmin müqavilədə 15 kv.m sözlərinə iki otaqlı mənzil sözü əlavə edilməklə bağlanmış hesab edilməsi qət edilmişdir. Lakin cavabdeh inzibati orqan İddiaçı ailə üzvlərinin 6 (altı) nəfərdən ibarət olmasını, Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli, 552 nömrəli Sərəncamının vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədini daşıdığını, iddiaçının yuxarıda adları çəkilən müəssisələrlə bağladığı müqavilələrdə iddiaçıya verilən yaşayış sahəsi 15 kv.m olsa da, 2 (iki) otaqlı mənzildən ibarət olduğunu və Mənzil Məcəllənin 88.2-ci maddəsinə əsasən 2 (iki) otaqlı mənzillə təmin olunmaq hüququna malik olmasını nəzərə almadan ona və ailə üzvlərinə 1(bir) otaqlı mənzilin ayrılmasına qərar vermişdir. Belə ki, Mənzil Məcəllənin 88.2-ci maddəsinin tələblərinə əsasən əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı yerli icra hakimiyyəti orqanında mənzil növbəsi üzrə güzəştli siyahıda uçota götürüldüyündən, səlahiyyətli qurum kimi Cavabdeh tərəfindən onun mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bütün mümkün tədbirlər görülməlidir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh balansında olan Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasında, 1-ci blok, 1-ci mərtəbədə yerləşən 5 nömrəli evin 2 (iki) otaqlı mənzilinin ona verilməsini tələb etsə də, məhkəmə məhz həmin mənzilin deyil, həmin binadan hər hansı 2 (iki) otaqlı mənzilinin ona verilməsini məqsədəmüvafiq hesab edir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh balansında olan Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasından 2 (iki) otaqlı mənzilin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh balansında olan Lerik şəhəri, İsmayıl Yaqubov küçəsində inşa edilmiş 48 mənzilli kommunal yaşayış binasından 2 (iki) otaqlı mənzilin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar