Məhkəmə qərarları › İş №2-1(120)-103/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-103/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-103/2023 23.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyəti qarşı «Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarının X7, X18, X19, X24, X20, X3 və X12 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 23 may 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi, 26 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1151F saylı şəhadətnamənin ləğv edilməsi, evinə və həyətinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X21, X27, X28, X31, X29, X4 və X25 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarının ləğv edilməsi öhdəliyinin Biləsuvar Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi qəbul olunmasını, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını, eləcə də X27 vəfat etdiyi üçün hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 24 noyabr 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əvəz olunmuş, eləcə də X27 vəfat etdiyi üçün hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştirakına xitam verilmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarının X7, X18, X19, X24, X20, X3 və X12 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, üçüncü şəxs X21 vəfat etdiyi üçün məhkəmənin 04 aprel 2023-cü il tarixli qərardadı ilə onun hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən 6 sot həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 2 otaqlı ev tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Ona həmin evin yerləşdiyi torpaq sahəsi Biləsuvar rayon “S.Vurğun” adına kolxozun 15 mart 1994-cü il tarixli, 1 saylı ümumi yığıncağın qərarı ilə verilmişdir. Buna dair Arxiv sənədlərini ərizəsinə əlavə edir. Bundan sonra qanunamüvafıq qaydada həmin evə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi adına 16 iyul 2003-cü il tarixdə 564 saylı Qeydiyyat Vəsiqəsi vermişdir. Bundan başqa həmin həyətlə bağlı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu da verilmişdir. Həmin Texniki pasportda həyətinin ölçüsü və evinin ölçüsü göstərilmişdir. Bu yaxınlarda evinə yeni qeydiyyat vəsiqəsi alarkən məlum olmuşdur ki, Aqrar İslahat Komissiyası onun mülkiyyətində olan torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edərək həmin torpaq sahəsini valideynlərinin, qardaş və bacılarının mülkiyyəti kimi göstərməklə ümumiyyətlə onun adını şəhadətnaməyə qeyd etməmişdir. Hazırda onun mülkiyyət hüququ pozulmaqla mülkiyyətində olan torpaq sahəsi qohumlarının ümumi mülkiyyətinə verilmişdir. Göründüyü kimi, qanuni mülukiyyətində olan torpaq sahəsinə verilmiş şəhadətnamə əsassız və qanunsuz tərtib edilmişdir. Həmin şəhadətnamənin ləğv edilməsi ilə bağlı DƏDRX-nə müraciət etsə də, həmin təşkilat bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi təklif etməklə imtina rəyi vermişdir. Hesab edir ki, cavabdeh təşkilatın onun tələbindən imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyəti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə verilmiş “Torpağın mülkiyyət verilməsinə dair” JN-1151F saylı Şəhadətnamənin ləğv edilməsi, həyətyanı torpaq sahəsinə və evə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddia ərizəsi ilə bağlı bildirirlər ki, Biləsuvar rayon Dövlət Arxivində saxlanılan keçmiş S.Vurğun adına kolxozun “X34”nın 48-ci səhifəsinin 87-ci sırasında “S.Vurğun” adına kolxozun 23 avqust 1980-ci il tarixli yığıncaq qərarı ilə 0.25 hektar həyətyanı torpaq sahəsi Surxay Ağayevin adına qeydə alınmışdır. Sonradan “S.Vurğun” adına kolxozun 18 fevral 1986-cı il tarixli, 1 nömrəli qərarı ilə Surxay Ağayevin istifadəsində olan 0,25 hektar torpaq sahəsinin 0.06 hektarı qarşılıqlı razılaşma əsasında kəsilərək qızı X26 istifadəsinə verilmiş və Surxay Ağayevin istifadəsində 0.19 hektar həyətyanı torpaq sahəsi saxlanılmışdır. Həmçinin S.Vurğun adına kolxozun “X34”nın 83-cü səhifəsinin 616-cı sırasında “S.Vurğun” adına kolxozun 15 mart 1994-cü il tarixli, 1 nömrəli yığıncaq qərarı ilə X26 istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsi Pakizə Ağayevanın istifadəsindən çıxarılaraq İddiaçı adına yazılmışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı ərizəsindəki iddiası ilə bağlı hər hansı bir əlavə sənəd aşkar olunmadı. Qeyd edirlər ki, iddiaçının iddia ərizəsinin xahiş hissəsindəki tələblərin cavabdeh kimi Biləsuvar Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: ünvan 3 ünvanda olan fərdi yaşayış evinin 16 mart 2003-cü il tarixli, 564 nömrəli qeydiyyat vəsiqəsi Sizin adınıza verilmişdir. Lakin 0.06 ha həyətyanı torpaq sahəsi JN-1151F saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamə ilə X5 və onun ailə üzvlərinin adına verilmişdir. Məlumat üçün bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən sənədlərdəki ziddiyyətlərə görə ərizənizin təmin edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. İş materialarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 200 nömrəli arayışında aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2020-ci il tarixli, 193 saylı ərizənizə cavab olaraq bildiririk ki, Biləsuvar rayon Dövlət Arxivində saxlanılan S.Vurğun adına kolxozun 15 may 1994-cü il 01 saylı ümumi yığıncağın və S.Vurğun adına kolxozun qaytanlanmış torpaq kitabına baxış keçirildi. Baxış zamanı məlum oldu ki, Sizin S.Vurğun kolxozunun ərazisində kolxozun xx.xx.1986-cı il 01 nömrəli ümumi yığıncağının qərarına əsasən X30 verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi ondan alınaraq S.Vurğun adına kolxozun 15 mart 1994-cü il 01 nömrəli ümumi yığıncağın qərarına əsasən Sizə təhkim olunmuşdur. Qaytanlanmış torpaq kitabının 616-cı sayında X26 adı pozularaq İddiaçı adı qeyd edilmişdir. Əlavə olaraq bildirirlər ki, qaytanlanmış kitabın 87-ci sayında Ağayeva Pakizənin atası Ağayev Surxayın adı qeyd olunmuş və onun həyətyanı torpağının 18 fevral 1986-cı il 01 nömrəli ümumi yığıncağın qərarına əsasən torpaqdan kəsilərək qızı X30 təhkim olunması barədə 87-ci sayda qeyd olunub. İş materialarında olan 23 iyun 1986-cı il tarixli aktdan və xx.xx.1986-cı il tarixli 554 nömrəli icazə sənədindən görünür ki, Biləsuvar rayonu “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il 01 nömrəli ümumi yığıncağının qərarı icra edilmiş, qeyd olunan qərarla ayrılması nəzərdə tutulan 0,06 hektar torpaq sahəsi X30 təhkim edilərək bu barədə 23 iyun 1986-cı il tarixli akt tərtib olunmuş, Puşkin (Biləsuvar) rayon X41 İcraiyyə Komitəsi həmin torpaq sahəsində iki otaqdan ibarət bir mənzilin tikintisinə icazə vermişdir. İş materialarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 564 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində, bir mərtəbəli, 2 otaqdan ibarət 26 nömrəli fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü il tarixdə qeydə alınmış, 564 nömrəli reyestr kitabına yazılmışdır. İş materialarında olan Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarından görünür ki, “S.Vurğun” adına kolxozun yerli aqrar islahatı komissiyasının 30 sentyabr 1997-ci il tarixli 06 saylı qərarı təsdiq edilmişdir. İş materialarında olan 17 oktyabr 2002-ci il tarixli “Biləsuvar rayonunun Biləsuvar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in və “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli JN-1151F saylı, Kod 80800001 olan Şəhadətnamənin surətlərindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı ilə X6, X13, X14, X22, X15, X2 və X8 ümumi birgə mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il 01 nömrəli ümumi yığıncağının qərarına əsasən X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il 01 nömrəli ümumi yığıncağın qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-1151F saylı, Kod 80800001 olan “Torpağın mülkiyyətə verilməsinə dair” X1, X13, X14, X22, X15, X2 və X8 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il 01 nömrəli ümumi yığıncağının qərarına əsasən X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il 01 nömrəli ümumi yığıncağın qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsi ilə JN-1151F saylı, Kod 80800001 olan “Torpağın mülkiyyətə verilməsinə dair” X1, X13, X14, X22, X15, X2 və X8 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 564 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində, bir mərtəbəli, 2 otaqdan ibarət 26 nömrəli fərdi yaşayış evi Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il 01 nömrəli ümumi yığıncağının qərarına əsasən X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il 01 nömrəli ümumi yığıncağın qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/8420 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, Biləsuvar rayon “S.Vurğun" adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il tarixli, 01 nömrəli ümumi yığıncagın qərarına görə X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarı əsasında İddiaçı ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin yerləşmə vəziyyətinin göstərən texniki sənədlər (plan və ölçü, cizgi və s.) təqdim edilmədiyindən sənəd üzrə ayrılmış torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçını həmin qərarla ona ayrılmış torpaq sahəsi kimi iddia etdiyi, naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən X6 istifadəsi kimi qeydə alınmış, eyni zamanda Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarı əsasında X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarı əsasında İddiaçı ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsi kimi iddia etdiyi, naturada göstərdiyi 0,06 ha torpaq sahəsinin də daxil olduğu 986 kv.metr torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarına əsasən X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarına ilə ayrılmış torpaq sahəsi kimi iddia etdiyi, naturada göstərdiyi 0,06 hektar həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən X6 istifadəsi kimi qeydə alınmış 986 kv.metr həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.. Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 564 nömrəli Qeydiyat Vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Ş.Qrubanov küçəsində, bir mərtəbəli, 2 otaqdan ibarət 26 nömrəli fərdi yaşayış evinin iddiaçının Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarına əsasən X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il tarixli, 01 nömrəli ümumi yığıncağın qərarına ilə ayrılmış torpaq sahəsi kimi iddia etdiyi, naturada göstərdiyi 0,06 hektar həyətyanı torpaq sahəsinin hüdudları daxilində, eyni zamanda Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən X6 istifadəsi kimi qeydə alınmış 986 kv.metr həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İş üzrə üçüncü şəxs X16 xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etdiyi barədə ərizəsini məhkəməyə təqdim etmiş, həmin ərizədə atası Şirindil Ağaxanovun və anası Fatma Həbibovanın vəfat etdiklərini, qardaşları Cəlal, Anar və Camal Şirindil oğlunun, Ağaxanovların və bacısı X37 Federasiyasında yaşadıqlarını, telefon əlaqəsi zamanı həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Biləsuvar rayonu “S.Vurğun” adına kolxozun 23 avqust 1980-ci il tarixli yığıncağının qərarı ilə 0.25 hektar həyətyanı torpaq sahəsi Surxay Ağayevin adına qeydə alınmış, sonradan “S.Vurğun” adına kolxozun 18 fevral 1986-cı il tarixli, 1 nömrəli qərarı ilə Surxay Ağayevin istifadəsində olan 0,25 hektar torpaq sahəsinin 0.06 hektarı qarşılıqlı razılaşma əsasında kəsilərək qızı X26 istifadəsinə verilmiş və Surxay Ağayevin istifadəsində 0.19 hektar həyətyanı torpaq sahəsi saxlanılmışdır. “S.Vurğun” adına kolxozun 15 mart 1994-cü il tarixli, 1 nömrəli yığıncaq qərarı ilə X26 istifadəsindəki hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0.06 hektar həyətyanı torpaq sahəsi Pakizə Ağayevanın istifadəsindən çıxarılaraq İddiaçı təhkim edilmiş, qeyd olunan torpaq sahəsində tikilmiş Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi, 26 ünvanlı bir mərtəbəli, 2 otaqdan ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 564 nömrəli Qeydiyyat Vəsiqəsi ilə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı “S.Vurğun” adına kolxozun 15 mart 1994-cü il tarixli, 1 nömrəli yığıncaq qərarı ilə ona verilmiş hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi, 26 ünvanlı bir mərtəbəli, 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində hüquqlarını qanuni əsaslarla əldə etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/8420 nömrəli ekspert rəyində bildirlmişdir ki, Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 564 nömrəli Qeydiyat Vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Ş.Qrubanov küçəsində, bir mərtəbəli, 2 otaqdan ibarət 26 nömrəli fərdi yaşayış evi iddiaçının Biləsuvar rayon “S.Vurğun” adına kolxozun ərazisində (əvvəl “S.Vurğun” adına kolxozun xx.xx.1986-cı il il 01 nömrəli ümumi yığıncağın qərarına əsasən X30 verilmiş) S.Vurğun adına kolxozun 15 mart 1994-cü il 01 nömrəli ümumi yığıncağının qərarı ilə ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin hüdudları daxilində, eyni zamanda həmin fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən X6 istifadəsi kimi qeydə alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, qanuni əsaslarla əldə etdiyi 0,06 hektar torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı ilə X7, X18, X19, X24, X20, X3 və X12 ayrılmış torpaq sahəsinə daxil edilmişdir. Halbuki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarına qədər İddiaçı qanunvericiliyə əsasən həmin torpaq sahəsinə artıq mülkiyyət hüququ əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunu müəyyən edir. Həmin Qanunun tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddəsinin 1-ci abzası). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “S.Vurğun” adına kolxozun yerli aqrar islahatı komissiyasının 30 sentyabr 1997-ci il tarixli 06 saylı qərarı qəbul edilərkən “S.Vurğun” adına kolxozun 15 mart 1994-cü il tarixli, 1 nömrəli yığıncaq qərarı ilə hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0.06 hektar həyətyanı torpaq sahəsinin İddiaçı təhkim edilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələbləri, yəni həmin torpaq sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi nəzərə alınmadan iş üzrə üçüncü şəxslərin mülkiyyətinə ayrılması barədə qərar qəbul olunmuş və Biləsuvar rayon Aqrar İslahat Komissiyası heç bir araşdırma aparmadan 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı ilə “S.Vurğun” adına kolxozun yerli aqrar islahatı komissiyasının 30 sentyabr 1997-ci il tarixli 06 saylı qərarını təsdiq etmiş, bununla da, iddiaçının qeyd olunan torpaq sahəsi ilə bağlı qanuni əsaslarla əldə etdiyi hüquqlarına kobud şəkildə müdaxilə emişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan o, tələbi üzrə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarının ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in 110.3-cü maddəsinə görə iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı X7, X18, X19, X24, X20, X3 və X12 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı X7, X18, X19, X24, X20, X3 və X12 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X17, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar