Məhkəmə qərarları › İş №2-1(120)-1030/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1030/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1030/2024 19.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X2, Üçüncü şəxs X2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının üçüncü şəxslər X3, X12 və X13 münasibətdə ləğv olunması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının üçüncü şəxslər X3, X12 və X13 münasibətdə ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Məhkəmə iclasında iddiaçı və 3-cü şəxs X5, onun nümayəndəsi X15 iştirak etmiş, cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh əsl cavabdeh Lənkəran şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir. İddia tələbinə İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “X24 Komissiyasının xx.xx.1998-ci il tarixli qərarında düzəliş edilərək üçüncü şəxslər X5, X17 və X8 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının üçüncü şəxslər X3, X12 və X13 münasibətdə ləğv olunması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 10 saylı qərar əsasında aqrar islahat Lənkəran rayon Veravul (2008-ci ildən Viravul) kəndində yubandığı üçün torpaq sahələrinə yalnız ilkin hüquqmüəyyənedici sənəd olan plan və ölçü sənəd (kadastr planı) verilmişdir. Ona da Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 10 saylı qərar əsasında tərtib olunmuş xx.xx.2008-ci il tarixli, AN №-042585 nömrəli plan və ölçü sənəd (kadastr planı) verilmişdir. Həmin sənəd texniki sənəd olsa da bundan başqa sənəd verilməmişdir. Həmin sənəddə fiziki şəxs olaraq yalnız onun adı göstərilmişdir. 2022-ci ilin sentyabr ayında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Komitəsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin sənədlərin qəbulu pəncərəsinə şifahi müraciət edərək Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 10 saylı qərar əsasında tərtib olunmuş 01,12.2008-ci il tarixli, AN №-042585 nömrəli plan və ölçü sənəd (kadastr planı) əsasında 4597.37 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində 1966-cı ildə tikilmiş və sonradan tərəfimdən əsaslı surətdə inşaat işləri aparmaqla yenilənmiş evə mülkiyyətə dair çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh qurum əməkdaşları tərəfindən yoxlama aparıldıqdan sonra bildirildi ki, idarələrinə məxsus elektron informasiya baza məlumatları vardır. Elektron-informasiya bazada adları qeyd edilən şəxslərin sırasında Lənkəran rayonu Veravul kəndində daimi qeydiyyatda olmayan qardaşı X4 ailə üzvləri, hazırda iddia tələbi üzrə üçüncü şəxslər X5 və övladları X17 və X8 adları vardır. Həmin şəxslər hazırda mübahisə predmetinə çevrilən torpaq üzərində yerləşən evdə doğulmamış, islahat olduğu dövrdə yaşamamış və torpaq istifadəçisi olmamışdır. Bundan sonra onunla bərabər burada doğulmuş, torpaq istifadəçisi olmuş və torpaqdan pay almaq hüququna malik bacısı Qulamova Hicran Cümşüd qızı həmin şəxslərlə bağlı aidiyyəti üzrə rəsmi qurumlara sorğular ünvanlamış və müvafiq sübutlar toplanılmışdır. 2023-ci ilin aprel ayının əvvələrində həftəçiçi Lənkəranda olmadığından baş etibarnamə əsasında həyat yoldaşı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Komitəsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin müraciətlərin qəbulu pəncərəsinə rəsmi qaydada müraciət etmişdir. Müraciət əsasında növbəyə yazılmış və növbə çatan gün cavadeh qurumun tanımadığı əməkdaşı qayınatası ilə bərabər onlara gələrək xüsusi cihazla həyətyanı torpaq sahəsini ölçərək ölçmənin nəticələri barədə onlara heç bir məlumat verməmişdir. Sonra bildirmişdir ki, özləri məlumat verəcəklər. xx.xx.2023-cü ildə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Komitəsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək həyətyanı torpaq sahəsinin ölçldüyü və məlumat verilməməsi barədə xəbər almışdır. Burada ona bildirildi ki, torpağı özümüz üçün ölçdürmüşük və sizə məlumat verə bilmərik. O, maraqlı şəxs olaraq torpaq barədə məlumat almaq səlahiyyətinə malik olduğunu və mülkiyyətə dair çıxarış verilməsini xahiş etmişdir. Bundan sonra tələsik sənədlərini qəbul etdilər və bildirdilər ki, imtina veriləcəkdir. Həmin idarədə ona bildirilmişdir ki, onlara məxsus bazada adları qeyd edilən şəxslərin şəxsiyyətini təsdiq edən vəsiqələrin təqdim edilməsi zəruridir. Onların bu hərəkətləri onda şübhələr yaratmışdır. Ona verilən siyahı üzrə şəxsiyyət vəsiqələrini təqdim etsə də, həmin siyahıda adları qeyd olunan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində daimi qeydiyyatda olan və Heydər Əliyev adına X22 Limanları İstismarı Baş İdarəsinin balansında olan Binə qəsəbəsi, Kolxozçu küçəsində yerləşən Aviaşəhərcikdə yerləşən xidməti mənzildə yaşayan üçüncü şəxslər X5 və övladları xx.xx.1993-cü il təvəllüdlü X17 və xx.xx.1994-cü il təvəllüdlü X18 şəxsiyyət vəsiqələrini təqdim etməkdən boyun qaçırmışlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrrı və Reyestri" publik hüquq şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-15004/2023 saylı bildirişlə daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatındarn alınmasından imtina edilmişdir. İnzibati orqan tərəfindən əlverişsiz inzibati akt qəbul edilmişdir. “İnzibati icraat” haqqında AR Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Üçüncü şəxs X5 qardaşı X4 həyat yoldaşıdır. Digər üçüncü şəxslər xx.xx.1993-cü ildə doğulmuş X17 və xx.xx.1994-cü il təvəllüdlü X18 birgə nikahdan doğulmuşdur. 1989-cu ildə X1 Aviasiya Mühəndisləri İnstitutunun mexanika fakültəsini bitirərək təyinatla “Azərbaycan Hava Yollarfna işə göndərilmişdir. O, 1989-cu ildən Binə qəsəbəsində yerləşən “Azərbaycan Hava Yollan” (AZAL) balansında olan 5 mərtəbəli yataqxanada yaşamış və Bakı şəhərində daimi qeydiyyatda olmuşdur. 1991-ci ildə X5 ilə faktiki nikaha daxil olduqdan üçüncü şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Veravul kənd İnzibati-Ərazi Dairəsində Nümayəndıliyində rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikaha daxil olduqdan sonra ər X15 Bakı şəhərində daimi qeydiyyatda olduğuna baxmayaraq üçüncü şəxs Veravul kənd İnzibati-Ərazi Dairəsində Nümayəndəliyi tərəfindən heç bir əsas olmadan X5 təsərrüfatbaşı kitabında atası X9 təsərrüfat siyahısına daxil edilmişdir. Üçüncü şəxs Lənkəran rayonu Viravul kənd İnzibati-Ərazi Dairəsində Nümayəndəliyi tərəfindən sorğuya cavab olaraq 1991-1996-cı illərə aid təsərrüfatbaşına kitabın saxlanılmadığı və X16 filialına verilmədiyi bildirilmişdir. 1991-1996-cı ilin təsərrüfatbaşına kitabında qanunsuz hallara yol verilmiş və həmin kitab saxlanılmamış və yaxud, X16 filialına verilməmişdir. 1996-cı ilə qədər Nümayəndəliyin yerləşdiyi binada yanğın hadisəsi də baş verməmişdir. Beləliklə, arxiv qanunvericiliyinə əsasən daimi saxlanmalı olan təsərrüfatbaşına kitab qəsdən yoxa çıxarılmışdır. Nikaha daxil olduqdan sonra qardaşı X10 həmin yataqxananın 5-ci mərtəbəsində nikah şəhadətnaməsinə əsasən ailəli olduğu üçün iki otaqlı mənzil verilmişdir. Onların ailə sayına uyğun olaraq yataqxananın kirayə xərcləri ödənilmişdir. Qardaşı ataına uşaqlarının Bakıda daimi qeydiyyatda olduğunu bildirərək, övladları doğulduqdan sonra yaşadığı Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Binə qəsəbəsinə daimi qeydiyyata saldırmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Lakin Xəzər rayonu Binə qəsəbəsində daimi qeydiyyatda olan iki övladı qeyri-qanuni olaraq Lənkəran rayonu Viravul kəndində atam X9 təsərrüfat siyahısına daxil edilmişdir. Üçüncü şəxs X5 xx.xx.1992-ci ildən 1993-cü ilin əvvəllərinə qədər atası X14 məxsus evdə yaşamış və Lənkəran rayonu Xarxatan kənd orta məktəbdə müəllim işləmişdir. Belə olan halda isə islahat dövründə yaşamadıqları və torpaq istifadəçisi olmadığı halda həmin şəxslərin təsərrüfatbaşı kitabında adları formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. X5 1993-cü ilin əvvəllərində analıq məzuniyyətinə çıxaraq Bakı şəhərinə daimi yaşamağa getmişdir. Sonradan ərizəsi əsasında Lənkəran rayonu Xarxatan kənd orta məktəbdən işdən çıxmışdır. Lakin, yataqxanada 1993-cü ilin əvvəllərindən yaşamasına baxmayaraq, burada daimi qeydiyyata düşməmişdir. xx.xx.1998-ci ildə Xəzər rayonu Binə qəsəbəsi 121 saylı tam orta məktəbə müəllim vəzifəsinə işə qəbul edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Baki şəhərində daimi qeydiyyatda olduqları və yaşadıqlarına baxmayaraq subyektiv hüquqları olmadığı halda, Lənkəran rayonu Viravul kənd İnzibati-Ərazi Dairəsində Nümayəntıliyi tərəfindən islahat dövründə atası X9 təsərrüfat siyahısında torpaqdan pay almaq hüquqları olmadığı halda adları qeyri-qanuni olaraq yaşayan şəxslər və torpaq istifadəçisi kimi Lənkəran-Aqrar- İslahat Komissiyasına təqdim edilmişdir. Halbuki aqrar-islahat haqqında torpaq qanunvericiliyin tələbinə əsasən torpaqlar həmin ərazidə yaşayan torpaq istifadəçilərinin istifadəsinə və mülkiyyətinə verilməlidir. “Aqrar islahatın əsaslan haqqında” AR Qanunun 5-ci maddəsinə əsasən İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. Üçüncü şəxs X5 ötən əsrin 90-cı illərinin sonunda Lənkəran rayonu Viravul kəndində daimi qeydiyyatdan çıxaraq Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində daimi qeydiyyata düşsə də, Lənkəran rayonu Viravul kəndinin təsərrüfatbaşı kitabında ona məxsus ailə təsərrüfatında adı saxlanılmışdır. Nümayəndəlik tərəfindən təsərrüffatbaşı kitabında vaxtında uçot aparılmamışdır. Azərbaycan Respublikası X16 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında həmin hallar ehtiva edilmişdir. Üçüncü şəxs X5 əri X4 zəif cəhətlərini bilərək, soyuqqanlı təbiətə malik olmasını habelə öz valideynlərinə, qardaş və bacılarına laqeyd münasibətindən daim bəhrələnmişdir. Daim doğma atası, qardaş və bacılarını onun gözündə kiçiltmiş, gözdən salmış əksinə, öz valideynlərini, qardaş və bacılarını heç bir əsas olmadan, tam və həqiqətəuyğun olmayan sözlər söyləməklə təlqin edərək gözündə böyütmüşdür. Ailələrinə qarşı övladlarında doğmalıq hissini itirmək üçün bizə qarşı mənfi planda daim təbliğat aparmışdır. Belə uğursuz tərbiyə nəticəsində övladları nəinki gündəlik həyatda, virtual və telefon ilə ailələrinin əksər üzvləri ilə əlaqəsi olmamışdır. X23 Ramazan bayramında və digər vaxtlarda valideynlərinin məzarlarını ziyarət etməmişdir. Üçüncü şəxs X5 təcrid etmə vəziyyəti yaratdığı üçün ailə üzvləri tərəfindən onların yaşadığı evə qonaq kimi getmirlər. X5 və övladları sözügedən həyətyanı torpaq sahəsində torpaq istəmədiklərini və kəndə gəlməyəcəklərini bildirsələr də, bu vəziyyətdən intriqa vasitəsi kimi istifadə etməkdən çəkinmirlər. Üçünçü şəxslər öz hərəkətləri ilə mənim mülkiyyət hüququmun həyata keçirilməsinə maneə olurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. O, sözügedən torpaq sahəsində yerləşən evdə doğulmuşdur. 48 ildir burada yaşayır. Atası 2000-ci ildə vəfat etdikdən sonra ailə üzvlərinin ümumi razılığı ilə təsərrüfatbaşı siyahısında təsərrüfat başçısı kimi qeyd edilmişdir. Burada yaşayaraq torpaqdan səmərəli istifadə etmişdir. Hər il vergiləri və digər ödənişləri bələdiyyə orqanına ödəmişdir. Lakin, illərdir yaşadığı torpaq sahəsinə mülkiyyət hüququnu üçüncü şəxslərə görə əldə edə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ailələrinə verilmiş payıbəlli torpaq sahəsinə aid Dövlət Aktında mərhum atası X9 payı üzrə vərəsəlik hərəkətləri aparılan zaman qardaşı X15 atalarından miras qalan bütün əmlakdan onun xeyrinə imtina məzmunlu ərizə yazaraq 5 saylı ASAN Xidmətin Notariat işçi pəncərəsində notariat qaydasında təsdiqlətmişdir. Cavabdeh inzibati orqan faktiki hərəkətsizliyə yol verdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət (müraciətə bildirişlə imtina verildiyi vaxtdan 30 günədək müddətin keçməsi) açıq-aşkar gözlənilmişdir. Faktiki xarakterli hərəkətə tələb mövcuddur. İddia mahiyyət üzrə də uğurludur, yəni əsaslıdır. Bu inzibati iş üzrə subyektiv hüquqa malikdir. Subyektiv hüquq hər hansı şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Cavabdeh Əmlak Komitəsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qaldırdığı məcburetmə haqqında iddia (İPM-in 33-cü maddəsi) mümkün iddiadır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qərarla və plan-ölçü sənədini 2020-ci ildə əldə etdiyini və digər şəxlərin adının olduğunundan xəbərdar olduğunu və pandemiya səbəbindən çıxarışın alınması üçün müraciət edə bilmədiyini qeyd etmişdir.2022-ci ildə çıxarışın alınması üçün müraciət etmiş və ona bildirmişlər ki, sizin təsərrüfatınız üzrə elektron-informasiya bazasında digər şəxslərin adı var.Və 3-cü şəxslərin adlarının elektron-informasiya sistemində elan olunduğu gündən inzibati orqana pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmişdir.Rəsmi qaydada təqdim edilən imtina aktının aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 və onun nümayəndəsi X15 iddia tələbinə etiraz etdiklərini bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, idddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçının uzun müddətdir ki, mübahisəli qərardan məlumatı vardır. Belə ki, iddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarından uzun müddətdir ki, məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1030/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(120)-1030/2024 nömrəli və xx.xx.2024-cü il tar ixli, 2-1(120)-1030/2024 nömrəli hüquqi yardım məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. Qeyd edilən hallarla bağlı iddiaçılara yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının üçüncü şəxslər X3, X12 və X7 münasibətdə ləğv olunması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının üçüncü şəxslər X3, X12 və X7 münasibətdə ləğv olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar