Məhkəmə qərarları › İş №2-1(120)-1031/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1031/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1031/2020 07.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına qarşı «xx.xx.1977-xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK- 32 müəsisəsində və X10 İdarəsində işlədiyi illər, həmçinin 1969, 1970, 1971,1972, 1973, 1974-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi iş stajı sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxxx 1955-ci ildə İmişli rayonunda anadan olmuşdur. 1969, 1970, 1971,1972, 1973, 1974-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1977xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində, xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda və xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1969-1974, xx.xx.1976-xx.xx.1977, xx.xx.1977xx.xx.1977, xx.xx.1979-xx.xx.1979, xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonunun “Jdanov” kolxozunda, xx.xx.1985-xx.xx.1997-ci illərdə “Nəsimi” kolxozunda, xx.xx.1977xx.xx.1977-ci ildə SMD-23-də, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə qum-çınqıl karxanasında, xx.xx.1979-xx.xx.1984-cü illərdə SMD-32-də (Meliorasiya idarəsində) işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1031/2020 saylı qərardadı ilə iddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialı qəbul edilməsi, iddia tələbinə isə “xx.xx.1977-xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində işlədiyi illərin, 1969, 1972, 1973, 1974, 1977, 1979, 1984, 1985, 1986, 1987, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996-cı illərdə İmişli rayon “Jdanov” və “Nəsimi” adına kolxozlarda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1031/2020 saylı qərardadı ilə iddia tələbinə xx.xx.1977-xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində işlədiyi illər, həmçinin 1969, 1970, 1971,1972, 1973, 1974-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi iş stajı sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında və digər sənədlərdə qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının əmək kitabçasında 1969-1996-cı illərdə “Jdanov” və “Nəsimi” kolxozunda işləməsi qeyd edilsədə İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 28 saylı arayışına əsasən 1969, 1972-1974, 1977-1979, 1984-1987, 1990-1996-cı illərdə “Jdanov” və “Nəsimi” kolxozunda işləməsi qeyd edilsədə yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilməmiş 1970, 1971, 1988, 1989 və 1997-ci illərin son hesablaşma kitabları, İmişli rayonu Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1977xx.xx.1979-cu illərdə İmişli PMK-23, xx.xx.1979-xx.xx.1982-ci illərdə İmişli PMK-32 və xx.xx.1982-xx.xx.1984-cü illərin Meliorasiya və Qum-Çınqıl karxanasının əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, əmək kitabçalarının notarial təsdiq edilmiş surətini və əmək kitabçalarının əslini, əmək kitabçasının notarial qaydada tərcümə olunmuş surətini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 212 nömrəli arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş İmişli rayon Dövlət arxivinin məktubuna əlavə olunmuş arayışa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı X17 xx xxxx 2020-ci il tarixli, **********613900 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X11 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun xx xxxxx 2020-ci ildə 64 yaş yarımı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 212 nömrəli arayışı ilə, 1969, 1970, 1971,1972, 1973, 1974-cü illərdə və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda işləməsi 372 nömrəli əmək kitabçası və arxiv arayışı ilə, xx.xx.1977-xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK- 32 müəsisəsində və X10 İdarəsində, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işləməsi NT-İ ******* nömrəli əmək kitabçası, həmçinin əmrlər kitabından çıxarışlar və arxiv arayışları ilə təsdiq olunur. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1969, 1970, 1971,1972, 1973-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1977xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçalarını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli, 2/1995 nömrəli məktubunda qeyd olunur ki, “vaxtı ilə İmişli rayonunda mövcud olmuş “PMK-23”, “PMK-32” müəssisələri, Meliorasiya idarəsi və Qum-Çınqıl karxanasının hal-hazırda fəaliyyəti yoxdur”. İş materiallarında olan əmrlər kitabından çıxarışdan görünür ki, X5 xx.xx.1979-cu il tarixdə İmişli “PMK-32”-yə işə daxil olması və xx.xx.1984-cü ilə kimi ayrı-ayrı vaxtlarda məzuniyyətə çıxması barədə qeydlər vardır. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 28 nömrəli arayışının məzmunundan görünür ki, iddiaçının 1969-cu ildən 1996-cı ilə qədər İmişli rayonu “Jdanov” və “Nəsimi” adına kolxozlarda işləməsi və əmək haqqı alması barədə müvafiq qeydlər vardır. Eyni zamanda iddiaçının İmişli rayonu “Nəsimi” adına kolxozda işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X6nun ifadəsi ilə də təsdiq olunur. Şahid X2 Şakir Pəsərək oğlunu tanıdığını, 1985-ci ildən 1997-ci ilə kimi birlikdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyini bildirmişdir. Həmçinin iddiaçının İmişli PMK-23-də işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X3nun ifadəsi ilə də təsdiq olunur. Şahid X1 Şakir Pəsərək oğlu ilə birlikdə İmişli PMK- 23-də birlikdə işlədiyini, İmişli PMK-23-də İddiaçı əvvəl işlədiyini, ekskavatorçu işlədiyini, 1977-ci ildə İddiaçı İmişli PMK-23-də işləməyə gəldiyini, əmək haqqlarını iş icraçısının yazdığını, mühasibin hesabladığını və kassadan aldıqlarının şahidi olduğunu bildirmişdir. İddiaçının 1969, 1970, 1971,1972, 1973, 1974, xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X9nun ifadəsi ilə də təsdiq olunur. Şahid X4 Şakir Pəsərək oğlunu tanıdığını, birlikdə İmişli rayonu “Jdanov” adına kolxozda işlədiyini, özünün fəhlə, İddiaçı isə baş mexanik işlədiyini, özünün 1985-ci ildə Ali məktəbə daxil olduğunu, 1990-cı ildə təhsilini bitirdiyini, 1990-1991-ci illərdə əmək uçotu üzrə iqtisadçı, 1992-ci ildən 1998-ci ilə kimi baş iqtisadçı işlədiyini, əmək haqqı cədvəlini, tabeli özünün tərtib etdiyini, İddiaçı inzibatçı işçi kimi işlədiyini və adam günü normalarını tam yerinə yetirdiyinin şahidi olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisələr mövcud olmuş, iddiaçı həmin müəssisələrdə işləmiş və əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının 1969, 1970, 1971,1972, 1973, 1974-cü illərdə və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1977xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçalarını və arxiv arayışını mötəbər sübut hesab edir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi İmişli rayon Dövlət Arxivinin İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 28 nömrəli arayışını da iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1969, 1970, 1971,1972, 1973, 1974cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1977xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işləməsi onun əmək kitabçalarında və arxiv arayışında qeyd olunduğu və şahid ifadələri ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 28 nömrəli arayışının məzmunundan görünür ki, kolxozun 1970, 1971, 1988, 1989 və 1997ci illərin son hesablaşma kitabları (“Jdanov” adına kolxoz-1970, 1971-ci illər, “Nəsimi” adına kolxoz 1988, 1989 və 1997-ci illər) İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli, 87 nömrəli məktubundan görünür ki, İmişli rayon PMK-23, PMK-32, Meliorasiya və Qum- Çınqıl karxanalarının sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa məhkəmə iddiaçının 1969, 1970, 1971,1972, 1973, 1974-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda və xx.xx.1985xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi əmək fəaliyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1969, 1970, 1971,1972, 1973, 1974-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda və xx.xx.1985xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi illər müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının xx xxxxxxx 2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1 bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır, əmək pensiyası hüququ verən sığorta stajın hesablanması təqvim illərində, aylarında adam günü əsasında həyata keçirilir. Kişilər üçün adam günü 260 (ikiyüz altımış), qadınlar üçün adam günü 180 (yüz səksən) gün hesablanaraq götürülür. Nəsimi və Jdanov adma kolxozda işləyən vətəndaşlara pensiya təyinatı həyata keçirilərkən əmək stajının adam günü normaları yuxarıda qeyd olunan meyarlar əsasında nəzərə alınır. İddiaçı İmişli rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 28 saylı arayışda yalnız 1987-ci il üzrə yerinə yetirilmiş adam günü norması qeyd olunmuşdur. Digər illərin isə yalnız illik qazancının məbləğləri göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı və ya hüququ yarandığı tarixə 28800 manat sosial sığorta kapitalı tələb olunur. İddiaçı əmək kitabçasına və arxiv arayışına əsasən sosial sığorta stajı o cümlədən hərbi xidmət illərini nəzərə alınmaqla ümumilikdə 25 il sosial sığorta stajı mövcuddur. Lakin kolxozda işlədiyi dövrlərin yerinə yetirilmiş adam günü normalarının olmaması və digər illərdə PMK-23, PMK-32, Meliorasiya və X20 əmr kitabları və əmək haqqı cədvəllərinin olmaması ona yaşa görə əmək pensiyasının təyin olunmasmahmkan vermir. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə iddiaçının İmişli rayonu “Jdanov” adına kolxozda və İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi illərin yerinə yetirilmiş minimum adam günü normalarının qeyd eilməməsi ilə bağlı cavabdehin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.1973-tarixli, 372 nömrəli əmək kitabçasından görünür ki, iddiaçının 1969, 1970, 1971,1972, 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda işlədiyi illərin yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilmişdir. İş materiallarında olan 118 nömrəli xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının 1987-ci ildə kolxozda işlədiyi ilin yerinə yetirilmiş minimum adam günü norması qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli, 106 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayonun Jdanov (keçmiş) və Nəsimi adına kolxozlarında kolxozçularının son hesablaşma kitablarında kolxozçuların yerinə yetirilmiş adam günü normasının yerinə yetirilməsi (1987-ci ildən başqa) qeyd olunmamışdır. İmişli rayonu üzrə kolxozlarda kişilər üçün minumum adam günü normaları 260 gün olmaqla digər kolxozlarda kolxozçunun illik qazancı onun sənətindən, peşəsindən və vəzifəsindən kolxozların illik gəlirindən aslı olaraq müxtəlif olduğu üçün və bizdə bu barədə başqa məlumatlar olmadığından kolxozçuların qazancını orta hesabla müəyyən etmək tərəfimizdən mümkün deyildir. Göründüyü kimi iddiaçının 1969, 1970, 1971,1972, 1973 və 1987-ci illərdən başqa İmişli rayonu “Jdanov” adına kolxozda və İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi digər illərə münasibətdə müvafiq kolxoz sənədlərində digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. Lakin müvafiq kolxoz sənədlərində iddiaçının həmin illərdə əmək haqqı aldığı qeyd edilmişdir. Hətta bəzi illərin (“Jdanov” adına kolxoz-1970, 1971-ci illər, “Nəsimi” adına kolxoz 1988, 1989 və 1997-ci illər) sənədləri ümumiyyətlə arxivə təhvil verilməmişdir. İddiaçının həmin illərdə minimum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. Belə olan halda, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Məhkəmənin qənaətinə görə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının İmişli rayonu “Jdanov” adına kolxozda və İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi illərin (1969, 1970, 1971,1972, 1973 və 1987-ci illər istisna olmaqla) yerinə yetirilmiş minimum adam günü normalarının müəyyən edilməsi mümkün olmaması halı iddiaçının ziyanına şərh olunmamalı, qeyd edilən illərin tam əmək ili kimi götürülməsi istisna edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus 372 nömrəli əmək kitabçasında 1969-cu ildən (14 yaşdan) iddiaçının vəzifəsi “kolxozçu” kimi qeyd edilmişdir. Məhkəmə qənaətinə görə 1969-cu ildə iddiaçının 14 yaşı olsa da, həmin ildə kolxozçu kimi əmək fəaliyyətində olmuş və işlədiyi faktiki əmək iştirakı normasına uyğun qazanc əldə etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının 14 yaşda əmək fəaliyyətində olması, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normasının tələbindən çıxış edərək belə hesab edir ki, iddiaçının 1969-cu ildəki əmək fəaliyyəti sığorta stajına daxil edilməli və pensiya təyin edilərkən nəzərə alınmalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və yaxud kolxozda işlədiyi illərin adam günü normasının müəyyən edilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının 1969, 1970, 1971,1972, 1973, 1974-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1977-xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977-xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK-32 müəsisəsində və X10 İdarəsində, xx.xx.1985xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işləməsi ilə bağlı əmək stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1977-xx.xx.1977-ci illərdə İmişli PMK-23 müəsisəsində, xx.xx.1977xx.xx.1979-cu illərdə Bəhrəmtəpə Qum-Çınqılda, xx.xx.1979-xx.xx.1984-cü illərdə PMK- 32 müəsisəsində və X10 İdarəsində işlədiyi illər, həmçinin 1969, 1970, 1971,1972, 1973, 1974-cü və xx.xx.1984-xx.xx.1985-ci illərdə İmişli rayonu “Jdanov” adına kolxozda, xx.xx.1985-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997-ci illərdə İmişli rayonu “Nəsimi” adına kolxozda işlədiyi iş stajı həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar