Məhkəmə qərarları › İş №2-1(120)-1033/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1033/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1033/2020 27.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, «xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 27 avqust 2020-ci il tarixdə, saat 11:30da məhkəməyə dəvət olunmuşlar. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq naməlum səbəblərdən nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, ümumilikdə 419546,63 manat vergi azaldılmış, azaldılmış vergi məbləğinə 209773,31 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. İş materialında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********196723 saylı qərarının surətindən görünür ki, əlavə dəyər vergisi 133427,3 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 21,0 manat azaldılmış, 3463,36 manat əlavə dəyər vergisi artıq hesablanmış, 772,5 manat əmlak vergisi artıq hesablanmışdır. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 avqust 2020-ci il tarixli, **********171200 nömrəli vəsatətində qeyd olunmuşdur ki, sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli, **********196723 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2020-ci il tarixdə **********501100 nömrəli məktubla sifarişli poçt vasitəsi ilə iddiaçının hüquqi ünvanına və xx.xx.2020-ci il tarixdə **********501100 nömrəli məktubla elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı sözügedən qərarı xx.xx.2020-ci il tarixdə saat 16:22:22-də oxumuşdur. Məlumat üçün bildiririk ki, iddiaçı iddia ərizəsi ilə yanaşı buraxılmış prosessual müddətin bərpası üçün də ərizə ilə müraciət etmişdir. Buraxılmış prosessual müddətin bərpası barədə ərizədə iddiaçının qeyd etdiyi dəlillərə münasibət bildirərək qeyd edim ki, mübahisə predmeti olan qərar iddiaçıya 2020ci ilin mart ayında deyil, yuxarıda qeyd edildiyi kimi xx.xx.2020-ci il tarixdə saat 16:22:22-də təqdim edilmişdir, yəni iddiaçı tərəfindən oxunmuşdur. Eyni zamanda qeyd edirik ki, COVİD-19 pandemiyası iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Belə ki, ölkəmizdə və dünyada bu pandemiya yayılmağa başladığı gündən ölkəmizdə heç bir dövlət orqanı fəaliyyətini tam dayandırmamışdır, əsas etibarı ilə poçt xidməti fəaliyyətdə olmuş, vətəndaşların öz lazımı ehtiyaclarını ödəməsi üçün SMS icazə sistemi yaradılmışdır. Bu nöqtei-nəzərdən də iddia ərizəsinin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində məhkəmələrə təqdim edilməsi üçün bütün lazımı şəraitlər mövcud olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının xx.xx.2020-ci il tarixdə mübahisə predmeti ilə bağlı iddia ərizəsini tərtib etdiyini nəzərə alsaq, iddiaçı tərəfindən iddia ərizəsinin təqdim olunması üçün müəyyən olunmuş iddia müddətinin (İnzibati aktın təqdim olunduğu vaxtdan 30 gün) ötürülməsi faktı birmənalı şəkildə təsdiqini tapır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 2.3.-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Sözügedən Qərara əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddianın mümkünlüyü yoxlanılarkən İPM-in 35.1-ci maddəsinə əsasən hüquqların və qanunla qorunan maraqların pozulduğunun iddia edilibedilməməsi, yəni təsvir olunub-olunmamasına diqqət edilməlidir. Bu baxımdan yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edə bilərik ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində Qanunvericilik tələb etdiyi halda hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı "xxxx" ASC-nin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi ilə əlaqədar iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edəsiniz. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 avqust 2020-ci il tarixli, **********178100 nömrəli etirazında qeyd olunmuşdur ki, iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********196723 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik: İddia ərizəsində qeyd olunmuşdur ki: “Vergi orqanı həmin akta əsasən hesablanmış vergi məbləğlərini, verilmiş mütəxəssis rəyində göstərilmiş, cəmiyyətin istifadə etdiyi, yəni istehlak olunan elektrik enerjisinə əsasən ödəmələri əsas gətirərək aylar üzrə hesablanmış istehsal həcmini hesablayaraq, həmin həcmi satış qiymətinə vurmaqla müəyyən etmişdir. Halbuki, cəmiyyət üzümün qəbulu və şərab istehsalını həyata keçirməsinə baxmayaraq, istehsal olunmuş şərab zavodun çənlərində saxlanılmaqla onun realizə edilməsi təmin edilməmiş və məhsulun çənlərdə mövcudluğuna istinad etməmizə baxmayaraq, vergi orqanı tərəfindən bu halın müəyyən edilməsi istiqaməti üzrə heç bir tədbir görülməmişdir”. Bununla əlaqədar məlumat üçün bildiririk ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********169416 nömrəli qərarına əsasən iddiaçıda (VÖEN: **********) xx.xx.2016-cı il tarixdən xx.xx.2018ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama zamanı xx.xx.2018-ci il tarixli, **********169514 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim olunmuşdur. Tələbnamədə göstərilən tarixdə vergi ödəyicisinin rəhbəri X1 təqdim etmiş və bu hal xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixli, **********171636 nömrəli "Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında Qərar çıxarılmış, xx.xx.2018-ci il tarixdə ilkin mühasibat sənədləri götürülmüş, bu hal xx.xx.2018-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Həmçinin protokolda qeyd olunmuş sənədlərdən başqa sənədlərin olmaması barədə xx.xx.2018-ci il tarixli imtina aktı tərtib olunmuşdur. Vergi yoxlaması müəssisənin direktoru X4 və baş mühasiblər X11, X10 oğlunun iştirakı ilə onların yoxlamaya təqdim etdikləri ilkin mühasibat sənədləri, "xxxx" MMC-nin eksperti X6 təqdim etdiyi xx.xx.2019-cu il tarixli rəyi və vergilərin hesablanılması üçün zəruri olan digər sənədlər əsasənda aparılmışdır. ƏDV-nin yoxlanılması üzrə qeyd edək ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozularaq "xxxx" MMC-dən (VÖEN **********) alınmış xx.xx.2017-ci il tarixli 906632 nömrəli VHF üzrə 9,0 manat, xx.xx.2017-ci il tarixli HO 379852 nömrəli VHF üzrə 9,0 manat, xx.xx.2017-ci il tarixli 498202 nömrəli VHF üzrə 12,60 manat, xx.xx.2017-ci il ttarixli HP 012973 nömrəli VHF üzrə 39,60 manat, xx.xx.2017-ci il tarixli HP 017413 nömrəli VHF üzrə 16,20 manat xx.xx.2017-ci il tarixli HO 944272 nömrəli VHF-sı üzrə 9.0 manat, xx.xx.2017-ci il tarixli HO 990616 nömrəli VHF üzrə 5,40 manat ƏDV artıq əvəzləşdirilmiş, xx.xx.2017-ci il tarixli **********1623 nömrəli YGB üzrə 980,66 manat əvəzləşdirməli olduğu halda 748,23 manat əvəzləşdirilmiş, xx.xx.2017-ci il tarixli **********39561 nömrəli YGB üzrə 7142,05 manat əvəzləşdirməli olduğu halda 6688,01 manat əvəzləşdirmişdir. "xxxx" MMC-dən xx.xx.2017-ci il tarixli HP 650571 nömrəli VHF üzrə 27,0 manat, "xxxx" ASC-dən (VÖEN **********) xx.xx.2017-ci il tarixli PH 648934 nömrəli VHF üzrə 607,49 manat ƏDV ödəniş olmadığı halda əvəzləşdirilmiş, xx.xx.2017-ci il tarixli **********3242 nömrəli YGB üzrə 9194,41 manat əvəzləşdirilməli olduğu halda 9307,82 əvəzləşdirilmişdir. "Azərbaycan Standartlaşdırma institutu" Publik hüquqi şəxsdən (VÖEN **********) alınmış xx.xx.2017-ci il tarixli HP 784296 nömrəli VHF üzrə 488,13 manat ödəniş olmadığı halda əvəzləşdirilmişdir. Həmçinin təqdim olunmuş ekspert rəyinə əsasən əlavə dəyər vergisi tutulan dövriyyənin 704436.1 manat, ƏDV 126798.49 manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə 133914,25 manat Əlavə dəyər vergisinin azaldılması, 3463,56 manat artıq hesablanılması müəyyən olunmuşdur. Təqdim olunmuş ekspert rəyinə əsasən 164692,7 litr araq, 149348,3 litr şərab istehsal olunaraq satılması və bəyənnamə üzrə 25219,5 manat aksiz vergisi hesablanılması nəzərə alınaraq (310439,4-25219,5) 285220,33 manat aksiz vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə 21,0 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən olunmuşdur. Belə ki, X2 aylıq icarə haqqı 50,0 manat olan obyekt icarəyə götürülmüş, ödənilmiş məbləğdən ödəmə mənbəyində vergi tutulmamış və 2018-ci ilin üçüncü rüb ödəmə mənbəyində tutulmuş vergi bəyənnaməsi təqdim olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-nin iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********169416 saylı qərarına əsasən, "xxxx" ASC-də 2016-2018-ci illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin səyyar vergi yoxlaması aparılmış və aparılmış yoxlamanın nəticəsi olaraq yoxlayıcı tərəfindən xx.xx.2019-cu il tarixli **********182226 saylı akt tərtib edilmiş və bunun nəticəsində, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında 30.01,2020-ci il tarixli qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Sözügedən və hazırda mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli, **********196723 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2020-ci il tarixdə **********501100 nömrəli məktubla sifarişli poçt vasitəsi ilə iddiaçının hüquqi ünvanına və xx.xx.2020-ci il tarixdə **********501100 nömrəli məktubla elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı sözügedən qərarı xx.xx.2020-ci il tarixdə saat 16:22:22-də oxumuşdur.İddiaçı həmin qərarın ləğvi barədə ilk dəfə məhkəməyə xx.xx.2020-ci tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır». Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və ya yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının mübahisə predmeti ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim etdiyini nəzərə alsaq, iddiaçı tərəfindən iddia ərizəsinin təqdim olunması üçün iddia müddətinin ötürülməsi faktı birmənalı şəkildə öz təsdiqini tapır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. İddiaçı buraxılmış iddia müddətinin üzrlü hesab edilməsinə əsas olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətində dəyişiklik olduğunu, yəni xx.xx.2020-ci il tarixindən yeni qanuni təmsilçi təyin olunduğunu, bir-sıra təhvil-təslim işləri aparıldığından qərardan gec məlumatlı olduğunu, habelə dünya və Azərbaycanda baş vermiş pandemiya ilə əlaqədar olaraq, insanların yeni “COVİD 19” adlanan virusa yoluxmasının qarşısını alınması məqsədilə müvafiq olaraq respublikada bütün dövlət orqanı vıə özəl sektorlarda işlərin dayandırıldığını və bu səbəbdən məhkəmədə hüquqlarının pozulması ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırıla bilmədiyini göstərərək iddia ərizəsi üzrə buraxılmış müddəti üzrlü hesab edərək bərpa olunmasını xahiş etmişdir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Belə ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********196723 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar iddiaçıya xx.xx.2020-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf hazırda mübahisələndirdiyi qərar barədə məlumatlı olmuş, lakin həmin qərarın ləğvi barədə məhkəməyə 2020-ci ilin iyun ayında müraciət etmişdir. İddiaçının sözügedən qərarı mübahisələndirməyə dair subyektiv hüququ qərar ona təqdim edilən vaxtdan yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktların qəbul edilməsindən 4 (dörd) aydan artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin qərardan 2020-ci ilin mart ayının ortalarında məlumatlı olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, “COVİD 19” pandemiyası iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Belə ki, ölkəmizdə və dünyada bu pandemiya yayılmağa başladığı gündən ölkəmizdə heç bir dövlət orqanı fəaliyyətini tam dayandırmamışdır, əsas etibarı ilə poçt xidməti fəaliyyətdə olmuş, vətəndaşların öz lazımı ehtiyaclarını ödəməsi üçün SMS icazə sistemi ilə hərəkətinə icazə yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi» barədə iddiası üzrə buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməməli və «qərarın ləğv edilməsi» barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi» barədə iddiası üzrə buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi» barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar