Məhkəmə qərarları › İş №2-1(120)-1033/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1033/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1033/2022 08.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə əsasən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 08 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayonu Qarakecdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.1956-cı il tarixdə 41 nömrə ilə qeydiyyatı aparılmış doğum akt qeydinə əsasən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Cavabdeh Laçın rayon qeydiyyat şöbəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Laçın rayonu, Qarakeçdi kəndində doğulmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə verilmiş, lakin məcburi köçkün düşən zaman itirilmişdir. Sonradan Laçın rayon Polis Şöbəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi əldə etmişdir. Lakin ona məxsus şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1960-cı il kimi, ata adı isə Firudin kimi göstərilmişdir. Bununla bağlı o, doğum haqqında arayışını Laçın rayon Polis Şöbəsinə təqdim edib ona məxsus şəxsiyyət vəsiqəsində təvəllüdünün xx.xx.1956-cı il kimi, ata adı isə Furudun kimi yazılmasını xahiş etsə də, Laçın rayon Polis Şöbəsi özünün 22 yanvar 2022-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, «Sizin Laçın Rayon Polis Şöbəsinə ünvanladığınız ərzənizə RPŞ-də baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, siz İddiaçı bugünədək 2 dəfə şəxsiyyət vəsiqəsi almısınız. İlk dəfə xx.xx.2005-ci il tarixdə AZE 04958119-nömrəli şəxsiyyət vəsiqəsi, Zərdab RPŞ-nin Q və ŞVQ-pu tərəfındən xx.xx.1960-cı il təvəllüdlü kimi ilk şəxsiyyət vəsiqəsi çap edilərkən, siz doğum haqqında şəhadətnamənizi təqdim etmədiyinizə əsasən Sizin doğum tarixinin xx.xx.1956-cı il təvəllüdlü deyil, texniki səf olaraq xx.xx.1960-cı il təvəllüdlü yazıldığına əsasən, xx.xx.2013-cü il tarixdə ikinci dəfə Laçın RPŞ-nin Q və ŞVQ-pu tərəfındən AZE 0*******-nömrəli şəxsiyyət vəsiqəsini dəyişdirilərkən ilk şəxsiyyət vəsiqəsinində doğum tarixinin xx.xx.1956-cı il təvəllüdlü yazılmadığına əsasən, texniki səf olaraq olaraq doğum tarixi xx.xx.1960-cı il təvəllüdlü kimi çap olunaraq dəyişdirilmişdir. Məlumat üçün bildirirlər ki, Ədliyyə Nazirliyinin Laçın rayonu üzrə qeydiyyat şöbəsinə müraciət edərək arxiv sənədləri əsasında yeni doğum haqqında şəhadətnamə alaraq, həmin doğum haqqında şəhadətnamədə doğum tarixi düzgun yazıldıqdan sonra şəxsiyyət vəsiqəsi ala bilməyinizin mümkünlüyü Sizə bir daha izah edilir. Əlavə olaraq bildirirlər ki, doğum haqqında şəhadətnamədə doğum tarixinizin düzgün yazılması ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə edilir”. Buna qədər isə o, Laçın rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir və cavabdeh təşkilat özünün 06 yanvar 2022ci il tarixli məktubu ilə ona bildirmişdir ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Tərəfimizdən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim etdiyiniz AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində soyad, adı və ata adı İddiaçı, doğum tarixi xx.xx.1960-cı il, xx.xx.1956-cı il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 41 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyad, adı və ata adı İddiaçı Furudun qızı və doğum tarixi xx.xx.1956-cı il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə uyğun yazılır. Bununla bağlı izah edirik ki, təqdim etdiyiniz sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1956-cı il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 41 saylı doğum haqqında akt qeydinə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı doğum akt qeydinə əsasən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/76-04/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Tərəfimizdən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim etdiyiniz AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində soyad, adı və ata adı İddiaçı, doğum tarixi xx.xx.1960-cı il, xx.xx.1956-cı il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 41 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyad, adı və ata adı İddiaçı Furudun qızı və doğum tarixi xx.xx.1956-cı il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyaatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə uyğun yazılır. Bununla bağlı izah edirik ki, təqdim etdiyiniz sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1956-cı il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 41 saylı doğum haqqında akt qeydinə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Bundan əlavə, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Laçın rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 152-344-1222 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Laçın Rayon Polis Şöbəsinə ünvanladığınız ərzənizə RPŞ-də baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, siz İddiaçı bugünədək 2 dəfə şəxsiyyət vəsiqəsi almısınız. İlk dəfə xx.xx.2005-ci il tarixdə AZE 04958119-nömrəli şəxsiyyət vəsiqəsi Zərdab RPŞ-nin Q və ŞVQ-pu tərəfindən xx.xx.1960-cı il təvəllüdlü kimi ilk şəxsiyyət vəsiqəsi çap edilərkən, siz doğum haqqında şəhadətnamənizi təqdim etmədiyinizə əsasən sizin doğum tarixinin xx.xx.1956-cı il təvəllüdlü deyil, texniki səf olaraq xx.xx.1960-cı il təvəllüdlü yazıldığına əsasən, xx.xx.2013-cü il tarixdə ikinci dəfə Laçın RPŞ-nin Q və ŞVQ-pu tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini dəyişdirilərkən ilk şəxsiyyət vəsiqəsinində doğum tarixinin xx.xx.1956-cı il təvəllüdlü yazılmadığına əsasən, texniki səf olaraq doğum tarixi xx.xx.1960-cı il təvəllüdlü kimi çap olunaraq dəyişdirilmişdir. Məlumat üçün bildirik ki, Ədliyyə Nazirliyinin Laçın rayonu üzrə qeydiyyat şöbəsinə müraciət edərək arxiv sənədləri əsasında yeni doğum haqqında şəhadətnamə alaraq, həmin doğum haqqında şəhadətnamədə doğum tarixi düzgun yazıldıqdan sonra şəxsiyyət vəsiqəsi ala bilməyinizin mümkünlüyü Sizə bir daha izah edilir. Əlavə olaraq bildiririk ki, doğum haqqında şəhadətnamədə doğum tarixinizin düzgün yazılması ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. İş materiallarında olan xx.xx.1956-cı il tarixdə Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 41 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Furudun qızı xx.xx.1956-cı ildə Laçın rayonu Qarakeçdi kəndində doğulmuş, akt qeydinin ata qrafasında X3, ana qrafasında X2 yazılmışdır. İş materiallarında olan Laçın rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Furudun qızı 07 oktyabr 1956-cı ildə Laçın rayonu Qarakeçdi kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1956-cı ildə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 41 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X3; Anası: X1r. İş materiallarında olan Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 29 nömrəli arayışdan görünür ki, Əlvəndova X4 rayonun Qarakeçdi kənd sakinidir. Məcburi köçkündür. Hal-hazırda Ağcəbədi-Taxtakörpü arazisində məskunlaşıb. Vətəndaş Qarakeçdi KİƏDÜN-də daimi qeydiyyatdadır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin məlumatları ilə doğum akt qeydinin məlumatlarında ziddiyyətli məlumatların olmasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin və yaxud dəyişdirilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən düzgün məlumatları özündə əks etdirən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının doğumu barədə Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 41 nömrəli, xx.xx.1956-cı il tarixli akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Firidun qızına Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 41 nömrəli doğum akt qeydinə uyğun təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Firidun qızına Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 41 nömrəli doğum akt qeydinə uyğun təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar