Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1035/2020 06.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «sosial sığorta stajının müəyyən edilərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Salyan rayonu, Arbatan kəndində doğulmuşdur. O, xx xxxxxx 1981-ci il tarixdə X4 ilə nikaha daxil olmuşdur. xx xxxx 2016-cı il tarixdə X4 vəfat etmişdir. İddiaçının mərhum əri X4 1978-1994, 1996-1997-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və 2003-2005-ci illərdə Arbatan kənd X2 işləmişdir. İddiaçı mərhum ərinin sosial sığorta stajı nəzərə alınaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli **********7 saylı məktubunda xx.xx.2018-ci il tarixli 550 və 550/1 nömrəli arxiv arayışlarına əsasən vəfat etmiş ailə başçısı X3 Arbatan, Xurşud kənd «Əzizbəyov», «Təbriz» adına kolxozlarda işləməsi və mövsümi olaraq 2003, 2004, 2005ci illərdə Arbatan kənd X2 işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün göstərilən dövrü sığorta stajı kimi nəzərə alaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını qeyd edərək, ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 1978-1998-ci illərdə Salyan rayonu «Arbatan», «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və 2003-2005-ci illərdə Salyan rayon Xurşud kənd İƏD-də işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və X6 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 xx.xx.2016-cı ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı istehsalatın müxtəlif sahələrində çalışmışdır. Belə ki, mərhum həyat yoldaşı X4 1978-1998-ci illərdə Salyan rayonu «Arbatan», «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və 2003-2005-ci illərdə Salyan rayon Xurşud kənd İƏD-də işləmiş və əmək haqqı almışdır. Lakin həmin illərdə kolxozda və Xurşud kənd İƏD-də işləməsinə dair əmək kitabçasında qeyd aparılmamışdır. O, ərizə ilə Dövlət Arxivinin Salyan filialına müraciət edərək qeyd olunan illərdə adı çəkilən kolxozlarda və Xurşud kənd İƏD-də mərhum həyat yoldaşının işləməsinə dair arxiv arayışları almışdır. O, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə Cavabdehnə müraciət etmişdir. Həmin şöbənin xx xxx 2020-ci il tarixli cavab məktubunda mərhum həyat yoldaşı X3 Salyan rayonu «Arbatan», «Əzizbəyov» və «Təbriz» adına kolxozda və Salyan rayon Xurşud kənd İƏD-də olan iş stajı əmək kitabçasında öz əksini tapmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddiaçı və Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikahın bağlanması haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının arxiv arayışlarının, mərhum X3 hərbi biletinin təsdiq olunmuş surətlərini, Salyan Rayon İHB-nin Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, ölüm haqqında şəhadətnaməni və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Cavabdeh mümayənədəsi ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının nümayəndəsinin birlikdə tərtib etdiyi aktın təsdiq olunmuş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X10 Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X10 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. xx xxxxxx 1981-ci il tarixdə X4 ilə nikaha daxil olmuşdur. xx xxxx 2016-cı il tarixdə X4 vəfat etmişdir. İddiaçının xx xxx 2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün mərhum əri X3 xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının mərhum əri X3 1978- 1994 və 1996-1997-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli arxiv arayışında və 2003-2005-ci illərdə Arbatan kənd X2 işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550/1 nömrəli arxiv arayışında öz əksini tapır. Lakin X3 1995 və 1998-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli, xx xxxxxx 2018-ci il tarixli 550/1 nömrəli arxiv arayışlarında və digər sənədlərdə öz əksini tapmır. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli arxiv arayışından görünür ki, mərhum X3 1978-ci ildə faktiki adam günü 92 gün, 1979-cu ildə faktiki adam günü 338 gün, 1980-ci ildə faktiki adam günü 363 gün, 1981-ci ildə faktiki adam günü 368 gün, 1982-ci ildə faktiki adam günü 364 gün, 1983-cü ildə faktiki adam günü 355 gün, 1984-cü ildə faktiki adam günü 224 gün, 1985-ci ildə faktiki adam günü 349 gün, 1986-cı ildə faktiki adam günü 362 gün, 1987-ci ildə faktiki adam günü 313 gün, 1988-ci ildə faktiki adam günü 274 gün, 1989-cu ildə faktiki adam günü 101 gün, 1990-cı ildə faktiki adam günü 320 gün, 1991-ci ildə faktiki adam günü 280 gün, 1992-ci ildə faktiki adam günü 313 gün, 1993-cü ildə faktiki adam günü 207 gün, 1994-cü ildə faktiki adam günü 305 gün olmuşdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli arxiv arayışından görünür ki, mərhum X4 1996-1997-ci illərdə 200 gün əmək iştirakı (adam günü) normasına görə əmək haqqı almışdır. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, mərhum X3 1978-1994 və 1996-1997-ci illərdə işləməsinə dair iddiaçının təqdim etdiyi arayışdakı məlumatlar mərhum X3 işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, mərhum X1 işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda 1978-1983-cü illərdə minimum adam günü norması kişilər üçün 220 gün, 1984-1994 və 1996-1997-ci illərdə 200 gün olmuşdur. Buna qarşılıq X4 tərəfindən minimum əmək iştirakı norması 1979-1988, 1990-1994 və 1996- 1997-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 17 il hesablanmalıldır. 1978 və 1989-cu illərə münasibətdə mərhum X4 minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Mərhum X3 həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 92 × 12 = 1104/220≈5 ay və 101 × 12= 1212/200≈ 6 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının mərhum əri X3 1978-1994 və 1996-1997-ci illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 17 il 11 ay iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, hərbi xidmət müddəti və 2003-2005-ci illərdə Arbatan kənd X2 işləyib əmək haqqı aldığı dövr nəzərə alındıqda iddiaçının mərhum ərinin 17 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, mərhum X3 1978-1994, 1996-1997-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və 2003-2005-ci illərdə Arbatan kənd X2 işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli və 550/1 nömrəli arxiv arayışlarında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, mərhum X3 1995 və 1998-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli, xx xxxxxx 2018-ci il tarixli 550/1 nömrəli arxiv arayışlarında və digər sənədlərdə öz əksini tapmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinin 14.1.2-ci bəndinə görə ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının mərhum əri X3 Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və Arbatan kənd X2 işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli və 550/1 nömrəli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının mərhum əri X3 Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və Arbatan kənd X2 işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mərhum X3 1978- 1994, 1996-1997-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və 2003-2005-ci illərdə Arbatan kənd X2 işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli və 550/1 nömrəli arxiv arayışlarında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. Mərhum X3 1978-1994, 1996-1997-ci illərdə Salyan rayonu «Əzizbəyov» və «Təbriz» adına kolxozlarda və 2003-2005-ci illərdə Arbatan kənd X2 işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2018-ci il tarixli 550 nömrəli və 550/1 nömrəli arxiv arayışlarında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov