Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1035/2022 26.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.1959-cu il tarixli, 10 nömrəli doğum akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.1959-cu il tarixli, 10 nömrəli doğum akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Laçın rayonu, Qarakeçdi kəndində doğilmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə verilmiş, lakin məcburi köçkün düşən zaman itirmişdir. Sonrdan Laçın rayon Polis Şöbəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi əldə etmişdir. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1962-ci il kimi, adı Bəsdi, ata adı isə Firidun kimi göstərilmişdir. Bununla bağlı doğum haqqında arayışını Laçın rayon Polis Şöbəsinə təqdim edib onun şəxsiyyət vəsiqəsində təvəllüdünün xx.xx.1959-cu il, adının Bəsti, ata adının isə Firudin kimi yazılmasını xahiş etsədə, Laçın rayon Polis Şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, İddiaçı bu günədək iki dəfə şəxsiyyət vəsiqəsi almışdır. İlk dəfə xx.xx.2005ci il tarixdə AZE 04038262-nömrəli ilk şəxsiyyət vəsiqəsi, Zərdab RPŞ-nin Q və ŞVQ-pu tərəfindən, xx.xx.1962-ci il təvəllüdlü kimi çap edilərkən siz doğum haqqında şəhadətnamənizi təqdim etmədiyinizə əsasən, sizin doğum tarixinin xx.xx.1959-cu il təvəllüdlü deyil, texniki səhf olaraq, xx.xx.1962 ci il təvəllüdlü yazılmışdır. xx.xx.2013-cü il tarixdə ikinci dəfə Laçın RPŞ tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi dəyişdirilərkən texniki səhf olaraq ilk şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1959-cu il təvəllüdlü yazıldığına əsasən, ikinci dəfədə doğum tarixi xx.xx.1962-ci il təvəllüdlü kimi çap olunaraq dəyişdirilmişdir. Ona Ədliyyə Nazirliyinin Laçın rayonu üzrə qeydiyyat şöbəsindən arxiv sənədləri əsasında yeni doğum haqqında şəhadətnamə alaraq, həmin doğum haqqında şəhadətnamədə, doğum tarixi düzgün yazıldıqdan sonra şəxsiyyət vəsiqəsi ala biləcəyinin mümkünlüyü izah olunmuşdur. Buna qədər isə o Laçın rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir və cavabdeh təşkilat özünün 06 yanvar 2022-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Tərəfimizdən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim etdiyiniz AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı İddiaçı, doğum tarixi xx.xx.1962-ci il, xx.xx.1959-cu il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 10 saylı doğum haqqında akt geydinin uşaq qrafasında soyad, adı və ata adı X2 və doğum tarixi xx.xx.1959-cu il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə uyğun yazılır. Bununla bağlı izah edirik ki, təqdim etdiyiniz sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1959-cu il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 10 saylı doğum haqqında akt qeydinə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur». Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Qeyd edir ki, onun barəsində doğum haqqında akt qeydi olsa da, Laçın rayon Qeydiyyat şöbəsi ona təkrar doğum haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Buna görə də hazırda seçki və digər konstitusion hüquqlarından istifadə edə bilmir. Hesab edir ki, cavabdehin ona təkrar doğum haqqında şəhadətnaməsinin verilməsindən imtinası qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdeh Neftçala rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə ünvan 1 kəndində anadan olmuş, Laçın rayonunun Qarakeçdi kəndi ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Laçın rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, 05/76-05/15 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim etdiy AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı İddiaçı, doğum tarixi xx.xx.1962-ci il, xx.xx.1959-cu il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 10 saylı doğum haqqında akt geydinin uşaq qrafasında soyad, adı və ata adı X2 və doğum tarixi xx.xx.1959-cu il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə uyğun yazılır. Bununla bağlı izah edirik ki, təqdim etdiyiniz sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1959-cu il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 10 saylı doğum haqqında akt qeydinə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə tərəfindən İddiaçı məxsus doğum akt qeydinin təqdim edilməsi üçün Laçın rayon qeydiyyat şöbəsinə sorğu verilmişdir. Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 05/76-445/11 saylı cavab məktubu göndərilərək qeyd edilmişdir ki, İddiaçı və onun qardaş və bacılarının doğumu haqqında akt qeydinin təsdiq olunmuş surəti işə əlavə edilməsi üçün Sizə göndəririk. İş materiallarında olan xx.xx.1959-cu il tarixdə Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 10 saylı doğum haqqında akt qeydindən görünür ki, uşağın adı X2, doğulduğu vaxt xx.xx.1959-cu il qeyd olunmuşdur. İş materiallarında olan Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 178 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonun Qarakeçdi kənd sakinidir. Məcburi köçkündür. Hal-hazırda Ağcəbədi- Taxtakörpü arazisində məskunlaşıb. X2 xx.xx.1959-cu ildə anadan olub. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati-Prosesul Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin məlumatları ilə doğum akt qeydinin məlumatlarında ziddiyyətlərin məlumatların olmasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin və yaxud dəyişdirilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən düzgün məlumatları özündə əks etdirən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1959-cu il tarixli, 10 nömrəli doğum akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 73-cü, 75-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Laçın rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1959-cu il tarixli, 10 nömrəli doğum akt qeydinə uyğun təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1035/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1035/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver