Məhkəmə qərarları › İş №2-1(120)-104/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-104/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-104/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cəlilabad rayon İcra Hakimiyyəti və "xxxx" MKM üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərara alınmışdır. Sonradan İddiaçı nümayəndəsi X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “torpaq sahəsinin plan və ölçü sənədlərinə əsasən mərzçəkmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdırlar ki, Cəlilabad rayon Babalı kəndində ailəsi ilə bərabər yaşayır. O, əkinçilik və heyvandarlıqla məşqul olmaqla ailəsini dolandırır. Aparılmış torpaq sahəsinin baş planı, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 14 iyul 2017-ci il tarixli, 77 saylı sərəncamı, 25 iyul 2017-ci il tarixli, 312 saylı icarə müqaviləsi əsasında 10 ha ehtiyat fondu (əkin) icarə torpaq sahəsinə adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ona 20 fevral 2018-ci il tarixdə **********01 reyestir nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin cizgi və ölçü planı ilə konkret ölçülər əsasında qonşuluq prinsipi ilə hər bir vətəndaşın torpaq sahəsinin hüdudları müəyyənləşdirilmişdir. Xüsusi cizgi planları əsasında edilərək torpaqdan istifadə edilməsinə dair ona çıxarış verilmişdir. Lakin bu sahədə ilk təşəbüs olduğundan vətəndəşlar arasında torpaq sahələrinin ölçüləri qarışdırılmış, naturada müəyyənləşməmiş torpaq sahələri ilə çıxarışlar arasında uyğunsuzluqlar vardır. İddia edilən bu torpaq sahəsi də məhz belə üyğunsuzluqa məruz qalmışdır. İşin faktiki hallarına uyğun olaraq ona verilmiş torpaq sahəsinin ölçüləri dəqiq müəyyənləşdirilmədiyindən bir torpaq sahəsinə iki vətəndəş üçün çıxarış verilmişdir. Çıxarış verilərkən yerində Torpaq sahəsinin planı və ölçüsünə əsasən ölçü işləri aparılarkan sərhədlər dəqiq müəyyən edilməmiş, ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsi hüdudları daxilində az və ya çox müəyyən edilmişdir torpaq çıxarışı ilə ona verilməsinə bəxmayaraq həmin torpaq sahəsi digər çıxarış ilə bəşqasınada verilmişdir. Nəticə də bir torpaq sahəsi eyni zamanda iki şəxsə verilmiş, qonşu kimi ölçülər düzgün müəyyən edilmədiyindən yerində torpaq sahəsi çıxarışında göstərilən 10 ha azdır və ya torpaq sahəsi qonşunun sahəsinə düşmüşdür. Belə hallar Mülki Məcəllədə əksini tapmış qonşuluq münasibətlərinə təsir göstərməklə onlar müvafiq olaraq istifadə və digər hüquqların pozur. Ölçü işlərini yerində ixtisasi şəkildə aparılmamış və torpaq sahəsini neqativ hallar əsasında müəyyən edilməsi, habelə vətəndəşləarın narazlıqlarının yaranmasına səbəb olmuşdur. Buna görədə o bu narazılıqların aradan qaldırılmasından ötəri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə 07 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Onun ərizəsinə cavab olaraq 17 iyul 2021-ci il tarixdə bildirmişdir ki, bu mübahisəli məsələni yalnız məhkəmə qaydasında həll edilməlidir. Ona görə də o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 77 nömrəli sərəncamından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli, **********42 nömrəli məktubu nəzərə alınaraq rayonun X11ndan 14.0 ha torpaq sahəsi əkin məqsədi ilə Babalı kənd sakini İddiaçı icarəsinə verilmişdir. İş materialında olan Calilabad rayon İcra Hakimiyyəti başçısı X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 312 nömrəli icarə müqaviləsindən görünür ki, hər il üçün 160 manat icarə haqqı olmaqla, Cəlilabad rayonu babalı kəndi ərazisindən 14 ha torpaq sahəsi 40 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materialında olan torpağa mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan, görünür ki, Cəlilabad rayonu ərazisindən 14 ha torpaq sahəsi torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, A№ 247354 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cəlilabad rayonu X11 torpaqlarından Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 77 nömrəli sərəncamına əsasən İddiaçın verilmişdir. İddiaçının hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 77 nömrəli sərəncamına əsasən, torpağa mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş Cəlilabad rayonu ərazisindən 14 ha torpaq sahəsi torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçıya tanıtdırılmasıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubundan bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünavnladığınız 07 iyul 2021-ci il tm x!i ərizənizə cavab olaraq bildiririk ki, torpaq sahəsinin baş planı, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 14 iyul 2017-ci il tarixli, 77 saylı sərəncamı, 25 iyul 2017-c: j| tarixli, 312 saylı icarə müqaviləsi əsasında 10 ha ehtiyat fondu (əkin) icarə torpaq sahəsinə adınıza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 20 fevral 2018-ci il tarixdə **********01 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsi daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsi Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Odur ki, torpaq mübah isəsinin həlli ilə əlaqədar Azərbaycan Respubli Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən aidiyyatı üzrə Məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/5897 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Alılı və Mollalı ərazisində İddiaçı **********01 ve **********82 reyestr nömrəli Çıxarışların "Torpaq sahəsinin planı və ölçüsü’ sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən icarəyə verilmiş iki hissəli cəmi 14,0 ha (Alılı-10,0 ha ve Molialı-4,0 ha) torpaq sahəsinin naturada yerləşmə və faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planlarında ayrı-ayrılıqda gösterilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 77 nömrəli sərəncamı ilə İddiaçı Zerbəli oğlunun icarəsinə ayrılmış 14,0 hektara (10,0 ha və 4,0 ha) aid olan 312 saylı Torpaq icarəsi müqaviləsinin 1.2 bəndinə əsasən məkan göstəricilərinin (koordinatlarının) olmaması səbəbindən bu torpaq sahələrinin hansı koordinatlarda yerləşməsini, mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşməsini və müqayisəli tərzdə araşdırıb ilkin torpaqayırma sənədi ilə qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Alılı ərazisində “Sahib-FM" MMC-nin icarəsində olan 39,8 ha torpaq sahəsinin faktiki istifadə kimi plana alınmış (iddiaçının iddia etdiyi) mübahisələndirilən 1,07 ha hissəsindən 0,0960 hektaradək hissəsinin **********01 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşür) yerləşdiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Alılı ərazisində İddiaçı **********01 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin Planı və Ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən icarəyə verilmiş 10,0 ha torpaq sahəsinin 7,96 ha hissəsi faktiki istifadə kimi plana alınmış cəmi 9,46 ha olan ərazinin hüdudları daxilində, qalan 1,47 hektaradək hissəsi isə Çıxarışla icarəyə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Mollalı ərazisində isə X4 **********82 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən icarəyə verilmiş 4,0 ha torpaq sahəsinin 3,85 ha hissəsinin faktiki istifadə kimi plana alınmış 3,91 ha ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, torpaq sahəsinin plan və ölçü sənədlərinə əsasən mərzçəkmə işlərinin aparılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Torpaq sahəsinin plan və ölçü sənədlərinə əsasən mərzçəkmə işlərinin aparılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar