Məhkəmə qərarları › İş №2-1(120)-1040/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1040/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1040/2022 13.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsinə qarşı “torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı, xx.xx.2007-ci il tarixli, 14 saylı, xx.xx.2005-ci il tarixli, 7 saylı, xx.xx.2005-ci il tarixli, 6 saylı və xx.xx.2007-ci il tarixli, 04 saylı qərarların ləğv edilməsi, eləcə də bələdiyyənin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu Cavadxanlı kənd sakinlərinin daxil olmuş çoxsaylı kollektiv müraciətlərində bələdiyyə mülkiyyətinə aid ümumi örüş torpaq sahələrinin kənd sakinlərinə qanunazidd şəkildə uzun müddətə icarəyə verildiyi qeyd edilmişdir. Araşdırma zamanı və materiala əlavə edilmiş İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən regional idarəyə daxil olmuş sənəddən görünür ki, Cavadxanlı kəndinin hüdudları daxilində bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində göstərilmiş eksplikasıya cədvəlində bələdiyyənin mülkiyyətində 272.94 ha örüş sahəsinin hamısının “ümumi istifadədə” olduğu qeyd edildiyinə baxmayaraq, bələdiyyənin müvafiq qərarları, habelə bir neçə halda isə hərrac və ya müsabiqədən kənar BEF-na aid örüş torpaq sahəsi kimi kənd sakinlərinə qanunvericiliyin tələblərinə zidd olaraq icarəyə ayrılmışdır. Beləliklə, bələdiyyəyə aid 25 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X1 adına ayrılmış və bələdiyyə ilə Ə.Fətullayev arasında xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Bələdiyyəyə aid 4 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə əkin məqsədilə X11 adına ayrılmış və bələdiyyə ilə S.Mənəfov arasında xx.xx.2007-ci il tarixli, 15 saylı icarə müqaviləsi imzalanmışdır. Bələdiyyəyə aid 25 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə əkin məqsədilə X12 adına ayrılmış və bələdiyyə ilə Ə.Şükürov arasında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Bələdiyyəyə aid 5 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X6 adına ayrılmış və bələdiyyə ilə F.Məmmədov arasında icarə müqaviləsi imzalanmışdır. Bələdiyyəyə aid 17 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 7 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X5 adına ayrılmış və bələdiyyə ilə H.Məmişov arasında xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Bələdiyyəyə aid 25 ha torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X14 adına ayrılmış və bələdiyyə ilə A.Mənəfov arasında xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Bələdiyyənin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə X7 40 ha örüş torpaq sahəsi ayrılmış və həmin tarixdə bələdiyyə ilə Ə.Şükürov arasında 20 illik icarə müqaviləsi imzalanmışdır. Bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid cəmi 65.0 ha örüş torpaq sahəsi X19 ayrılmış, bələdiyyə ilə R.Şükürov arasında həmin tarixdə 20 illik icarə müqaviləsi imzalanmışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarlarının ləğv edilməsi üçün İddiaçı tərəfindən Qaralar bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, F-456 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (01 saylı protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci və 4.0.9-cu maddələrinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, habelə bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək səlahiyyətlərinə malikdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar mütləq təqdim olunan bələdiyyə aktlarındandır. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 5 iş gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Ədliyyə Nazirliyinin İmişli regional ədiiyyə idarəsi İmişli rayonu Qaralar Bələdiyyəsinə qarşı torpaq sahələrinin icarəyə verilməsinə dair qərarların ləğv edilməsi barədə iddia ərizəsi vermişdir. İmişli rayonu Qaralar Bələdiyyəsi iddiaçının tələbi ilə razı deyildir. Belə ki, həmin iddia tələbi mövcud qanunvericiiyə əsaslanmamışdır. İddia ərizəsində bələdiyyəyə aid 25 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 6 saylı qararı ilə heyvandarlığın inkişafı məqsədilə X1 adına ayrılması, bələdiyyəyə aid 4 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə əkin məqsədilə X11 adına ayrılması, bələdiyyəyə aid 25 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə əkin məqsədilə X12 adına ayrılması, bələdiyyəyə aid 5 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X6 adına ayrılması, bələdiyyəyə aid 17 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 7 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X5 adına ayrılması, bələdiyyəyə aid 25 ha torpaq sahəsinin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X15 adına ayrılması, bələdiyyənin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə X8 40 ha örüş torpaq sahəsinin ayrılması, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid cəmi 65.0 ha örüş torpaq sahəsinin X19 ayrılması barədə qərarların ləğv edilməsi xahiş edilir. Göstərilir ki, yuxarıda qeyd olunan bələdiyyə qərarlarının ləğv edilməsi üçün İddiaçı tərəfindən Qaralar bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, F-456 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu təmin edilməmişdir. Birincisi, iddia qaldırılması üçün qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2-ci maddəsində ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələblərı üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddia ərizəsində bələdiyyənin 2005-2007-ci illərə aid qərarlarının ləğv edilməsi xahiş edilir. Göründüyü kimi, həmin qərarların verilməsindən 16 ildən yuxarı müddəyt keçməklə onların ləğvi üçün iddia müddətləri də keçmişdir. İkincisi, iddia ərizəsində sadalanan şəxslərlə aid bələdiyyə qərarlarının ləğvi barədə tərəflərindən məhkəmədə iddia qaldırılmış, lakin İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamələri ilə bələdiyyənin tələbləri təmin edilməmişdir. Həmin qətnamələr qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3, X20, X21, X16, X22, X13 və X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsinin nümayəndələri və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bununla belə İddiaçı nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndində yay və qış otlaqlarının, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilməsi qeyd olunsa da, qanuynverici icarə müddəti başa çatdıqda, müqavilə müddətinin uzadıla bilməsini istisna etməmişdir. İş materiallarında olan 07 aprel 2005-ci il tarixli, 6 saylı iclas protokolundan çıxarışın və 08 aprel 2005-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə İmişli rayonu Cavadxanlı kənd sakini X2 25 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə Ə.Fətullayev arasında xx.xx.2005- ci il tarixdə 35 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 07 aprel 2005-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarışın və 08 aprel 2005-ci il tarixli “torpaq icarəsi” müqaviləsinin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı ilə örüş məqsədilə Bakı şəhər sakini X19 65 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə R.Şükürov arasında xx.xx.2005- ci il tarixdə 20 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 26 aprel 2005-ci il tarixli, 07 saylı iclas protokolundan çıxarışın və 26 aprel 2005-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə İmişli rayonu Cavadxanlı kənd sakini X9 17 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə H.Məmişov arasında xx.xx.2005-ci il tarixdə 35 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 09 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışın və 09 aprel 2007-ci il tarixli “torpaq icarəsi” müqaviləsinin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə örüş məqsədilə İmişli rayonu Cavadxanlı kənd sakini X8 40 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə Ə.Şükürov arasında xx.xx.2007-ci il tarixdə 20 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 05 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışın və 06 dekabr 2007-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin 05.11,2007-ci il tarixli, 14 saylı qərarı ilə əkin məqsədilə İmişli rayonu Cavadxanlı kənd sakini X17 4 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə S.Mənəfov arasında xx.xx.2007-ci il tarixdə 15 illik 15 saylı icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 05 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışın və 05 noyabr 2007-ci il tarixli 21 saylı “torpaq icarəsi” müqaviləsinin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin 05.11,2007-ci il tarixli, 14 saylı qərarı ilə əkin məqsədilə İmişli rayonu Cavadxanlı kənd sakini X18 25 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə Ə.Şükürov arasında xx.xx.2007ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 05 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışın və 05 noyabr 2007-ci il tarixli “torpaq icarəsi” müqaviləsinin surətlərindən görünür ki, İmişli rayonu Cavadxanlı bələdiyyəsinin 05.11,2007-ci il tarixli, 14 saylı qərarı ilə örüş məqsədilə İmişli rayonu Cavadxanlı kənd sakini X10 5 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzrə bələdiyyə ilə F.Məmmədov arasında xx.xx.2007- ci il tarixdə 30 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan, Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçınə ünvanladığı 29 dekabr 2021-ci il tarixli, **********81 nömrəli və İddiaçı tərəfindən Qaralar bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, F-456 saylı məktublardan görünür ki, kənd sakinlərinin ərizələri əsasında İmişli rayonu Cavadxanlı (hazırki Qaralar) bələdiyyəsinin mülkiyyətində olan 272,94 hektar örüş torpaq sahəsi üzrə araşdırma aparılmış, Cavadxanlı (Qaralar) bələdiyyəsi tərəfindən hazırki iş üzrə üçüncü şəxslərə torpaq sahələri icarəyə verilərkən qanunvericiliyin pozulması hallarına yol verildiyi aşkar olunmuş, bununla əlaqədar iddiaçı cavabdehə yuxarıda qeyd edilən xx.xx.2005-ci il tarixli, 6 saylı, xx.xx.2005-ci il tarixli, 06 saylı, xx.xx.2005-ci il tarixli, 07 saylı, xx.xx.2007-ci il tarixli, 04 saylı və 05 noyabr 2007-ci il tarixli, 14 saylı qərarların ləğv edilməsini, həmin qərarlar əsasında bağlanmış icarə müqavilələrinə xitam verilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət olunmasını təklif etmiş, təklifin 5 iş günündən gec olmayaraq müzakirə olunması və qəbul edilmiş qərarın bir surətinin 5 iş günündən gec olmayaraq İddiaçınə göndərilməsi cavabdehdən tələb olunmuşdur. İş materiallarında olan Qaralar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclas protokolundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, F-456 saylı məktubu “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq bələdiyyə iclasında müzakirə olunmuş, ləğv edilməsi tələb olunan xx.xx.2005-ci il tarixli, 6 saylı, xx.xx.2005-ci il tarixli, 06 saylı, xx.xx.2005-ci il tarixli, 07 saylı, xx.xx.2007-ci il tarixli, 04 saylı və 05 noyabr 2007ci il tarixli, 14 saylı qərarların qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 mart 2021-ci il tarixli, 2(036)-499/2021, 2(036)-500/2021, 2(036)-502/2021, 2(036)-503/2021 və 2(036)-504/2021 nömrəli qətnamələrindən görünür ki, Qaralar bələdiyyəsi Cavadxanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarı ilə X2 heyvandarlığın inkişafı məqsədilə verilmiş 25 ha torpaq sahəsi üzrə 35 il müddətinə bağlanmış xx.xx.2005-ci il tarixli, Cavadxanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı ilə X19 örüş məqsədilə verilmiş 65 ha torpaq sahəsi üzrə 20 il müddətinə bağlanmış xx.xx.2005-ci il tarixli, Cavadxanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X9 verilmiş 17 ha torpaq sahəsi üzrə 35 il müddətinə bağlanmış xx.xx.2005-ci il tarixli, Cavadxanlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə örüş məqsədilə X8 verilmiş 17 ha torpaq sahəsi üzrə 20 il müddətinə bağlanmış xx.xx.2007-ci il tarixli, Cavadxanlı bələdiyyəsinin 05.11,2007-ci il tarixli, 14 saylı qərarı ilə örüş məqsədilə X10 verilmiş 5 ha torpaq sahəsi üzrə 30 il müddətinə bağlanmış xx.xx.2007-ci il tarixli “icarə müqavilələrinin ləğvi, onlara dair bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin örüş-otlaq sahələrindən çıxarılması və torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması” barədə iddia tələbləri təmin edilməmiş, həmin qətnamələrdə mübahisələndirilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktları olduğu qeyd edilmiş (6.1.3) və həmin Qanunun 5-ci maddəsində isə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olmasının inzibati nəzarət icraatının başlanması üçün əsas olduğu göstərilmişdir. Lakin, iş materiallarından göründüyü kimi, İmişli rayonu Cavadxanlı (hazırki Qaralar) bələdiyyəsinin 2005-2007-ci illərdə qəbul etdiyi qərarlar üzrə buna inzibati nəzarəti həyata keçirməli olan və həmin qərarlar qanunvericiliyə uyğun olmadığı halda, inzibati nəzarət icraatına başlamalı olan inzibati orqan 15 il müddətində bu qərarları mübahisələndirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsinə qarşı “İmişli rayonu Cavadxanlı (hazırki Qaralar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı, xx.xx.2007-ci il tarixli, 14 saylı, xx.xx.2005-ci il tarixli, 7 saylı, xx.xx.2005-ci il tarixli, 6 saylı və xx.xx.2007-ci il tarixli, 04 saylı qərarların ləğv edilməsi, eləcə də, bələdiyyənin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının qərarının ləğv edilməsi tələbinə dair iddiası əsassızdır və həmin qərarların qəbul edilməsində qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsinə qarşı “torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qərarların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh İmişli rayonu Qaralar Bələdiyyəsinə qarşı “torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qərarların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar