Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1040/2025 16.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən 10 dekabr 1960-ci ildə tərtib edilmiş 117 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat bəndinin soyadı hissəsində soyadının “Əliyeva”-dan “Əliyev”-ə, adının “Maxura”dan “Mahur”-a, cinsinin isə “qadın”- dan “kişi”-yə düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən 10 dekabr 1960-ci ildə tərtib edilmiş 117 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat bəndinin soyadı hissəsində soyadının “Əliyeva”-dan “Əliyev”-ə, adının “Maxura”-dan “Mahur”-a, cinsinin isə “qadın”dan “kişi”-yə düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-ci ildə Sabirabad rayonunun Türkədi kəndində anadan olmuşdur. Atası 1930-cı ildə Sabirabad rayonunun Türkədi kəndində anadan olmuş X9, anası isə 1934-cii ildə Sabirabad rayonunun Türkədi kəndində anadan olmuş X7r. Onların nikahlarından xx.xx.1955-ci ildə X10, xx.xx.1960-cı ildə o, yəni İddiaçı, xx.xx.1964-cü ildə X11, xx.xx.1967-ci ildə X21 və xx.xx.1971-ci ildə Nümayəndə anadan olub. X4 xx.xx.2011-ci ildə Sabirabad rayonun Türkədi kəndində anası X15 xx.xx.2015-ci ildə Sabirabad rayonun Türkədi kəndində vəfat edib. O doğum haqqında şəhadətnamə ilə təmin edilərək SSSR posportu, daha sonra hərbi xidmətdə olaraq hərbi bilet, daha sonra isə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. xx.xx.1992-ci ildə Əliyeva (Süleymanova) Seyidxanım Mirqiyas qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və nikahları Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən 30 nömrə ilə rəsmiləşdirilib. Birgə nikahımızdan xx.xx.1990-cı ildə Sevda. xx.xx.1992-ci ildə isə Rəna adlı uşaqları anadan olum. Doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmiş və orada araşdırdıqdan sonra ona bildirmişlər ki, həmin ildə 117 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində uşağın soyadı “Əliyeva”, adı “Maxura”, ata adı “Şirin”, cinsi “qadın”, doğum tarixi “xx.xx.1960-cı il”, ana bəndində isə “X15” yazılmışdır. Yani doğum tarixi, ata adı və anasının soyadı, adı və soyadı uyğun gəlsə də, soyadı “Əliyeva” adı “Maxura” və cinsi “qadın” yazıldığı üçün ona təkrar doğum haqqında şəhadətnamə verilmədi, doğum haqqında akt qeydinə düzəliş edilməsinə dair verdiyi ərizə isə təmin edilməyərək ona bundan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-05/17xx-xx/2024 saylı rəy əsasında düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Cavabdeh iddiaçıya verdiyi xx.xx.2024-cü il tarixli 3-16-05/17-xx-xx/2024 nömrəli rəydə göstərilmişdir ki, Vətəndaş İddiaçı 27 mart 2024-cü ildə Cavabdehnə müraciət edərək Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən barəsində xx.xx.1960-cı ildə tərtib edilmiş 117 saylı doğum haqqında akt qeydində soyadının “Əliyeva”-dan “Əliyev”-ə, adının “Maxura”-dan “Mahur”-a, cinsinin isə “qadın”-dan “kişi”-yə düzəliş edilməsini xahiş etmişdir.İddiaçı vəsatətində 03 noyabr 1960-cİ ildə Sabirabad rayonunun Türkədi kəndində anadan olduğunu, doğumunun xx.xx.1960-cı ildə Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən 117 saylı doğum haqqında akt qeydi əsasında qeydə alındığını, ona 11-İE seriyalı 066248 nömrəli doğum haqqında şəhadətnamə verildiyini, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edildiyini, hərbi xidmətdə olaraq NZ seriyalı ******* nömrəli hərbi bilet əldə etdiyini, xx.xx.1992-ci il tarixdə Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən 30 saylı nikah haqqında akt qeydi ilə Əliyeva (Süleymanova) Seyidxanım Mirqiyas qızı ilə aralarında olan nikahın rəsmiləşdirildiyini, xx.xx.1990-cı ildə Sevda, xx.xx.1992-ci ildə isə Rəna adlı uşaqlarının anadan olduğunu, adının Mahir olması səbəbindən yeni şəxsiyyət vəsiqəsi almaqdan ötrü Sabirabad regional “ASAN xidmət” mərkəzinə müraciət edərkən ondan doğum haqqında şəhadətnamə istənildiyini, lakin doğum haqqında şəhadətnaməni itirdiyi üçün təkrar doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət edərək doğum haqqında akt qeydinda soyadının “Əliyeva” adının “Maxura”, cinsinin isə “qadın” yazılmasının məlum olduğunu əsas gətirmişdir. Təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış, bu məqsədlə də, Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən 10 dekabr 1960-cı ildə tərtib edilmiş 117 nömrəli doğum haqqında akt qeydinə baxış keçirilmiş və həmin sözü qeyd akt qeydinin uşaq bəndində uşağın soyadının “Əliyeva”, adının “Maxura”, ata adının “Şirin”, cinsinin “qadın”, doğum tarixinin xx.xx.1960-cı il, neçə uşaq doğulmuşdur bəndində “01”, diri və ya ölü doğulmuşdur bəndində “diri”, neçənci uşağı doğulub bəndində “3”, onlardan sağ qalanlar bəndində “3”, ana bəndində ananın soyadının “Əliyeva”, adının “Fatma”, ata adının “Səməd”, milliyətinin “azərbaycanlı”, məlumat verənin familiyası, ünvanı və imzası bəndində “Əliyev Şirin” və xüsusi qeydlər bəndində isə ananın deməsinə görə uşaq “Əliyev Şirindəndir” yazılması müəyyənləşdirilmişdir. Belə olan halda doğum haqqında akt qeydi ilə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi, NZ seriyalı ******* nömrəli hərbi bilet, Sabirabad RİHB-nın Yolçubəyli KİN-nin xx.xx.1992-ci il tarixli 30 saylı nikah, xx.xx.1990-cı il tarixli 118 saylı və xx.xx.1992-ci il tarixli 196 saylı doğum haqqında akt qeydlərindəki ziddiyətləri məqamlara aydınlıq gətirilməsinə kifayət qədər sübutlar təqdim edilməməsi səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.Azərbaycan Respublikasının Ailə Məcəlləsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları əsas tutaraq. İddiaçı Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən barəsində xx.xx.1960-cı ildə tərtib edilmiş 117 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Əliyeva”-dan “Əliyev”-ə, adının “Maxura”-dan “Mahur”-a, cinsinin isə “qadın”dan “kişi“-yə düzəliş edilməsi barədə vəsatətinin təminindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-70-36/2- 193/2024 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən hal-hazırda Sabirabad rayonu Yolçubəyli kənd İƏD-nin Türkədi kəndində yaşayır. İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-cı ildə ünvan 1ində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.1992-cı ildə nigah bağlanmışdır. Nigahdan sonra ikinci tərəf Əliyeva soyadını götürmüşdür. İşdə olan НЗ №4031991 nömrəli, xx.xx.1979-cu il tarixli həbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətdə olmuşdur İşdə olan XV-ЖГ №306731 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1990-cı il tarixdə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə X8 qeyd edilmişdir. İşdə olan XVİ-ЖГ №487244 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1992-cı il tarixdə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə X2 qeyd edilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 14 may 2024-cü il tarixli, 3-16-5/6- 194/24 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdehnə 14 may 2024-cü ildə daxil olmuş İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə 2-1(120)-3459/2024 saylı 30 aprel 2024-cü il tarixli sorğu ilə bağlı Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən xx.xx.1960-cı ildə tərtib edilmiş 117 saylı doğum, xx.xx.1984-cü il tarixli 26 saylı nikah, xx.xx.1985-ci il tarixli 123 saylı doğum, xx.xx.1987-ci il tarixli 15 saylı doğum, xx.xx.1990-cı il tarixli 118 saylı doğum, xx.xx.1992-ci il tarixli 11 saylı doğum, xx.xx.1992-ci il tarixli 01 saylı atalığın müəyyən edilməsi, xx.xx.1992-ci il tarixli 16 saylı nikahın pozulması, xx.xx.1992-ci il tarixli 30 saylı nikah və xx.xx.1992-ci il tarixli 196 saylı doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri göndərilərək bildirilmişdir ki, 15 iyul 2024-cü il tarixə saat 09:45- ə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndənin iştirakını təmin edə bilməyəcək. İddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və tələb təmin ediləcəyi təqdirdə Cavabdeh üzərinə düşən öhdəlik icra ediləcəkdir. İşdə olan xx.xx.1960-cı il tarixli 117 saylı doğum haqqında akt qeydindən görünür ki, X12 xx xxxxxx 1960-cı ildə Sabirabad rayonu, Türkoba kəndində anadan olmuşdur. Ana qrafasında isə X15 qeyd edilmişdir. İşdə olan xx.xx.1992-ci il tarixli 30 saylı nigahın bağlanması haqqında akt qeydindən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.1992-cı ildə nikah bağlanmışdır. Nikahdan sonra ikinci tərəf Əliyeva soyadını götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 5-70-36/2-15/2024 nömrəli məktubundan görünür ki, Sabirabad RİHB-nin Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Türkədi kəndində qeydiyyatda olub yaşayan xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yaşayıb-yaşamaması barədə məlumatı, onun ailə vəziyyəti, hansı adla tanınması, ona hansı adla müraciət edilməsi, təhsil alıb- almaması barədə məlumatları göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-70-36/2-430/2024 nömrəli, 5-70-36/2-431/2024 nömrəli və 5-70- 36/2-432/2024 nömrəli arayışlarda göstərilmişdir ki, İddiaçı həqiqətən hal-hazırda X2 və X19 ilə Sabirabad rayonu Yolçubəyli kənd İƏD-nin Türkədi kəndində yaşayır. Sabirabad RİHB-nin Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin Türkədi kəndində qeydiyyatda olan xx.xx.1960-cu il təvəllüdlü İddiaçı nümayəndəlik ərazisində yerləşən Türkədi kənd orta məktəbində təhsil almışdır, kənddə hamı onu Mahur kimi tanımışdır və ona hal-hazırda da Mahur deyə müraciət edirlər. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 23 avqust 2024-cü il tarixli, 3-16-5/10- 374/24 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdehnə 23 avqust 2024-cü ildə daxil olmuş İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə 15 iyul 2024-cü il tarixli 2-1(120)- 3459/2024 saylı məhkəmə bildirişi və 16 iyul 2024-cü il tarixli sorğu ilə bağlı sorğuda soyadlarının, adlarının və ata adlarının X17 və X5 qeyd edilən şəxslər barəsində məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış yalnız X15 barəsində ölüm haqqında akt qeydi aşkar edilmiş, X17 haqqında isə hər hansı növdə akt qeydi aşkar edilməmişdir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və həmin tələb üzrə təmin edilmiş qərar üzrə Sabirabad, rayon qeydiyyat şöbəsinin üzərinə düşəcək öhdəlik icra ediləcəkdir. İşdə olan Sabirabad rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2/1- 061348/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı və X12 barəsində Sabirabad rayon prokurorluğunda cinayət işi istintaq olunmamış, barələrində təqsirləndirici material araşdırılmamışdır. İşdə olan Sabirabad rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-13-103/2- 18793/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddia tələbi ilə əlaqədar, 1960-cı il təvəllüdlü İddiaçı (və ya X14)na şəxsiyyət vəsiqəsi alması barədə tərtib olunmuş fərdi uçot kartoçkasının surəti Sizə göndərilir. İddiaçı və X14 barəsində Sabirabad RPŞ-də hər hansı bir təqsirləndirici material olması yoxlama zamanı müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində adı “Elçin” əvəzinə “Nazim” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfindən iddiaçı barəsində Cavabdeh verdiyi xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 117 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Azərbaycan Respublikası Sabirabad rayonu Türkədi kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 117 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı tərəfindən məhkəməyə AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, НЗ №4031991 nömrəli, xx.xx.1979-cu il tarixli həbi bilet, nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Azərbaycan Respublikası Sabirabad rayon, Türkədi kəndində anadan olmuşdur. İddiaçının cinsi kişidir, “İddiaçı” ad və soyadı ilə yaşamış, təhsil almış və şəxsiyyət vəsiqəsi əldə etmiş, ailə qurmuş, işləmiş, sonradan isə doğum akt qeydində adının, soyadının, cinsinin səhv yazılması halı ilə rastlaşmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göründüyü kimi, qanunverici hər bir 18 yaşına çatmış şəxsə müstəqil qaydada öz adını və soyadını və atasının adını dəyişdirmək hüququ vermişdir. Müvafiq qeydiyyat şöbələri (inzibati orqan) isə qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, vətəndaşın həmin müraciətinin həyata keçirilməsini təmin etmək vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının adı “Maxura” kimi, soyadı “Əliyeva”, cinsi “qadın” olaraq qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində iddiaçının adının, soyadının, cinsinin səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 117 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə uşa haqqında məlumat hissəsində adı “Maxura” kimi, soyadı “Əliyeva” kimi, cinsi “qadın” kimi göstərilmiş İddiaçı ad qrafasına düzəliş edilərək “Mahur” kimi, soyad qrafasına düzəliş edilərək “Əliyev” kimi, cinsi qrafasına düzəliş edilərək “kişi” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Amilya Hüseynova