Məhkəmə qərarları › İş №2-1(120)-1043/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1043/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1043/2023 03.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X33 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı məcburi köçkünlərə ödənilməsi üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhəri, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkünlərə ödənilməsi üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsi əsl cavabdeh Füzuli rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9482/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdurlar. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz)bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 məcburi köçkün kimi artıq neçə illərdir ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 saylı yataqxanada, 120 nömrəli otaqda ailəsi ilə birlikdə məskunlaşmışdır. Ailəsi 3 nəfərdən ibarətdir. O nikaha daxil olsa da ailə həyatı çox davam etməmişdir. Belə ki, bir müddət sonra nikahı pozulmuşdur. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X21 adlı övladları doğulmuşdur. O tək ana kimi övladlarının ehtiyaclarını ödəməyə çətinlik çəkdiyindən vahid aylıq müavinətin ödənilməsi ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etmişdir. Müraciətinə cavab olaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydasına istinadən ona və övladlarına vahid aylıq müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, müraciətin cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi qaydasının tələblərinə uyğun müvafiq qaydada baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir.Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatından ona ünvanlanmış 543 №-li 29 aprel 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, o məcburi köçkün olmayan şəxslə faktiki nikaha girdiyi üçün vahid aylıq müavinətin Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının 2.4-cü bəndinə əsasən dayandırılmışdır. Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Nuranə Abdullayevə da əvvəllər məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin o, Beyləqan rayon, Mil qəsəbə sakini X22 ilə nikaha girmişdir. Həmin nikahdan İddiaçı 2 övladı olmuşdur (X13, X21).Rayon icra Hakimiyyəti başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nümayəndəliyin sakinləri arşında yoxlanış aparılan zaman İddiaçı məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurduğu müəyyən olunmuşdur. Buna görə də ona verilən vahid aylıq müavinət xx.xx.2016-cı il tarixindən Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə) mövcud Təlimatın 2.4 -cü (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara) bəndinə əsasən dayandırılmışdır.X5 rayon məhkəməsinin 04 avqust 2020-ci il qətnaməsinə əsasən əri X14 boşanmışdır. Hal-hazırda Politexnik institunun 3 saylı yataqxanasında yaşayır. Nuranə Abdullayevə məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurduğu üçün onun vahid aylıq müavinətinin bərpa olunması mövcud təlimatın 2.4 bəndinə əsasən mümkün deyildir. Əlavə olaraq məlumat üçün bildirilir ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxudda bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairəsləri üzrə nümayəndəliklər vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçınların və X26 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib-verilməməsi barədə qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, təqdim olunmuş materia lara əsaslanaraq məhkəmədən X9 vahid aylıq müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması" iddia tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 1043/2023 saylı işin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X38 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Cavabdeh və üçüncü şəxslərin nümayəndəsi isə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 13-73/2-2699/2023 nömrəli arayışından görünür ki, vətəndaş Abdullayeva (Mehrəliyeva) Nuranə Umudvar qızı xx.xx.2005-ci ildə Füzuli RPŞ-dən ilk dəfə AZE 05012968№-li şəxsiyyət vəsiqəsi götürmüş və həmin tarixdən Füzuli rayon Qərvənd kəndində daimi qeydiyyatdadır. - İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/539 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü X7 atası xx.xx.1951 -ci il təvəllüdlü X17 və anası xx.xx.1955-ci il təvəllüdlü X4 rayonu, Qərvənd kənd daimi pasport qeydiyyatındadırlar, məcburi köçkün kimi vahid aylıq müavinət alırlar. Məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-2 yaşayış massivi, bina 22, mənzil 92-də məskunlaşmışdırlar. - İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-43-10/2-842/2023 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü X7 vahid aylıq müavinəti 01 fevral 2004-cü ildə dayandırılmışdır. - İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Füzuli rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda göstərilmişdir ki, Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrənümayəndəliyi məlumat üçün bildirir ki, Qərbənd kənd sakini X11 məcburi köçkün olmuş və vahid aylıq müavinət almışdır. Məcburi köçkün olmayan şəxs ilə ailə qurub nigaha bağladığı üçün ona verilən vahid aylıq müavinət təlimatın 6.1.4 maddəsinə əsasən dayandırılmışdır. X7 atası X17 və anası X10 məcburi köçkündürlər. 2021 ci ildə X26 üzrə dövlət komitəsi tərəfindən Qaradağ rayon Qobu park -2 yaşayış massivi, bina 22, mənzil 92-də məcburi köçkünlər üçün tikilmiş köçkün şəhərciyində müvəqqəti yaşamaq üçün evlə təmin olunmuşlar və hər ikisi 60 manat vahid aylıq müavinət alırlar. - İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 02/3091 saylı məktubu ilə birlikdə məhkəməyə ünvanlanmış etirazında bildirilmişdir ki, Diqqətinizə çatdırırıq ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, özünə məcburi köçkünlərə ödənilməsi üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9482/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsi əsl cavabdeh Füzuli Rayon icra Hakimiyyəti ilə əvəz olunmuş və iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Bildiririk ki, iddiaçı X2 iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki,İddiaçı X11 11 03.2022ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş 'Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün xx.xx.2022-ci il tarixli 01/1389 nömrəli məktubla Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir.iddia ərizəsindən də göründüyü kimi Füzuli Rayon icra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 543 nömrəli məktubu ilə bildirilmişdir ki, siz məcburi köçkün olmayan şəxslə faktiki nikaha girdiyiniz üçün vahid aylıq müavinətiniz Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası" haqqında 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarının 2.4-cü bəndinə əsasən dayandırılmışdır.Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir.Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər.Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təminBununla yanaşı bildiririk ki, iddiaçı X9 Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən vahid aylıq müavinətin verilməməsi qanunvericiliyin tələbinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur.Aparılmış araşdırma zamanı, iddiaçı X7 məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan və Beyləqan rayonu, Mil qəsəbəsi ünvanında daimi qeydiyyatda olan 01,07.1974-cü il təvəllüdlü X22 ilə rəsmi nikaha daxil olduğu və birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X13 və xx.xx.2005-ci il təvəllüdlü X21 anadan olmuşdur, lakin sonradan nikah münasibətlərinə xitam verildiyi müəyyən olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünhr və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.4-cü bəndinə uyğun olaraq, iddiaçı X9 vahid aylıq müavinət verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, qadının sonradan boşanması halı belə ona vahid aylıq müavinət verilməsini istisna etmir.Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçı X7 özünə məcburi köçkünlərə ödənilməsi üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddiaçı X9 cavabdeh Füzuli Rayon icra Hakimiyyəti olmaqla, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə qarşı “özünə məcburi köçkünlərə ödənilməsi üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması"na dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir - İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-43-10/2-1066/2023 saylı və xx.xx.2023-cü il tarixli məktublarında bildirilmişdir ki, İddiaçı atası X17 və anası X1 daimi pasport qeydiyyatında olmaqla vahid aylıq müavinət alırlar. Nuranə Abdullayevə da əvvəllər məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin o, Beyləqan rayon, Mil qəsəbə sakini X23 ilə nikaha girmişdir. Həmin nikahdan İddiaçı 2 övladı olmuşdur (X15, X24). Rayon İcra Hakimiyyəti başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nümayəndəliyin sakinləri arşında yoxlanış aparılan zaman İddiaçı məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurduğu müəyyən olunmuşdur. Buna görə də ona verilən vahid aylıq müavinət xx.xx.2016-cı il tarixindən mövcud təlimatın 5.4 bəndi ilə (Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yen üzrə qeydiyyatdan çıxmayan şəxslərə) lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri uzrə qeydiyyatdan çıxmayan qadınlara) Dövlətyarlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. X5 rayon məhkəməsinin 04 avqust 2020-cı il qətnaməsinə əsasən əri X16 boşanmışdır. Hal-hazırda Politexnik instıtutunun 3 saylı yataqxanasında yaşayır. Nuranə Abdullayevə məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurduğu üçün onun vahid aylıq müavinətinin bərpa olunması mövcud təlimatın 2.4 bəndinə əsasən mümkün deyildir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi, mövcud təlimatın müvafiq bəndlərinə əsasən dayandırılması və bərpa olunması Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyası tərəfindən həyata keçirilir. - İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02/2969 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü X7 məcburi köçkün statusunun olub-olmaması, harada məskunlaşması və vahid aylıq müavinət alıbalmaması barədə məlumatın təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə baxılmışdır. X11 halhazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 1, ATU-nin 3 saylı yataqxanasında faktiki məskunlaşmışdır. Sorğuda qeyd etdiyi digər məlumatlar barədə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmək tövsiyyə olunur. - İşdə olan AZ-İ 460533 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 və X8 nigahı Füzuli rayon Məhkəməsinin 2(064)-1222/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nigaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası sində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə danmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra — aylıq müavinət) ödənilməsi qaydalarını müyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin nilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan ;buri köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də ;tron daşıyıcı variantında Qaçqınların və X26 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata seçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Füzuli rayonundan daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir və “Qaçqınların və məcburi köçkenlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən olunmuş qaydada məcburi köçkün statusuna malikdir. Füzuli Rayon icra Hakimiyyəti başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nümayəndəliyin sakinləri arşında yoxlanış aparılan zaman İddiaçı məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurduğu müəyyən olunmuş və iddiaçıya verilən vahid aylıq müavinət xx.xx.2016-cı il tarixdən Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə) mövcud Təlimatın 2.4 -cü (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara) bəndinə əsasən dayandırılmışdır. X5 rayon məhkəməsinin 04 avqust 2020-ci il qətnaməsinə əsasən əri X14 boşanmışdır. Hal-hazırda Politexnik institunun 3 saylı yataqxanasında yaşayır. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: (...) dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; ... Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”: (...) V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; ...

23. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”: (...) 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: (...) 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; (...). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2- ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (...)

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: (...) 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara.. Məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün olduğuna görə əvvəllər məcburi köçkün statusuna malik şəxslər üçün nəzərdə tutulan aylıq müavinətin verilməsi, onun məcburi köçkün olmayan şəxslə rəsmi nikaha daxil olmadan ailə münasibətləri qurması, sonradan münasibətlərinin pozulması, həmçinin hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. İddiaçıya "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a əsasən, (qüvvədə olduğu müddətdə) aylıq müavinət ödənilmişdir. Belə ki, həmin Təlimata əsasən "məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərin (4.1-ci bənd) aylıq müavinət almaq hüquq var idi. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarda isə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların (2.4-cü bənd) aylıq müavinət almaq hüququ istisna edilmişdir. İş üzrə cavabdehin və üçüncü şəxsin mövqeyinə görə, sözügedən Qaydalara əsasən, iddiaçının aylıq müavinət almaq hüququ yoxdur. Belə ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə qeyri-rəsmi nikah münasibətində olmuşdur (nikaha daxil olmadan). Bu əsasla da aylıq müavinətin ödənişinin dayandırılması qanuna müvafiq olmuşdur. Məhkəmə tərəfindən bildirilir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14- cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilikdə eyni statusda olan şəxslərə ("məcburi köçkün” statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, "məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməsinin dayandırılması onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və prosesiştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-616/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia ərizəsi təmin edilsin. İddiaçı məcburi köçkünlərə ödənilməsi üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənilməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar