Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1043/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ehtiyata buraxılmış zabitdir. Ordu sıralarında 20 il 08 ay 07 gün xidməti olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinə dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı ünvanladığı müraciətə imtina cabvabı verilmişdir. Sözügedən təşkilat imtinanı onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirimləsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 nömrəli Fərmanının 4-cü maddəsinin 3-2.3-cü bəndində məhkumluğu olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Siz, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 22 oktyabr 2008-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmisiniz. Məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmədiyindən, Azərbaycan Ordusu sıralarında hərbi xidmət müddətiniz 20 (iyirmi) təqvim ildən az təşkil etdiyi üçün (xx.xx.1995-xx.xx.2016, 20 il 08 ay, 07 gün. Məhkumluq müddəti çıxıldıqda 19 il, 08 ay, 07 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Sizə şamil olunmur. Cavabdeh orqanın imtinası ilə razılaşmır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə onun dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunması barədə qərar qəbul edilmə öhdəliyi qoyulmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədri Elçin Əliyevin imzası ilə ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 22/217 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə dövlət vəsaiti hesabına daimi təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tadbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq Sizin adınız mənzil növbəsinə qəbul edilməsi üçün 2002-ci ildən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, yuxarıda qeyd edilən Fərmanın ikinci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya təqdim olunacaqdır. Komissiya tərəfindən qərar qəbul edildikdə nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. Lakin sonradan ona sonuncu məktub ünvanlanmasını qanuni hesab etmir. Göstərilənlərə əsasən məhkəmədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə onun dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, icraatınızda, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması” tələbinə dair inzibati işə baxılır. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı, iddia ərizəsində 20 il 08 ay 07 gün Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçdiyinə görə məhkəmədən onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/513 nömrəli məktubunda, İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddətinin (xx.xx.1995-xx.xx.2016) 20 (iyirmi) il, 08 (səkkiz) ay, 07 (yeddi) gün, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 11 oktyabr 2008-ci il tarixli hökmü ilə CM-nin 62-ci maddəsi tədbiq edilməklə, 500 manat cərimə cəzası ilə məhkum olmasını nəzərə alaraq məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün (19 il 08 ay 07 gün) dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsirinin xaricində olunduğu qeyd edilmişdir. Hörmətli məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsindən də görünür ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Beləliklə, İddiaçı bir il məhkumluq müddətini çıxdıqdan sonra onun hərbi xidməti 20 (iyirmi) təqvim ili təşkil etmədiyindən (19 il 08 ay 07 gün) dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirik ki, qeyd olunan iddianın təmin edilməsi əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Həmin Fərmanın 3-2-cü hissəsi isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz: hərbi xidmət müddətinə daxil edilmir: -3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindər götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; -3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; -3-2.3. məhkumluğun olduğu müddət. -3-3. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsrli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildilsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir? Fikrimizcə, nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrıayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. Məhkəmə təcübəsini nəzərə alsaq, bu kateqoriya işlər üzrə Ali Məhkəmənin mövqeyi formalaşmışdır. Belə ki, 1992-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş, Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən edilməklə barəsində şərti məhkum etmə təyin edilmiş iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi və sıra sayının məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətini təmin etməyən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1 (102)-718/2018 nömrə iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçının şərti məhkum edilməsi onun qüsursuz xidmət etməsi dəlilini təkzib etməklə istinad edilən qanunvericilik normalarının onun barəsində tətbiqini istisna edir. Həmçinin etirazda qeyd edilən xüsusatlara əlavə olaraq bildirilir ki, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcudluğu, habelə oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında öz əksini tapmışdır. (iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarsı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2-1(102)-2277/2024 nömrəli qərarı). Cavabdeh Ali Məhkəmənin qüvvədə olan hər iki qərarını qanuni və əsaslı sayır. Hesab edirik ki, iddiaçının cinayət törətməkdə təqsili bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidməti 20 təqvim ili qüsursuz xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 43.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayənəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarına əlavə olunmuş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977ci il təvəllüdlüdür, Hacıqabul rayonu, Tağılı kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 22/513 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinə dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublik Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanını; 4-cü maddəsinin 3-2.3cü bəndində məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Siz, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 22 oktyabr 2008-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmisiniz. Məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmədiyindən, Azərbaycan Ordusu sıralarında hərbi xidmət müddətiniz (iyirmi) təqvim ildən az təşkil etdiyi üçün (xx.xx.1995xx.xx.2016, 20 il 08 ay, 07 gün Məhkumluq müddəti çıxıldıqda 19 il, 08 ay, 07 gün), Azərbaycan Respublikası Prezident 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Sizə şamil olunmur. Azərbaycan Ordusu sıralarında 20 (iyirini) təqvim ilindən az xidmət etmiş hərb qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikam Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Müraciətinizin təmin olunması ilə bağlı aidiyyəti icra orqanına müraciət etməyiniz tövsiyyə olunur. Xahiş edirik nəzərə alasınız. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 22/513 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə dövlət vəsaiti hesabına daimi mənzil: təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, Sizin adınız mənzil növbəsinə qəbul edilməsi üçün 2002-ci ildən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, yuxarıda qeyd edilən Fərmanın ikinci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya təqdim olunacaqdır. Komissiya tərəfindən qərar qəbul edildikdə nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. Xahiş edirik nəzərə alasınız. - Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-24/2-804/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək kursant kimi, xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək zabit qismində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasi Müdafiə Nazirinin 15” yanvar 2016-cı il tarixli, 035 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin Komanda məntəqəsinin əməliyyat növbətçisi kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-22/2-2xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Şirvan İnzibati Məhkəməsinin “mənzillə təmin edilmə tələbinə dair” xx.xx.2024-cü il tarixli 2-1(120)- 3469/2024 nömrəli sorğusuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq hərbi qulluqçunun ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim li olduğu təqdirdə mənzil təminatına baxılmaq üçün adlı siyahıya daxil edilir. Ehtiyatda olan kapitan İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət ili (xx.xx.1995xx.xx.2016) 20 (iyirmi) il, 08 (səkkiz) ay, 7 (yeddi) gün, Füzuli Hərbi Məhkəməsinin 22 oktyabr 2008-ci il tarixli hökmü ilə şərti maliyyə vahidi məbləğinin 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilməyi barədə qərarına əsasən məhkumluq müddəti 1 (bir) il təşkil edir. Ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra ad çəkilən hərbi qulluqçunun Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili olmadığı üçür onun dövlət vəsaiti hesabına mənzil təminatı qeyd edilən Fərmanın təsiri xaricindədir. Nəzərə almağınız xahiş olunur. - Füzuli Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 169 nömrəli məktubuna əlavə olunmuş Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 22 oktyabr 2008-ci il il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3-cü və 128-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 331.3-cü maddəsinə CM-nin 62-ci maddəsi tətbiq edilərək, 400 manat cərimə cəzasına və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 200 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı xx.xx.1995-ci ildən Müdafiə Nazirliyində hərbi hissədə hərbiçi kimi qulluğa başlamış, xx.xx.2016-cı il tarixə kimi xidmət etmiş və hərbi xidmətdən təxris edilmişdir. Hal-hazırda iddiaçı hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə tələblə cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan tərəfindən müraciətdən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə əsasən göstərilmişdir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Şirvan inzibati Məhkəməsinin “mənzillə təmin edilmə tələbinə dair” xx.xx.2024-cü il tarixli 2- 1(120)-3469/2024 nömrəli sorğusuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq hərbi qulluqçunun ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim li olduğu təqdirdə mənzil təminatına baxılmaq üçün adlı siyahıya daxil edilir. Ehtiyatda olan kapitan İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət ili (xx.xx.1995-xx.xx.2016) 20 (iyirmi) il, 08 (səkkiz) ay, 7 (yeddi) gün, Füzuli Hərbi Məhkəməsinin 22 oktyabr 2008-ci il tarixli hökmü ilə şərti maliyyə vahidi məbləğinin 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilməyi barədə qərarına əsasən məhkumluq müddəti 1 (bir) il təşkil edir. Ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra ad çəkilən hərbi qulluqçunun Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili olmadığı üçür onun dövlət vəsaiti hesabına mənzil təminatı qeyd edilən Fərmanın təsiri xaricindədir. Nəzərə almağınız xahiş olunur. Belə ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki: 3.1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinin ikinci cümləsində və 13.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 3.2. həmin Qanunun 9.5-ci və 9.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 3.3. həmin Qanunun 1.0.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir; 3.4. həmin Qanunun 3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi nəzərdə tutulur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 2.0.10. hərbi vəzifəlilər-ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; 2.0.11. hərbi vəzifəli olmayanlar - hərbi qeydiyyata götürülməli olmayan və istefaya buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları; 2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa). 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 3.3. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İİ hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. 3.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 103. Xidməti yaşayış sahələrinin verilməsi 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. 103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. -83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə. Məhkəmə tərəfindən ilk öncə İddiaçı nəzərinə çatdırılır ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə qeyd öz əksini tapmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ilindən azlıq təşkil etdiyi üçün (xx.xx.1995xx.xx.2016, 20 il 08 ay, 07 gün 1 il məhkumluq müddəti çıxıldıqda) 19 il, 08 ay, 07 gün təşkil etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı xidmətdə hərbi qulluqçu kimi xidmət etdiyi müddət ərzində cinayət məhsuliyyətinə cəlb edilmiş, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş, və iddiaçı tərəfindən onun məhkumluğunun vaxtından əvvəl ödənilməsini və ya götürülməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda onun 1 (bir) il məhkumluq dövrü qüsursuz xidmət illərinə daxil edilə bilməz. Həmin il iddiaçının qüsursuz xidmət illərindən çıxıldıqdan sonra onun xidmət illəri 19 il, 08 ay, 07 gün təşkil etmişdir. “İnzibati icraat haqqında” Qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şahəli Musayev