Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1045/2020 14.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********813100 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********813100 saylı qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş və sоnuncudаn iddiаyа qаrşı öz münаsibətini (еtirаzını) yаzılı şəkildə məhkəməyə bildirmək tələb оlunmuş, həmçinin, tərəflər işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00-da məhkəməyə dəvət оlunmuşlаr. Göstərilən vахtdа tərəflər məhkəmə iclаsınа gəlmədiyindən, tərəflər təkrаrən xx xxxxxxx 2020-ci il tаriхdə, sааt 10:30-a məhkəmə iclasına dəvət оlunmuşlаr. Həmçinin, iddiаçıyа məhkəmə icrааtındаn yаyınmаsı səbəbindən iddiаnın gеri götürülmüş sаyılmаsı ilə bаğlı Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 55.3-cü mаddəsinin tələbləri izаh оlunmuşdur. Bunа bахmаyаrаq iddiаçı təkrаrən məhkəmə icrааtındаn yаyınаrаq məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir. İş materiallarında olan xəbərnamələrdən müəyyən olunur ki, keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri iddiaçı tərəfindən alınmışdır. Məhkəmə onu da qeyd edir ki, 2-1(120)-1045/2020 saylı xx xxxx 2020-ci il tarixli və 2-1(120)-1045/2020 saylı xx xxxxxx 2020-ci il tarixli məktubla iddiaçıya yardım edib, tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı tələbini də dəqiqləşdirməmişdir. Yəni iddiaçının hazırkı iddiaya hüquqi marağının olmadığı açıq-aşkar görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qəraradda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İPM-nin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-nin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPMnin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-nin 55.3cü maddəsi göstərilməmişdir. İPM-nin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı:
1. İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********813100 saylı qərarın ləğv edilməsi” barədə iddiası geri götürülmüş sayılsın.
2. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər.
Hakim Samir Həsənov