Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1049/2021 19.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X6, X10, X7, X3, X5, X16 və X11 iddiaçıya məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 46 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İmişli şəhəri, R.Məmmədov küçəsi, 46 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X6, X10, X7, X3, X5, X16 və X11 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin İmişli şəhəri, R.Məmmədov küçəsi, 46 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(120)-1049/2021 saylı qərardadı ilə iddia ərizəsində dəqiqləşdirilmə aparılaraq iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh tanınması, X6, X10, X7, X3, X5, X16 və X11 cavabdehlər sırasından çıxarılması, iddia tələbinə “X6, X10, X7, X3, X5, X16 və X11 iddiaçıya məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 46 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, X6, X10, X7, X3, X5, X16 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmları qərara alınmışdır. Məhkəmənin 19 avqust 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X12, X17, X13, X4, X9, X19 və X18 iddiaçının mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdurlar. Bildirmişdir ki, həmin şəxslər iddiaçıya məxsus mənzildə yaşamırlar və harada yaşamaları barədə məlumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X21, X24, X22, X14, X20, X23 və X25 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, **********66- 10302 reyestr nömrəli texniki pasportun surətini, ********** qeydiyyat nömrəli çıxarışın surətini, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışı və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ********** nömrəli 09.03.2021-ci il tarixli çıxarışdan və **********66-10302 reyestr nömrəli 02.03.2021-ci il tarixli texniki pasporun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İmişli şəhəri, R.Məmmədov küçəsi, 46 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Məhkəmə iclasında elan edilmiş Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışının məzmunundan görünür ki, üçüncü şəxslər X21, X24, X22, X14, X20, X23 və X1 şəhəri, R.Məmmədov küçəsi, 46 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********04 nömrəli 09.06.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslərin fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş İmişli şəhər İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19.08.2021-ci il tarixli, 116 saylı arayışından görünür ki, X21, X24, X22, X14, X20, X23 və X1 şəhəri, R.Məmmədov küçəsi, 46 saylı fərdi yaşayış evində yaşamırlar. Məhkəmə iclasında elan edilmiş İmişli rayon Qeydiyyat şöbəsinin 19.08.2021-ci il tarixli, 05/13-325 məktubunun məzmunundan görünür ki, İddiaçı X21, X24, X22, X14, X20, X23 və X25 ilə qohumluq əlaqəlari aşkar olunmamışdır. Məhkəmənin qənaətinə görə üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamamaları və həmin mənzildən istifadə etmək səlahiyyətlərinin olmaması onların qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olamaları formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar, iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdırlar. İddiaçı üçüncü şəxslərin İmişli şəhəri, R.Məmmədov küçəsi, 46 saylı fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X6, X10, X7, X3, X5, X16 və X11 İddiaçı məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi, 46 saylı fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1049/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1049/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver